“Ermənilərin gerçək tarixi”
Ermənilərin bu gün öz yalan dövlətçilik prinsiplərini yaymaq üçün apardıqları yalan təbliğatları durmadan artır. Bu məqsədlə onların qarşısını almaq üçün yalnız güclü informasiya müharibəsi ilə çıxış etmək lazımdır. Təbii ki, Azərbaycan tərəfi bu müharibədə yalnız dəqiq faktlara, mənbələrə söykənərək çıxış edir. Son illərin bu sahədə nəşrləri də bunu deməyə əsas verir.
BDU-nun Tarix kafedrasının dosenti Atamoğlan Məmmədlinin “Ermənilərin gerçək tarixi” monoqrafiyasında da bir sıra faktlara söykənən məlumatlar maraq doğurur. Müəllif bildirdi ki, monoqrafiyada əsasən erməni və digər qaynaqlar əsasında erməni etnosunun yaranma tarixi qələmə alınıb. Ermənilərin müsəlman-türk xalqlarına qarşı bütün dövrlərdə düşmənçilik siyasəti yeritmələri, XIX əsrin əvvəllərindən başlayaraq “Böyük Ermənistan” yaratmaq məqsədilə əvvəlcə Osmanlı İmperiyasından, sonra isə Türkiyə Respublikasından torpaq qoparmaq cəhdləri, baş verən proseslərin nəticəsi olaraq bu ölkədən və İrandan çoxsaylı köçlər etməklə Azərbaycan torpaqlarında məskunlaşmaları və s. tarixi hadisələr müxtəlif mənbələrdən, o cümlədən erməni alimlərinin öz əsərlərindən götürülmüş faktlar əsasında oxucuya təqdim olunur.
Kitabda əsasən erməni və digər xristian qaynaqları əsasında erməni etnosunun hibrid xalq kimi yaranma və formalaşma tarixi qələmə alınır. Böyük dövlətlərin siyasətində ermənilərin əlaltı olmaq həvəsi, oynadığı mənfi rol işıqlandırılır. Ermənilərin zaman-zaman türklərə qarşı yeritdiyi düşmənçilik siyasəti açıqlanır. Kitabla tanış olarkən “Böyük Ermənistan” yaratmaq məqsədilə qonşu dövlətlərdən torpaq qopartmaq cəhdləri ifşa olunur. Xatırladaq ki bu kitab müəllifin fərdi fikri yox bir çox tarixi əsərlərdən,tarixi şəxsiyyətlərin əl yazmalarından götürülüb.
Günay Bünyadzadə
P.S. Bu səhifə
“Paritet” qəzetinin Prezident
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun dəstəyi
ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa
olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 15-16 iyul.- S. 12.