Xalqımıza
qarşı soyqırım törətmiş şəxslərin
müəyyən edilməsi üçün
istintaq davam etdirilir
Xocalı soyqırımı
ilə bağlı
2213 nəfər şahid
və zərərçəkmiş
şəxs qismində
dindirilib, 800-dən artıq
ekspertizalar keçirilib
Ötən əsrin 80-ci illərinin
ikinci yarısında təcavüzkar erməni millətçilərinin Azərbaycana
qarşı əsassız
ərazi iddiaları irəli sürməsi soydaşlarımızın kütləvi
şəkildə qırğını
və əsrlər boyu yaşadığı
tarixi ərazilərdən
deportasiyası, şəhər
və kəndlərimizin,
maddi-mədəniyyət abidələrimizin
dağıdılması, milli
genefondumuzun məhvinə
yönəlmiş digər
qəsdlərlə nəticələnib.
1988-1993-cü illərdə
Dağlıq Qarabağ
və 7 rayonumuz işğal edililib və həmçinin bu yaşayış məntəqələrində ermənilər
tərəfindən soyqırımlar
törədilib. Bununla da
həmin ərazilərdə
etnik təmizləmə
əməliyyatları həyata
keçirilib. Xalqımıza
qarşı törədilmiş
bu ağır cinayətlərin təşkili
və törədilməsində
iştirak etmiş təqsirkar şəxslərin
müəyyənləşdirilib cinayət məsuliyyətinə
cəlb olunması, habelə beynəlxalq hüquq normalarının
kobud şəkildə
pozulması faktları
barəsində beynəlxalq
təşkilatlar qarşısında
müvafiq vəsatətlər
qaldırılması məqsədilə
2003-cü ildə baş
prokuror, daxili İşlər və milli təhlükəsizlik
nazirlərinin əmri
ilə birgə istintaq-əməliyyat
qrupu yaradılıb. 2005-ci ildə isə
Baş prokurorun müvafiq qərarına əsasən cinayət işinə prosessual rəhbərliyin həyata
keçirilməsi Respublika
Hərbi Prokuroruna həvalə edilib.
Məlum olduğu kimi,
erməni qəsbkarları
tərəfindən 1992-ci ilin
fevral ayının
25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc əhalisinə qarşı
soyqırım törədilib
və Xocalı şəhəri yerlə-yeksan
edilib. Xocalının
işğalı ilə
əlaqədar başlanmış
və icraatı 31
mart 1994-cü il tarixdə dayandırılmış
cinayət işinin icraatı 12 iyul 2005-ci il tarixdə Respublika Hərbi Prokuroru tərəfindən
təzələnərək həmin cinayət işi üzrə əməllər Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin103 (soyqırım),
107 (əhalini deportasiya
etmə və ya məcburi köçürmə), 115.2 (müharibə
qanunlarını və
adətlərini pozma)
və.s.maddələrinə tövsif olunub. Hərbi Prokurorluqdan “Paritet”-ə verilən məlumata görə, həmin vaxtdan müharibə cinayətləri
törətmiş şəxslərin
beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb,
axtarış və mühakimə edilməsi istiqamətində istintaq hərəkətləri aparılıb.
Cinayət işi öyrənilərkən
müəyyən edilib
ki, Xocalı soyqırımını həyata
keçirən Ermənistanın
hərbi birləşmələri,
Dağlıq Qarabağdakı
silahlı separatçı
birləşmələri və
MDB-nin Xankəndində
yerləşən 366-cı alayın hərbiçiləri
tərəfindən dünya
dövlətlərinin qəbul
etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib,
1949-cu il 12 avqust
tarixli «Döyüşən
silahlı qüvvələrdə
yaralıların və
xəstələrin vəziyyətinin
yaxşılaşdırılması », «Hərbi əsirlərlə
rəftar» və «Müharibə zamanı mülki əhainin qorunması haqqında» Cenevrə konvensiyalarının
müvafiq maddələrində nəzərdə
tutulan qadağan olunmuş tələblər
kobud surətdə pozulub.
İndiyədək adını verəcəyimiz 38 nəfərin - 366-cı alayın
hərbi qulluqçuları
və digər şəxslərin Xocalı
soyqırımında iştirakı
tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası CM-nin soyqırıma görə
məsuliyyət nəzərdə
tutan 103-cü maddəsi,
habelə sülh və insanlıq əleyhinə,
müharibə cinayətlərinə
görə məsuliyyət
nəzərdə tutan
CM-nin 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 113 (işgəncə), 115.4 (müharibə
qanunlarını və
adətlərini pozma),
116.0.17-ci (zorlama, cinsi
köləlik, məcburi
fahişəlik, məcburi
sterilizasiya, məcburi
hamiləlik, habelə
cinsi zorakılıqla
əlaqədar başqa
hərəkətlər etmə)
maddələri ilə
nəzərdə tutulan
cinayəti etməkdə
təqsirləndirilən şəxs
kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb.
Barələrində məhkəmələr
tərəfindən həbs
qətimkan tədbiri seçilmiş və onların beynəlxalq axtarışının həyata
keçirilməsi üçün
müvafiq sənədlər
İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib:
366-cı alayın hərbi qulluqçuları:
1.
Zarviqorov Yuri Yuriyeviç
366-cı alayın komandiri
2.
Ayriyan Vaçaqan Qriqoryeviç 366-cı alayın
kəşfiyyat rəisi
3.
Çitçyan Valeri İsaakoviç
366-cı alayın 1-ci batalyonunun
qərargah rəisi
4.
Qarmaş Viktor Anatoliyeviç
366-cı alayın zabiti
5.
Smaqin Aleksandr Vladimiroviç
366-cı alayın zabiti
6.
Balyazin Oleq Viktoroviç
366-cı alayın zabiti
7.
Akopyan Movses Qrantoviç 366-cı alayın
1-ci batalyonunun 2-ci rotasının
komandiri
8.
Arutyunyan Slavik Vadimoviç 366-cı alayın
5-ci rota komandiri
9.
Kisebekyan Qriqoriy Akopoviç
366-cı alayın rabitə
rotasının komandiri
10. İşxanyan Andrey
Artyuşeviç 366-cı alayın 1-ci rota təchizat vzvodunun komandiri
11. Beqlaryan Sergey Yurikoviç
366-cı alayın 2-ci batalyon,
vzvod komandiri
12. Arutyunyan Kamo
Rafaeloviç 366-cı alayın
təmir rotasının
vzvod komandiri
13. Danielyan Armen Borikoviç 366-cı alayın
təmir rotasının
vzvod komandiri
14. Mirzoyan Vaçik Qrantoviç 366-cı alayın
2-ci rotanın starşinası
15. Ayrapetyan Vaçik
Qurqenoviç 366-cı alayın
3-cü rotanın starşinası
16. Ayrapetyan Aleksandr
Aleksandroviç 366-cı alayın
giziri
17. Beqlaryan Armen Volodiyeviç 366-cı alayın
1-ci rotasının baş
texniki
Xankəndi şəhər
DİŞ və Əskəran
rayon DİŞ-nin əməkdaşları:
Abramyan Armo
Aramoviç Xankəndi
şəhər DİŞ-nin rəisi
Qukasyan Mavrik
Araratoviç Əskəran
RDİŞ-nin rəisi
Aqacanyan Karlen
Levonoviç Əsgəran
RDİŞ-nin sabiq rəisi
Barseqyan Şaqen
Semyonoviç Əsgəran
rayon DİŞ-nin rəis
müavini
Petrosyan Karo
Vaniyeviç Əsgəran
RDİŞ yanğın təhlükəsizliyi
bölməsinin rəisi
Qriqoryan Edik
Emirvaroviç Əsgəran
RDİŞ-nin əməkdaşı
Qriqoryan Ararat Rantikoviç Əsgəran
RDİŞ-nin əməkdaşı
Ayriyan Samvel
Samurkayeviç Əskəran
RDİŞ-də müfəttiş
Digər vəzifəli
şəxslər:
1.
Abramyan Poqos Qarnuşeviç Xankəndində 11-ci alayın
komandiri
2.
Koçaryan Serjik Sumbatoviç Xankəndi şəhər
həbsxanasının rəisi
3.
Mirzoyan Maksim Mixayloviç Stepanakert şəhəri
2718 saylı avtobazanın
rəisi
4.
4.Balasanyan Vitaliy Mixayloviç DQMV erməni xalq cəbhəsinin sədri
5.
İşxanyan Yura Georgiyeviç Əsgəran rayonunda pavilyon müdiri işləmiş
Mülki vətəndaşlar:
1.
Babayan Georgi Ginikoroviç Həsənabad kənd sovxozunda sürücü
2.
Qriqoryan Valerik Sergeyeviç Həsənabad kənd sovxozunun üzvü
3.
Akopyan Oleq Nikolayeviç Həsənabad kənd sovxozunun üzvü
4.
Tumasyan Seyran Aprakoviç Xasq kəndində sürücü
5.
Babayan Bahadur Giniqoroviç Əvvəllər Xocalıda
yaşamış
6.
Manqasaryan Artik Qurgenoviç Əsgəran rayonu, Daşbulaq kənd sakini
7.
Kaqramanyan Hamlet Asriyeviç Əsgəran
rayonu, Daşbulaq kənd sakini
8.
Qriqoryan Canpolad Xanlaroviç Əvvəllər Xocalıda
yaşamış
Qeyd edək ki, istintaq zamanı Xocalı soyqırımı
ilə bağlı
2213 nəfər şahid
və zərərçəkmiş
şəxs qismində
dindirilib, 800-dən artıq
ekpertizalar keçirilib. 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının
təqdim edilməsi, hərbi texnikasının
ermənilər tərəfindən
ələ keçirilməsi
və ya onlara verilməsi, habelə azərbaycanlıların
yaşayış məntəqələrinin
366-cı alaya məxsus
hərbi texnika ilə atəşə tutulması barədə məlumatların alınması
və digər xüsusatlarla bağlı Rusiya
, Özbəkistan və
Qazaxıstan
baş prokurorluqlarına
hüquqi yardım göstərilməsi barədə
təqdimatlar göndərilib.
366-cı alayın
2-ci batalyonunun komandiri
olmuş mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının müdafiə
naziri vəzifəsində
işləyir),
366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta
yetirən materialların
toplanması və Azərbaycan Respublikası
CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə
təqsirləndirilən şəxs
kimi cəlb olunması istiqamətində
işlər davam etdirilir.
Hazırda Respublika
Baş Prokurorluğu,
DİN və MTN-nin birgə istintaq-əməliyyat
qrupunda Xocalı, Meşəli, Qaradağlı,
Bağanıs-Ayrım və
digər yaşayış
məntəqələrində soyqırım cinayətləri
törətmiş şəxslərin
müəyyən edilməsi
istiqamətində istintaq-əməliyyat
tədbirləri həyata
keçirilir.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 1-2 iyun.- S. 10.