“Bu cür layihələr bizi
erməni terrorizminin ifşa
edilməsinə bir addım da yaxınlaşdırır”
Babək Azəri: “Sizin layihə çərçivəsində
nəşr edilən yazıları öz saytımızda
(www.azadtribun.net) yerləşdirmişik“
I YAZI
Xəbər verdiyimiz kimi “Paritet “ qəzeti tərəfindən “Erməni terrorizminin ifşası” adlı layihə həyata keçirilir. Bu sayımızdan başlayaraq dövlət məmurları, diaspor və QHT nümayəndələri, elm və mədəniyyət adamlarının layihə barədə rəy və təkliflərinin dərcinə başlayırıq. Bu, sözügedən silsilədən ilk yazıdır.
“Həyata keçirdiyiniz layihəni çox dəyərli və gözəl bir təşəbbüs hesab edirəm. Uzun müddətdir xaricdə yaşasam da, daxilimdə çox böyük vətənpərvərlik hissi və Vətən sevgisi var, bu baxımdan da Azərbaycanda bu cür layihələrin keçirilməsini çox yüksək qiymətləndirirəm və daim onlara informasiya tərəfdən kömək etməyə hazıram”-deyən Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirdi ki, ümumiyyətlə, çalışmalıyıq ki, erməni vəhşiliklərini və Qarabağ münaqişəsinə daxil olan hər bir hadisəni və anı daima gündəmdə saxlayaq: ”Bu həm ölkə daxilində keçirilən layihələrdə, həm də xarici ölkələrin gündəmində aktual mövzu olmalıdır. Fikrimcə, Qarabağ münaqişəsi öz həllini tapmayana qədər bu xətt davam etdirilməlidir. Yeni nəsilə, xalqımıza və ümumilikdə dünya ictimaiyyətinə bu cür araşdırmalarla, layihələrlə, məntiqli və konseptual yanaşmalarla erməni terrorizmini və bunun bəşəriyyətə təhlükəsini göstərməliyik. Bu cür layihələr bizi erməni terrorizminin ifşa edilməsinə tam nail olmağımıza bir addım da yaxınlaşdırır. Bu baxımdan da sizin qəzetin bu mövzu ilə bağlı həyata keçirdiyi layihədə yaxından iştrak etdiyimdən və izlədiyimdən, bu işin uğurla icra olunduğunu deyə bilərəm”.
Belə layihələrin “Paritet” qəzeti tərəfindən bir neçə ay deyil, ardıcıl və mütəmadi həyata keçirilməsini çox arzu etdiyini deyən R.Əliyevin maraqlı bir təklifi də oldu. O, qeyd etdi ki, gələcəkdə bu layihə çərçivəsində erməni terrorizmi ilə bağlı çap edilən yazıların internetdə və ya “Paritet” qəzetinin öz saytında bir neçə beynəlxalq dillərdə yerləşdirilməsi çox məqsədə uyğun olardı.
İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin və “Canaz” TV-nin(www.canaz. tv) rəhbəri Cəmal Məmmədxanoğlu sözügedən layihənin erməni vandalizminin daha geniş formatda ifaçası üçün uğurlu bir iş hesab etdiyini dedi və bildirdi ki, bu cür layihələr tarixin unudulmamasına kömək edir:”Mən təklif edərdim ki, gələcəkdə belə bir layihə həyata keçirdikdə Qarabağın tanıtımında tarixi köklərə yanaşma olsun, eyni zamanda orda yaşayan yaşlı insanlarla görüşəsiniz və onların öz dilindən deyilən fikirlərlə dünyaya səslənəsiniz.Çünki Qarabağlı olub, ancaq Qarabağ işğal olunandan sonra körpələrimiz dünyaya gəlib. Biz çox istərdik ki, bu mövzulu layihələrlə sizin qəzet həmin kiçik yaşlı balalarımızın maariflənməsində yaxından iştirak etsin”
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova isə erməni terrorizminin ifşası ilə bağlı ölkəmizdə keçirilən hər bir layihəni, işi alqışladığını deyərək bildirdi ki, bu gün informasiya cəmiyyətində yaşadığımızdan istərdik ki, “Paritet” qəzetində Qarabağ problemi ilə bağlı layihə çərçivəsində dərc edilən yazılar ayrıca bir saytda yerləşdirilsin və daha geniş auditoriyaya yayılsın: ” Birdə çox yaxşı olardı ki, layihə çərçivəsində dərc edilən yazılar bir kitabda toplanıb nəşr edilsin, broşurlar, bukletlər bir neçə dildə hazırlansın və bizdə həmin materiallardan keçirdiyimiz tədbirlərimizdə istifadə edək”.
Azərbaycan- Türk iyə Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşqın qeyd etdi ki, ermənilərin törətdiyi qırğınlarda çoxsaylı günahsız insanlar şəhid olub: ”Çox istərdim ki, gələcək layihələrinizdə yazılar bir neçə dilə tərcümə olunsun və beynəlxalq mətbuatda da çap etdirilsin”.
Estoniyadakı “Bazar günü” məktəbinin direktoru Sənəm Əliyeva bir sıra xarici
ölkələrdə erməni
diasporunun güclü
olduğunu deyərək,
bildirdi ki, belə layihələr xaricdə yaşayan azərbaycanlılara
Qarabağla bağlı
material əlində
etməkdə yardımçı
olur:” Eyni zamanda bizə də köməklik edir. Yəni bu layihə çərçivəsində nəşr edilən məqalələrlə daha
yaxından tanış
oluruq, yaddaşımızı
təzələyirik və
məktəbimizdə təhsil
alan uşaqlara da tarixi faciələrimizlə
bağlı məlumatları
daha dolğun çatdırırıq”.
İsveçdə yaşayan soydaşımız,
hüquqşünas və www.azadtribun.net saytının yaradıcısı
və rəhbəri Babək Azəri bildirdi ki, Qarabağ mövzusunun mətbuatda tez-tez yer alması
və bu ətrafda layihələrin
icrası düşmənlərimizin
qarşısına tutarlı
faktlarla çıxmağımıza
imkan yaradır:” Biz də bu cür
layihələrin ölkəmizdə
keçirildiyini görərək,
çox sevinirik. Eyni zamanda sizin
qəzetin keçirdiyi
layihə çərçivəsində
nəşr edilən yazıları öz sitəmizdə (www.azadtribun.net) yerləşdirmişik
ki, qoy dünya
xəbərdar olsun ki, Azərbaycanlılarda
sakit oturmayıb
və erməni terrorizminin ifşası ilə bağlı bu cür layihələr
keçirirlər”.
Xeyli müddətdir
ki, İsveçdə
yaşayan və Qarabağ mövzusu ilə bağlı silsilə əsərlər
yazan Eluca Atalı da bildirdi ki,
bu layihə çərçivəsində onun “Milli monoloq”
kitabı barədə gedən yazı bir daha
Eluca xanıma bu mövzuda yazıb yaratmaq stimulu verib:” Bilirsiniz belə layihələr xaricdə yaşayan azərbaycanlıların Qarabağ mövzusu ilə bağlı ürəyində
qəlbində olan hisslərin daha geniş auditoriyaya çatdırılmasına kömək edir”.
E.Atalı qeyd etdi ki, gələcək
layihələrdə “Paritet”qəzetinin
əməkdaşlarının xarici ölkələrə ezam
olunaraq, ordakı diasporumuzun keçirdiyi tədbirləri canlı izləməsi yaxşı
olardı və onlarda daha geniş
məlumat əldə edərdi. Və bu zaman nəşr edilən yazılar daha dolğun alınar”.
Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət
göstərən Azərbaycan
Cəmiyyətinin sədri
Samir İmanov ermənilərin
tarix boyu müsəlmanlara qarşı
etdiyi vəhşilik və qırğınlardan
çox yazılmadığından
təəssüflənərək bildirir ki, biz də media sahəsində işi gücləndirməliyik:”Bu baxımdan
da belə layihələr çərçivəsində
erməni vəhşilikləriylə
bağlı silsilə
yazıların getməsi
bu istiqamətdə aparılan təbliğat işini daha da gücləndirir. Çox istərdim ki, gələcək layihələrinizdə ermənilərin
vəhşilikləri dəqiq
tarixi faktlarla verilsin və bu mövzu ilə
bağlı çoxsaylı
fotolar da “Paritet
“qəzetinin saytında
və səhifələrində yer
alsın”.
İsveçdəki
“Xəzər” Cəmiyyətinin
sədri Leyla Kiyani deyir ki,
Qarabağla, soyqırım
və erməni terrorizmi ilə bağlı silsilə yazıları Azərbaycanda
yaşayan jurnalistlər yazıb onlara göndərməlidir:” Biz də onu yaşadığımız
ölkələrdəki mətbuata
yerləşdirməyə çalışaq.
Bu baxımdan da bu layihə
qiymətlidir ki, layihə çərçivəsində
ardıcıl nəşr
edilən yazılardan
bizdə istifadə edəcəyik”.
Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Kanadadır. Orada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının (KAA) sədri Məsud Əliyev deyir ki, Kanadada ermənilərin düşmənçiliyinin nümunələrini tez-tez görürlər:” Bu səbəbdən də bizə Azərbaycan tarixi, faciələri ilə bağlı çoxsaylı tutarlı məlumatlar lazımdır. Sizin qəzetin erməni terrorizminin ifşası ilə bağlı keçirdiyi layihə nəticəsində belə tutarlı məlumatlar ortaya çıxıb və biz də onlardan işlərimizdə istifadə edirik”.
Uzun illərdi Hollandiyada yaşayan və daim diaspor sahəsində fəallığı ilə seçilən , Ermənistan- Azərbaycan münaqişəsini müəllifi olduğu “Azər və Aida “əsəri vasitəsilə xalqımıza və əcnəbilərə çatdıran Gülşən Lətifxan bildirdi ki, erməni terrorizminin dünyaya çatdırılmasının əsas üsullarında biri yazılı mənbələrdən istifadə olunmasıdır:” Bu mövzu ilə bağlı yazılı mənbələri ancaq və ancaq mətbuatdan əldə etmək olar. Bunun üçün də “Paritet” qəzeti çox təqdirəlayiq iş görüb. Artıq sizin qəzetdə və saytınızda erməni terrorizmi ilə bağlı maraqlı məlumatlar toplanıb. Çox istərdim ki, gələcəkdə bu məlumatlar bir mənbədə toplansın və yazı əhli də ondan istifadə edə bilsin”.
“Təbii ki, erməni terrorizminin ifşasına yönəlmiş hər bir addım yüksək qiymətləndirilməlidir” -deyən Azərbaycan- Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi xatırlatdı ki, erməni terrorizminin kökləri çox dərindir:”Bu doğrudan da təqdirəlayiq bir layihədir və inanıram ki, növbəti illərdə daha geniş vüsət alacaq. Əslində terror anlayışı çox geniş bir anlayışdır. Onu yalnız insanlara qarşı silahlı hücum, soyqırım, kütləvi ölüm halları və ya partlayışlarla məhdudlaşdırmaq olmaz. Ermənilər bizə qarşı həm də mədəni, ekoloji və s. terror növlərindən də geniş istifadə edirlər. Tarixin saxtalaşdırılması, musiqi və mədəniyyətimizin özününküləşdirilməsi, Ermənistanda tarixi türk adlarının və toponimlərinin erməniləşdirilməsi, çaylar vasitəsilə Azərbaycan ərazilərinə zəhərli tullantıların axıdılması, sərhədyanı ərazilərdə bu və ya digər vasitələrlə yanğınların törədilməsi erməni terrorizminin digər fəaliyyət növləridir. Buna görə də layihəniz çərçivəsində bu məsələlərə kompleks şəkildə yanaşılmasını arzu edirəm. Eyni zamanda layihə çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə seminar və konfransların keçirilməsi, sərgilərin təşkil edilməsi, xarici dillərdə kitabların nəşri, hətta rəsm müsabiqələrinin keçirilməsi məqsədə uyğun olardı. Ən mühüm məqamlardan biri isə bu cür tədbirlərin tək Azərbaycan və ya Türkiyədə deyil, xarici ölkələrdə keçirilməsidir. Biz özümüz erməni terrorizmini yaxşı tanıdığımız üçün, erməni vəhşiliklərinin xaricilərə tanıdılması, məzlum erməni imicinin dağıdılması ən mühüm vəzifəmiz olmalıdır”.
Günay ƏSƏDOVA
P.S.Yazı “Paritet” qəzetinin Prezident
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun dəstəyi
ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa
olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 13-14 iyul.- S. 7.