Azərbaycanlıların soyqırımı xarici mətbuatda

 

  Erməni vəhşiliklərini öz gözləri ilə görmüş bundan dəhşət dolu heyrətlə danışan bir çox millətlərin KİV nümayəndələri hələ heç bir müharibə tarixində bu cür vəhşiliklər, zülm vandalizm hallarına rast gəlmədiklərini dönə-dönə qeyd edirlər. Aşağıda deyilən sözlər erməni qəsbkarlarının heç bir ölçüyə sığmayan vəhşətindən xəbər verir bu, hələ hamısı deyil. Hələ neçə-neçə oğul qızlarımız erməni əsirliyindədir və hər gün, demək olar ki, onlar bu vəhşiliklərlə üz-üzə gəlir, bu əzab məşəqqətlərə tab gətirmək məcburiyyətində qalırlar. Ermənilərin vəhşicəsinə şəhid etdiyi soydaşlarımzın şəkillərinə ürək ağrısız baxmaq mümkün deyil. Bu əməlləri törədən erməni vəhşilərinə qarşı nifrət, qəzəb və kinin heç bir vaxt azalmayacağı məlumdurbuna bizim heç haqqımız da yoxdur.

Ermənilərin Dağlıq Qarabağ və ona yaxın bölgələrdə törətdikləri vəhşiliklər demək olar ki, bütün dünya mətbuatında öz əksini tapmışdır. Aşağıda sadalanan faktlar bir daha göstərir ki, dünya ictimaiyyətinə mətbuatla çatdırılan faktlar, göstərilən video materiallar, bu hadisələrin canlı şahidi olmuş insanların söylədikləri yenə də azlıq təşkil edir.

 

Erməni vandalizmi dünya KİV-lərində

 

Jan-İv Yunet, jurnalist (Fransa): “...Biz Xocalı faciəsinin şahidi olduq. Öldürülmüş yüzlərlə dinc əhalini - uşaqları, qadınları, qocaları, Xocalının müdafiəçilərini gördük. Bizim üçün vertolyot ayrılmışdı və biz yüksəklikdən Xocalının ətrafını çəkməli idik. Lakin ermənilər bizim vertolyotu atəşə tutdular və çəkilişi başa çatdıra bilmədik. Mən müharibələr haqqında, alman faşistlərinin vəhşiliyi haqqında çox eşitmişdim, lakin ermənilərin 5-6 yaşlı uşaqları və dinc əhalini öldürməyi daha qəddar hərəkətdir”.

Krua l`Evenemanjurnalı (Paris), 25 mart 1992-ci il: “...Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış cəsədlərin canlı şahidi olmuşdur. Azərbaycanlılar minlərlə insanın öldürüldüyünü bildirirlər...”

“Sandi taymsqəzeti (London), 1 mart 1992-ci il: “...Erməni əsgərləri yüzlərlə ailəni məhv edirdilər...”

Feynenşl taymsqəzeti (London), 9 mart 1992-ci il: “...Ermənilər Ağdam istiqamətində gedən qaçqın dəstəsini gülləbaran etdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsədin olduğunu bildirirlər...”

Taymsqəzeti (London), 4 mart 1992-ci il: “...Çoxları eybəcər hala salınmışdı, bir kiçik qız uşağının isə yalnız başı qalmışdı...”

İzvestiyaqəzeti (Moskva), 4 mart 1992-ci il: “...Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir ahıl qadının isə üzünün bir hissəsi kəsilmişdi. Kişilərin başlarının dərisi soyulmuşdu...

Feynenşl taymsqəzeti (London), 14 mart 1992-ci il: “...General Polyakov bildirmişdir ki, 366-cı polkun 103 erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır...”

“Le mondqəzeti (Paris), 14 mart 1992-ci il: “...Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş uşaq qadınlar arasında üçünün baş dərisinin soyulduğunu, dırnaqlarının qoparıldığını görmüşlər. Bunlar Azərbaycan təbliğatı deyil, reallıqdır...”

Valer aktyueljurnalı (Paris), 14 mart 1992-ci il: “...Bu avtonom regionda erməni hərbçilərindən Yaxın Şərqdən olan muzdlu əsgərlərdən təşkil olunmuş qruplaşmalar ən müasir hərbi texnika, həmçinin vertolyotlarla da təchiz edilmişlər. Erməni terror təşkilatı ASALA Suriya Livanda yerləşən hərbi düşərgələrə silah anbarlarına malikdir. Ermənilər yüzdən çox müsəlman kəndlərində qətliamlar törətməklə Qarabağdakı azərbaycanlıları məhv etmişlər...”

R.Patrik - fəlakət bölgəsində olmuşFant man nyusİngiltərə telekompaniyasının jurnalisti: “...Xocalıda törədilən cinayətə dünya ictimaiyyətinin gözü qarşısında heç bir bəraət qazandırmaq olmaz...”

Livandan olan kinooperator isə təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak cəmiyyəti Qarabağa silah insanlar göndərir.

Meksikanın “El FinançieroqəzetindəAzərbaycanda Xocalı faciəsinin dəhşətlərini xatırlayanlarbaşlıqlı məqalə dərc olunub. Sitat: “Azərbaycanın Dağlıq Qarabağ ərazisində kiçik şəhər olan Xocalıdan həmin gecə heç kim qaça bilməmişdi: çoxları can qurtarmaq istəyərkən erməni ordusunun dəhşətli işgəncələrinə məruz qalmış yaxud buzlamışdılar”.

KüveytinƏl-Ray”, “Əl-DərƏl-Roya  qəzetləri məlum soyqırımla bağlı yazılar müsahibələr dərc edib. Ermənistan faşizmi azad dünya qarşısında öz simasını göstərdiXocalı soyqırımı ermənilərin əsl simasını ifşa etdibaşlıqlı məqalələrdə keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalıda törətdikləri vəhşiliklərdən ətraflı bəhs olunub.

Səudiyyə Ərəbistanında isə Azərbaycan səfirliyi tərəfindən “Riyadh Palasekonfrans mərkəzində Xocalı faciəsini əks etdirən kitab materiallardan ibarət yaradılan guşə, erməni vəhşiliyini göstərən yazılar isə bu ölkənin “KSA-2” televiziya kanalında, “Əl-CəzirəƏr-Riyadqəzetlərində çap olunub. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri T.Abdullayev, səfirliyin birinci katibi E.Əlizadə, İKT baş katibinin müavini Ə.Məfti yerli KİV-ə Xocalı soyqırımı ilə bağlı müsahibələr veriblər.

Rumıniyanın “Nine O””Klok”, “Replika”, “Hayat”, “Zaman”, “AnayurtUltima Oraqəzetlərində isə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər, geniş yazılar dərc olunub.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliam Pakistanın “Observer” Dailu İttehadqəzetlərinin səhifələrində əks olunub. Məqalələrdə faciəni əks etdirən fotoşəkillər təqdim edilib.

Rosbalt”, “ERR-novosti”, “Kavkazski uzel digər nüfuzlu saytlarda da Xocalı soyqırımı erməni vəhşiliyindən bəhs olunan materiallar yerləşdirilib.

 

Bu da erməni mədəniyyəti....

 

Almaniyada nəşr olunanBlickqəzetində ermeni həkimlərin Qərbi Avropaya donor orqanları qan daşınması əməliyyatında iştirakı haqda məqalə dərc olunub. Yazıda bildirilir ki, “Daşınanməhsul Köln Şturqartdakı tibb  müəssələrinə gətirilirmiş. Təsadüfı yoxlama zamanı donor orqanlarından bəzilərinin sənədlərin yerində olmaması polis tərəfindən araşdırma aparmağa səbəb olub.  Yarımillik araşdırmalardan sonra polis, Marvel Qalstyan adlı erməni həkimin izinə düşür. Bu həkim Tuluzadakı hərbi qospitalda işləyirmış. Eyni zamanda bu işdə əli olan Fransaya qanunsuz miqrasiya olunmuş Sarkis Mnatsakanov (o da həkimdi), Prokop Berqer kimi ermənilər müəyyənləşdirilir. Məlum olub ki, əksər hallarda donor orqanlar Ermənistandan Almaniyaya birbaşa daşınırmış. Əsas daşınan orqanlar böyrək, göz bəbəkləri, onurğa beyni, ciyər donor qanı olmuşdur. Tam məsuliyyətlə demək olar ki, daşınan bu oqanlar erməni əsirliyində olan türklərdən götürülüb. Bu haqda amerikalı tədqiqatçı-jurnalist Tomas Qolts (Thomas Hollz) öz kitabında göstərib.  Ötən əsrin qanlı mənzərəsi” (Warsaw-2001) adlı bu kitab ingilis, rus, alman fransız dillərinə tərcümə olunub. Kitabda  Bakıda erməni əsirliyindən Qırmızı Xaç Komitəsi tərəfindən azad edilmiş, əslən işğal olunmuş Kəlbəcərdən olan, mayor Səlim Həsənovun müsahibəsini dərc edib (1993-cü ilin sonunda əsir düşüb, 2000-ci ildə isə azad olunub): “Bir çox mənimlə əsirlikdə olanların onurğa beyinləri (əsasən gənclərin) götürülərək, öldürülmüşlər. Bəziləri isə bir neşə gün gedəndən sonra kameraya qaytarılanda bir gözlü aya hər iki gözü çıxarılmış formada gətirilirdilər. Mənimlə eyni kamerada olan 5 qoca 18 gənc qalmışdı ki, onlarında yaşı 35-i keçmirdi....”

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 10-11 iyun.- S. 7.