Heydər Əliyev Bakını
yaşıllıqlar diyarına çevirdi
Ulu öndərin hakimiyyəti illərində ölkəmizdə
ekoloji siyasət yeni vüsət alıb
Milli lider hər bir xalqın taleyində
nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki,
liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin
yetişməsində mühit və hadisələr
başlıca rol oynayır. Bu prosesdə
onlar özləri də mövcud şəraitin qarşıya
qoyduğu vəzifələrin icrası üçün yeni
vasitə, münasibət və yanaşma əxz edirlər.
1969-cu ilin iyulundan ümummilli lider Heydər Əliyevin
respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin
ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin
simasında Azərbaycan xalqı əsl milli liderini tapıb.
Əsl həqiqət
odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük
bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə
bağlı olub. Akademik Ramiz Mehdiyevin “Əsl vətəndaş,
böyük şəxsiyyət və qüdrətli lider
haqqında bəzi düşüncələr” adlı əsərində
gərgin, ziddiyyətli və təzadlı məqamlarla dolu həmin
illər mərhələlərlə, xüsusi
ardıcıllıqla elmi təhlil süzgəcindən
keçirilərək belə xarakterizə edilir: “Azərbaycanın
gələcək taleyi baxımından bu tarixi dövrün
başlıca məzmunu milli dirçəliş fəlsəfəsinin
gerçəkləşdirilməsindən ibarət olub. Onun fəlsəfəsi sırf
ehkamlaşdırılmış əsərlərdə təsvir
edilən hər hansı təlim olmaqdan və ya buna
çevrilməkdən uzaqdır. Əslində
bu fəlsəfə bizim hamımızın gözləri
qarşısında yaradılıb”.
Ulu öndər Azərbaycanda
rəhbər olduğu müddətdə bütün sahələrdə
olduğu kimi ekoloji problemlərin həlli məsələlərini
də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin
mühafizəsi, eləcə də təbii sərvətlərdən
səmərəli istifadə məsələlərinə
daim xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf
mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni
vüsət alıb və formalaşmağa başlayıb.
Dövlət
başçısı kimi ümummilli liderin ekoloji siyasətinin
prioritet istiqamətlərdən biri də ölkəyə əvvəlki
illərdən miras qalmış mövcud olan su
ehtiyatlarının çirklənməsinin
qarşısının alınması olub. Xüsusən
də mühüm sahə kimi ölkənin su təchizatı,
onun inkişafı və dirçəlişi hər vaxt ulu
öndərimiz Heydər Əliyevin diqqət mərkəzində
olub. Uzaqgörən siyasətçi çox gözəl
bilirdi ki, içməli su ehtiyatlarının keyfiyyətinin
yaxşılaşdırılması, iqtisadiyyatın müxtəlif
sahələrində çalışan əhalinin iş
şəraitinin normallaşdırılması
bütövlükdə əhalinin həyat səviyyəsinin
yüksəlməsinə xidmət edən başlıca amillərdəndir
Qeyd edək ki, müasir
Bakının su təchizatı zəngin tarixə malikdir, son
100 il ərzində çox məsələlərlə
qarşılaşıb və öz həllini axtarmaqdadır.
Bakı şəhərinin və onun ətraf
rayonlarının içməli su ilə təchizatı bu
regionun tarixi problemidir. Belə ki, təbii
sərvətləri bol olan bu regionun özündə və
ondan xeyli aralı olan sahələrdə içmək
üçün yararlı şirin su mənbəyi yoxdur.
1960-cı illərdə
Bakı şəhərinin Şollar-Xaçmaz və
Ceyranbatan su kəmərləri sistemindən su almasına
baxmayaraq, şəhərdə su qıtlığı real
hiss olunurdu.
Ekoloji, sanitar-epidemioloji vəziyyət gərgin xarakter
daşıyırdı, yaşıllıqların sayı az idi.
Ulu öndər
Heydər Əliyevin respublikanın rəhbəri təyin
olunduğu andan Abşeron yarımadasının su təchizatının
yeni salnaməsi yazılmağa başlandı. Yaranmış
su qıtlığını nəzərə alaraq
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Kür-Bakı su kəmərinin tikintisinə
başlanıldı. Xalqı mühüm məsələlərin
həllinə yönəltməyi həmişə bacaran Heydər
Əliyev Kür su kəmərinin tikintisinin “Ümumxalq
tikintisi” üsulu ilə başa çatdırılmasına
nail oldu.
Qeyd edək ki,
bu işlərin birinci hissəsi 1970-1971-ci illərdə yerinə
yetirilib və I Kür su kəməri istifadəyə verilib. Ceyranbatan su
qovşağında 1975-1978-ci illərdə
aparılmış yenidənqurma işlərini xüsusi ilə
qeyd etmək lazımdır ki, bu da regionun su təchizatının
xeyli yaxşılaşdırmağa və əlavə olaraq
şəhər əhalisinə su verməyə imkan verib.
Lakin su təchizatı
ilə bağlı olan problemlər və suyun artan
qıtlığı təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edirdi. Bu məqsədlə
II Kür su kəmərinin tikintisi haqqında qərar qəbul
olunub. I Kür su kəmərinə paralel
olaraq II Kür su kəmərləri sistemi 1978-1988-ci illərdə
tikilərək istifadəyə verilib.
Məhz Heydər Əliyevin
tükənməz enerjisi nəticəsində Kür su kəmərlərinin
tikilib başa çatdırılması yeni salınan Günəşli,
Əhmədli və Hövsan yaşayış massivlərini
su ilə təmin etməyə imkan verdi.
Heydər Əliyevin “Bakını yaşıllıqlar
diyarına çevirək” çağırışı
və təşəbbüsü Bakıda bağların,
xiyabanların və yaşıllıq zonalarının
salınması su təchizatında böyük irəlləyişlər
nəticəsində mümkün olub.
Yeri gəlmişkən
ekologiyanın əsas amillərindən biri də təbii
bitki örtüyüdür. 1970-ci ilə qədər
Bakı şəhərində 3 min hektara qədər
yaşıllıq sahəsi mövcud olub. Ulu
öndər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi
3 mindən 17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansın tənzimlənməsində
vacib roluna böyük önəm verən ulu öndərimiz
hələ 1970-ci illərdə müxtəlif
çıxışlarında 20-ci əsrin sonuna qədər
yaşıllıqların sahəsini 35-40 min hektara
çatdırmağı perspektiv plan kimi qarşıya
qoymuşdu.
Oğuz-Qəbələ-Bakı su kəmərinin
çəkilişi ilə bağlı təşəbbüsün
müəllifi ümummilli lider Heydər Əliyev olub
Azərbaycan
respublikası müstəqillik əldə etdikdən sonra
Bakının və Abşeron yarımadasının digər
yaşayış məntəqələrinin keyfiyyətli
içməli su ilə təmin olunması məsələsi
yenidən aktuallaşdı. Heydər Əliyevin yenidən
hakimiyyətə qayıtması çox vacib məsələ
olan su təchizatı probleminin həllinə yeni bir təkan verdi.
Su təchizatında
yaranmış problemləri həll etmək üçün
böyük məbləğdə maliyyə vəsaiti tələb
olunurdu. Zəngin
idarəçilik təcrübəsi ilə tanınmış
Azərbaycan Prezidenti Heydər Əliyevin
tapşırığı ilə Respublika Hökuməti su təchizatı
sahəsindəki vacib problemləri həll etmək
üçün kredit ayrılması xahişi ilə
Dünya Bankına (DB) və Avropa Yenidənqurma və
İnkişaf Bankına müraciət etmişdir.
Böyük Bakının su
təchizatı sisteminin yenidən qurulması layihəsinin həyata
keçirilməsi üçün ilkin mərhələdə
94,9 milyon ABŞ dolları məbləğində
vəsait ayrılması barədə qərar qəbul
olunmuşdur. Dünya Bankı ulu öndərin
səyi nəticəsində yaranmış siyasi sabitliyi nəzərə
alaraq, keçmiş SSRİ respublikaları arasında ilk dəfə
olaraq içməli su problemini həll etmək
üçün bu cür qərar qəbul etmişdir. Nəzərdə tutulan layihə həyata
keçirildikdən sonra şəhərimizin və ətraf
regionun əhalisi kifayət qədər təmiz və keyfiyyətli
su ilə təmin olundu.
Bakı şəhərinin
su ilə təminatının yüksəldilməsinə səbəb
olacaq Oğuz-Qəbələ-Bakı su kəmərinin
çəkilişi isə infrastruktur layihələri
sırasında ən nəhəng layihələrdən biri
hesab oluna bilər. Bu su kəmərinin çəkilişi
ilə bağlı təşəbbüsün müəllifi
də ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyev 2000-ci ilin əvvəllərində
respublikamızın sosial-iqtisadi həyatında baş verən
sürətli inkişaf meyillərini, Bakı şəhərinin
sənaye mərkəzinə çevrilərək
böyüməsini və eyni zamanda, paytaxt əhalisinin
sayının artmasını nəzərə alaraq əhalinin
və sənayenin suya olan tələbatının daha da
yaxşılaşdırılması üçün yeni su kəmərinin
çəkilməsini zəruri hesab edirdi. Ulu öndər
bu məqsədlə 2002-ci ildə Oğuz və Qəbələ
rayonları ərazisindəki zəngin su ehtiyatlarının
paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilməsi barədə qərar verdi. Sonrakı illərdə su kəmərinin
çəkilməsi ilə əlaqədar hazırlıq
işləri görüldü və ümummilli liderin layiqli
davamçısı Prezident İlham Əliyevin
tapşırığına əsasən proses daha da sürətləndirildi.
Prezident İlham Əliyevin
iştirakı ilə 2007-ci il martın 1-də
Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli
qoyulub. Su kəmərinə böyük önəm verən
dövlət başçısı kəmərin tikintisi ilə
bağlı işlərlə yaxından
Hazırda
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə
bağlı işlər daha da intensivləşib. Prezident
İlham Əliyevin bütün infrastruktur layihələrinin
vaxtında və keyfiyyətlə icrası ilə
bağlı verdiyi sərəncam və tapşırıqlara
uyğun olaraq Oğuz - Qəbələ-Bakı su kəmərinin
çəkilişi başa çatmaq üzrədir.
Heydər Əliyevin ekoloji siyasəti
bu gün uğurla davam etdirilir
Bu gün beynəlxalq
maliyyə institutlarının kreditləri və
respublikanın dövlət büdcəsi hesabına
respublikanın bütün rayon və kəndlərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə
layihələr uğurla həyata keçirilir. Xatırladaq ki, ölkədə ətraf mühitə
mənfi təsir edən amillərin qarşısının
alınması və ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün Prezident
tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı” təsdiq
olunub. Plana uyğun olaraq Abşeron
yarımadasının və Xəzər dənizinin ekoloji
durumunun yaxşılaşdırılması ilə
bağlı işlənmiş müvafiq layihələr
üzrə kanalizasiya xətləri çəkilb və təmizləyici
qurğular kompleksinin tikinti- quraşdırma işləri
başa çatdırılıb. Eyni
zamanda Xəzər dənizinin sahilboyu zolağında,
Abşeron yarımadasında və ölkənin digər
regionlarında su hövzələrinin, havanın,
torpağın təbii keyfiyyətinin bərpa olunması
üçün tullantı sular təmizlənib. O
cümlədən çirklənmiş torpaqlar rekultivasiya
edilib, geniş sahələrdə meşələr və
yaşıllıqlar salınıb, abadlaşdırma işləri
aparılıb və digər zəruri tədbirlər həyata
keçirilib.
Bütün
bunlarla yanaşı Naxçıvan Muxtar Respublikası da
daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən aldığımız məlumata görə,
bu baxımdan 224 min insan Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli su ilə təmin
olunub. Bu istiqamətdə fəaliyyət davam
etdirilməkdədir. Çox kiçik xərclə-10,8 milyon manata bu qədər böyük işlər
görülüb. Bildiyiniz kimi, bu məsələ
üçün 15 milyon manat vəsait
ayrılmışdı; onun 4,2 milyonu vergi
şəklində dövlətə qaytarılıb, qalan 10,2
milyon manat vəsait isə layihəyə xərclənib. Hazırda həmin qurğuların effektli
istismarı üçün tədbirlər
görülür.
Azərbaycanda
yürüdülən ekoloji siyasətin əsas məqsədi
indiki və gələcək nəsillərin
ehtiyaclarının təmin edilməsi naminə mövcud
ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi ilə
davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bu ənənə
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulub. Göründüyü kimi ulu
öndər Heydər Əliyevin ətraf mühitin mühafizəsi
sahəsində əsasını qoyduğu siyasət bu
gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Bu sahədə
həyata keçirilən ardıcıl tədbirlər,
görülmüş mühüm işlər ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində də yeni nailiyyətlərin
əldə olunmasına şərait yaradıb.
Fuad Hüseynzadə
Paritet.- 2010.- 10-12 iyul.- S. 11.