“Biz mübarizəmizi daha çox mədəniyyət istiqamətində
aparırıq”
“Can Azərbaycan” televiziyasında sentyabr ayından Qarabağ probleminə həsr edilmiş proqram yayımlanacaq
Erməni
terrorizmi və xalqımızın qanlı
tarixi ilə bağlı faktların, həqiqətlərin, tarixi sənədlərin dünyaya
çatdırılmasında diaspor təşkilatlarının
və telekanalların
da rolu əvəzolunmazdır.
Əsasında azərbaycançılıq,
türkçülük ideyası
duran, artıq xeyli müddətdir ki, yayımlanan telekanallardan biri də “Canaz” TV-dir. Bizdə İzmir Azərbaycan Mədəniyyət
Mərkəzinin
və
“Canaz” TV-nin(www.canaz.
tv) rəhbəri Cəmal Məmmədxanoğlu ilə
həmsöhbət olub,
rəhbəri olduğu
telekanalda erməni terrorizminin , Qarabağ probleminin hansı formada işıqlandırılması ilə maraqlandıq. O ilk olaraq bizimlə söhbətə İzmir
Azərbaycan Mədəniyyət
Mərkəzinin
qeyd etdiyimiz məsələlər ətrafında gördüyü
işlərdən danışmaqla
başladı.
-Azərbaycan lobbisinin
inkişaf və gəncləndiyi bir zamanda dünyada
olan diaspor təşkilatları öz
fəaliyyətlərini gücləndirib.
Və bizdə İzmir Azərbaycan Mədəniyyət
Mərkəzi olaraq bu fəaliyyətə qatılırıq. Onu da qeyd edim ki,
bizim təşkilat siyasi deyil, mədəniyyət
sahəsi üzrə fəaliyyət göstərməyə
üstünlük verən
bir qurumdu. Belə ki, hər
il Azərbaycan
adı altında tədbirlər, Novruz şənlikləri, festivallar
keçiririk. Ən son bu
il novruz bayramı ərəfəsində
böyük festival təşkil
etdik. Sözügedən festival bir neçə
gün davam etdi. Festival Bakı gecələri, Təbriz gecəsi,
Qarabağ gecəsi, Bəxtiyar Vahabzadə gecəsi, Rəşid Behbudov gecəsi və s. kimi gecələri təşkil etdik. Bu gecələrdə
bütün çıxışlar,
söhbətlər və
ifa edilən mahnıların
hamısı Qarabağ
məsələsinə və
Azərbaycanın bütövlüyünə
həsr olunur. Bu gün öz fəaliyyətində siyasi
məsələlərə üstünlük verən
çoxsaylı diaspor
təşkilatlarımız var. Bizim təşkilat isə insanlara -dünyada yaşayan azərbaycanlılara,
əcnəbilərə Azərbaycanın
bütövlüyü və
Qarabağ məsələsi
ilə bağlı məqamları mədəniyyət yolu ilə çatdırır.Və
düşünürük ki, Qarabağa həsr olunmuş və bu ad altında
ifa olunan mahnını bir xarici vətəndaş eşidirsə,
o bizlərdən soruşacaq
ki, Qarabağ haradır? . Bizdə onun sualını
ətraflı cavablandıracağıq
və Qarabağ haqda bilgisi olacaq. Biz təşkilat
olaraq bu cür işləyirik.
Yəni işimizdə
insanlara daha tez təsir edən və qavraya biləcək üsullardan istifadə edirik. Qaldı siyasi tərəfdən Qarabağ məsələsinin
qabardılmasını, bu
haqda informasiyaların
geniş auditoriyaya çatdırılmasını və bu mövzuda
proqramların hazırlanmasını
biz televiziyamız ( “Canaz”
TV (www.canaz. tv)
vasitəsilə edirik.
- Qarabağ problemi
və ermənilərin
xalqımıza qarşı
törətdiyi dəhşətlər
sizin televiziyada hansı formada işıqlandırılır?
-Ümumiyyətlə, qeyd edim ki, “Can Azərbaycan” Türkiyədə yaşayan
azərilər adına
yayıma başlayıb, ancaq dünyada yaşayan
50.000.000-dən çox Azərbaycan
türkünün televiziyası
olmaq istəyindədir. “Canaz” TV Türkiyədə yaşayan azərbaycanlıların Türkiyə dövlətinin əsl ünsürlərindən biri
olduğunu düşünür.
“Canaz” TV milli
bir televiziyadır, yəni hər hansı bir dövlətə, sərmayə
qrupuna, mənfəət
qrupuna bağlı deyil. O vətəndaş
cəmiyyəti xüsusiyyətlərini
daşıyır. Eyni zamanda “Can Azərbaycan”,
əsas olaraq mədəni bir televiziyadır. Kanalımız imkan daxilində Azərbaycan mədəniyyətinə xidmət
edir. Mədəniyyətimizin, yaşaması, inkişafı,
sevilməsi, unudulmamasına
çalışır. “Canaz” dünyada yaşayan azərbaycanlıların ən
ümdə iki milli məsələsində,
əlindən gələn
hər şeyi edər. Bu məsələlərdən
birincisi; xalqımızın
böyük bir əksəriyyəti, ana dildə təhsil haqqından məhrum yaşayır və bu səbəblə, ana dilində təhsil haqqı üçün böyük
mübarizə aparır.
Televiziyamız, bu mübarizənin
hər vaxt yanında olacaq. İkinci məsələmiz
isə, 1 milyondan çox vətəndaşımızın,
doğma torpaqları,
vətənləri işğal
edilib. “Canaz” TV, işğal edilmiş torpaqlarımızda, Qarabağda
işğalın sona
çatdırılması üçün verilən
bütün mübarizələrin
yanında olacaq.
Bizim televiziyanın qarşısına
qoyduğu əsas məqsəd dünya azərbaycanlılarının
problemini dünya ictimaiyyətinə çatdırmaq,
imkanımız daxilində
bu istiqamətdə işlər aparmaqdır.Təbii
ki, Azərbaycan və Ermənistan münasibətləri də
bizim televiziyamızda daha ön hissədə olan, 1-ci dərəcəli vacib hesab etdiyimiz və həllini səbrsizliklə gözlədiyimiz problemdir. Nəzərinizə çatdırım
ki, “Canaz” TV-nin gündə
iki dəfə olmaqla canlı xəbərlər
proqramı var. Demək
olar ki, xəbərlərimiz
dörd bölmədən
ibarətdir.
Xəbərlərin ilk bölümü Qarabağ, Cənubi Azərbaycan problemi ilə başlayır.
Digər bölümlər
isə şimal xəbərləri, sonra Türkiyə xəbərləri və türk dünyası, ən son bölmədə isə dünyadan xəbərlər
çatdırırıq. Bizim xəbər qayəmiz
belədir.
Və hər gün Azərbaycan Ermənistan münasibətlərini gündəmdə
saxlayıb, daha dəqiq məlumatları çatdırmaq istəyirik.
- ”Canaz” TV-də Qarabağla bağlı xüsusi bir proqram yayımlanırmı?
-Konkret olaraq desək, bizim televiziyada sırf Qarabağ
probleminə həsr olunmuş proqram yoxdur. Bu hal da bizim Bakıda deyil, İzmirdə yayımlanmağımızdan
irəli gəlir. Dəvət olunan qonaqlar da önəmlidir. Bakıda hər hansı telekanalda Qarabağla bağlı yayımlanan proqrama istədiyin politoluqu, tarixçini dəvət etmək daha rahatdır. Məkanın məsafəsini nəzərə
alsaq, bunu bizim televiziyada etmək bir az çətindir. Çünki burda bu kontingenti tapmaq çətindir. Bunun
üçün həftəlik
proqram yayımlamaq
olmur. Amma belə qonaqlar olduqda dəvət edib onlardan proqram
hazırlayırıq. Məsələn, ən
son qonağımız TÜRKSAM-nın rəhbrəri Sinan Oğan olub. İki həftə əvvəl Sinan
bəyin iştirakı
ilə Qarabağla bağlı canlı proqram hazırladıq. Qarşıdan gələn sentyabr ayında isə sırf
belə bir proqramın yayımlanmasını
nəzərdə tutmuşuq. Amma onu qeyd edim
ki, “Canaz”-ın hazırladığı Qarabağ
adlı sənədli filmlər
var. Burada Xocalı faciəsini ictimaiyyətə çatdırmaq
üçün
25 dəqiqəlik film hazırlamışıq.
Hazırladığımız filmlərin əsas fərqi ondan ibarətdir ki, Xocalıda
iştirak etmiş rus və erməni ordusunu və Xocalının az yaşlı qurbanlarını
adlarıyla orda işıqlandırmışıq. Bundan əlavə bizim arxivimizdə dünyada
erməni yalanlarını,
Qarabağ həqiqətləri,
Qarabağ probleminin tarixi haqqında digər ölkələrdə çəkilmiş sənədli filmlər var ki, onları
da televiziyamızda tez-tez yayımlayırıq.
“Azərbaycanı
tanıyaq” adlı daha maraqlı
bir proqamımız var.
Bu tanıtım proqramında
Azərbaycanın bütün
şəhərlərinin görüntülərini
yayımlayırıq. Xüsusilə də Qarabağ
və Cənubi Azərbaycan şəhərlərinin
görüntüləri. Bu da ona dəlalət edir ki, Cənubda oturub bizi izləyən soydaşımız
Laçının adını
eşidirsə və onun mənzərələrini görərsə bu ad onun beyninə həkk olur və bilir ki, Qarabağda Laçın adında şəhər
var. Həmçinin, Urmiya adında şəhəri
duyan hansısa xaricdə doğulan soydaşımız
onu Azərbaycan şəhəri kimi tanıyır. Biz mübarizəmizi
daha çox mədəniyyət istiqamətində
aparırıq.
Xatırladım ki, bu il bütün
Dünya Azərbaycanlılarının
yaddaşında həkk
olunan 31 Mart Soyqırımı
ilə bağlı qısametrajlı filmlərin
və sosial reklamların yayımlanmasına
qərar verdik. Bu baxımdan
31 Mart soyqırımı ilə
əlaqədar olaraq insanlarımızın əməyinin
hər kəsə çatdırılmasını istədik. Azərbaycanda
və digər ölkələrdə fəaliyyət
göstərən azəri
qeyri-hökumət təşkilatları,
biznes təşkilatları
və s. qurumlar öz qısametrajlı filmlərini
və ya sosial çarxlarını
hazırlayıb bizə
göndərdilər, biz də kanalımızda
yayımladıq.
- Sizin kanalda Qarabağ
mövzusu ilə bağlı yayımlanan verilişlərə
dünya azərbaycanlıları
necə reaksiya verir?
- “Canaz” bütün dünya azərbaycanlılarının kanalı
olduğu üçün
Azərbaycanı bütöv
görür. Burda tək Qarabağ deyil,
Azərbaycanın şimalında və cənubunda baş verən hadisələr günbəgün
izlənir
və cənubda
yaşayan soydaşlarımızın
maariflənməsi üçün
milli mədəni proqramlar, CD-lər yayımlayırıq. Bütün
televiziyalarda olduğu
kimi bizim saytımızda şərhlər
bölümü var. Hər gün qeyd etdiyim
bu şərhlər bölümünə və
bizə gələn məktubları sizə göstərsək
görərsiniz ki, dünyanın hər yerindən bizi izləyənlər
daxillərində olan hisslərini bizimlə paylaşırlar.
Məsələn, Qarabağla
bağlı hazırladığımız sənədli filmlər yayımlananda Türkiyədə və xaricdə yaşayan azərilər, türklər öz narahatlıqlarını və döyüşmək əzmində olduqlarını
bizə yazmışdılar.
Təbrizdən bir soydaşımız yazmışdı
ki, müharibə başlasın , gələk, torpaqlarımızı
erməni terroristlərindən
azad edək. Bu onu göstərir ki,
demək biz Türkiyə
məkanından çıxıb dünya azərbaycanlılarının kanalı olmağı bacardıq.
Bu gün qeyd etdiyimiz problemlərimizi dünyaya çatdırmaqda
hardasa bizim də töhfəmiz var.
Günay ƏSƏDOVA
Paritet.- 2010.- 6-7 iyul.- S. 7.