“Xocalı soyqırımının təbliği üçün peşəkar filmlər çəkilməlidir”

 

Elman Məmmədov: “Kirovun heykəlinin yerində soyqırım abidə kompleksi ucaldılmalıdır”

 

 Ötən  gün “Səs” qəzetinin redaksiyasında Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı Xocalı şəhərinin keçmiş icra başçısı Elam Məmmədovla jurnalistlərin görüşü keçirilib.

Xocalı soyqırımının baş verməsində həmin dövrdəki hakimiyyəti günahlandıran Elman Məmmədov əsil müharibənin Bakıda hakimiyyət üstündə getdiyini vurğuladı: “Biz Xocalıda 1988-ci ilin fevralından etibarən sakinlərdən ibarət özünümüdafiyə dəstələri yaratmışdıq.

Hərbi sursat çox zəyif idi. Cəmi 20 ov tüfəngimiz var idi. Xocalı tam şəkildə erməni yaşayış məntəqələri ilə əhatə olunmuşdu. Buna görə şəhərə girş-çıxış getdikcə çətinləşirdi. Biz dövlət rəsmilərinə dəfələrlə müraciət etsək bizə sadəcə vədlər verirdilər. Xocalının müdafiyəsində xocalılardan başqa Milli Qəhrəman Aqil Quliyevin rəhbərliyi ilə 16 nəfər vuruşub. Qüvvələr nisbəti olduqca fərqli idi. 1992-ci il fevral ayının 25-də bütün postlardan bizə məlumat daxil oldu ki, ermənilər ağır texnika ilə üzü Xocalıya tərəf hərəkətə başlayıblar. Bir saatın içində Xocalı durmadan atəşə məruz qaldı. Şəhərdə 80 nəfər ölmüşdü, yaralıların isə sayı hesabı yox idi. Biz qərara gəldik ki, şəhərdən meşə yolu ilə çıxaq. Tərslikdən hava işıqlaşana yaxın biz meşədən çıxdıq. Artıq hava aydınlaşdığından gizlənmək çətinləşirdi. Biz döyüşçülər atəşi öz üzərimizə götürmək istədik ki, sakinlər aradan qaça bilsin. Amma sakinlərin getdiyi tərəf erməni səngərlərinin arxası idi. Həmin yerdə xocalılara qarşı görülməmiş vəhşiliklər törədildi”.

E.Məmmədov Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması  məsələsinə toxundu: “İndiyə kimi Xocalı soyqırımı ilə bağlı iki kino çəkilib- “ atlı oğlanHaray”. Düşünürəm ki, bu kinolar sənətkarlıq baxımından o qədər peşəkər hesab edilmir. Biz Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün daha peşəkar filmlər çəkməliyik. Azərbaycan dövləti, başda prezident İlham Əliyev olmaqla Xocalı soyqırmının dünyada təbliği soyqırım kimi qəbul edilməsi üçün çox işlər görülür. Lakin üzərindən 18 il ötməsinə baxmayaraq, dünya ictimaiyyəti ermənilərin Xocalıda törətdiyi vəhşiliklərə biganə yanaşır. Biz bütün gücümüzlə çalışmalıyıq ki, dünyanın ədalətdən danışan super güclərini başa salaq ki, qondarmaerməni soyqırmı”nı müzakirə etməyin, Xocalıdakı erməni vandalizmini müzakirə edin. Eyni zamanda, Dağüstü parkda Kirovun heykəlininyerindəSoyqırım”abidə kompleksi soyqırım muzeyi tikilməlidir”.

Sonda Elman Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

 

Səbuhi

 

Paritet.- 2010.- 18-19 fevral.- S. 4.