“Lazımdır ki,
iş adamları turizmin
gələcəyinə inansınlar və bu
sahəyə investisiya qoysunlar”
Mütəxəssisin fikrincə, Azərbaycanın
turizm ölkəsi imicinin yaradılması üçün
çox işlər görülməlidir
Bu gün Azərbaycanda turizm sahəsinin
inkişafda olmasına, ölkəmizin daxili turizm potensialının beynəlxalq sərgilərdə
müntəzəm olaraq nümayiş olunmasına, yeni -yeni
hotel və istirahət mərkəzlərinin tikilməsinə
baxmayaraq bu sahədə bir
sıra problemlər də mövcuddur. Bu problemlər yönündə
dövlət və özəl sektorlar tərəfindən bir çox işlər görülür. Çünki hazırda biznes
qurumlarının özlərinin bu sahədə fəallığına
da ehtiyac var.
Azərbaycan Marketinq Cəmiyyətinin
İdarə Heyətinin sədri Rəhim Hüseynov bizimlə
söhbətində bu gün
turizm sahəsində əsas problemlərdən olan kadr məsələsindən
danışmaqla başladı və
bunları söylədi:” Hazırda ölkəmizin turizm
sektorunda bir nömrəli problem kadr hazırlığı ilə
bağlıdır. Vəsait qoyub çox müasir obyektlər
tikmək olar. Amma onu idarə edəcək insanlar yoxdursa,
bütün bu yatırımlar ölü kapitala çevrilər.
Ona görə də ilk növbədə bu obyektləri idarə
edə bilən kadrların hazırlanması vacibdir”. O bildirdi
ki, Azərbaycanda bir sıra sahələrin
inkişaf etdirilməsi məqsədilə dövlət
proqramları qəbul edilib: “ Ümid edirəm ki, Turizm sahəsi ilə də
bağlı olaraq bu il qəbul
edilən dövlət
proqramı (Azərbaycan Respublikasında 2010-2014-cü
illərdə turizminin inkişafına dair Dövlət
Proqramı) və yeni qanun ölkəmizdə turizmin
inkişafına yeni təkan verəcək. Amma onu da qeyd edim
ki, bu öz-özünə başa gələn iş deyil.
Bütün prosesləri insanlar idarə edir. Ona görə də
lazımdır ki, iş adamları Azərbaycanda turizmin gələcəyinə
inansınlar və bu sahəyə investisiya qoysunlar. Bu
baxımdan, əgər məsələnin bir tərəfi
kadr problemidirsə, digər tərəfi sistemli formada həyata
keçirilən təbliğat-təşviqat işləridir”.
“Müasir istirahət nə deməkdir
və hansı istirahət növləri var?. Bu mövzuda
ölkə daxilində təbliğat qurulmalıdır”- deyən
R.Hüseynov bildirdi ki, turizmin inkişafı təkcə yerli əhali
üçün hesablanmır:” Burada fəaliyyət göstərən
turizm məkanları yalnız ölkə insanına qulluq etsə,
onlar biznes cəhətdən özlərini heç vaxt
doğrulda bilməzlər. Mütləq kənardan gəlib
Amerika dolları, Avropa avrosu xərcləyən insanlar
lazımdır. Təbii ki, ilkin şərtlərdən biri Azərbaycanın
turizm ölkəsi imicinin yaradılmasıdır. Bu imici
yüksəltmək üçün çox işlər
görülməlidir. Eyni zamanda, Azərbaycanın stabil, təhlükəsiz,
turistlər üçün cəlbedici diyar olması barədə
dünyaya mesaj verilməlidir. Bu baxımdan dünyada ən
çox izlənən televiziyalarda davamlı olaraq ölkəmiz
haqqında reklam çarxlarının
yayımlanmasının böyük əhəmiyyəti var.
Eyni zamanda, bu reklam çarxlarının yerləşdirilməsi
zamanı televiziya reytinqləri və hədəf qrupları nəzərə
alınmalıdır”.
Məlum olduğu
kimi, ölkəmizdə turizm sahəsi
üzrə kadr problemini həll etmək üçün bir
çox işlər görülür. Belə ki, Turizm İnstitutunun
yaradılması, Mingəçevir Turizm Kollecinin fəaliyyəti,
müxtəlif istiqamətlər üzrə kursların təşkili və sairəni misal göstərmək
olar. “ Bu istiqamətdə daha
hansı tədbirlərin
görülməsi bu problemin həllində
yardımçı ola bilər?” sualını həmsöhbətim
belə cavablandırdı:” Düşünürəm ki,
valideynlər arasında da təbliğat
aparılmalıdır. Onları inandırmaq lazımdır
ki, Azərbaycanda turizm çox perspektivli və gəlirli sahədir.
Valideynlər övladlarını bu sahəyə yönəltməklə
onların gələcəyinə yaşıl işıq
yandırmış olarlar. Bu məqsədlə orta məktəblərin
sonuncu siniflərində ixtisasseçmə mərhələsi
müəyyənləşməlidir. Digər tərəfdən,
turizm sahəsini inkişaf etdirmək üçün təkcə
ali təhsilli mütəxəssislər deyil, orta təhsilli
kadrlara da geniş ehtiyac var. Buna görə də orta texniki
turizm təhsili verə biləcək məktəblərin
sayı artırılmalıdır. Turizm elə bir sahədir
ki, burada orta texniki təhsillə çox böyük uğur
qazanmaq olar”.
R.Hüseynovla söhbət
əsnasında Azərbaycanın turizm sektorunda hazırda daha
çox yaşanan problemlərdən biri olan turizm şirkətləri ilə
istirahət məkanlarının anlaşa bilməməsi
mövzusuna da toxunduq. Onun sözlərinə görə, bu məsələdə hər
hansı inzibati metodların tətbiqinin əhəmiyyəti
yoxdur:” Bu, sırf biznes məsələsidir.
Əgər hotel rəhbərləri turizm şirkətləri
ilə işləmirsə, bunun kökü
araşdırılmalıdır. Yəqin ki, hardasa turizm
şirkətləri ilə işləmək onlara sərf
etmir. İkinci bir tərəfdən, əgər hotelin kifayət
qədər müştərisi varsa, onun turizm şirkəti
ilə işləməsinə nə ehtiyac var? Burda sosial
element axtarmaq işin xeyrinə olmazdı. Bu gün ölkəmizdə
- həm Bakıda, həm də regionlarda - hər il onlarla
hotel tikilir, amma bu, kifayət deyil. Biz bu mərhələni
keçməliyik. Azərbaycanda hotel sahəsində
inhisarçılıq yoxdur. Ölkədə bu sahədə
nominal bir bazar var. Amma yenə də təkrar edirəm ki, yerləşdirmə
yerlərinin sayı lazım olan həddə çatmayıb.
Yalnız istənilən saya nail olduğumuz halda hotel rəhbərləri
ilə turizm şirkətləri arasında normal iş
münasibətləri formalaşacaq. Bu məsələni
sırf biznesin öhdəsinə buraxmaq lazımdır. Burada
qeyri-iqtisadi mexanizm keçməyəcək. Bu gün Azərbaycanı
bütün dünyada əsasən neft ölkəsi kimi
tanıyırlar. Ona görə də
çalışmalıyıq ki, ölkəmizi insanların
hər cür rahatlıq tapa biləcəyi turizm məkanı
kimi də daha geniş şəkildə tanıdaq”.
G.Əsədova
Paritet.- 2010.- 22-23 iyul.- S. 9.