Tarixi həqiqətlər şahidlik edir
XX
əsrin sonuncu rübündən, yəni erməni terrorizminin
sonuncu dalğasından etibarən bəşər cəmiyyətinin
mütərəqqi təfəkkürlü, obyektiv
düşüncəli tədqiqatçı-analitikləri belə
bir suala cavab axtarırlar:”erməni məsələsi” necə
yarandı və nəyə görə erməni millətçi
təşkilatlarının mübarizə vasitəsi olan
terror, bəşər cəmiyyəti üçün
çox böyük bir təhlükə olduğu halda, Qərb
dünyasını narahat etmir.
Bu
suallara artıq onilliklərdir ki, müxtəlif cavablar verilir
və öyrənilən tədqiqat obyekti hal-hazırda cəmiyyətimizi
düşündürən bir məsələyə nəzər-diqqəti
yönəltməyi qarşıya məqsəd qoyur: nə
üçün erməni millətçiləri Azərbaycan
xalqına qarşı XX əsrin əvvəllərindən
etibarən soyqırım siyasəti yeridiblər?
IV əsrdən etibarən öz dövlətçiliyini
itirən ermənilər bütün dünyaya səpələnərək,
əsasən Osmanlı imperiyasının tərkibində
kompakt şəkildə yaşayıblar. Osmanlı imperiyasının təbəəsi olan, bu
dövlətdə geniş səlahiyyətlərə,
imtiyazlara malik olan və təhlükəsizliyi qorunan ermənilər
və ilk növbədə onların etno-konfessional
özünüdərkini formalaşdıran erməni-qriqoryan
kilsəsi sonuncu rus-osmanlı müharibəsinin Osmanlı tərəfi
üçün ağır nəticələrindən istifadə
edərək, bu dövlətin təbəəsi olmaq istəmədiklərini
bildirirlər. Eyni zamanda “Böyük Ermənistan”
ideyasını irəli sürən erməni millətçiləri,
bu ifrat ideyaya uyaraq ekstremist mövqeyə yuvarlanır və
XIX əsrin 80-ci illərində “qan tökmədən
azadlıq əldə edilmlr” şüarını əsas
götürərək, özlərinin xülyəvi
arzularını reallaşdırmaq məqsədi ilə bu illərdə
yaradılmış siyasi təşkilatlar -”Hnşak”və
“Daşnaksütun” partiyalarının rəhbərliyi, həmçinin Qərbi
Avropa və ABŞ-da “Böyük Ermənistan”
ideyasını təbliğ edən cəmiyyətlərin mənəvi
müdafiəsi və maddi yardımı ilə Osmanlı
imperiyasında geniş iğtişaşlara başlayaraq,
terror aktları törədib, ancaq Şərqi Anadoluda
“Böyük Ermənistan” dövlətini yaratmaq
planlarını reallaşdıra bilməyiblər. Lakin
özlərinin ifrat xülyalarından imtina etməyən,
“Yer üzərində bir erməni
qalsa da “Böyük Ermənistan” əldə edilməlidir”
şüarını əsas tutan erməni
separatçıları, çoxəsrlik arzularını
Osmanlı dövlətinin hesabına
reallaşdırmağın
mümkünsüzlüyünü başa düşərək,
XX əsrin əvvəllərindən etibarən ərazi
iddialarını Azərbaycan torpaqları, onun köklü əhalisi
- azərbaycanlıların hesabına həyata keçirməyi
məqsəd olaraq qarşıya qoyurlar.
Qafqazda alloxton əhali
olan, özünün antropoloji, bioloji-fizioloji durumuna görə
bölgəyə, o cümlədən Azərbaycan
torpaqlarına yad olan ermənilər nəyə görə nəzər-diqqəti
Azərbaycan torpaqlarına yönəltmişdilər? Bu suala cavab vermək üçün biz tariximizin səhifələrinə
nəzər salmağı məqsədəuyğun hesab
edirik.
Türkmənçay
müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası
işğal etdiyi Azərbaycan torpaqlarında özünün
siyasi hakimiyyətini bərqərar etmək və işğal
etdiyi müsəlman ölkəsində etno-sosial baza yaratmaq məqsədi
ilə qeyri-köklü
xristian etnosları ölkəyə köçürməyə
başlayır. Köçürülən xristian etnoslar
içərisində ermənilərə
böyük ümidlər bəsləyən Rusiyanın hakim
dairələri onları kütləvi şəkildə Azərbaycan
torpaqlarında yerləşdirilməsini planlaşdırır
və nəticədə 1828-1830-cu illər ərzində
İran və Osmanlı dövlətlərindən 119,5 min erməni
İrəvan, Nazçıvan,Ordubad, Qarabağ,
Borçalı torpaqlarında yerləşdirilir.Tədqiqat
obyektinin sonrakı tarixi mərhələlərində ermənilərin
ölkəyə köçmələri davam edir. Azərbaycan torpaqlarında məqsədyönlü
şəkildə müstəmləkə siyasəti aparan
Rusiya imperiyası azərbaycan xalqının adət-ənənələrini,
mentalitetini. milli maraqlarını nəzərə
almır, azərbaycan xalqını iqtisadi baxımdan əzməyi
əsas götürür və eyni zamanda ölkəyə
köçürülən ermənilər üçün
münbit şərait yaradırdı. Bütün bu amilləri
nəzərə alan erməni separatçıları
1894-1896-cı illər hadisələrindən sonra xülyəvi
arzularını reallaşdırmaq məqsədi ilə
özlərinə yad və özgə torpaqların fərqinə
varmırlar.Bu dövrdə Osmanlı imperiyasından Mərkəzi Qafqaza qaçan on
minlərlə zinvor bölgədə millətçi hərəkatın
əsas hərəkətverici qüvvəsi olur və erməni-qriqoryan
kilsəsinin ideya rəhbərliyi və ”Daşnaksütun”
partiyasının əməli fəaliyyəti nəticəsində
1905-1906-cı illərdə erməni-azərbaycanlı
qarşıdurmasının birinci fazası baş verir. Erməni-azərbaycanlı
qarşıdurması zamanı erməni terrorçular hakim
strukturlar tərəfindən yetərincə təqib edilməmiş
və əksinə
tarixi sənədlərdə göstərildiyi kimi onlar “Qafqaz
hakim dairələri tərəfindən xüsusi diqqətə
layiq görülmüşdülər”. İmperiyanı xilas
etmək naminə hakim dairələr çıxış
yolu axtarır, erməni millətçilərini “sakitləşdirməyə”
və eyni zamanda müdafiə etməyə
çalışırdılar.Belə ki, 1905-ci ildə Gəncədə
erməni yaraqlıları “Difai” partiyasının rəhbərliyi
ilə qaçaq Alının qüvvələri tərəfindən
darmadağın edildiyi zaman Gəncənin gen.-qubernatoru Bauer Ə.Rəfibəylidən
hərbi əməliyyatların dayandırılmasını
xahiş etmişdi.Bu fakt bir daha
Rusiya imperiyasının bu qarşıdurmaya olan qərəzli,
birtərəfli münasibətini nümayiş etdirir.
Bölgədə
qarışıqlıq, hərc-mərcliyin baş alıb
getməsində maraqlı olan erməni millətçiləri
Rusiya imperiyasının sosial münasibətlərində ən
zəif həlqə olan milli məsələnin gərginləşməsində
müstəsna rol oynamışdı. X1X əsrin sonlarında Osmanlı imperiyasında Rusiya
diplomatik korpusunda məmur vəzifəsində
çalışan V.F.Mayevski 1894-1896-cı illər hadisəsinin
şahidi olan bir şəxs kimi erməni-azərbaycanlı
qarşıdurmasını təhlil edərkən göstərmişdi
ki, “Zaqafqaziyada anarxiyanın səbəbkarı
“Daşnaksütun-dur””.”Daşnaksütun” partiyasının
bölgədə apardığı dagıdıcı fəaliyyətini
öyrənən,aprel çevrilişindən
sonra Azərbaycan siyasi mühacirliyinin nümayəndəsi
olan, Hüseyn Baykara da öz tədqiqatlarında
yazırdı ki, daşnakların “əsas məqsədləri
Qafqazda yaşayan bütün müsəlmanları
qırdıqdan sonra onların torpaqlarını işğal
etməkdir.”
Birinci
Rusiya inqilabı illərində erməni millətçiləri
Azərbaycan torpaqlarında məqsədlərinə nail
olmasalar da öz qərəzli niyyətlərindən əl
çəkmirlər.Və Birinci Dünya müharibəsi ərəfəsində
Borçalı torpaqlarına iddialarla çıxış
etsələr də onların bu niyyəti Qafqaz Canişinliyi
səviyyəsində qəbul edilmlr.
Birinci
Dünya müharibəsi illərində erməni
separatçıları Osmanlı imperiyasında yeni qiyamlar
törətməklə yanaşı Azərbaycan
torpaqlarında özbaşınalıqdan çəkinmirlər.Belə
ki,müharibənin əvvəllərindən etibarən azərbaycanlılara
qarşı radikal mövqedən çıxış edən
ermənilər, 1916-cı ilin ilin ilk aylarında Qafqaz cəbhəsində
rus ordusunun müvəffəqiyyətli əməliyyatlarından
ruhlanaraq, qisasçılıq əhvali-ruhiyyəni
nümayiş etdirirlər.Və Qafqaz cəbhəsinə
göndərilən erməni əsgərləri Yevlax, Lək,Ucar
və Kürdəmir stansiyalarında azərbaycanlılara
qarşı daha şox zorakılıqlar törədirlər.Bu
illərdə ABŞ və bir-çox Avropa dövlətlərində şəbəkə
sistemində qurulan erməni komitələri erməni
separatçılarına külli miqdarda vəsait göndərirdilər.
Belə ki, 1916-cı ilin əvvəllərində Fransada fəaliyyət
göstərən “Fransa-Ermənistan” komitəsi Tiflisdə
yerləşən “erməni xeyriyyə cəmiyyəti”pərdəsi
altında fəaliyət göstərən quruma Qafqaz cəbhəsində
döyüşən və Şərqi Anadoluda bəşəri
cinayətlər törədən erməni
yaraqlılarının silahlanması üçün 3.250
frank yardım göndərmişdi. Erməni separatçı
hərəkatın ideoloji beyni olan erməni-grigorian kilsəsi
baş verən sosial-siyasi posesləri mərkəzdən idarə
edir və bunu nəzərə alan erməni
koloniyaları erməni-qriqorian kilsəsinə yardım
göndərirdilər. Araşdırdığımız
mənbələr bu və bu qəbil dəlilləri qoruyub
saxlaya bilmişdir. Məhz bu illərdə
“Böyük Ermənistan” ideyasından əl çəkməyən
və eyni zamanda kütləvi qırğınlardan çəkinməyən
erməni millətçiləri Osmanlı imperiyasında etmədiyi
vəhşilikləri Azərbaycan torpaqlarında törətmişlər.
Birinci Dünya müharibəsi illərində dünyanın
bir-çox ölkələrində fəaliyyət göstərən
“qaçqınlara yardım”cəmiyyətləri tərəfindən
əldə etdikləri külli miqdarda vəsait nəticəsində
təpədən dırnağa qədər silahlanmış
erməni quldur dəstələri Şimali Azərbaycanın
bir-çox qəzalarında azərbaycan xalqına
qarşı soyqırım siyasəti yeritmişlər.1917-ci
ilin payızından etibarən ölkənin Bakı,
Yelizavetpol və İrəvan quberniyalarında azərbaycan
xalqına qarşı apardıqları soyqırım nəticəsində
yüz minlərlə azərbaycanlı
öldürülmüş, yüz minlərlə də
qaçqın düşmüşdü.Təkcə Quba qəzasında
daşnak Hamazaspın quldur dəstəsinin törətdiyi vəhşiliklər
nəticəsində prof.A.İsgəndərovun göstərdiyi
kimi 162 kənd dağıdılmış, bunlardan 35 kənd
yer üzündən silinmişdi.”Bütün
müsəlmanlara ölüm” şüarını irəli
sürən Andronikin və Dronun yaraqlılarının azərbaycanlılara
qarşı apardığı soyqırım nəticəsində
tarixçi N.Mustafanın apardığı
araşdırmalara görə İrəvan
quberniyasının azərbaycanlı əhalisinin 60% məhv
edilmişdi. Nəzərə alsaq ki, 1916-cı ilin
göstəricilərinə görə bu quberniyada 373.582 azərbaycanlı
qeydə alınmışdı, deməli faciəvi olaylar
zamanı 200 mindən çox azərbaycanlı təkcə
İrəvan quberniyasında erməni vəhşiliyi nəticəsində
qətlə yetirilmişdi.
Yuxarıda
göstərilən faktlara əsaslanaraq, bildirmək
lazımdır ki, erməni millətçiləri
“Böyük Ermənistan” ideyasını əsas götürərək,bu
ideyaya ilham verən erməni millətçi təşkilatların,
ilk növbədə “Daşnaksütun” partiyasının və
erməni-qriqorian kilsəsinin rəhbərliyi, həmçinin
iri dövlətlərin “qayğısı” ilə Azərbaycan
torpaqlarında alloxton əhali olmasına baxmayaraq, ərazi
iddiası ilə çıxış etmiş,”dənizdən
dənizə” şüarını məqsəd olaraq
götürərək, azərbaycan xalqına qarşı
etnik “təmizləmə” - soyqırım siyasəti
aparmışlar. Tədqiqat obyektini araşdırarkən,əldə
edilən faktiki materillar və tarixi həqiqətlər belə
bir reallığı göstərir ki, erməni millətçiləri,
türk-müsəlman dünyasına qarşı əsrlərlə
genlərində daşıdığı kin və nifrəti,
zamanın yetişdirdiyi bir məqamda
özünəməxsus bir “ustalıqla” nümayiş
etdirmiş,”məzlum xalq” maskasını atmadan bəşəri
cinayətlər törətmişlər.Və xülasə
olaraq geniş oxucu kütləsinin nəzər-diqqətinə
belə bir həqiqəti çatdırmaq istərdik ki, erməni
mlilətçilərinin Azərbaycanda və ümumən
bölgədə törətdikləri vəhşiliklər
erməni məkrinin xislətindən doğmuşdur. Tarixi həqiqətlər buna şahidlik edir.
Həcər VERDİYEVA
Paritet.- 2010.- 10-11 iyun.- S. 11;15.