Kitabxanalardan yay təəssüratları
İsti yay günlərində kitabxanalarda oxucuların sayını müəyyənləşdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə kitabxanaya üz tutduq. Görəsən, gərgin iş və tədris ilindən sonra oxucular kitabı bir tərəfə qoyub dincəlməyi, yoxsa qışda istirahət edib yayda kitab oxumağı üstün tuturlar. “Azadinform” İnformasiya Agentliyinin müşahidələri sübut etdi ki, oxucuların sayında kifayət qədər azalma hiss olunur.
Oxucular daha
çox evə kitab aparmağı üstün tutur
İlk dayanacağımız
rus yazıçısı
Maksim Qorki adına Mərkəzi
Səyyar Kitabxana Fondu (MSKF) oldu. Kitabxanada diqqəti çəkən
məqamlardan biri də təmirli və səliqəli olması idi. M.Qorki adına
MSKF 1924-cü ildə Bakı
xalq təhsili şöbəsinin nəzdində
1920-ci ildə təsis
edilmiş kitabxana kollektorunun əsasında yaradılıb. 1936-cı ildə isə MSKF-yə rus yazıçısı
Maksim Qorkinin adı verilib.
Kitabxananın direktoru Nüşabə Ələkbərova oxucuların
sayının azaldığını
diqqətimizə çatdırdı. “Əlbəttə, oxucular daha çox dərs vaxtı kitabxananın xidmətlərindən
istifadə edirlər.
Ən çox tədrislə bağlı kitablar tələb olunur. Oxucularımızın yaş qrupları
da fərqlidir. Yuxarı sinif şagirdlərindən
başlayaraq tələbələr
və yaşlı nəslin nümayəndələrinə
də rast gəlmək olar”-deyə müsahibimiz qeyd etdi. Nüşabə xanım bildirdi
ki, həmişə oxucuların bədii ədəbiyyata görə
kitabxanalara müraciət
etdiklərini deyirlər.
Amma biz öz təcrübəmizdə
tələbələrin daha
çox ixtisas fənləri ilə bağlı, elmi işçilərin isə
onların sahəsinə
yaxın olan kitablarla maraqlandığını
görürük.
Qeyd edək ki, kitab
fondu 200 min nüsxəyə
yaxındır, kitabxana
üzrə illik kitab verilişi 323 843 nüsxə, oxucuların sayı 16 mindir. Kitabxananın
fondunda Azərbaycan
dilində 82 892 nüsxə
ədəbiyyat var. 2005-ci ildən
başlayaraq Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunmuş ədəbiyyatdan
422 adda 17 470 nüsxə
kitab kitabxanaya hədiyyə edilib. Müsahibimiz bildirdi ki, kitabxanada oxu zalı fəaliyyət
göstərsə də,
oxucuların bu vasitədən az
istifadə etdiklərini,
daha çox evə kitab aparmağı üstün
tutduqlarını qeyd
etdi.
Hazırda M.Qorki adına MSKF-nın saytı fəaliyyət göstərir
və oxucular sayt vasitəsi ilə kitabxana fonduna daxil olmuş
yeni kitablarla
Ensiklopediyaları cırıb özləri
ilə aparan oxucular hələ də var...
Növbəti ziyarət edəcəyimiz
məkan Mirzə Ələkbər Sabirin adını daşıyan
Mərkəzi Kitabxana
idi. Qeyd edək ki, bu kitabxana Azərbaycanda
ən qədim kitabxana hesab olunur. Elə qədimliyi binanın strukturundan da hiss olunurdu. Köhnə Bakını xatırladan
kitabxanada 1600-1700-ci illərə
aid olan kitablara da rast gəlmək
mümkündür. Kitabxananın direktoru Solmaz Məmmədəliyeva bizimlə
söhbətində bildirdi
ki, tələbələr
yayda daha çox kitabxanaya getmək əvəzinə
istirahət etməyi üstün tuturlar. Unuduruq ki, hər kitabın
öz tarixi var. Oxucularımızın yaş
qrupları müxtəlif
olsa da, daha çox təqaüdçülər tez-tez
oxu zalına gəlib gündəlik qəzetləri izləyib informasiya əldə edirlər. Müsahibimiz qeyd etdi ki, bəzi oxucularımız
kiril əlifbasında
yazılmış kitablara
üstünluk verir, bəzi oxucularımız isə ensiklopediyaları cırıb özləri ilə götürürlər.
M.Ə.Sabir adına Mərkəzi
Kitabxana fondunda 200 minə yaxın kitab var. Oxuculara ildə təxminən
180-200 min kitab verilir. Ən qədim kataloqlara da burada rast
gəlmək olar.
16 min oxucuya malik
olan kitabxanada geniş oxu zalı fəaliyyət göstərir. Oxu zalından
gənclərdən çox
yaşlılar istifadə
edirlər.
Ən qədim kitabxananın təəssüf ki, saytı hələ də yoxdur.
Oxucular daha
çox bədii ədəbiyyata üstünlük
verirlər
Sonuncu baş çəkdiyimiz kitabxana isə ölkəmizdə
Sovet hakimiyyəti qurulandan az sonra
- 1928-ci ildə yaranmış
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasıdır. İlk
dövrlərdə qiraətxana
kimi fəaliyyət göstərən kitabxananın fondu bir neçə yüz nüsxə olub, oxucu kütləsi
azlıq təşkil
edib. 30-cu illərdə
C.Cabbarlı adına
Mərkəzi Kitabxana
kimi fəaliyyətini
davam etdirməyə başlayıb. 1976-cı ildə “Gənclər Kitabxanası” statusunu qazanıb. Kitabxananın hazırda 8 şöbəsi
və ryl.az ünvanında
saytı fəaliyyət
göstərir. Kitabxananın texniki bazası əvvəlki illərlə
müqayisədə bu
gün güclü avadanlıqlarla təchiz olunub. Fonddakı kitablar həm Prezident tərəfindən
(latın qrafikası) hədiyyə
olaraq, həm də Rusiyanın Premyer Nəşriyyatı
tərəfindən verilir.
Kitabxananın 120 050 nüsxə
kitab fondu var (bunlar Azərbaycan,
rus, ingilis, gürcü, türk, fars dillərindədir).
Kitabxananın oxucuları 11 500 nəfərə yaxındır.
İl ərzində 257 550 nüsxə
kitab oxuculara verilir. Oxucuların əksəriyyəti 14-21 yaşarası gənclər,
həmçinin yuxarı
sinif şagirdləri,
müəllimlər, təqaüdçülərdən
ibarətdir. Kitabxananın elmi işlər üzrə icraçı
direktor müavini Xalidə Musayeva bildirdi ki, yay
fəslində oxucuların
və kitabxanaya üzv olanların sayı azalıb. Digər kiabxanalardan fərqli olaraq C.Cabbarlı adına
Gənclər Kitabxanasında
oxucular daha çox bədii ədəbiyyata üstünlük
verirlər.
Araşdırma nəticəsində hər
üç kitabxanada eyni hadisələrlə qarşılaşdıq. Beləliklə, yayda oxucuların kitabdan çox dincəlməyi üstün
tutduqlarının şahidi
olduq. Nəticə çox maraqlıdır
elə deyilmi? Niyə biz gərgin iş rejimində kitab oxumağa vaxt tapırıq. Ancaq vaxtımız kifayət qədər olanda bundan səmərəli istifadə etmirik.
Paritet.- 2010.- 10-12 iyul.- S. 9.