Turizm və ədəbiyyat...

 

“Azərbaycanda çoxlu abidələr və ya yerlər var ki, bu yerlərin turizm məhsuluna çevrilməsi üçün əsərlər yazıla bilər”

 

 Ədəbiyyat elə bir sahədir ki, ixtisasından və  çalışdığı sahədən asılı olmayaraq hər kəs  onunla maraqlanır və oxuyur.  Əsasən yazılan əsərlərdə yazıçıların bir çoxu  öz  xalqları  üçün xarakterik olan xüsusiyyətləri, tarixi -mədəni abidələri, qədim qalaları, qəsrləri  və s.  qabarıq bir formada təsvir edirlər. Belə bir təqdimatda ölkəyə  turistlərin daha çox   axın etməsinə  səbəb olur. Elə bunun üçün də biz turizm mütəxəssisləri ilə görüşüb turizm və ədəbiyyat arasındakı əlaqə və simvollarımızın milli  ədəbiyyatımızda necə təsvir olunması  haqqında danışdıq. İlk həmsöhbətim Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupov  turizm sahəsində ədəbiyyatın rolundan danışaraq bildirdi ki, nəinki turizmi sahəsində ümumiyyətlə, iqtisadiyyatın istənilən sahəsində ədəbiyyatın yeri və rolu böyükdür. O bildirdi ki,  Azərbaycanda isə turizm sahəsində ədəbiyyatın xüsusi yeri vardır: ”Hazırda turizmdə Azərbaycan  dilində ədəbiyyata böyük ehtiyac vardır. Istər terminlərin düzgün işlənməsi, xarici dillərdən mənaca düzgün tərcüməsi və bunların düzgün  izahı. Çünki çapdan çıxan kitablarda, qəzet və jurnallarda verilən turizm terminlərini oxuyan hər bir kəs, bunları, yazıldığı kimi qəbul edir. Bu terminlər isə səhv olduğu halda bəzən mütəxxəssislər, turizmdə işləyən və işləməyənlər arasında mübahisələrin əmələ gəlməsinə səbəb olur”.

 

 Turizm mütəxəssislərini hazırlayan təhsil ocaqlarında  Azərbaycan dilində dərs vəsaitlərinin çatışmazlığı təhsil prosesini  çətinləşdirir. Turoperator fəaliyyəti, turizmin iqtisadiyyatı, turizmdə marketinq, menecment üzrə dərs vəsaitləri olmadığından tələbələr təlimdən kənar ədəbiyyatdan istifadə edə bilmirlər”-deyən Q.Yusupov qeyd etdi ki, bu istiqamətdə gedirsadalanan fənlər üzrə dərs verən müəllimlər xarici müəlliflərin vəsaitlərindən və öz təcrübələrindən istifadə edərək mühazirələr hazırlayırlar: “Ancaq xarici ölkələrdə turizm sahəsi , turizm fəaliyyəti, qonaqpərvərlik, marketinq, iqtisadiyyat üzrə müxtəlif yönlü ədəbiyyatlar   nəşr edilir.  Xüsusilə qeyd etmək istəyirəm, Amerika müəllifləri Filip Kotlerin, Con Ueynin qonaqpərvərlik, mehmanxanalarda marketinq mövzularında əsaslı əsərləri; Rusiya müəllifləri Kvartalnovun turizmin müxtəlif sahələri üzrə; Yelena İlyinanın, Denis Uşakovun turopereytinq barədə dərs vəsaitləri; bizim müəlliflərdən Bahadur Bilalovun turizmin əsasları, tarixi, menecmenti barədə dərs vəsaitləri, Cabir Məmmədov və Sabir Rəhimovun turizm lüğəti və s.sadaladığım ədəbiyyat, əlbəttə ki, geniş əhali kütləsi tərəfindən oxunan deyil. Bu ədəbiyyat xüsusi ədəbiyyatdır və mütəxəssislərin tələbatını təmin etmək üçün gərəklidir”.

Milli ədəbiyyatımızda turizmin inkişafına təkan verə biləcək  abidələrimiz yetərincə təsvir olunubmu?” sualını həmsöhbətim  belə cavablandırdı: ”Azərbaycanın turizm potensialını mövzunun əsasını təşkil edən bədii əsər barədə məlumatım yoxdur (bəlkə də var). Son illər bədii əsərlər oxumağa vaxtım və həvəsim yoxdur. Ali məktəb müəlliminin maaşı elə kiçikdir ki, həyat problemlərini həll etmək üçün digər maliyyə mənbələri axtarışındayam.

Xüsusi ədəbiyyat ,böyük izahlarla olan  foto albomlar var: F. Məmmədov, C.Qiyaslı -Azərbaycan.Qalalar.Qəsrlər. (ingiliscə, azərbaycanca) Bakı, 1994; Ş.FatullaevQradostroitelğstvo Azerbaydjana i arxitektura XIX-XX vv.”, Leninqrad, 1986; Uzorı Azerbaydjana. Azerbaydjanskiy kover. Baku, 2009. və bunlara oxşar kitablar, albomlar, broşurlars. müxtəlif  səpkili xəritələr və atlaslar çap edilməlidir.

  Özəl turizm şirkətlərinin hotellərin ölkəmizin turizm ehtiyatları infrastrukturu barədə kütləvi çap məhsulununu hazırlayıb buraxmağa  marağı olmadığını deyən həmsöhbətimin sözlərinə görə, bu tədbirdən mənfəət əldə etmək heç mümkün deyil: ”Azərbaycan turizm bazarı kiçikdir. Bu işi, məncə, dövlət sifarişi ilə Mədəniyyət və Turizm Nazirliyi həyata keçirə bilər. Özübu məhsul hər il təzələnməli, yeni açılmış istirahət kompleksləri, hotellər, turizm şirkətləri ilə tamamlanmalıdır. Mən şəxsən dəfələrlə şahidi olmuşam ki, xarici turistlər ölkəmizə gələndə əllərində öz ölkələrində çap olunmuş Azərbaycanın xəritəsi ilə və ya Azərbaycanı gəzmiş xarici vətəndaşın  Azərbaycan haqqında kitabı ilə gəlirlər. Əslində bu xəritələr  kitablar (bizim müəllifliyimizlə) xarici ölkələrdə qəzet, jurnal köşklərində ucuz qiymətə satılmalı, azərbaycan səfirliklərinə qədəm qoyan hər xarici vətəndaşa paylanmalıdır”.

Abidələrimizi onların sirlərini ədəbiyyatımızın malı etmək   təsvirini  vermək məsələsinə gəldikdə turizm mütəxəssisi bunları dedi: ”Ədəbiyyatımızın malı dedikdə, Qız qalası barədə yazılmış eyni adlı balet yadıma düşür. Bu baletin əsasını təşkil mövzu - atanın doğma qızına vurulması və onu istəməsi - həmişə məni ağrıdıb.  Sovet sosialist fəhlə-kəndli dövlətinin idealogiyası şah, xan, bəyləri mənəviyyatsız, insan taleyini heçə endirənlər kimi qələmə vermək idi. Bu sistemin rəhbərlərinin heç birinin normal ailəsi olmayıb”. Ədəbiyyat və turizm düsturu ilə bədii əsərlərin yazılması üçün təkliflərə gəlincə isə o bildirdi ki, hər hansı bədii əsərdə hadisələrin baş vermə məkanını muzey, müasir Şəki şəhəri (Xan sarayı, Alban abidəsi, Karvansara mehmanxanası əsas hadisə yerləri olsa) və ya turizm şirkətinin fəaliyyəti, hotelin işiburada cərəyan edən hadisələr barədə bədii əsər yazmaq olar:”Məşhur britaniyalı yazıçı Arthur Hailey-ninHotel” (mehmanxana biznesi barədə), “Aeroport” (aeroportun işi və işçiləri barədə) əsərləri yazıldığı andan bestseller oldular. Aydındır ki, bu əsərlərin yazılma keyfiyyəti böyük rol oynayır. Qeyd edim ki, ”Hotel” romanını yazmaq üçün Artur Heyley mehmanxanalar barədə 27 kitab oxumuşdu.Artur Heyleydən əvvəl yaşamış Jerome Klapka Jerome (1859-1927 illər) adlı başqa britaniyalı yazıçı özünün “İtdən savayı qayıqdakı üç nəfər” və  Dörd təkər üstündə üç nəfər” povestlərində 3 dostun səyahətləri, onların başlarına gələn əhvalatlar barədə yumorla danışır. Bu əsərlərdə dostlara göstərilən xidmət, ətraf mühit barədə də geniş məlumat verilir”.

Ədəbiyyat turizm arasında  bağlılığın olduğunu deyən Azərbaycan Turizm İnstitutunun Tədqiqat İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov bildirdi ki, ədəbiyyat insanlarda müəyyən yerlər, hadisələr s. haqqında poetik təsəvvürü formalaşdırır:” Ədəbiyyat əsasən  tarixi yer hadisələri ədəbi cəhətdən  simvollaşdırır ki, insanlar əsərdə oxuduğu  mənzərəni, qalanı, şəlaləni, küçəni ya döyüş meydanını görmək istəyir. Bu meydanda  müxtəlif əsərlər böyük turizm məhsulu ola bilir. Burda digər bir məqam ədəbiyyatçıların, yazıçıların ev muzeyləri və həyat fəaliyyətləri də turizm məhsulu kimi təqdim olunur. Misal üçün Aleksandr Düma marşrutu. Bu mənada qətiyyətlə demək olar ki, onlar arasında böyük əlaqə vardır. Gərəkdir ki, insanlar əsərləri o qədər sevsinlər ki, turizmçilər o qədər ədəbiyyat sevər olsunlar ki,  buna böyük önəm versinlər. Hər halda az da olsa bu tip turistlər var. Milli simvollarımızın bədii əsərlərimizdə  yetərincə olduğunu söyləməkdə çətinlik çəkirəm. Bu bəlkədə mənim ədəbiyyat sahəsindəki məlumatlılığımın azlığı ilə bağlıdır. Hər halda ilk düşünəndə ağıla çox şey gəlmir. Amma insanlarKoroğlu” dastanındakı Çənlibeli görmək istəyirlər. Və ya Türkmənçay kəndini, Kürəkçayı görmək istəyirlər. Hər halda Səməd VurğununCeyranşeirini eşidib, Şirvan Milli Parkına getməyin yeri var” .

Ekspert söylədi ki, folkulorumuzda, həmçinin  sonrakı dövr yazılı ədəbiyyatımızda  axtarsaq bu istiqamətli çox şey tapmaq olar: “Bu  sahənin  tədqiq olunması çox yerinə düşərdi. Amma çox təəssüf ki,  ədəbiyyatda  turizmin yetərincə simvolizə olunduğunu söyləmək çətindir. Səfər etmək  hadisə olaraq bizim ədəbiyyatda daha çox gülüşkomediya kimi  ilk ağıla  gəlir. “Həm ziyarət , həm ticarət”, “Əhməd harada”, “Qatarda tamaşa”,  Yol əhvalatı”,  Bağ mövsümü”,   “Bəxt üzüyü  filmləri insanların istirahəti və  səyahətini eyhamla  baş verən  hadisələrdən bəhs edir ki, bu süjet xəttini kimsə yaşamaq istəməzdi. Azərbaycan ədəbiyyatında səfər və onun verdiyi imkanlar, romantika, yeni tanışlıq, sürprizlər və s.  az simvolizə olunub.

 Avropada populyar olan  Əli Nino”    ya  Ümulbanunun  xatirələri  əsərlərində   abidə yerdən daha çox  Bakı,  onun köhnə hissəsi, özünəməxsusluğu  göstərilir. Amma  hər halda Azərbaycanda çoxlu abidələr  ya yerlər vardır ki, bu yerlərin turizm məhsuluna çevrilməsi üçün əsərlər yazıla bilsin”.  E . Aslanov qeyd etdi ki, ədəbiyyatımızda düşünülmüş şəkildə  Xan Sarayı, Şirvanşahlar Sarayı və ya qəsrlər, qalalar, Qız qalası bu mənada çox münasib  bir vasitə ola bilər: “ Bu turizm sahəsinin ədəbiyyatda təsviri məsələsində konkret təklif vermək ciddi düşünməyi  tələb edir. Amma yuxarıda da qeyd etdiyim kimi mühüm tarixi hadisələr, tarixi yerlər və ya abidələr ədəbiyyat üçün  maraqlı tədqiqat obyekti ola bilər. Misal üçün,  Şirvanşahlar Sarayı  haqqında yazılmış  tarixi bir roman bizə bu tarixi abidəyə baxışımızı dəyişə bilər. Onu daha fərqli və gözəl görə bilərik.  Fransada Bastilyanın alınmasından bəhs edən  onlarla romanlar var ki, onlar həm  klassik, həm də alternativ tarixşünaslıq nöqteyi nəzərindən  yazılmışdır. Amma hər birində mühüm bir ştrix, iki gəncin  arasında keçən eşq macərası, bir saray məmurunun qabarıq önə çəkilməsi fərqlilik yaradır. İnsanları cəlb edir”.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin turizm təhsili bölməsinin metodisti Günay Tahirli isə mətbuata verdiyi məlumatda  bildirib ki, simvollarla bağlı romanlar yazan kifayət qədər oxucusu olan Den Braun son əsəri ilə yenə ajiotaj yaradıb:” Qısaca deyim ki, “İtmiş simvollaradlanan yeni roman Vaşinqton şəhərində yerləşən memarlıq abidələrinin simvolik məna açımına, tikililərə həkk edilmiş işarələrin gizli məna mistik qatlarına həsr edilib. Yazıçı öz üslubuna uyğun olaraq əsərin süjet xəttini həm də detektiv istiqamətə yönəldib.    Roman çap edildikdən sonra əsərdə təsvir olunan memarlıq abidələrini görməkdən ötrü təkcə bir həftə ərzində 300 min turist Vaşinqtona səfər edib. Hətta şəhərdə fəaliyyət göstərən hotellərdən biri öz qonaqları üçün əsərdə təsvir edilən abidələrə ekskursiya etməyi müştərilərə xidmət siyahısına daxil edib ki, çeşidi çoxaltsın”. Memarlıq abidələrimizin ədəbi yazıya hopdurulmasından söz açan G. Tahirli  bunları bildirib:”Biz Bakını tanıyırıq? İçərişəhər haqqında nə bilirik? Yalnız standart ölçülü məlumatlar və sair. Vallah, bir Den Braun burada bir ay yaşasa, məlum olar ki, bizim İçərişəhər nə qədər sirr daşıyıcısıdır. Qız qalası haqqında primitiv rəvayətdən başqa heçbilmirik. Amma ədəbiyyata nə qadağa var ki, həm elmi fərziyyə, həm real faktların, həm də fantaziyanın hesabına bizə Qız qalasını sözün tam mənasında tanıtsın. Axı, bu tarixi abidənin quruluşunun özü elə uzaqdan simvol nişanəsi olduğunu əyani təsdiqləyir.  Ədəbiyyat adamının üçüncü gözü varbu gözdən keçən Qobustan sirləri oxucuda maraq yaradır. Ora necə yerdir ki, ilahə Veneranın təsviri var? Ora necə yerdir ki, ərəb xilafətinin ordusu da buranı sadəcə ziyarət edərək öz izini daşlarda qoyub. Tarixi bu daşlardan götürüb yazacaq adam lazımdır. Detektiv olsun, melodram, ezoterik olsun-fərq etməz, sadəcə hadisələr Qobustanın aurasından keçirilsin. yaxud Şəkidə yerləşən Kiş qalası. Orada qədim albanlar uyuyur. Ədəbiyyatımızın predmetində istifadə edilməli abidələrimiz var. Şəki Xan sarayını tikən ustanın (bu böyüklükdə sarayda bircə mismar belə işlənməyib) söykəndiyi fəlsəfəni, naxışların sirrini açmaq lazımdır və əlbəttə ki, ədəbi qələmlə”.  G. Tahirlinin fikrincə, mütəxəssislər  ədəbiyyat və turizm düsturu ilə ədəbi əsərlərin yazılmasına stimulverici formula irəli sürməlidir.

 

 

G.Əsədova 

 

Paritet.- 2010.- 29-30 iyul.- S. 10.