Qarabağ tarixinin elektron salnaməsi yaradılır
Xanlar Məmmədov:
“Ümidvarıq ki, bu layihə Qarabağ həqiqətlərinin
dünyada yayılmasına,
ölkəmizin Ermənistanla
apardığı informasiya
mübarizəsinə daha
bir töhfə olacaq”
Son illər
digər sahələrdə
olduğu kumu informasiya texnologiyaları sahəsində də ermənilərə sözün
əsl mənasında
savaş açmışıq.
Sevindirici haldır ki,
bu savaşda dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları
da xüsusi fəallıq göstərirlər.
Effektiv Təşəbbüslər Mərkəzi
demokratik dəyərlərin
öyrənilməsi və
təbliği İctimai
Birliyi isə Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmağı prioritet
vəzifə seçib.
Belə ki, mərkəz 2008-ci ildən
başlayaraq Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə “Qarabağ tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması” (“azərbaycanlı.org
- milli eyniyyətdən
qlobal dünyaya pəncərə: tədqiqat
və təbliğat platformu” layihəsinin icrasına başlayıb.
Mərhələləri olaraq reallaşdırılan
layihənin 2008-ci ildə
həyata keçirilən
birinci mərhələsind
www. azerbaycanli.org veb-saytının
ilkin versiyası yaradılıb, həmçinin
“Azərbaycan tarixi günbəgün” kitab-təqvimi
hazırlanıb və
nəşr edilib. Sözügedən sayt Azərbaycanın tarixi və bugünü, siyasi, iqtisadi, mədəni inkişafı,
ölkəmizin dünyada
yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və s. mövzuda geniş məlumatları, eləcə
də azərbaycançılıq
ideyasının öyrənilməsi
və təbliğinə
həsr olunmuş məqalələri, təhlili
yazıları, xəbərləri
əhatə edən geniş elektron resurs bazası kimi nəzərdə tutulub.
Keçən il isə saytın tərtibat və məzmunu təkmilləşdirilərək Azərbaycan variantı ilə yanaşı, rus dilində versiyası da işə salınıb, eləcə də ingilis dilində versiyası qismən hazırlanıb. Ötən
il həmçinin
“Azərbaycan tarixi günbəgün” kitab-təqvimin
elektron variantı da yenilənib və www.azerbaycanli.org saytında
ayrıca veb-səhifə
olaraq yerləşdirilib.
Həmçinin www.azerbaycanli.org saytı vasitəsilə Azərbaycanın dünyaya
inteqrasiyası, tarixi-mədəni
irsimiz barədə tədqiqat və maarifləndirmə işlərinə
informasiya dəstəyi
verilib, bir sıra mütəxəssis
və ekspertlərin analitik yazıları saytda yerləşdirilib, eləcə də Effektiv Təşəbbüslər
Mərkəzinin analitik
qrupunun bu mövzuda hazırladığı
məqalələr KİV-də,
o cümlədən öz
saytımızda dərc
olunub.
Bu il isə mərkəz yenə də Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə
“Milli eyniyyətdən
qlobal dünyaya pəncərə: tədqiqat
və təbliğat platforması” layihəsinin
növbəti mərhələsi
kimi “Qarabağ tarixinin elektron salnaməsinin - xronoqrafın
yaradılması” layihəsini
həyata keçirir.
Layihə Qarabağın tarixinin
bütün mərhələlərini,
Qarabağ münaqişəsi
və münaqişə
ətrafında sülh
prosesinin tam xronikasını
əhatə edən elektron salnamənin (xronoqraf) yaradılmasını
nəzərdə tutur.
Birliyin sədri
Xanlar Məmmədov layihə barədə danışarkən sözügedən
layihənin digər layihələrdən fərqləndiyini
bildirib: “Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın
bu məsələdə
tutduğu ədalətli
mövqe barəsində
xəbərdardır. Lakin görülən
işlər yetərli
deyil. Məsələn,
hazırda Azərbaycanın
internet məkanında Qarabağ
haqqında xeyli sayt, elektron resurslar var, amma təəssüf ki, onların bir qismi zahirən
cəlbedici layihə olaraq hazırlanıb bir müddət işlək olsa da, sonradan fəaliyyəti
zəifləyib, bəziləri
fəaliyyətini dayandırıb.
Qarabağ haqqında bir
sıra elektron resursları var ki, bir neçə
il əvvəl yaranıb, lakin sonradan faktiki olaraq yenilənməyib, oradakı materiallar münaqişənin tarixi,
sülh prosesi, ümumilikdə Qarabağın
tarixi və s. məsələləri adekvat
əks etdirmir.
Nəhayət, bu sahədə apardığımız araşdırmalar
göstərdi ki, indiyədək Qarabağın
tarixinin dolğun və tam əhatəli xronologiyası hazırlanmayıb. Mövcud saytlarda
Qarabağın tarixi əsasən ayrı-ayrı
dövrlərə (Orta
əsrlər, Qarabağ
xanlığı, Qarabağ
Rusiya imperiyası tərkibində və s.) dair məqalələr şəklində təqdim
olunur. Mövcud resurslarda yalnız
Qarabağ münaqişəsinin
xronikasına (1988-ci ildən
sonra) rast gəlmək olar ki, o da əhatəli
deyil, son yenilənmə
tarixi isə ən yaxşı halda 2004 və ya 2005-ci illə məhdudlaşır. Halbuki
bu sahədə çoxlu kitablar, məqalələr və
s. mövcuddur ki, onların əsasında Qarabağın tarixinin zəngin elektron xronoqrafını tərtib
etmək mümkündür.
Həyata keçirdiyimiz layihə
bu sahədə informasiya boşluğunu müəyyən dərəcədə
dolduracaq”.
X.Məmmədov onu da bildirdi ki,
“Qarabağ tarixinin elektron salnaməsi” tarixi faktların xronoloji təqdimatı ilə məhdudlaşmayacaq,
mövzular müvafiq mənbələrə, sənədlərə,
resurslara istinad və keçidlərlə
müşayiət olunacaq:
“Elektron xronoqraf Qarabağın tarixinin bütün mərhələlərini,
Qarabağ münaqişəsinin
və münaqişə
ətrafında sülh
prosesinin tam xronikasını
əhatə edəcək.
Bundan əlavə, Qarabağ tarixinin elektron salnaməsi (veb-səhifənin
banneri) internet məkanda
müxtəlif elektron
mənbələrdə, saytlarda
yerləşdiriləcək və hər kəs bu resursdan
təmənnasız yararlana
biləcəklər. Ümidvarıq ki, belə bir
elektron resursun yaradılması Azərbaycanın
Qarabağ həqiqətlərinin
dünyada yayılmasına,
ölkəmizin Ermənistanla
apardığı informasiya
mübarizəsinə yararlı
töhfə olacaq”.
Babək Cahandarov
P.S. Bu səhifə
“Paritet” qəzetinin Prezident yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 22-23 iyul.- S. 11.