Ermənilər hər zaman tarixi
saxtalaşdırmağa cəhd edibər
Sovet dövründə də tanınmış
ziyalılarımız bu saxtakarlığa qarşı
mübarizə aparıblar
Ermənilər
bütün tarix boyu öz çirkin əməllərini,
daha doğrusu “Böyük Ermənistan” xülyasını həyata
keçirmək üçün tarixi saxtalaşdıraraq
özlərini soyqırıma məruz qalmış xalq kimi qələmə
verməyə çalışırlar. Hələ SSRİ məkanında
onlar bu siyasətlərindən əl çəkməmişlər.
O zamanlarda da SSRİ hakimiyyətində
olan ermənipərəst qüvvələrin bu məsələyə
ikili standartlarda yanaşması ermənilərə öz əməllərini
həyata keçirməyə imkan yaratdı. Həta o
dövrdə erməni tarixçiləri bu yöndə
müxtəlif kitabların nəşr edilməsinə nail
oldular. Lakin bütün bunlara baxmayaraq Azərbaycan
ziyalıları erməni saxtakarlıqlarına qarşı həmişə
haqq səslərinin qaldırmışlar. Belə
ziyalılarımızdan biri də Rəmzi Yüzbaşovdur.
O, hələ 1972-ci ildə “Qərbi Ermənistan Birinci
Dünya müharibəsi illərində” kitabının
müəllifi Con Saakoviç Kirokosyana
ünvalandığı məktubunda kitabdakı həqiqətə
uyğun olmayan, iki xalq arasında ədavət yaradan fikirləri
faktlarla təkzib edib.
“Qərbi Ermənistan
Birinci dünya
müharibəsi illərində” kitabı çağdaş
gənc erməni nəslinə qonşu
ölkə-Türkiyə və SSRİ-nin
türkdilli xalqlarına qarşı nifrət
və antipatiya hissləri
aşılayır. Kitabın çap edildiyi 70-ci illərdə mənfur çar siyasəti əvəzinə SSRİ-nin xalqlar arasında dostluq
siyasəti hökm sürüb.
Belə bir məqamda “erməni
faciəsini” yaradan tarixi
səbəbləri oxucudan məharətlə
gizlədən kitabın çapdan
çıxması oxucu
qarşısında dəhşətli bir
səhnə yaradır: heç bir məntiqi səbəb olmadan
türklər hər yerdə, küncdə, bucaqda
heç bir təqsiri
olmayan, silahsız mülki
əhalini amansız surətdə qırır və hara isə bir cəhənnəmə
sürgün edirlər. Oxucuya
aydın deyil ki,
axı nə olub, niyə belə bir amansızlıq baş
verir. Düzdür, kitab müəllifi bunu
ötəri onunla izah
edir ki, “türklər
ermənilərin tarixi düşmənidir”.
Lakin bu
doğurdanmı belədir?
XVIII əsrə qədər Türkiyədə ermənilərə qarşı zorakılıq halları olmayıb. Ermənilər ərəblərdən, kürdlərdən, yunanlardan və Osmanlı Türkiyəsinin daxilində olan digər azsaylı xalqlardan daha hörmətli xalq sayılırdılar. Türkiyədə ali dövlət və ordu vəzifələrində xeyli erməni xidmət göstərirdi. Bu hal onu göstərir ki, ermənilər böyük hörmət və etibar sahibi olmuşlar.
XVIII əsrdən başlayaraq Türkiyənin tənəzzülü dövrü başlayır. Güclü dövlətlər Türkiyəni ayrı-ayrı hissələrə bölüşdürərək orada öz hökmranlıqlarını yaratmaq istəyirlər. Türk xalqı üçün belə bir ölümcül, kritik məqamda erməni burjua xadimləri türk xalqının düşmənləri ilə əlbir olurlar. Erməni xalqının faciəsini yaradan səbəb bu olub. Con Saakovciç bunu etiraf etməli idi, lakin o, bunu etmədi və onda odsuz tüstü alındı ki, bu da təbiətdə olmur”.
Yüzbaşov xatırladır ki, 1918-ci ilin martında Bakıdan Şamaxıya Stepan Lalayanın silahlı dəstəsi gəlir. Onlar müsəlmanları yaşına və cinsinə baxmadan öldürürdülər. Dünyada görünməyən bir müsibət törədirdilər. Uşaqları ştıka keçirir, qalanlarını isə qılıncdan keçirirdilər, camaatı məscidə qovub, nöyüt töküb yandırıdılar. Bütün evləri qarət etdilər və şəhəri tam yandırdılar. Oxşar səhnələri erməni milli burjuaziyasının nümayəndələri Azərbaycanın digər yerlərində də törətdilər:” Günahsız insanları qətlə yetirən, qırğınları törədən müxtəlif burjua partiyalarının xadimləri- bizim düşmənlərimizdir. Böyüməkdə olan nəsillərə yazığınız gəlsin; onları nasionalizm, şovinizm, revanşizm zəqqumu ilə zəhərləməyin. Qoy bizim uşaqlar sülh, bir-birinə inam şəraitində xoşbəxt yaşasınlar. Onlarda başqa millətlərə qarşı nifrət yaratmayın. Biz bir ideyaya xidmət etməliyik. Dünyada pis xalq yoxdur. Karl Marksın sözlərini yadınıza salın: “Biz qətiyyətlə türklərin tərəfindəyik..., çünki biz türk kəndlisini- deməli, türk xalq kütləsini öyrənmişik və onun simasında sözsüz ki, Avropa kəndlisinin əməli və əxlaqi nümayəndələrindən birini görürük”
Ümumiyyətlə, Rəmzi Yüzbaşov vətəndaşlıq borcumu yerinə yetirərək, uşaqların gələcək xoşbəxtliyi naminə Ermənistanın tarixçilərini, nəticələri hamıya bəlli olan, keçmiş faciəvi günlərin millətçilik qalıqlarının külünə uymamağa çağırmışdı. Eyni zamanda onların nəzərinə bir daha aşağıdakı fakları çatdırmışdı:”Birincisi, nə üçün 1918-ci ilin iyul ayında Naxçıvanda “Sovet Rusiyasının müdafiəsinə yönəlmiş”addımlarına görə (ermənilərin sözləriylə desək) general Andronikə bu şəhərdə abidə qoyulmamışdır və onun adını daşıyan küçə yoxdur? İkincisi, nə üçün 1918-ci ildə S,Şamuyana göndərdiyi teleqramda öz silahlı dəstəsi ilə tam şəkildə Sovet Rusiyasının sərəncamına keçməsi haqqında məlumat verən Andronik öz sözünün üstündə durmayıb, Bakıya gəlmək əvəzinə Amerikaya (Kaliforniyaya) qaçır? Üçüncüsü, hansı səbəbə görə, “Sovet hakimiyyəti uğrunda səmimi mübarizə aparan Andronikə” abidə Yerevanda deyil, Parisdə qoyulub; hansı pullara və hansı xidmətlərinə görə? Bəlkə Naxçıvandakı xidmətlərinə görə? Dördüncüsü, nə üçün “Naxçıvan qəzasında Sovet hakimiyyətini bəyan edən Andronik” haqqında Azərbaycan tarixində heç bir şey qeyd olunmayıb?”
Ümumiyyətlə, “Qərbi Ermənistan Birinci dünya müharibəsi illərində” kitabında xidmətləri xüsusi olaraq qeyd edilən Andronik paşa əslində kim olmuşdur? Türk təəbəsi olan Andronik soltan Türkiyəsində hərbi məktəb bitirmişdi. Erməni millətçi burjuaziyasının ideyalarının təsiri altında o, daşnak burjua partiyasına daxil olur və türk hakimiyyətinə qarşı mübarizəyə başlayır. Bir müddət sonra o, çar hökümətinin sərəncamına keçir. 1918-ci ildə türk qoşunlarının həmlələrindən geriyə çəkilən Andronik öz silahlı dəstəsi ilə Naxçıvan qəzasında məskunlaşır. Onun artıq çıxış yolu qalmırdı. O, ya Türkiyə tərəfində olan daşnak hökümətinə təslim olmalı idi, ya da ki, hər hansı yol tapmalı idi.
Belə bir məqamda ona məlum olur ki, Bakıda Amazaspın rəhbərliyi altında erməni millətçilərindən ibarət hərbi hissələr yerləşdirilib. Andronik onlarla birləşmək qərarına gəlir. Lakin burda hakimiyyət Bakı kommunasının əlində idi. Ona görə də o, siyasi bir manevr etmək məcburiyyətində qalır; O, S.Şamuyana teleqram vurur ki, öz silahlı dəstəsi ilə Mərkəzi Rusiya hökümətinin tam sərəncamına keçir. O, Bakı kommunasının Göyçay və Salyan qəzalarındakı döyüşlərdə məğlubiyyətindən xəbər tutan kimi oyundan çıxmaq qərarına gəlir və uzaq Amerikaya (Kaliforniyaya) qaçır. Təəccüblüdür, 1918-ci ilin iyulunda Sovet Rusiyasının tam ixtiyarına “keçən” adam, bir dəfə də olsun Sovetlər ölkəsinə gəlmək istəməyib. Burada o kimdən qorxurdu? Axı o, “Sovet Rusiyasının dostu” idi!
Murad BAXŞILIYEV,
Səbuhi ŞƏLDIYEV
P.S.Yazı “Paritet”
qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin
ifşa olunmasına informasiya
dəstəyi” layihəsi çərçivəsində dərc
edilir.
Paritet .- 2010.- 13-14 iyul.- S. 12.