Hazırda təhsil sferasında 14
dövlət proqramı uğurla həyata
keçirilir
Şəmsəddin Hacıyev: “Təhsil müəssisələrinin
yeni maliyyələşdirmə mexanizminə keçidi
bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə
səbəb olacaq”
O bildirib ki, yeni təhsil
qanunu təhsil sistemində baş verən bütün proseslərin
tənzimlənməsi üçün vahid qanunvericilik
bazasının yaradılması və ölkədə fəaliyyət
göstərən təhsil müəssisələrinin
hüquqi statusunun dəqiq müəyyən edilməsi
baxımından mühümdür: “ Yeni qanunun qüvvəyə
minməsi ali təhsilimizin Boloniya prosesinə
qoşulmasının sürətləndirilməsi və ali təhsil
müəssisələrimizin bu prosesin tələblərinə
uyğunlaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərin artmasına səbəb
olub. Ümumiyyətlə, 2009-2010-cu tədris ili ali təhsil
müəssisələrində kredit sisteminin tətbiqinin
genişlənməsi, orta məktəblərdə test
üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş
buraxılış imtahanlarının keçirilməsi, ali
və orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil
müəssisələrinin yeni maliyyələşdirmə
mexanizminin tətbiqinə başlanması və s. yeniliklər
ilə xarakterizə oluna bilər. “Təhsil “qanununun
icrasının təmin edilməsi məqsədilə, Nazirlər
Kabineti tərəfindən “Məktəbə
hazırlığın təşkili qaydaları”nın,
“Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)”nın, “Orta ixtisas təhsili pilləsinin
dövlət standartı və proqramı”nın, “Ali təhsil
pilləsinin dövlət standartı və proqramı”nın,
“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr”
dərəcələrinin verilməsi qaydaları”nın,
“Rezidentura təhsilinin məzmunu və təşkili
qaydaları”nın, “Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
qaydaları”nın, “Ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vuran məzunların qızıl və ya
gümüş medalla təltif olunma qaydası”nın təsdiq
edilməsi haqqında müvafiq qərarlar qəbul edilib və
bu istiqamətdə işlər davam etdirilir.”
Ötən ay Prezident yanında Təhsil Komissiyasının ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilən müşavirəyə toxunan Ş. Hacıyev bildirib ki, təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və əslində tamamilə yenidən qurulması “Təhsil haqqında” qanunun 38-ci maddəsində nəzərdə tutulub: “Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsilalana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir. Bu ildən başlayaraq sözügedən mexanizmin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaqdır. Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrıseçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.”
Müşavirədə
Boloniya prosesinə qoşulduğunu
elan edən ali məktəblərlə
bağlı da tənqidi fikirlərə
münasibət bildirən Ş Hacıyev əlavə edib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 4
fakültəsində 2006-cı ildən, digər fakültələrində
isə 2008-ci ildən kredit sisteminin tətbiqinə
başlanıb.Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmiş standartlara
əsaslanaraq kredit sisteminin
bütün tələblərinə cavab verən yeni tədris
planları hazırlanıb və 2009-2010-cu tədris ilindən
I kurslar həmin tədris planlarına müvafiq olaraq təhsilə
başlayıblar. Əvvəlki illərdən
fərqli olaraq, bu ildən
tələbələr üçün fərdi
tədris planları tərtib olunub,
onların əsasında işçi tədris
planları qurulub və fənlər
üzrə qruplar formalaşdıqdan sonra dərs cədvəlləri tərtib edilib. Eyni zamanda, kredit sisteminin əsasnaməsinə
uyğun olaraq yeni jurnallar tərtib olunaraq istifadəyə verilib. Bu jurnallarda
sərbəst işlər
üçün ayrıca
səhifə ayrılaraq
tələbələrin imtahana
qədərki ballarının
hesablanması cədvəlləri
yerləşdirilib: “Xüsusi
olaraq qeyd etmək lazımdır ki, bu ildən
I və II kurslarda imtahanlar kompüterlərlə
təchiz edilmiş xüsusi otaqlarda test üsulu ilə həyata keçirilir. Hər bir fənn
üzrə nəzərdə
tutulmuş test imtahanlarına
ayrılan vaxt 1 saat 20 dəqiqə olmaqla 50 sualdan ibarətdir və hər bir düzgün
cavab bir balla qiymətləndirilir.
İmtahana qədərki balların
qabaqcadan proqrama daxil edilməsi nəticəsində tələbələr
imtahandan dərhal sonra öz yekun
ballarını görürlər
və imtahanın nəticələri dərhal
çap olunur. Onu da qeyd etmək
lazımdır ki,
virtual universitet bu nəticələrdə heç
bir dəyişikliklər
etməyə imkan vermir. Universitetdə
imtahanlar başa çatdıqdan sonra tələbənin təhsil
proqramını mənimsəmə
səviyyəsini yoxlamaq
üçün Ümumi
Orta Müvəffəqiyyət Göstəricisi
(ÜOMG) hesablanır. ÜOMG
kredit sisteminin əsas atributlarından biridir. Bu göstərici
avtomatik olaraq virtual universitetin köməyi ilə hesablanır. Bütün bu yeniliklər tyutorların xüsusi səyi nəticəsində
həyata keçirilib.
Məhz kredit sisteminə aid ilkin əsas məlumatları, eyni zamanda Boloniya
prosesi, biliyin qiymətləndirilməsi, virtual
universitetdən istifadə
qaydaları və s. haqqında ətraflı məlumatları tələbələrə
tyutorlar aşılayırlar.”
Məlum olduğu
kimi “ Təhsil
haqqında” qanun çərçivə qanunu
olduğu üçün
təhsilin ayrı-ayrı
pillələri və
səviyyələri üzrə
bir sıra sahəvi qanunların da qəbul edilməsi
nəzərdə tutulub.
Artıq
“Elm haqqında” və
“Ali təhsil haqqında”
qanun layihələrinin
hazırlanması məqsədilə
Milli Məclisin Elm və təhsil komitəsinin nəzdində
müvafiq işçi
qrupları yaradılıb.
Hazırda hər iki qanunun ilkin layihəsi
hazırdır və onların Milli Məclisin payız sessiyasında müzakirəyə
çıxarılması nəzərdə
tutulub. Qanun layihəsinin əsas məqsədi haqqında məlumat verən Ş.Hacıyev bildirib ki, məqsəd Azərbaycan elminin inkişafını sürətləndirmək
olan “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına
və elmi fəaliyyətlə bağlı
bütün proseslərin
hüquqi tənzimlənməsinin
təmin olunmasına xidmət edəcək. Qanun layihəsində elmi fəaliyyət sahəsində
dövlət siyasətinin
məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması
mexanizmi, elmi işçilərin hüquq
və vəzifələri,
elmin idarə olunması və koordinə edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması,
elmi məktəblərin
yaradılması və
s. bu kimi məsələlər təsbit
edilib. Elmin nəticəliliyinin yüksəldilməsi,
Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması
və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi
sözügedən qanun
layihəsinin ən ümdə keyfiyyətləri
kimi qeyd oluna bilər. “Ali təhsil haqqında” qanun layihəsinə gəldikdə bu sahəvi qanun olmaqla ali
təhsil sferasında
olan münasibətlərin
tənzimlənməsi üçün
hüquqi baza rolunu oynayacaq. Layihə “Təhsil haqqında” qanunda müəyyən edilmiş
ümumi prinsiplərdən
çıxış etməklə
ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində (bakalavriat, magistratura və doktorantura) tədrisin təşkili və səviyyələr
arasında üzvi bağlılığın təmin
olunması mexanizmini, ali təhsil müəssisələrinin hüquqi
statusunu, ali təhsilin yeni maliyyələşdirmə sistemini,
ali təhsil müəssisələrində elmlə tədrisin effektiv vəhdətinin bərqərar olunmasını
müəyyən edir
.
Bu gün təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramları icra olunur. Ş Hacıyev təhsilimizdə
aparılan belə islahatların
da əhəmiyyətindən
danışıb: “Kifayət
qədər mürəkkəb
konfiqurasiyaya malik olan təhsil sferasında isə ümumiyyətlə proqram-məqsədli
yanaşma alternativi olmayan üsul kimi çıxış edir. Proqram-məqsədli yanaşmadan gözlənilən
nəticələrin gerçək
məzmun daşımaması
yalnız bir halda - proqramlararası koordinasiyanın və tənzimlənmənin kifayətedici
səviyyədə olmadığı
şəraitdə mümkündür.
Hazırda təhsil sferasında
14 dövlət proqramı
uğurla həyata keçirilir. Apardığımız
hissəvi ümumiləşdirmələr
göstərir ki, təhsilin bütün pillələrini və səviyyələrini əhatə
edən bu proqramların reallaşdırılması
prosesi təhsil sisteminin keyfiyyətcə yeniləşməsində əhəmiyyətli
irəliləyişlərə nail olmağa imkan verib”
G. Bünyadzadə
Paritet.- 2010.- 17-19 iyul.- S. 5.