Yalnız qəhrəmanlara aid bir
sir…
Şəhid bacısının dilindən:
Haradasa bir qəmli səs “Balam” deyirdi, Haradasa bir qəmli
səs, sadəcə,“Füzuli”
deyirdi, Sonra bu qəmli səsi
olanların
sayı artdı,
bir el fəxarətlə
“Füzuli” dedi.
Vətən - üzərində azad yaşadığımız, əcdadlarımızın
bizə əmanət qoyub getdiyi, şəhidlərimizin qanı
ilə yoğrulan torpaqdır. Bizlər bu torpaqda doğulmuş,
bu torpaqda boya-başa çatmışıq.
Bu müqəddəs torpağı
sevmək, düşmənlərdən
qorumaq, uğrunda canımızı belə
vermək bizlərin borcudur. “Torpaqdan pay olmaz” deyiblər ulu babalarımız. Amma çox təəssüf ki, bu gün Azərbaycan
adlı məmləkətə
pay kimi baxanlar çoxdur. Torpağımıza
göz dikənlərin
biri də mənfur erməni qonşularımızdır. Torpağa
göz dikənin isə layiqincə cavabını verməyi Uca Allah müqəddəs
kitabımız Qurani-Kərimdə
bizə əmr etmişdir: “Sizinlə savaşanlarla Allah yolunda savaşın... Onları tapdığınız yerdə
öldürün...” (Bəqəra
surəsi).
Tariximizin lap qədimliklərinə nəzər
salsaq görərik ki, xalqının, vətəninin azadlığını
şəxsi mənafelərindən
üstün tutan igidlərimizdə az olmayıb. Onların göstərdikləri şücaət
və mərdliklər
nəsillər ötsə
də zaman-zaman xalqın yaddaşlarında
yaşanıb. Hətta
nağıl və dastanlarımızda belə
onlar sevə-sevə xatırlanır. Azərbaycanın
azadlığı naminə
mübarizəyə qalxan,
tariximizin qəhrəmanlıq
səlnaməsində adları
qızıl hərflərlə
yazılan yeddi min yeddiyüz yetmiş yeddi igidləri ilə xanlara, bəylərə qan udduran Koroğlunun, on beş yaşında hakimiyyətə gələn
Şah İsmayıl Xətainin, basılmaz qala olan Bəzz
qalasının hakimi Babəkin daha kimlərin adlarını misal çəkmək olar ki, bütün
bunlar vətənimizin
qəhrəmanlar ölkəsi
olmasına əyani bir sübutdur.
Bəşər
övladı yarandığı
gündən daim azadlığa, istiqlaliyyətə,
hürriyyətə can atmış,
bu yolda canını belə fəda edib. Vətəni varlığından
artıq sevən insanın barəsində keçmiş zamanda söz açmaq çox çətindir. Necə deyəsən ki, günbəgün möhkəmlənən, şöhrətlənən
müstəqilliyimiz uğrunda
son nəfəsinə kimi
mübarizə apardığı
azadlığımızı o daha görməyəcək?
Bilməyəcək ki,
doğma Azərbaycanı
bu gün dünyanın ən inkişaf etmiş ölkələri tanıyır.
Artıq müxtəlif
beynəlxalq qurum, təşkilat dövlətimizlə
əməkdaşlıq edir.
İşğal altında
qalan torpaqlarımızın
geri qaytarılması
istiqamətində ciddi
iş aparılır...
Ermənilər tərəfindən
başlanmış sonuncu
müharibədə 20 min nəfərdən
artıq şəhid vermişik. Onlardan biri də Rüstəmov
Füzuli Salah oğludur.
Bacısı Fiqurə Rüstəmova qardaşı haqqqında danışmazdan əvvəl
bildirdi ki, qəhrəmanlıq atadan
övladına qalan miras payı deyil: “Qəhrəmanlıq
heç ana südü, ana qanı ilə də oğula, qıza əmanət edilmir. Çox yerində deyilmiş aforizmdir: “Qəhrəmanlar
doğulmur, olurlar». Heç mənim qardaşım Füzuli Rüstəmov da qəhrəman kimi doğulmamışdı, amma
qəhrəman oldu. Axı bu necə
olur…? Bu sirrdir. Yalnız qəhrəmanlara
aid bir sirr...”
F.Rüstəmovanın
sözlərinə görə,
ailədə bir bacı, bir qardaş olublar: “Füzuli 1965-ci ildə Xocalıda anadan olmuşdur. Onun beş yaşı olanda anamızı, on bir yaşı olanda isə atamızı itirdik. Hər ikimiz xalamız Səkinə xanımın himayəsində
böyümüşük. Xalam doğma ana nəvazişi göstərərək bütün
gələcək həyatını
bizim böyüməmizə,
sağlamlığımıza və təhsilimizə həsr etmişdir. Yeri gəlmişkən xalamın bu qəhrəmanlığı qarşısında
baş əyirəm”.
1972-ci ildə Xocalı orta məktəbinin birinci sinifinə qəbul edilən Füzuli, həmin orta məktəbi müvəffəqiyyətlə bitirib. 1983-cü ildə Sovet ordusu sıralarına
hərbi xidmətə
çağırılıb. “O, əsgərlikdə olarkən
dəfələrlə xidmət
etdiyi hərbi hissənin komandanlığı
tərəfindən fəxri
fərman, döş nişanları ilə təltif edilmişdi, həmçinin evimizə
təşəkkür məktubları
da göndərilmişdi.
Füzuli hərbi xidmətini tamamladıqdan
sonra 1985-ci ildə Xocalıda müxtəlif təsərüffat
işlərində çalışıb”-
deyə şəhid Milli Qəhrəmanın bacısı əlavə etdi.
Respublikamız ən ağır günlərini yaşayırdı.
Zaman-zaman qanımızı
içməyə məqam
gözləyən ermənilər
bəzi xarici qüvvələrə arxalanaraq
torpaqlarımıza basqınlar
edir, dinc əhalini vəhşicəsinə
qətlə yetirir, yaşayış sahələrimizə
od vurub yandırır, yurd yerlərimizi işğala
məruz qoyurdular. Belə bir məqamda
Füzuli də ermənilərin separatçı
niyyətlərinə qarşı
təşkil edilmiş
könüllü özünümüdafiə
dəstələrində Xocalı
ətrafında keşik
çəkməyə başlayıb
və sonradan yaradılan Xocalı özünümüdafiə batalyonunda
kəşfiyyatçı olub.
Qəlbi daima Vətən eşqi ilə dou olan
Füzuli 1989-cu ildə
kəndlərinə yaxın
olan erməni postuna hücum edərək oranı dağıdıb. Bundan ötrü ona 4 ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə
gedişinin qarşısını
almaq üçün
Xocalı aerportunu partlatmaq lazım gəlib. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun
üzvü olub və əməliyyatı
uğurla başa vurublar. Xocalı faciəsi zamanı onlarla dinc sakini
xilas edən Füzuli Azərbaycanın
Milli Qəhrəmanı
Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş
meydanından çıxarmağa
müvəffəq olmuşdu.
1992-ci ilin fevral
ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi
birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində
genosid aktı həyata keçirdi. Həmin gecə
Füzüli də ağır müdafiə döyüşlərində
düşmənə qarşı cəsarətlə
vuruşub. Şəhidin bacısı o günləri belə
xatırladı: “Ermənilər tanklarla, BTR-lərlə
hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz
iki çay keçməli idik. Güllələr
yağırdı. Böyrümüzdə elə
oğlanları öldürürdülər ki, qan
fışqırırdı üstümüzə. Mənim
qardaşım məni və mənim kimi camaatı Şelli
camaatına təhvil verirdi, bir də geri qayıdırdı. Ağdam
camaatı bizim ayaqyalınımıza ayaqqabı verirdilər,
bizə paltar verirdilər. Qardaşım da dinc
xocalıların və Xocalının uğrunda, bütöv
Azərbaycan-vətən uğrunda qeyri-bərabər
döyüşdə şəhid oldu. Onu Tərtər
rayonunun Hüsənli kəndində dəfn etdilər. 1997-ci
ildə döyüş dostlarının, Xocalı şəhər
əhalisinin, Xocalı İcra Hakimiyyətinin və xidmət
göstərdiyi hərbi hissənin
komandanlığının təşəbbüsü və
təqdimatı ilə Füzuliyə ümummilli lider Heydər
Əliyevin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verildi”.
F.Rüstəmova dedi ki, iyirmiyeddi
illik ömründə qardaşının üzünü
güldürən az şey olmuşdu: “Bir çiçək
görəndə, bir də əlinə silah alanda sevinirdi. Çiçək
onun daxilində üzünü görmədiyi, adını
eşitmədiyi bir türk gözəlinin xəyali surəti
idi. Silah isə o çiçəyi yad nəfəsdən, dəli
yellərdən qoruyan: əl ağacı, quş tüfəngi,
hətta avtomat da olsa Füzuli üçün qiymətli idi.
Silah qoruyucu anlamında ona ululardan qalma bir əşya idi”.
Bu gün unutmağa haqqımız
yoxdur ki, şəhidlər canlarından çox istədikləri
Azərbaycan uğrunda döyüşə gedib, qəhrəmanlıq
göstərib və şəhid olublar. Hal-hazırda Vətənin
harayına qəlbən hay verməyə hazır olan,
sızlayan Vətən torpaqlarınını azad etmək
üçün Ali Baş Komandanın əmrini hər an, hər
saniyə gözləyən bir nəsil var. Hər saniyənin,
hər dəqiqənin, hər saatın öz hökmü
var...!
Vətən sevgisidir
imandandır. Bu torpaqlar ancaq uğrunda qan tökmüş,
şəhid olmuş qardaş və bacılarımızı
deyil. Torpaq hamımızındır!
Fuad
Patitet.-
2010.- 25-26 fevral.- S. 14.