YAP Qadınlar Şurasında 2009-cu ildə də böyük uğurlar əldə edilib

 

Nurlana Əliyeva: “Qadınların ictimai-siyasi proseslərdə fəallığı daha da güclənir”

 

Bu gün ölkədə uğurlu gender siyasəti həyata keçirilir. Azərbaycan qadını cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilir. Gənc nəslin təlim-tərbiyəsində, əxlaqi və mənəvi keyfiyyətlərin onlara aşılanmasında qadınlarımızın əvəzolunmaz rolu vardır. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, partiyanın Siyasi Şurasının üzvü, Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva yap.org.az saytına müsahibəsində Yap Qadınlar Şurasının fəaliyyətindən, ötən ildə Şuranın əldə etdiyi nəticələrdən danışıb.

-Bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli insanlardır. Bizim doğrudan da geniş potensialımız var. Bəlkə elə buna görə yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirərək deyib ki, “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınıb. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”

Azərbaycanda milli mənafe dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar. Xatırladım ki, YAP-ın Qadınlar Şurası 1995-ci ildə yaradıldı. Partiyamızın sıralarında ilk olaraq ziyalı, fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə Qadınlar Şurasının sıraları xeyli genişlənir. Bu baxımdan, 2009-cu ildə də böyük uğurlar əldə edilib. Ötən il partiya sıralarına qoşulanlar arasında qadınlar da üstünlük təşkil edib. Statistik məlumata görə, 2009-ci ildə partiyaya 29 777 nəfər üzv qəbul olunub. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil edib.

Bilirsiniz ki, bugünlərdə partiyamızın 500 mininci üzvü cəmiyyətə təqdim edildi. Yeri gəlmişkən, deməliyəm ki, partiyamızın həm 400 mininci, həm 450 mininci, həm 500 mininci üzvü xanımlardır.

- Sizcə bələdiyyələrə seçilən qadınlar onlara göstərilən etimadı doğrulda biləcəklərmi?

-  Əvvəllər bələdiyyələrdə qadınların təmsilçiliyi 3-4 faiz idi. Son seçkilərdə isə bələdiyyə üzvü seçilənlərin təxminən 30 faizini qadınlar təşkil edir. Hətta bəzi yerlərdə bələdiyyə sədrləri də qadınlar seçilib. Bu, çox müsbət haldır. Nəzərə alsaq ki, onların mütləq əksəriyyəti YAP-ın üzvləridir, onda bu, bizim üçün ikiqat uğurludur.

 Etimad məsələsinə gəlincə, mən burada cinsi ayrı-seçkiliyin fərqləndirilməsinin tərəfdarı deyiləm. Çünki hər bir insanın məsuliyyəti, vicdanı, zəhmətsevərliyi, bacarığı cinsdən asılı olmayan fərdi xüsusiyyətlərdir. Son illər ölkəmizin həyatında, dövlətçiliyimizin möhkəmləndirilməsində qadınlarımızın fəaliyyətinə nəzər yetirəndə belə bir təəssürat yaranır ki, ümumiyyətlə, qadınlarımız çox fəallaşıblar. İstər cəmiyyətimizin tərəqqisisndə, ayrı-ayrı sahələrdə uğurların əldə olunmasında, bələdiyyə seçkilərində ciddi nəticələrin qazanılması göstərir ki, qadınlar ictimai-siyasi proseslərin onündə gedən təbəqələrdən biridir. Mənə elə gəlir ki, bələdiyyə seçkilərində uğur qazanan qadınlarımız da mənəvi imkanlarını, öz bacarıqlarını götür-qoy edəndən sonra bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüşdülər. Çox böyük inam var ki, bələdiyyələrə seçilən qadınlarımız seçicilərinin etimadını doğrultmaq əzmindədir yerli özünüidarəetmə orqanlarında böyük uğurlar əldə olunmasında mühüm rol oynayacaqlar.

-  Azərbaycanda gender siyasəti hansı nəticələr verir?

- Azərbaycanda bilikli, savadlı qadınlar həmişə ön sıralarda olublar, öz fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Amma xüsusi qeyd etməliyəm ki, Azərbaycanda qadınlarn fəliyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra çox intensivləşib. Qeyd edim ki,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Hesab edirəm ki, qadınların ictimai-siyasi fəallığı ildən-ilə daha da artır, onlar həm ölkə daxilində, həm beynəlxalq miqyasda keçirilən tədbirlərdə böyük nailiyyətlər qazanırlar. Eyni zamanda, vurğulamaq istəyirəm ki, gənclərin sağlam ruhda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında bütövlükdə cəmiyyətimizin tərəqqisində qadınlar mühüm rol oynayır. Azərbaycanda gender siyasəti çox önəmli xarakter daşıyır. Bilirsiniz ki, bir müddət öncə Milli Məclis tərəfindən gender məsələləri ilə əlaqədarQadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda mühüm tədbir keçirildi. Bu tədbirdə Azərbaycanın ən fəal, ziyalı qadınları iştirak edirdilər. Fikrimcə, bu tədbir zərif cinsin nümayəndələrinin inkişafı, cəmiyyətdə rolunun daha da artırılması baxımından əhəmiyyətlidir. Gələcəkdə belə tədbirlərin keçirilməsi ümumi işimizə böyük fayda verə bilər.

-  Ölkəmizdə təhsilin inkişafını necə dəyərləndirirsiniz?

- Bu gün təhsil cəmiyyətin prioritet sahələrindəndir. Bilirsiniz ki, digər sahələrin inkişafı da məhz təhsildən asılıdır. Bütövlükdə, təhsil hər bir millətin gələcəyidir. Bu gün Azərbaycanda təhsilin inkişafı dünya təhsil sisteminə inteqrasiyası yönündə ciddi addımlar atılır, proqramlar icra olunur. Nəzərinizə çatdırım ki, hazırda təhsillə bağlı 20-ə yaxın dövlət proqramı icra olunmaqdadır. Bu fakt, dövlətimizin təhsilin inkişafına dərəcə önəm verməsinin göstəricisidir.

Sevindirici haldır ki, ötən ilTəhsil haqqındaqanun qəbul olundu. Bu qanun özündə ən mütərəqqi dəyərləri birləşdirir ölkəmizdə tədris işləri bu sənədin tələbləri əsasında həyata keçirilir.

Hesab edirəm ki, Azərbaycan təhsili dünya təhsil sisteminə fəal şəkildə inteqrasiya edir bunun uğurlu nəticələrini görməkdəyik. Artıq təhsilimiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, qadınlarımızın da müasir biliklərə yiyələnməsi vacib amildir. Bələdiyyə seçkiləri ərəfəsində bütün rayonlara səfər etdik, yerli məsələlərlə tanış olduq. Fikrimcə, ucqar yerlərdə gənc xanımların təhsilə diqqətlərinin artırılmasına ehtiyac var.

 

 

G.Bünyadzadə

 

Paritet.- 2010.- 11-12 fevral.- S. 4.