“Qondarma
Dağlıq Qarabağ probleminin
heç bir beynəlxalq
hüquqi norması yoxdur”
Dövlətlər arasında hər hansı bir münaqişəli məsələlərin həllində beynəlxalq hüquq normaları adətən əsas götürülərək bəzən onların həllində beynəlxalq qurumların rolu həlledici olur. Bu baxımdan demək olar ki, münaqişəli tərəflərin hansı birində problemin həlli beynəlxalq hüquq normaları ilə üst-üstə düşərsə o tərəf daha çox haqlı tərəf kimi tanınır.
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də deyilənləri nəzərə alaraq deməyə əsas verir ki, Azərbaycan öz ərazi bütövlüyü məsələsində daima haqlı tərəf olaraq çıxış edib. Beynəlxalq hüquq da deyilənləri bilavasitə daima təsdiqləyir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı hüquq elmləri namizədi Rauf Qarayevin 3 il zəngin əməyinin bəhrəsi nəticəsində ərsəyə gətirdiyi “Beynəlxalq hüquq çərçivəsində xalqların ərazi bütövlüyü və özünü idarəsi nəzəriyyə və praktikada adlı” kitabı da deyilənləri bir daha dəqiq faktlar əsasında sübut edir. Müəllif bildirir ki, kitabda xalqların beynəlxalq hüquq normaları haqqında, onların ərazi bütövlüyü özünü idarəetməsi, dövlətlər arasında yaranmış konfiliktlə və bu konfiliktlərin beynəlxalq hüquq normaları çərçivəsində yeni qanunlar əsasında onların həlli yolları göstərilib.Həmçinin yeni dövlətlərin yaranmağının qanuni yolları onların ərazi bütövlüyünün hüquqi əsası araşdırmalar nəticəsində müəllif tərəfindən qeyd olunub.Kitabda əsasən Dağlıq Qarabağ probleminin həlli haqqında Ermənistan Azərbaycan münaqişəsi və iki ölkə arasında olan münasibətə geniş yer verilib. Geniş oxucu kütləsi üçün, eləcə də politoloqlar, parlament deputatları, xarici işər nazirliyinin əməkdaşları aspirant və tələbələr, müəllimlər üçün beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşlar üçün nəzərdə tutulan kitabın birinci fəslinə dövətlərin ərazi bütövlüyü və onların toxunulmazlığı nəzəri və praktik cəhətdən beynəlxalq hüquq normalarına əsaslanaraq oxucuların diqqətinə çatdırılıb. Ümumiyyətlə, dövlət sərhədlərinin digər dövlətlər tərəfindən pozulması həmin dövlətin ərazisinin işğalı və buna beynəlxalq təşkilatların münasibəti faktlarla göstərilib.
Kitabın başqa bir fəslində yeni dövlətlərin yaranması onun beynəlxalq hüquqi əsası və başqa dövlətlər tərəfindən tanınması proseslərinə toxunulub. Müəllif bu fəsildə əsasən qondarma Dağlıq Qarabağ problemini nəzərdə tutur və onun yalnız Ermənistan tərəfindən heç bir beynəlxalq hüquqi əsası olmadan tanınması problemini hüquqi cəhətdən göstərir. Yeni dövlətin yaranma prinsipini müəllif BMT-nin müxtəlif illərdə qəbul etdiyi qərarlara əsaslanaraq qeyd edir ki, belə hallar yanız dünyada əsasən koloniya vəziyyətində yaşayan ölkələrə aiddir. Məsələn BMT-nin 1960-ci ildə qəbul etdiyi qərarda deyilir ki, bu qərar qəbul edildiyi gündən təcili sürətdə koloniya halında yaşayan ölkələr bütün forma və hallarda ləğv olunsun və həmin ölkələr öz müstəqilliyini qazanmalı və bütün beynəlxalq qanunlara uyğun olaraq ayrıca br dövlətə çevrilməlidir. BMT-nin 1970-ci ildə qəbul etdiyi digər bir qərarda isə deyilir ki, bir dövlət digər bir dövlətin ərazisini işğal edərək orada başqa bir dövləti yaratmaq bütün beynəlxalq hüquq normalarına ziddir və yolverilməzdir. Müəllif həmin halların Azərbaycan ərazisinin Dalıq Qarabağ hissəsinin Ermənistan tərəfindən işğalı və orada yeni bir dövlət yaratmq cəhdinin beynəlxalq təşkilatların qərarlarına tamamilə zidd olduğunu hüquqi əsaslarla sübut edib və Dağlıq Qarabağın Azərbaycan Dövlətinin ayrılmaz tərkib hisssi olduğunu faktlarla göstərib.
Kitabın xülasəsində bildirilir ki, elmi ədəbiyyatda belə bir fikir irəli sürülüb ki, beynəlxalq hüququn bəzi əsas prinsipləri bir-birinə ziddir. Xüsusən ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri, bu səbəbdən müasir beynəlxalq hüququn nəzəri problemlərindən biri olan ölkələrin ərazi bütövlüyü və xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prisiplərini qarşılıqlı əlaqələri və nisbəti probleminin araşdırılması zərurəti yaranır. Bu problem təkcə doktrina əhəmiyyəti daşımır, həm də sülhün beynəlxalq təhlükəsizliyin qurulmasında ərazi müaqişələri və problemlərin nizama salımasında BMT-nin, ATƏT -in, AB-in, NATO-nun, İKT-nin, GUAM-in və digər beynəlxalq təşkilatların fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.Monoqrafiyada bu probemlərin təhlili aparılır və belə bir nəticəyə gəlinir ki, müasir beynəlxalq hüquqda xalqların bərabərliyi və öz müqqədəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyü prinsipi ilə məhdudlaşır.
Günay Bünyadzadə
P.S. Bu səhifə “Paritet” qəzetinin Prezident
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni
terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 15-16 iyul.- S. 12.