“Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” layihəsinin yekunlarına dair tədbir keçirilib

 

 İyulun 20-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin və “Hərbi Jurnalistlər” İctimai Birliyinin keçirdikləri Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyələşdirdiyi “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” layihəsinin yekunlarına dair və həmçinin layihə çərçivəsində nəşr olunmuş “Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycan Təhlükəsizlik Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçiriən tədbirdə layihə rəhbəri kitabın müəllifi, “Doktrina” JHAM sədri Cəsur Sümərinli bildirdi ki, layihəyə 2009-cu ilin avqustundan start verilib layihə çərçivəsində indiyədək 4 debat (onlardan biri ANS TV ilə yayımlanıb) 1 mətbuat konfransı keçirilib.  C. Sümərinli həmçinin  Azərbaycanda hərbi sahədə informasiya əldə olunması baxımından problemlərin  qaldığını xüsusi olaraq vurğuladı:  Azərbaycanda güc strukturları, xüsusilə Müdafiə Nazirliyi jurnalistləri daima informasiya aclığında saxlayır. Halbuki keçmiş postsovet məkanının Gürcüstan, Ukrayna kimi ölkələrində vəziyyət başqa cürdür. Qərb ölkələrində islahatlar barədə cəmiyyətə, KİV-ə QHT-lərə ona görə məlumat verilir ki, cəmiyyətdən islahatlara dəstək almaq mümkün olsun. Bunun əksi isə ziyanlıdır: vaxt pul itkisinə səbəb ola bilər. Amma Azərbaycanda məsələyə fərqli, qeyri-aydın prizmadan baxırlar. Ermənistan Gürcüstan cəmiyyətləri üçün açıq olan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planları Azərbaycan cəmiyyəti üçün hələ qapalıdır bunun rəsmilər tərəfindən hələ aydın izahı yoxdur.”  Doktrinamərkəzinin rəhbəri eyni zamanda əmindir ki, Azərbaycanda güc strukturlarının ictimaiyyətlə əlaqələri yaxşılaşmağa doğru gedir: “Bunun başlanğıc nöqtəsi kimi 2005-ci ilin may ayını hesab edirəm. O zaman Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı imzalandı. Bu dövrdən etibarən hərbi sahədə informasiyaların verilməsi işində Qərb strukturlarının rolu artdı. Artıq o dövrdən etibarən Azərbaycan cəmiyyəti hərbi sahədə informasiya əldə etmək istiqamətində səylərini artırıb.”  O, hesab edir ki, layihə onun nəticəsi olaraq işıq üzü görmüş kitab Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ciddi bir töhfə olacaq, kitabda əksini tapan faktların, mövqe çıxışların öyrənilməsi hərbi məlumatların əldə edilməsi istiqamətində ortaya çıxan ciddi problemlərin həllinə müsbət təsir edəcək.

Hərbi Jurnalistlərİctimai Birliyinin sədri, layihənin asistenti Üzeyir Cəfərov bildirdi ki, bu gün Azərbaycanda hərbi sahədə informasiyanın əldə edilməsi problematik məsələlərdən birinə çevrilib. Onun sözlərinə görə, əksər hallarda güc strukturlarının təmsilçiləri KİV-ə ən sadə informasiya verməkdən belə çəkinirlər. Üzeyir Cəfərov qeyd etdi ki, belə layihələr cəmiyyətdə hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin yüksəlməsinə müsbət təsir edir ki, onun da nəticəsində hər iki tərəf - istər güc strukturları, istərəsə KİV QHT-lər fayda görürlər.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədovun fikrincə, hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafında əsas yük güc strukturlarının üzərinə düşməlidir. Azərbaycan Təhlükəsizlik Müdafiə Assosiasiyasının (ATMİA) sədri Yaşar Cəfərlinin fikrincə isə, bu kimi layihələr davamlı olmalıdır: “Biz bu kimi layihələrin davamını planlaşdırırıq. Həqiqətən cəmiyyətdə hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ehtiyac var .”

Həsrət YoluƏsir Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova təqdim olunan layihə kitabı uğurlu hesab etdi. Onun sözlərinə görə, Azərbaycan kimi müharibə şəraitində olan müdafiə təhlükəsizlik sektorunda davamlı islahatlar keçirən ölkədə bu kimi vəsaitlərin olması zəruridir.

 Qeyd edək ki, layihə çərçivəsində “Media hərbçilərdən istəyir: əməkdaşlığın reallıqları perspektivləri”, “Hərbi məlumatların yayılmasına məhdudiyyətlər qoyulmalıdırmı?”, “Güc strukturlarının məlumatlandırma siyasəti cəmiyyəti qane edirmi?”, “Ordu barədə məlumatlar açıq olmalıdıradlı debatlar keçirilib. Layihə çərçivəsində nəşr olunmuşHərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan dünya təcrübəsiadlı  kitabçada  layihə həyata keçirildiyi dövrdə ortaya qoyulmuş problemlə bağlı müxtəlif baxışlar, mövqelər, çıxışlar öz əksini tapıb. Çap olunmuş kitabda eyni zamanda Azərbaycanda hərbi sahədə informasiyaların əldə olunması mədəniyyətinin, ümumiyyətlə, hərbi mətbuat tarixi, güc strukturlarının KİV- əlaqələrinin bu günü perspektivləri ilə bağlı faktlar, proqnozlar öz əksini tapıb.

Layihə çərçivəsində www.milaz.info saytında üst-üstə 35-dən artıq məqalə, xəbər, şərh dərc edilib. Eyni zamanda milaz.info saytı tərəfindən layihənin aktuallığını təmin etmək məqsədilə sorğular keçirilib. Saytda həmçinin bir sıra ekspertlərin debatlar üzrə təhlilləri dərc olunub. Ümumilikdə bütünlüklə layihədə nəzərdə tutulan bütün vəzifə öhdəliklər yerinə yetirilib.

 

 

Murad

 

Paritet.- 2010.- 22-23 iyul.- S. 10.