“Musiqi mənim
mənəvi qidamdır”
Ruslan Əkbərov: “Muğamın incəliklərini
hələ heç kim tam anlaya bilməyib”
İnsan var ki, müğənniliyə
populyarlıq xatirinə maddi ehtiyacdan gəlir. İnsan da var
ki, mənəvi ehtiyacdan doğaraq müğənni olmaq istəyir.
Yəni, belə adamlar necə deyərlər oxumasalar qala bilməzlər.
Əsl musiqi istedadı da budur və İmmanuel Kant demişkən
bu istedad necə olurasa-olsun öz başına bir çarə
qılacaq. Müsahibimiz Ruslan Əkbərov da belə musiqi
istedadı olan insanlardandır. Onu müğənniliyə
çəkib gətirən də
mənəvi olaraq içindən gələn istəkdir.
-Oxucularımız Sizi tanısın deyə ilk olaraq özünüz haqqında danışardınız..
- Mən
1985-ci ildə Sumqayıt
şəhərində anadan
olmuşam. Elə orada da 37 saylı orta məktəbi bitirmişəm. 1992-ci ildən
Səid Rüstəmov
adına musiqi məktəbində təhsil almışam. 2003-cü ildə isə Mədəniyyət
və İncəsənət
Universitetinin muğam şöbbəsinə qəbul
olundum. Orada kafedra müdirimiz
Canəli Əkbərov,
mərhum sənətkarımız
İslam Rzayev, Gülyanaq Məmmədova,
Simarə İmanova, Qorxmaz Əlili və Vaqif Gərayzadədən
dərs almışam.
2007-ci ildə mən universiteti bitirdikdən sonra Türkiyədə işlədim.
Məni ora türk iş adamı Nizam Albayraq dəvət etmişdi. Bir il müddətində
Türkiyədə axşamlar
kübar insanların istirahət etdiyi yerdə mahnılar oxuyurdum.
- Belə
başa düşdüm
ki, sizin müsiqiyə həvəsiniz
uşaqlıqdan olub.
- Mənim bu sənətə həvəsim 6 yaşından
yaranıb. Çünki məmin atamın,
atamın əmilərinin,
bibilərimin gözəl
səsi var. Yəni bu, nəsildən gələn, irsən olan bir şeydir.
Düzdü, valideynlərim istəyirdilər
ki, mən hüquqşünas olum.
Amma mənim incəsənətə
meyilim daha çox idi. Çünki oxumaq mənim
içimdən gəlir.
Məsələn, mən səhər
yuxudan ayılanda ilk olaraq oxumaq istəyirəm.
Bu mənim özümdən
asılı deyil.
Oxuyuram, elə bil rahatlaşıram.
Musiqi mənim mənəvi qidamdır. Məhz buna görə
də mən qət etmişəm ki, Allahın izni ilə müğənni
olacağam.
-Hazırda
musiqi sahəsində təhsilinizi davam etdirirsiniz?
- Mən Sumqayıtda Kimyaçılar Mədəniyyət
saraynda uşaqlara muğamdan dərs deyirdim. İndi fərdi olaraq
həftədə iki gün müəlliməm
Samirə İmanovanın
yanına gedirəm.
Onunla həm müğam, həm də xalq mahnıları üzrə məşqlər
edirik. Eyni zamanda Rəşid Behbudov adına
Mahnı tetrında Gülyanaq Məmmədova
ilə məşqlərimiz
olur.
-Sumqayıtda
keçirilən rəsmi
konsert tədbirlərinə
dəvət olunursunuz?
- Sumqayıtda
keçirilən dövlət
tədbirlərinə hər
zaman məni dəvət edirlər. O cümlədən Bakıda
və regionlarda təşkil olunmuş bir sıra konsertlərdə
çıxışlarım olub. Buna görə
Sumqayıt şəhər
icra hakimiyyətinin rəhbərliyinə öz
minnətdarlığımı bildirirəm. Bir də
sağ olsun xalqımız, toylar da dəvət edəndə gedirəm.
Yeri gəlmişkən
Sumqayıt Kimyaçılar
Mədəniyyət sarayının
müdiri Ədalət
Quliyevə xüsusi
təşəkkür edirəm
. O həm uşaqlıqda
musiqi müəllimim
olub, həm də tədbirləri olanda məni dəvət edir.
-Hansı
janra üstünlük
veririsiniz?
- Mən
həm mügam, həm estrada,
həm də xalq mahınları ifa edirəm. Eyni zamanda dini mahnılar
da ifa edirəm.
Bu da hər
bir müğənniyə
xas olmur. Elə müğənni var ki, muğamı
oxuyur, amma onda estrada
alınmır. Və ya estrada
oxuyur, amma muğam oxuya bilmir. Mən də isə səs tembrim buna imkan veririr.
Bunu da mənə müəllimlərim deyib.
-İndiyə kimi neçə diskiniz işıq üzü görüb?
- Bu vaxta kmi iki diskim
çıxıb. 2004-cü
ildə bir neçə müğənninin
mahnısı olan diskdə mənim də mahnım yer almışdı.
Fərdi
olaraqsa 2006-cı ildə
öz albomumu buraxdım. “Səbuhi”
studiyasında yazılmış
bu albomda xalq mahnılarımız,
təsniflərimiz və
türk manılarından
ibarət 10 musiqi var. Orada Oqtay Kazıminin
“Taleyim mənim”, “Yaşayır insan” mahnıları var. Sonra İslam Rzayevin “Gəl inad etmə”
şur təsnifi, Emin Sabitoğlunun “Bu gecəm” mahnısı və s. mahnılar yerləşdirlib.
-Bəs,
klipiniz necə?
-2004-cü ildə AzTv tərəfiindən bir klip çəkdirmişəm. Bu kilip sonradan müxtəlif mərkəzi
və regional televiziylarda
da verildi. “O, qəmli baxışlarla” adlanan
bu klipin rejissoru Oqtay Əliyevdir. Sözləri Zahir Abbasa məxsusdur. Müsiqisi və
oranjmanı isə Mahir Tahiroğluna adiddir.
-Mümkünsə
bu sahədə planlarınız haqda danışardınız?
- İnşallah, yeni diskin üzərində işləyirəm. Bu diskdə
də 10 mahnı olacaq. Əvvəlki diskdən bunun
fərqi odur ki, burada
sırf öz manılarım olacaq.
Bunların da hamısı
oxunmamış mahnılardır.
Diskdə Vaqif Gərayzadənin, Tunarın,
Mahir Tahiroğlunun və Nizam Albayraqın mahnıları
yer alacaq. Hələlik məşqlər gedir. Sağlıq olsun çalışacam
2011-ci ilin əvvələrinə
bu disk işıq üzü görsün.
Eyni zamanda bu albomdan
sonra yeni klip çəkdiməyi planlaşdırıram.
-Muğamı
oxuyan daha yaxşı bilir, yoxsa dinləyən?
- Mən
muğamı oxumaqdan daha çox zövq alıram. Amma əsasən özüm Hacıbaba Hüseynov,
Səxavət Məmmədov,
Ağaxan Abdullayev, Simarə İmanovanın muğamlarına qulaq asıram. Amma bildirim ki, muğamın
incəliklərini hələ
heç kim tam anlaya
bilməyib. Muğam bir dəryadır.
Məsələn, Seyid Şuşinski
özü etiraf edib ki, muğamı
tam anlaya bilməyib.
Muğamı tam bilmək qeyri-mümkündür.
- Hazırda
əlinizdən tutub qaldıran varmı?
- Bilirsiniz,
müəllimlik ayrı
bir işdir, tələbəni qaldırmaqsa
ayrı. Əvvəldə dediklərim mənə
müəllimlik ediblər.
Sağ olsunlar, hamısına minnətdaram.
Amma qaldı ki, əlimdən tutmağa, hələlki kimsə yoxdur. Hazırda mən bu sənətdə ilk addımlarımı
atıram. Sağ
olsunlar mənə bu işdə kömək edən insanlar. İnşallah, müğənni İzzət Bağırovla
bir yerdə çalışmağı planlaşdırıram.
Bu baxımdam o mənə öz dəstəyini göstərməyə
başlayıb.
-Sizin pasport mahnınız hansıdır?
- “Dilbərim” mahnısı. İlk dəfə
Mədəniyyət və
İncəsənət Universitetində
keçirilən bir tədbirdə həmin mahnını ifa etmişdim. Çox bəyənildi. Belə desək mən həm də bu mahnı ilə
tanındım. Çox yayılıb,
özüm də konsertlərdə, dövlət
tədbirlərində bu
mahnını oxuyuram.
-Haradasa sizin mahnılarınızın
oxunduğunu eşidəndə
hansı hisslər keçirirsiniz?
- Belə
çox olur və mən həddindən artıq sevinirəm. Sənətçi üçün bu həm də
böyük qürurudur.
Hiss edirəsən ki,
xalq səni qəbul edir. Xalq kimisə qəbul etməsə qulaq asmaz.
- İndiyə kimi oxuduğunuz mahnıların
arasında ən ürəyinzcə olanı
hansıdır?
- Ürəyimcə
olan mahnı var. Düzdü, həmin mahnının “möhür”ünü
mərhum müğənni
Səxavət Məmmədov
vurub. Bu onun
ifa etdiyi “Azad bir quşdum” mahnısıdır. Bu vaxta kimi onu
kimsənin oxuduğunu
eşitməmişəm. Mən Mədəniyyət və
İncəsənət Universitetinə
qəbul üçün
qabiliyyət imtahanı
verəndə bu mahnını oxumuşdum.
Müəllimlər dedi
ki, bu “möhür”lü
mahnıdır, amma məndə alındı.
İndi demirəm Səxavət Məmmədov kimi oxudum. Amma hər halda
Rüslan Əkbərov
kimi oxudum. Ümumiyyətlə, istərdim
ki, hərə özü olsun. Məsələn, Səxavət Məmmədov
olub. İkinci Səxavət heç
zaman gəlməyəcək.
Mən də musiqi aləmində ancaq Ruslan Əkbərov
ola bilərəm...
Əkbər
Paritet.- 2010.- 22-23 iyul.- S. 12.