“Cəmiyyətin vəziyyəti necədirsə, jurnalistikanın da vəziyyəti elədir”

 

Nəsir Əhmədli: “Reketçilik etmək üçün jurnalistikaya gəlmiş adamları bu sahədən təmizləmək lazımdır”

 

Milli mətbuatızın 135 illiyi təntənəli şəkildə qeyd olundu və bu yubiley jurnalistlərmiz üçün ölkə başçısı tərəfindən fəxri adlar, mükafatlar və sosial poblemlərin həlli ilə bağlı verilmiş sərəncamlarla yadda qalacaq. Amma bütün bunlar jurnalistlərin sosial yarasını sağaltsa da, nəzəri jurnalistikamızın yarasını sağaltmır. Ona görə də Milli mətbuatımzın 136-cı ilinə yenə də bir sıra problemlərlə qədəm qomuşuq. İyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında Prezidentlə görüşdə jurnalistikanın bu problemləri də müzakirə edildi. Ölkə başçısı da bu məsələlələr bağlı dövlətin istənilən dəstəyi göstərməyə hazır olduğunu dedi. Amma jurnalistikanın problemlərinin nəzəri olaraq qaynaqlarının da tapılıb həll olunması əsas şərtlərdəndir. Burada isə əsas məsuliyyət dövlətin yox, jurnalistika mütəxəssislərinin üzərinə düşür. Biz də   suallarımızı “Əməkdar jurnalist” adına layiq görülmüş Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədliyə ünvanladıq.

 

- Azərbaycan dövlətinin mediaya dəstəyini necə qiymətləndirirsiniz?

- Ölkə başçısının mediayla bağlı son sərəncamları bir neçə cəhətdən diqqəti cəlb edir. Birincisi odur ki, burada jurnalistikamızın tarixi yada salınır, yaranmış ənənələr xatırladılır. İkincisi isə  jurnalistlərin fərqləndirilməsi, yəni müəyyən fəxri adların verilməsi onları yeni yaradıcılğa doğru həvəsləndirir. Başqa cəhət ondan ibarətdir ki, təltif olunan 92 nəfər jurnalistlərin sırasında müəyyən tarazlıq gözlənilir. Onların sırasında həm iqtidar, həm müxalifət, həm də müstəqil mətbuatın nümayəndələri var. Bax, bu, diqqəti cəlb edir ki, müyyən qədər milli barşığa doğru addım atılır. Bu çox vacib məsələdir. Qaldı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırlması ilə bağlı sərəncam. Bu da çox mühüm məsələdir. Tutaq ki, jurnalistlərin evi və ya evində ayrıca otağı olmasa onlar istədikləri kimi faydalı iş əmsalı əldə edə bilməzlər. Bu cəhətdən jurnalistlərin mənzil tikintisinə 5 milyon manatın ayrılması mətbuatın inkişafına müəyyən təkan verəcək.

- Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanlarının bərpa olunması təklifi ilə çıxış edib. Yəqin ki, Siz də bu təklifin lehinəsiniz.

- Çox gözləl bir təklifdir. Bilirsiniz ki, sovet dövründə ümumi qəbul imtahanlarından əvvəl üç mərhələdən ibarət yaradıcılıq müsabiqəsi keçirilirdi. Birinci mərhələdə abituriyentlərin mətbuatda dərc olunmuş, radioda səsləndirilimiş, televiziyada göstərilmiş yazı və verilişlərinə rəy verilirdi. İkinci mərhələdə cümlə qurmaq, məntiqi ardıcıllıqla fikirlərini ifadə edə bilməsini öyrənmək üçün onlara sərbəst mövzuda yazı yazdırırdıq. Üçüncü mərhələ də isə onların dünyagörüşünü yoxlamaq üçün şifahi sual-cavab olurdu. Amma test üsulu tətbiq olunandan sonra həmin proses dayandırıldı. Bu da müəyyən texniki səbəblərlə bağlı idi. 1992-ci ildə test təbiq olunanda indiki qədər kompüter  imkanı yox idi ki, bu işləri görsünlər. Amma indi bunu etməyə tam imkan var. Mən, ümumiyyətlə, test imtahanlarının əleyhinə deyiləm, amma jurnalistikada hökmən qabiliyyət imtahanını tətbiq etmək lazımdır. Çünki baxırsan jurnalistikaya yüksək balla qəbul olublar, amma adicə cümlə qura bilmirlər. 

-  Bu gün jurnalistlərin peşəkarlığının aşağı olması da əsas problem kimi göstərilir. Sizcə peşəkarlığın aşağı olması həm də jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının keçirlilməməsi ilə bağlı ola bilərmi?

- Ola bilər, amma burada bir neçə yenə məsələ var. Əvvəla Azərbaycandakı KİV əməkdaşlarının təxminən 60-70 faizi jurnalist diplomu olmayan insanlardır. Hətta onların sırasında elələri var ki, ümumiyyətlə ali təhsili yoxdur. Bunun özü başlıca problemlərdən biridir. Mənə elə gəlir ki,  KİV haqqındaqanuna əlavə etmək lazımdır ki, hər bir KİV orqanına hökmən jurnalist rəhbərlik etməlidır. Mən bu məsələni hələ 1992-ci ildə ilk  qanun hazırlananda qaldırmışdım, amma qəbul olunmadı. Təsisçi qoy başqa adam olsun, amma rəhbərliyi hökmən jurnalist etməldir. Çünki jurnalistika da canlı orqanizmdir. Onun da özünün inkişaf mexanizmləri var. Bunları bilmədən qəzeti, televiziyanı, radionu s. idarə etmək çətindir. Gərək diaqnoz qoymağı, onun xəstəliyini aradan qaldırmağı bacarasan. İkinci məsələ jurnalistika fakültəsinin özündə tədris işlərinin qurulmasdır. Bunun üçün birinci maddi-texniki baza lazımdır. Bizdə maddi-texniki baza çox zəifdir. Fakültədə televiziya, radio studiyası, linqafon kabineti s. olmalıdır. Çünki jurnalistika bir növ peşədir o peşə daha çox praktikada öyrədilir. Biz auditoriyada mühazirə deyirik, nəzəri məsələləri tələbələrə xatırladırıq, amma praktikanı bir qədər gücləndirmək lazımdır. Mən adicə bir misal çəkim. Sovet dövründə bizim fakültənin televiziya radio jurnalistikası kafedrasının Dövlət Teleradio Komitəsində filialı var idi. Tələbələr praktik məşğələlərin hamısını orada keçir, Komitənin işi ilə tanış olurdular. İndi bu da sıradan çıxıb. Dediymiz qabiliyyət imtahanının tətbiqi sənətkarlığın da artmasına kömək edə bilər.     

- Jurnalistika fakültəsinin müəllimi olaraqreket nəşr”lərin Azərbaycanda fəaliyyəti Sizi narahat etmirmi?

- Əlbəttə, narahat edir. Mən bir faktı xatırladım ki, “reketjurnalistlərin arasında   jurnaslitika fakültəsinin məzunu yoxdur. Ola bilsin bir-iki nəfər mənim gözümdən yayınıb. Yəni bizim fakültədə təkcə jurnalistika peşəsini öyrətmirlər, burada həm mənəvi təmizlik dərsi keçirlər. Ona görə inanmıram ki, bizi qurtaran getsin haradasareket”çlik etsin. Amma bu ümumi problem kimi, əlbəttə, cəmiyyətin bəlasıdır. Özü bu müəyyən keçid dövrünün əlamətidir. Təkcə bizdə deyil, hətta inkişaf etmiş ölkələrin çoxunda vaxtilə bu cür olub (Xatırladaq ki, jurnalistikanın məzunları içərisində hazırda da reketliyə görə həbs yatanlar var-red).

-  Bəs, onlarla mübarizənin hansı üsulunu təklif edərdiniz?

- Onlarla mübarizənin birinci forması odur ki, jurnalistlərin iqtisadi problemlərini həll etmək lazımdır. Niyə onlarreket”çilik edirlər? Qəzetlər var ki, ümumiyyətlə çıxmır, amma hərəsinin cibində bir vəsiqə var. Pul xatirinə gedib müəyyən müəssisə rəhbərlərini qorxutmaq yolu iləreket”çiliklə məşğul olurlar. Bunun birinci şərti dediyimiz sərəncamların sayını artırmaqdır. Belə olanda jurnalsitlərin maddi ehtiyacı olmaz. Hansı namuslu ağıllı, jurnalist gedib onun-bunun qapısındadilənməyərazı olar. Hamısı ehtiyac üzündən əmələ gəlir.

-  Ötən əsrin sonlarında fakültənin bəzi müəllimləri tədrisdə hələ köhnəliklərdən ayrılmadıqlarını etiraf edirdilər. Bu baxımdan fakültənin hazırkı vəziyyətini necə şərh edərdiniz?

- Bilirsiniz, jurnalistika birbaşa cəmiyyətin vəziyyəti ilə bağlı olan sahədir. Yəni cəmiyyətin vəziyyəti necədirsə jurnalistikanın da vəziyyəti elədir. Yadınızdadırsa Həsən bəy Zərdabi yazırdı: “Hər bir qəzetin vilayəti gərək o qəzetin aynası olsun”. İndi elədir. Keçən əsrin axırları ilə indiki zamanı müqayisə edəndə təxminən 10 il vaxt keçib. Bu müddətdə ölkənin inkişafı jurnalistikada da özünü əks etdirir. O vaxtlar inkişaf səviyyəsi daha aşağı idi. Eləcə jurnalistika fakültəsində. Ona görə mən yenə deyirəm burada birinci əsas praktikanı lazım olduğu kimi öyrədə bilməməyimizdir. İkinci odur ki, hər il biz uşaqları harasa təcrübəyə göndərirdik. İndi müəyyən maliyyə ilə bağlı olduğundan redaksiyalar təcrübəni əvvəlki kimi məmuniyyətlə qəbul etmirlər. Qaldı ki bizdə Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Cahangir Məmmədli s. kimi qocaman müəllimlər var. Onların təcrübəsindən istifadə etməklə fakültəni cavanlaşdırmaq lazımdır. Amma necə cavanlaşdırmaq lazımdır? Adlarını sadaladığım müəllimlər elmi işə praktikadan gəliblər. Amma indi qurtaran kimi ya aspiranturaya qəbul olurlar, ya da birbaşa fakültədə qalırlar. Belələri təcrübəni müəyyən dərəcədə bilmirlər. Elə bir forma tapmaq lazımdır ki, onlar həm nəzəriyyəni bilsinlər, həm təcrübəni.

-  Bildiyimiz kimi AzərbaycandaTeleviziya Akademiyasıyarandı,  amma bu statusta mətbuatla bağlı bir qurumun yaranması ilə bağlı neçə müddətdir təkliflər verilsə nəticə yoxdur.

- Bu məsələ çoxdan var. Əvvəl akademiya formasında deyil, Jurnalistika İnstitutu formasında idi. Onda Mətbuat Şurası yox idi. O vaxt Əflatun müəllim almanlarla işləyərkən  çalışdılar ki, nəsə yaratsınlar, lakin alınmadı. Amma hökmən yaratmaq lazımdır. Bunun üçün hökmən dövlətin dəstəyi olmalıdır. Çünki belə bir təşkilatı yaratmaq formal bir deyil. Düzdür, “Televiziya Akademiyasıyaranıb, amma hələlik onun fəaliyyətini görmürük. işlə məşğul olacaq, orada kimlər dərs deyəcək, bunu hansı formada edəcək, yəni bunlar bizim üçün müəyyən yeni sahədir. Ona görə bir qədər xarici təcrübəyə əsaslanmaq lazımdır. Bu da milli şərait nəzərə alınmaqla tətbiq edilməlidir. Tam güzgü kimi əks etdirmək yox, yerli şəraitlə bağlayıb istifadə etmək olar.   

 

 

Fuad

 

Paritet.- 2010.- 31 iyul-2 avqust.- S. 9.