“Ən əsas
prinsipimiz odur ki, nə yolla olursa olsun öyrənmək
lazımdır”
2009-cu ildə ən çox beynəlxalq
layihəni Azərbaycan Könüllülər İctimai
Birliyi həyata keçirib
Dahilərdən
biri deyib həyatda uğur qazanmağın yolu odur ki, hər
işə başlamazdan əvvəl gərək
özü-özünə bu sualı verəsən: “Mən
bu işdən nə əldə edəcəyəm”.
Görünür bu dahi kapitalizm ictimai-iqtisadi
formasiyasının “hökm sürdüyü” dövürdə
yaşayıbmış. Çünki adətən kapitalizm
sistemində inasnlar hansısa işə başlayanda mənfəat
olmasa, o işə getmirlər. Amma belə bir sistemdə
könüllülük faliyyəti ilə məşğul
olan inaslar və ictimai qurumlarda az deyil. Əslində elə vətəndaş
cəmiyyətinin qurulmasında əsas şərtlərdən
biri insanların könüllü olaraq ödənişsiz fəaliyyət
göstərməsidir. Maraqlıdır ki, bu “mənfət uğurunda”
zamanda insanlar könüllülük işinə necə gəlirlər?
Onları bu işə cəlb etmək üçün
hansı maraq oyadılır? Üzvləri gənclər olsa
da Azərbaycan Könüllülər İctimai Birliyi bu
işdə ən “qocaman”dır. Yəni Azərbaycanda vətəndaş
cəmiyyətinin qurulması ideyası yaranan ərəfədə
bu təşkilat təsis edilib. Birliyin yeni seçilmiş
prezidenti Əliaslan Əliyevlə görüşüb qeyd
etdiyimiz və digər suallara cavab axtardıq.
- Sözün düzü, bu vaxta qədər
çətinliklə üzləşməmişik. Ən
azından könüllü işinin müqabilində bizim həmin
insanların inkişafına yönəlmiş təkliflərimiz
hədindən artıq çox olur. Məsələn, il ərzində
biz 100-ə yaxın gənci beynəlxalq tədbirlərə
göndəririk. Biz o gəncləri seçib göndəririk
ki, onlar bizim layihələrimizdə aktiv şəkildə
iştirak edirlər. Könüllü üçün xaricə
canatma meyiliyi çox olduğu üçün bu da bir
stimuldur. Kimlərsə Azərbaycanda olan beynəlxalq və yerli tədbirlərdə
iştirakçı kimi daha fəal olublarsa artıq biz
onları növbəti layihələrimizə rəhbər təyin
edirk. Və yaxud bir onları biznes strkturlarına işə
düzəltməyə kömək edirik. Bizdən
işçi istəyəndə kreiteyaralırı deyirlər,
o saat bilirik ki, bizim belə bir könüllümüz var və
o bu işi apara bilər. Ən əsası da bu sistemdə
işəgötürən
sıradan bir adamı işəgötürmək istəmir.
İş təcrübəsi istəyir. Bu təcrübəni
də gənc harada qazanmalıdır? Yeganə yer ictimai təşkilatlar.
Yəni bu ictimai təşkilatlarda gənclər
çalışmaqla əslində çox böyük məktəb
keçirlər. Orada öyrəndiklərini gələcək
iş yerlərində tətbiq edirlər. Bu da onlara
maraqlıdır. Vaxtilə bizim təşklatın üzvü
olmuş gənclərdən hazırda həm dövlət
orqanlarında, həm biznes qurumlarda, həm də müxtəlif
beynəlxalq təşkilatlarda aktivləri var.
-
Bildiyimiz kimi ötən il Azərbaycanda
“Könüllülük fəaliyyəti haqqında” qanun qəbul
olundu. Bundan sonra bu sahədə hansısa canlanma
varmı?
- Əslində bu
qanun geçikmiş qanun idi. Çünki
BMT-nin Könüllülük
Proqramı Azərbaycanda 1999-cu ildən
başlayıb. Bundan bir il sonra ilk könüllü
təşklat- Azərbaycan Könüllülər İctimai Birliyi
yaranıb. 10 ilin
tamamında qanunun qəbulı
olunması , fikrimcə, bir az geçikmiş idi. Çünki həm gənclərin fəallığı əvvəlki
dövrlə müqayisədə çox
yüksəkdə idi,
həm də o qanunun
qəbul olunub- olumamağından asılı
olmayaraq canlanma var idi. Qanunun yalnız könüllülərin hüquqları pozularsa,
onların hər
hansı digər problemi olanda
rolu olur. Qanun həmin prosesləri nuzamlamaqda kömək edir.
- Azərbaycanda könüllülük
fəaliyyəti necə
tənzimlənir?
- Azərbaycanda könüllülük
fəaliyyəti ilə
bağlı qanunda göstərilənlərlə,
realıq bir qədər
fərqlidir. Məsələn, qanunun tələblərinə görə
könüllü iş
qrafiki və könüllüyə ödənilən
məbləğ var. Yəni könüllülünün
öz istəyilə matevasiyası olmalıdır ki,
hər hansı bir layihədə iştirak etsin. İştirak etdiyi
müddətdə qanunvericiliyə uyğun
olaraq ona gündəlik
xərclərinin ödənilməsi üçün
normativə uyğun olaraq ödəniş
olmalıdır. Amma həmin
o normativlərlə real
xərclər arasında
uyğunsuzluq var. Real xərcləri nəzərə alsaq o xərclər
könüllüyə bir az
artıq ödənlməlidir. Könüllünün də
matevasiyası daha çox maliyyəyə yox, layihəyənin özünə istiqamətlənir. İndi bizimlə əməkdaşlıq etmək üçün Güləş
Federasiyası müraciət edib. Güləş Fedarasiyasının da aprel ayında Avropa Çempionatı olacaq. 100 nəfər könülü
lazımdır. Həmin insanların xərclərinin ödənməsindən
başqa onların gələcəkdə beynəlxalq
yarışlar olan zaman
həmin yarışları tərcüməçi
kimi və ya hansısa formada komanda tərkibində
xaricə getmək məsələsidir. Bu artıq
könüllülük işinə cəlb
olunan insan üçün maraqlıdır. Çünki bu adam tələbədir və istər-istəməz
xaricə çıxmaq istəyir. İndiki
tələbələrin əsas
istəyi bir az dəb halını alıb, bir
aza reallıqdan irəli
gəlib ki, dünya
görüşünü genişləndirmək
üçün və
s. xaricə çıxmaq istəyir. Bu artıq onun
motivasiyası oldu. Ona
görə də könüllülük
fəaliyyəti daha çox təşkilatın
resursları, könüllünü hansı formada işə
cəlb etməsi, və onu necə maraqlandırması
ilə tənzimlənir.
- Könüllülük
fəaliyətini əsasən
hansı sektor həyata
keçirir?
- Ən əsası
qeyri-hökumət təşkilatlarını. Onların fəaliyyəti
ancaq ondan ibarət deyil ki, layihə yazıb onu həyata keçirsin və
yekunda da hesabat versin. İşin effektivliyi ondan ibarətdir ki, sən vətəndaş cəmiyyətini bir hissəsisənsə necə öz təşkilatının inkşafı
ilə maraqlısansa,
ondan da daha çox cəmiyyətə töhfə
verməlisən. Cəmiyyətə də töhfəni bir həyata keçirdiyin layihənin uğuru
ilə, bir də o layhəyə cəlb etdiyin insan resurusu
ilə verə bilərsən. Hazırda ən çox
sərmayə qoyulacaq
sahə insan kapitalıdır. Çünki insana ünvanlanmış olan
layihələrdə heç vaxt uduzmursan. Ola bilər hər hansı bir zamnda iş görəsən.
Bu layihə hər hansı bir müddəti əhatə
edir. Amma insan yetişdirsənsə bu
insan yaşadıqca
artıq o, dövlətçiliyə
xidmət edən bir
insandır. Bir nəfər inkişaf edirsə sonrada o da
digərlərinə kömək olacaq. Beləliklə cəmiyyətin çoxşaxəli formada inkişafına yardımçı olursan.
Könüllülük fəaliyyəti
də bu işdə aza rol oynamır.
Dövlət orqanlarından Gənclər
və İdman Nazirliyinin
adını çəkə bilərəm.
Bu da öna
görədir ki, həm
də nazirliyin işçilərinin bir qismi vaxtilə QHT-lərdən çıxmış
insanlardır, həm də adından göründüyü
kimi gənclərlə
iş düzgün qurulub. Gənclərin özlərinin də
marağı var ki, orada iştirak etsinlər.
Bir də ki, yerli QHT-lərdən başqa beynəlxalq təşkilatların layihələrinə
könüllülər cəlb olunurlar. Deyərdim ki, bələdiyyələrdə
könüllülkü işi
demək olar ki, qurulmayıb.
- Bəs, könüllülük
fəaliyyəti xaricdə
necədir?
- Avropada bir proqram var.
Bu EVS (Avropa Könüllülük Xidməti)
adlanır. Müxtəif təşkilatlar bir
şəbəkə vasitəsilə
bir-birinə könüllü göndərirlər.
Məsələn, bizə 2009-cu ildə Polşadan
3 könüllü gəldi. Onlar bizim təşklatın
fəaliyyətində aktiv iştirak edirdilər. Bundan
başqa biz də ilk dəfə olaraq 4 nəfəri Avropanın müxtəlif
ölkələrinə göndərdirk. Bu
bizə nə verir? Həmin şəxslə minumum 3 ay müddətində olduğu
təşkilatı öyrənir
və təcrübə keçirlər. Həmin şəxslər
ölkəyə qayıdanda öz bilik və təcrübələrini
çox rahatlıqla tətbiq edə bilirlər. Eynilə Avropadan bura könüllülər cəlb edirik. O gənclər bura gələndə öz təcrübələrini bizimlə
bölüşürlər. Bunula da Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafında böyük
rol oynamış olurlar. Bizim ən əsas prinsipimiz odur ki, fəaliyyətlə,
oxumaqla,
ümumiyyətlə, nə yolla olursa olsun öyrənmək
lazımdır.
- Bu iş daha çox
hansı ölkədə
inkişaf edib?
- Konkret olaraq mən ölkəyə
ayrımaq istəməzdim. Məsələn, bizdə könüllülük fəaliyyəti
daha çox təşkilatladadır.
Amma Avropada elə deyil. Avropada təşkilatlarla bərabər
ictiayyətin fərdi üzvləridə bu
işdə fəaldırlar. Əgər
hansısa binanın həyətində kiçik
bir ekoloji problem yaranırsa, onlar
gözləmirlər ki, bunu
ya bəldiyyə, ya icra hakimiyəti və s. aradan qaldırsın. 10
nəfər təşəbbüs qurupu
yaranır, müəyyən təşkilatlara müraciət edib avadanlıq alırlar və sonra ərazini özləri təmizləyilər.
Onlar hansısa orqandan heç nə gözləmirlər, sadəcə
yaşadıqları ərazinin qayğısına
qalırlar. Bu da könüllülük fəaliyyətinin bir tərkib hissəsidir.
Bizdə o tip məsələlərə bir
az kənardan
baxırılır. Fikirləşirik ki, kimsə bizim əvəzimizə
gəlib nə isə etsin. Tutaq ki bir
neçə gün bundan qabaq qar
yağmışdı. Düzdü müəyyən yerlərin
qarını təmizlədilər. Amma dövlət istəsə
belə bu işin hamısnı həyata keçirə bilməz.
Onda gərək bütün dövlət qurumları düşsün məhəllələrə
qar təmizləsinlər. Dünyanın heç bir ölkəsində bu mümkün olan şey deyil. Bizim vətəndaşımızın
özündə bir təşəbbüs
olmalıdır. Heç olmasa
hərə öz məhlləsini qardan təmizləsin.
Bu kifayət qədər böyük bir şeydir.
- Siz gənclərlə əsasən
hansı işləri görürsünz?
- Ekoloji layihələrdən tutumuş
idman yarışlarına
kimi ən müxtəlif sahələrdə işləyirik.
Bizim tez-tez uşaq evlərində, əlillərlə
bağlı aksiyalarımız olur. Hətta biz könüllülük
fəaliyyətinə müğənniləri, ölkədə tanınmış
şəxsləri cəlb edirik. Çünki xüsusi
qayğıya ehtiyacı olan insanlar cəmiyyətədən
özünü təcrid
etməməlidirlər. İnsana imkana verməmək
lazımdır ki, o özümü cəmiyyətdə yararsız
hesab etsin. İnsan həmişə özünü
lazımlı hesab etməlidir.
Fuad
Paritet.- 2010.- 18-19 fevral.- S. 10.