“Tariximizin
unudulmaz səhifəsi” adlı tədbir keçirilib
Dünən Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət
Muzeyində Xocalı faciəsinin
18-ci ildönümünə həsr olunmuş “Tariximizin
Muzeyin ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Aygün Abasova bildirdi ki, Xocalı
soyqırımı ilə bağlı təşkil etdikləri
bu tədbirdə tarixə kiçik bir ekskursiya da olunacaq. “Azərbaycan
dövlətinin mövcudluğu və inkişafı
Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”
–deyən A.Abasova bildirdi ki, bu istiqamətdə həyata
keçirilən tədbirlər, ümidlərimiz və istəklərimiz
bizə tam əminlik verir ki, gec-tez cinayətkar ermənilər
öz cəzalarına çatacaq, dədə-baba
yurdlarına işğaldan azad olacaqdır.
Tədbirdə
Xocalı Soyqırımını Tanıtma İctimai
Birliyinin sədri Yaqub Hüseynov çıxış edərək
bildirdi ki, rəhbəri olduğu təşkilat tərəfindən bu dəhşətli faciənin
dünyada tanıdılması istiqamətində bir sıra məqsədyönlü
işlər görürlər.
Uşaqları bu faciəni unutmamağa, qələbə
çalmaq üçün hər kəsi məntin olmağa
səsləyən
Y.hüseynov xüsusi
olaraq vurğuladı ki, kiçik yaşlı uşaqların
yaddaşında bu tarixi hadisənin həkk olması
üçün evdə və məktəblərdə
mütəmadi olaraq faciə ilə bağlı söhbətlər
aparılması vacibdir, əks halda gələcəyimizin təminatçısı
olan uşaqlar bu cür qanlı tariximizdən xəbərsiz
qalar.
Tədbir boyunca
kiçik fasilələrlə Xocalı faciəsi haqqında
məlumatlar verildi. Anım mərasiminin sonunda isə Təhsil
Nazirliyi “Gənc Turistlər və Diyarşünaslıq” dərnəyinin
üzvləri ədəbi- bədii kompozisiya ilə
çıxış etdilər, “Yeni istedadlar, Uşaq vəGənclər”
Təşkiltının üzvləri və 7 saylı orta məktəbin
şagirdləri şeirlər söylədi, qələbəyə
səsləyən mahnılar ifa etdilər. Tədbir boyunca
kiçik fasilələrlə Xocalı faciəsi haqqında
məlumatlar veriləcək.
GÜNAY
Paritet.-
2010.- 27 fevral-1 mart.- S. 4.