10.000-dən
artıq müxtəlif muzey eksponatı bərpa və
konservasiya olunub
Zərifə Məlikova: ”Əminəm ki, təzə
binamız olan kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
bizə lazımi diqqət və qayğı göstəriləcək”
Ölkəmizdəki
muzeylərdə müxtəlif
tarixi dövrləri, qədim və zəngin mədəniyyətimizi,
milli adət-ənənələrimizi özündə təcəssüm
etdirən çoxlu sayda eksponatlar qorunub saxlanır. Əsas məsələlərdən
biri, müxtəlif tarixi
dövrlərin şahidi olan eksponatları qoruyub
saxlamaqdır. Bu şərəfli iş Muzey Sərvətləri
və Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi tərəfindən
həyata keçirilir. Mərkəzin direktoru, sənətşünas Zərifə
Məlikovanın dediyinə görə, Azərbaycanda bərpaçılıq
sənəti artıq yarım əsrlik
tarixə malikdir:
-Azərbaycanda
Muzey sərvətlərinin bərpa işinin təməli
1957-ci ildə ilk professional bərpaçı -rəssam Fərhad
Hacıyev tərəfindən qoyulub. Əvvəlcə
kiçik bir laboratoriya, sonra emalatxana, 1980-ci ildən bu günədək mərkəz Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəz
adı altında fəaliyyət göstərir. Mərkəzimiz ilk yarananda Fərhad
müəllim burda tək işləyirdisə, bu gün isə
mərkəzdə 40 nəfər işçi
çalışır. Mərkəzdə
24 nəfər yüsək dərəcəli bərpaçı-
rəssam fəaliyyət
göstərir. İxtisasca rəssam olan bu insanlar bərpaçılıq
peşəsinin sirlərini mərkəzdə öyrənib. Bəziləri isə Moskva və
Sankt- Peterburqda təcrübə keçiblər.
Hazırda mərkəzimizdə
4 şöbə fəaliyyət göstərir: elmi tədqiqat, rəngkarlıq, qrafika, tətbiqi incəsənət
(xalça və xalça məmulatları, tikmə
metal,mebel, keramika və s.).
Sevindirici
haldır ki, bu gün bizim bərpa
mərkəzinin şöhrəti dünyanın bir sıra
ölkələrinə çatıb. Bizim əməkdaşlarımız
və mən bir sıra xarici ölkələrdə treninqlər keçmişik . Belə ki,
ABŞ, İtaliyada, Birləşmiş Ərəb Əmirliklərində,
Türkiyədə, İranda və s. biz bərpaçılıq
sənətinin incəliklərinə, sirlərinə yiyələnmişik
və özümüzdə nə biliriksə onlara öyrətmişik.
Yəni, bir sıra xarici ölkələrlə bərpaçılıq üzrə
təcrübə mübadiləmiz olub.
Cənubi
Qafqazda yeganə olan mərkəz artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin
nümayişi ilə özlərinə layiqli mövqe qazana
bilib. Bura respublikada yeganə mərkəzdir ki, incəsənətin
bütün növləri bərpa oluna bilir. Bizim mərkəz Mədəniyyət və Turizm
Nazirliyinin bir müəssisəsi kimi fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi bu 53 il ərzində mərkəzdə
10.000-dən artıq müxtəlif muzey eksponatı bərpa və konservasiya olunub, muzeylərə
qaytarılıb. Bəlkə də
on min o qədər də böyük rəqəm
deyil. Amma bəzən bir
eksponatın bərpasına 2-3
il tələb olunur, bu səbəbdən də bu
böyük rəqəmdir. Onu da qeyd
edim ki, biz yeganəyik, ancaq muzeylərimiz çoxdur. Nəinki Bakıda yerləşən,
eyni zamanda regionlardakı muzeylər
və bir sıra ev muzeyləri ilə də işləyirik.
Bakıda
olan muzeylərdən mərkəzlə müntəzəm
olaraq bizlə əlaqə saxlayan Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənət Muzeyidir. Çünki xalçaçılıq üzrə
dünyada 2-3 bərpa mərkəzi var ki, orda
xalçaları yüksək səviyyədə bərpa
edirlər. Belə mərkəzlərdən biri də bizik.
Çoxsaylı təkliflər
əsasında xalçaçılıq üzrə
master-klasslar keçiririk. Keçən
il Milli Tarix
Muzey tender elan
etmişdi. O tenderi
biz udduq. 4-5 ay ərzində
216 eksponatı yüksək
səviyyədə
bərpa edərək, tarix
muzeyinə təhvil
verdik.
Muzey eksponatının
dəyərini
muzey işçiləri
qədər
heç kəs
bilməz. Bizlər
həm muzeydə,
həm də
bərpa prosesində
eksponatlara çox yaxın
oluruq və doğmalaşırıq. Muzey
eksponatlarını tariximizin lal, dilsiz şahidləri
adlandırıram.
Çünki onların
dili olsaydı, bir çox
tarixçilərdən
daha çox şeylər
danışa bilərdilər. Bakıda
yerləşən Məmməd
Səid Ordubadinin ev muzeyində
böyük
bərpa işləri
aparmışıq. Hazırda
isə görkəmli
ədibimizə
aid olan stulları
bərpa etmişik
və bu yaxınlarda
muzeyə qaytaracağıq. Masallıdan muzey eksponatları
bərpa üçün
gətiriləcək. Onu
da xatırladım
ki, beş il
bundan əvvəl Masallı Tarix
Diyarşünaslıq Muzeyində çoxlu eksponatı
bərpa edib
qaytardıq. Masallıdan
başqa Lənkəran,
Quba, Şamaxı muzeylərində
də bərpa
işlərimiz
olub. Hazırda
Qaxdan gətirilmiş
eksponatlar üzərində
bərpa işlərini
bitirmək üzrəyik.
İndi böyük
bir bərpa
işimiz Gəncə
Tarix Diyarşünaslıq
Muzeyi ilə başlayacaq. Gəncədəki muzeydə həm
bərpa işləri
aparılacaq, həm
də eksponatların
bərpa işləri
gedəcək. Hazırda
biz İncəsənət, Teatr,
Əzim Əzimzadə adına
muzeylərdən
olan eksponatların
bərpası ilə
məşğuluq. Adını
çəkdiyim bu muzeylər
bizə müntəzəm
olaraq müraciət
edir.
Onu da
qeyd edim ki, nazirlik nəzdində
kurslar var. O
kurslara biz muzeylərdə
olan bərpaçı
rəssamları dəvət
edirik və onlar
üçün seminarlar keçiririk. Onu
da qeyd edim
ki, bu yaxınlarda bərpaçılıq
haqqında Moskvada nəşr olunan
kitabda mənim
məqaləm
nəşr edilib.
Eyni zamanda onlara
konfransda təqdim
etdiyim diskdən
xalçanın
bərpadan əvvəl
və bərpadan
sonrakı şəklini kitabın
rəngli illüstrasiya yerində çap ediblər.
Bu çətin peşənin
nəsillərdən -nəsillərə ötürmək ənənəsi
uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə
də etibarlı əllərdə
olacağına inam və zəmin yaradır.
-Zərifə xanım, bərpaçılıq
sənətini necə xarakterizə
edərdiniz?
-
Bərpaçılıq
sənətinin
çox zaman həkimlik
sənəti
ilə müqayisə
edirlər. Fikrimcə,
bərpaçılıq
və həkimlik
eyni bir sənətdir.
İnsan doğulandan
dünyasını
dəyişənədək
müntəzəm
olaraq səhhəti
ilə əlaqədar
həkimə müraciət
edir. Muzey eksponatı
da sanki canlı
bir insandır. Bunun
üçün də
eksponata insan kimi
daim qayğı və
diqqət göstərmək
lazımdır. Eksponatlar muzeydə nə
qədər
yaxşı mühafizə
olunsa da, vaxt
öz sözünü
deyir. Və istər
istəməz
eksponat gəlir
bərpaçının
üstünə . Muzeylərdə
əsas problem odur
ki, hər
hansı eksponat sınanda
və ya hər
hansı bir zədə,
alanda muzey
işçiləri
onu yapışdırır
və ya tikirlər. Onlar
hesab edirlər
ki, bu
üsulla eksponatı xilas
edirlər. Amma eksponat bərpa
üçün gələndə
bu işimizi
çətinləşdirir. Onun
üçün ilk
növbədə
zədə almış
eksponatı bərpa
mərkəzinə
gətirmək
vacibdir. Çünki xəstə
eksponat sağlam
eksponatdan ayrı olmalıdır. Yoxsa keçər
sağlam eksponata. Bərpadan
sonra eksponatı muzeyə
qaytaranda muzey
işçilərinə
deyirik ki, eksponat ayrıca yerləşdirilsin ki, digər
eksponatlarda olan xəstəlik
ona keçməsin.
Bu gün
dünyada belə
bir istiqamət
əsas
götürülür
ki, muzeylərdə
eksponatlar konservasiya olunsun.
Konservasiya nədir?
Koservasiya- bərpaya
hansı biçimdə gəlib
çıxırsa eksponat o növdədə
saxlanılması deməkdir
. Amma bu o
demək deyil
ki, elə necə
gətiriblərsə,
elə də eksponatı
qaytarsınlar. Yox
biz eksponatı dezinfeksiya edirik. Ömrünü nə qədər yaşayırsa,
bir o qədər
də uzadırıq. Bax,
bu konservasiyadır. Amma
çox zaman mümkün
olanda biz eksponatları
bərpa edirik.
Bərpa o
deməkdir ki, eksponatın
ilk görünüşü
necə olubsa, mümkün
qədər
eksponatı həmin
görünüşünə
qaytarırıq.
-Bir sıra xarici ölkələrdə
olmusunuz. Bərpaçılıq
sahəsində bizlə
fərq nədədir?
-
Hər bir
ölkədə çox
istedadlı və təcrübəli
bərpaçı rəssamlar
var. Bərpaçı-
rəssamlar daim
öz üzərində
işləməlidir.
Ümumiyyətlə, bərpa
mərkəzində
çalışanlar hamısı
bir-birindən asılıdır. Çünki
mərkəzdə
bərpaçılardan
başqa bioloq,
fizik, kimyaçılıq
üzrə mütəxəssislər
işləyir.
İtaliyadan bir mütəxəssis
gəlmişdi
və o mərkəzimizin
işi ilə
tanış oldu. İşimiz
ona o qədər xoş gəlmişdi
ki, bir ay
keçmədi, mən
ondan dəvətnamə
aldım və
heç bir təmənna
olmadan İtaliyada təcrübə
keçdim. Çox
şey öyrəndim.
İtaliyada çox güclü
bərpa mərkəzi
var. Amma bizim
millətə məxsus
olan bir sıra
əşyalar
var ki, onları
özümüzdən
başqa heç
kəs bərpa
edə bilməz. O
demək deyil
ki, xaricdən olan bərpaçı
-rəssam pisdir, sadəcə
onlar bizdə olan
milli üsul və
ənənələri
bilmirlər. Xarici
ölkələrdən
yeganə fərqimiz
odur ki, onların
texnologiyaları güclüdür. Amma
hər müasir
texnika, təchizat
hər bərpada
istifadə olunmur.İtaliyadan gələn
mütəxəssislər
bərpada lazerdən
istifadə ilə bağlı
ölkəmizdə treninqlər
keçirdilər. Ancaq
biz onlara sübut
etdik ki, bizdə
elə eksponatlar var
ki, bu üsuldan
istifadə etmək
olmaz. Çünki eksponatın
məhvinə səbəb
olar.
-Sizdə bərpa prosesini aparmaq
üçün müasir texnika var?
- Bizə lazım olan texnika
çox bahadır. Eyni zamanda mərkəzimizin binası
yaxşı deyil, texnikanı
yerləşdirmək üçün şərait yoxdur. Ümidlə
yaşayırıq, əminəm
ki, təzə binamız olan kimi Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bizə lazımi diqqət və
qayğı göstəriləcək. Daim bizə nazirlik tərəfindən
qayğı göstərirlər
və işimizi qiymətləndirirlər. Bu diqqətdə işimizə stimul verir, biz də işimizlə muzeylərimizi
təhlükədən xilas etməyə
çalışırıq.
-Eksponatlar arasında üzərində uzun müddət
işlədiyiniz hansı olub?
- Məsələn, Dövlət İncəsəsnət
Muzeyindən işlər olub. Elə
eksponat olub ki, bizə eksponat bir üzlü gəlib, amma bərpa
zamanı məlum olub ki, əks tərəfdə də bir rəsm
əsəri var. Ən çətin iş olub rəng
qatının yeni kətana salınması. Xüsusi
ustalıq lazımdır ki, rəngləri hissə- hissə kətana
köçürəsən. Hər bərpaçı rəssam
bu işi bacarmır. Bizim mərkəzin adında elm
sözü var. Bu da təsadüfi deyil, çünki hər
bir eksponat elmi yolla tədqiq
edilir. Belə ki, Quba Tarix Diyarşünaslıq Muzeyindən
bizə bərpa üçün
kəşkül gətirilmişdi. Biz bu eksponatı bərpa
edəndə onun üstündəki yazılar məni
çox maraqlandırdı. Bu eksponatı muzeydən alanda
yazılmışdı XVIII əsr. Amma kəşkül üzərində
olan yazı qədim fars dilində
yazılmışdı bunun
üçün çox adam bu yazını oxuya bilmədi.
Ancaq Əlyazmalar İnstitutunda çalışan Arif Ramazanov həmim yazını oxudu və
bildirdi ki, qədim fars dili ilə yazılıb. Bundan istifadə
ediblər XIV-XV əsrlərdə. Bu səbəbdəndə
bu eksponat heç vaxt XVIII əsrə aid ola bilməz. Bundan sonra biz belə qərara gəldik
ki, kəşkül orta əsrlərə aiddir. Mərkəzə
gələn hər bir eksponat üçün elmi pasport
açırıq.
- Rayonlarda treninqlər
keçirirsiniz ?
- Tez-tez muzeylərdə bərpaçı
rəssamlarla treninqlər keçiririk. Keçə il regionlarımızda iki maraqlı
treninq- sərgi keçirmişik.
Qubada keçirdiyimiz sərgi-treninqə Qusar, Xaçmaz və Şamaxıdan muzey işçiləri gəlmişdilər. Həm sərgi
nümayiş olundu, həm də əyani olaraq onların
yanında əyani eksponatlar
üzərində bərpa
işi apardıq. Maraqla qarşıladılar. Belə bir
treninq Lənkəranda da keçirdik. Gələcəkdə
başqa regionlarda da keçirəcəyik. Bu gün sevindirici haldır ki, gənclər
bərpaçılıq sənətinə meyl edir.
Günay
Paritet.- 2010.- 16-17 fevral.- S. 11.