“Layihənin davamı
olmalıdır”
Diaspor nümayəndələri və mütəxəssislər
layihə çərçivəsində toplanmış
materialların xarici dillərə tərcümə edilməsini,
beynəlxalq seminarlar keçirilməsini, eləcə də əməkdaşlarımızın
xarici ezamiyyələrinin təşkil olunmasını təklif
edirlər
Xəbər verdiyimiz kim “Paritet“ qəzeti tərəfindən “Erməni terrorizminin ifşası”
adlı layihə həyata keçirilir. Ötən sayımızdan
başlayaraq dövlət məmurları, diaspor
və QHT nümayəndələri, elm və mədəniyyət adamlarının layihə barədə
rəy və təkliflərini dərc edirik. Bu, sözügedən silsilədən
ikinci yazıdır.
Diasporla İş
üzrə Dövlət Komitəsinin
Təbliğat, informasiya və analitik təhlil şöbəsinin
müdiri Elşad Miraləm
bildirdi ki, “Paritet” qəzetinin
həyata keçirdiyi “Erməni
terrorizminin ifşası” adlı
layihənin davamı olmalıdır:” Bu layihənin əsas dəyəri,
qiyməti ondadır ki, dünya ictimaiyyəti yerli mətbu orqanlarımız vasitəsilə Azərbaycan tarixində
yer almış qanlı tariximiz
və erməni vandalizmi haqqında daha geniş və ətraflı
məlumat əldə edir. Eyni zamanda
belə layihələrin reallaşması yeni
texnologiyaların tətbiqi yollarının, bu mövzuda yeni
faktların üzə çıxmasına və kitabların
nəşrinə imkan yaradır”.
E.Miraləm sözügedən layihə ilə
bağlı təklifini də
dedi . Onun fikrincə, ermənilərin
vəhşiliklərinin üzə çıxmasına təkan
verən bu layihənin daha geniş auditoriyanı əhatə
etməsi çox məqsədəuyğun
olardı:” Layihə gələcəkdə mütləq xarici
ölkələrin ictimaiyyəti və beynəlxalq təşkilatlar
üçün nəzərdə tutulsun ki, onlar Azərbaycanı
narahat edən Qarabağ problem və
erməni terrorizmi ilə
bağlı daha geniş məlumatlar əldə etsinlər
və əsl həqiqətləri
yazılı faktlarla
görsünlər”.
Dövlət İstiqlal Muzeyinin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova isə qeyd etdi ki, belə layihələr çərçivəsində erməni terrorizmi ilə bağlı nəşr etdirilən materiallar nəinki bizlərə, ən əsası kiçikyaşlı , yəni Qarabağ problemindən sonra dünyaya gələn uşaqlara tarixi çatdırmaq üçün dəyərli vəsait olacaq: “Gənc nəsil də dərk edəcək ki, əsrlər boyu ermənilər Azərbaycan xalqının düşməni olub və ərazi iddiasına düşüblər. Azərbaycan tarixi və qanlı faciələrimizlə bağlı muzeyimizdə toplanmış məlumatlar sizin qəzetin keçirdiyi layihə çərçivəsində daha geniş formada işıqlandırılaraq ictimaiyyətə təqdim edilib. Bu hal da insanları bu hadisələrlə yaxından maraqlanmağa həvəsləndirir. Bu səbəbdən də sözügedən layihənin rəhbərini və iştirakçılarının işini alqışlayırıq və dəstəkləyirik”.Bir muzey işçisi kimi hər il belə layihələrin keçirilməsinin vacib olduğunu vurğulayan Ş.Məmmədova bildirdi ki, bu layihələr çərçivəsində muzeylərlə mütləq əlaqələr qurulsun və orda olan tarixi materiallar işıqlandırılsın.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) elmi katibi Fərhad Cabbarov uzun illərdir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasəti aparıldığını dedi:” Bilirsiniz, muzeyimizdə Azərbaycan tarixi və faciələri ilə bağlı xeyli eksponat və yazılı sənədlər var. Mediada Qarabağ problemi və Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı materialların dərc olunması, imkan verir ki, biz də tarix muzeyində olan faktarla çıxış edək. O cümlədən sizin qəzetin keçirdiyi layihədə də bu haqda məlumat verilib.Gələcəkdə belə layihələrdə Azərbaycan Tarix Muzeyi ilə əməkdaşlığınız, sizə daha dəyərli məlumatların nəşrinə imkan yaradar”.
Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin
direktoru
Zərifə Məlikova
qeyd etdi ki, ermənilərin işğalçılıq siyasəti
nəticəsində işğal olunmuş rayonlarımızda
yerləşən muzeylərdə
olan eksponatlarımız dağıdılıb
və ya zədə alıb:” Bu eksponatları biz hissə-hissə
bərpa mərkəzində
əvvəlki vəziyyətinə
qaytardıq.
Sizin qəzetin keçirdiyi bu layihə mənim üçün,
ona görə maraqlıdır ki, layihə
çərçivəsində həmin işğal
olunmuş regionlarımızdan gətirilmiş
və bərpa etdiyimiz eksponatlar
haqqında yazılar dərc etdiniz.
İstərdim ki, gələcəkdə
də bu əlaqələrimiz daha da genişlənsin”.
Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyinin
direktoru Tariyel Abbaslı bildirdi ki, yurd-yuvasından
zorla ermənilər tərəfindən çıxarılan
bir azərbaycanlı kimi, “Paritet” qəzetinin belə bir layihə ilə çıxış
etməsini çox yüksək qiymətləndirir:” Bilirsiniz,
bu cür layihələr bizə imkan verir ki,
qəlbimizdə olan vətən nisgilini və canlı şahidi olduğumuz tarixi və faciyəvi hadisələri
mediaya çıxaraq
ki, hər kəs erməni vəhşiliyindən xəbərdar
olsun. Çox arzu edərdim ki,
gələcək layihələrinizdə evindən didərgin
düşmüş,
qaçqınlıq həyatlı yaşayan
insalarla müsahibələr və ya onlar haqqında məqalələr dərc edilsin. Çünki o insanlar sizə
kitabların və tarixçilərin demədiyi erməni vəhşiliyi
haqda deyə
bilər”.
“Ayrı-ayrı dövlət və qeyri hökumət və tələbə gənclər təşkilatlarının və fərdi şəxslərin Ermənistan- Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında gördüyü işlərin layihə çərçivəsində işıqlandırılması çox yaxşı təşəbbüsüdir”- deyən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirdi ki, belə layihələrin keçirilməsi və silsilə olaraq erməni terrorizminin ifşası ilə bağlı bəzi qurumların gördüyü işlərin işıqlandırılması əsl həqiqətin meydana çıxmasına təkan verəcək: “Ali Baş komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, bu gün Azərbaycan artıq hücum taktikasını əldə edib irəliyə getməlidir. Dünya mətbuatında bu gün Azərbaycanla bağlı həqiqətə uyğun materialların nəşr edilməsi də dövlətin apardığı məqsədyönlü siyasətin və bu mövzuda yerli mətbuat orqanlarımız tərəfindən layihələrin keçirilməsinin nəticəsidir. Qarabağ mövzusu, erməni terrorizminin ifşası ilə bağlı silsilə yazıların hazırlanması istiqamətində jurnalistlər püxtələşib formalaşaraq tək layihədən layihəyə deyil, torpaqlarımız qaytarılana qədər daim bu mövzuda yazmalıdırlar. Bu ali təhsil müəssisələrində təhsil alan gənclərin, regionda fəaliyyət göstərən gənclərin təşkilatların, xüsusilə də sərhəd bölgələrində yerləşən təşkilatların gənclərin Qarabağ mövzusunda daha çox işlər görməyə həvəsləndirməliyik. Eyni zamanda ümidvarıq ki, qəzetiniz növbəti belə layihədə CD-in buraxılması, beynəlxalq aləmdə fərdi görüşlərin, işgüzar səfərlərin təşkili ilə dünyaya bu tarixi faciələrlə bağlı ətraflı məlumat çatdıracaq və bu da bizi həqiqətə daha da yaxınlaşdıracaq”.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü, pedaqoq Tahir Cəfərov nəinki ildə bir dəfə, hər tarixi facilərimiz günü, torpaqlarımızın işğalı günü Qarabağ mövzusu ilə bağlı silsilə yazıların “Paritet” qəzetinin səhifəsində yer almasını istədiyini dedi:” Bu qeyd etdiyim mövzu ilə bağlı keçirdiyiniz layihədə maraqlıdır, ona görə ki, siz bütün sahələrdə çalışan insanların Qarabağ mövzusunda gördüyü işləri işıqlandırırsınız. O cümlədən bu mövzuda çəkilmiş fotolar haqqında da məqalələr çap edirsiniz. Foto tarixi sənətdir.Bu münaqişəli mövzuda və həqiqətlərin dünyaya çatdırılmasında da foto əvəzsiz . Mən təklif edərdim ki, gələcək layihələrinizdə daha çox fotolardan istifadə edilsin və layihəniz çərçivəsində fotoalbom nəşr edilsin”.
Həyat və yaradıcılığının böyük bir hissəsini Qarabağ müharibəsinə həsr etmiş Azərbaycan Fotoq raflar Birliyinin idarə heyətinin üzvü Mirnaib Həsənoğlu bildirdi ki, foto arxivində Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ müharibəsinə həsr olunan geniş fotomaterial və son dərəcə maraqlı fotolar var:” Layihə çərçivəsində yazılar dərc edilərkən o səhifədə yerləşdirilən Qarabağla və tarixi faciələrimizlə bağlı fotolar internetdən götürülməsin və yerli fotoqraflarımızın arxivində olan fotolardan istifadə edilsin.Çünki həmin fotoları çəkən fotoqrafların hər biri canlı olaraq tarixi faciələr zamanı o qan-qadanın içində olublar”.
Tarix və Mədəniyyət Abidələrini
Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri Faiq İsmayılov ermənilərin
işğalçı siyasəti
nəticəsində çoxsaylı
tarixi və mədəni abidələrimizin
dağıdılmasını xatırladaraq qeyd etdi ki, “Paritet” qəzeti də “Erməni terrorizminin ifşası” adlı layihəsində
abidələrimizin düşmənlərimiz
tərəfindən dağıdılması
ilə bağlı məlumatlar dərc edib:” Belə layihələr çərçivəsində
bizim abidələrlə bağlı
əldə etdiyimiz və tədqiqatımızın
nəticəsi olan məlumatlar, ancaq təşkilatımız daxilində
qalmır media vasitəsiylə
daha geniş auditoriyaya çatdırılır.
İstərdim ki, gələcək layihələrinizdə
də abidələrlə bağlı
fotolarla birgə silsilə yazılar dərc edilsin”,
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev son illər beynəlxalq əməkdaşlıqlarının genişləndiyini dedi və bildirdi ki, tez-tez Azərbaycanla və onun tarixi faciələriylə tanış olmaq üçün bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə gəlir:” Onlara bizim təqdim etməyimiz üçün əlimizdə daim tarixi faktlara əsaslanan əyani və yazılı mənbənin olması vacibdir. Bu baxımdan da “Paritet” qəzetinin keçirdiyi layihə bu missiyanı üzərinə götürməli və gələcəkdə də belə layihələrlə bu istiqamətdə daha dərin tədqiqatlara əsaslanan məqalələr dərc etməlidir”.
Günay Əsədova
P.S.Yazı “Paritet” qəzetinin Prezident
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun dəstəyi
ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa
olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 15-16 iyul.- S. 6.