Milli turizm mükafatı müsabiqəsi keçirilir
Bakı Turizm
İnformasiya Mərkəzinin təşkilatçılığı
ilə milli turizm mükafatı müsabiqəsi keçirilir.
Mərkəzin mütəxəssisi Xəyalə
Şahbazovanın mətbuata verdiyi məlumata görə,
milli turizm mükafatı Azərbaycanda daxili və xarici
turizmin inkişafını dəstəkləmək, həmçinin
turistlərə göstərilən xidmətin keyfiyyətini
yüksəltmək, kütləvi informasiya vasitələrinin
turizm mövzusu ilə bağlı yaradıcılıq
potensialını gücləndirmək üçün təsis
olunub.
Müsabiqədə idarə
və təşkilatlar, turizm və mehmanxana biznesinin nümayəndələri,
turizm sahəsində kadr hazırlığı ilə məşğul
olan müəssisələr, ayrı-ayrı jurnalistlər və
KİV-lər də iştirak edə bilərlər.
Müsabiqə ən yaxşı turoperator, ən yaxşı
5, 4, 3 və 2 ulduzlu hotel, turist qruplarına ən yaxşı
xidmət göstərən restoran, turizm mövzusuna həsr
edilmiş ən çox məqalə, turizmlə bağlı
hazırlanmış ən yaxşı televiziya verilişi və
ən yaxşı turizm mərkəzi daxil olmaqla, 12 nominasiya
üzrə keçiriləcək.
Mükafatın
laureatlarına diplom və xatirə nişanları təqdim
olunacaq.
Müsabiqədə
iştirak etmək üçün lazım olan ərizə
forması sentyabrın 1-dək Bakı Turizm İnformasiya Mərkəzinə
göndərilməlidir. Mükafat laureatlarının təltif
edilməsi mərasimi 27 sentyabr - Dünya turizm günündə
keçiriləcək.
Günay
Paritet.- 2010.- 22-23 iyul.- S. 9.