Amerikalı müəlliflər erməni saxtakarlığını öz kitablarında bir daha sübut edirlər

 

Amerikan müəlliflərinin Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlikadlı kitabı Azərbaycan dilinə tərcümə olunub

 

Ermənilərin tarix boyu mövcud saxtakarlığı təkcə onlarla düşmənçilik mövqeyində olan xalqların deyil, digər ölkələrin gerçək tarixi əks etdirən nəşrlərində, tarixçilərin dilindən də səslənir.  Amerikalı müəlliflər olan Kastin  Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik”  kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Aspirant və Dessertantlarla iş sektorunun müdiri, fəlsəfə elmləri namizədi Yaşar Əliyev və həmin institutun elmi işçisi hüquq elmləri namizədi Aydın Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Tərcüməçi alimlərin iştirakı ilə kitabdan  hazırladığımız icmalı  nəzərinizə çatdırırıq.

Tərcümə materialının birinci fəslində bildirilir ki, XIX əsrin Avropa və Amerika qəzetləri “erməni məsələsi” adlandırdıqları problemlə bağlı çox yazırdılar. Osmanlı imperiyasında ermənilərlə necə rəftar edilməsi, onların müstəqillik əldə edib etməyəcəkləri kimi suallarla bağlı olan problemlər o vaxtkı Qərb siyasətçiləri və jurnalistlər üçün əhəmiyyətli görünürdü. Həmin problemlər bu gün də həm türklər, həm də ermənilər üçün öz əhəmiyyətini itirməyib. Ermənilər türkləri vəhşilikdə ittiham edir və Şərqi Türkiyə torpaqlarına olan erməni iddialarını rədd edirlər.Birləşmiş Ştatlarda, Kanadada və Qərbi Avropa ölkələrində çoxdandır ki, siyasətçilər bu mübahisədə müəyyən mövqe tutublar.Onun gedişində çoxlu mübahisəli fikirlər bildirilib, təntənəli şüarlar söylənilib, qəribə müddəalar irəli sürülüb. Hətta erməni məsələsi üzrə ekspert olmayan Adolf  Hitlerin də bu mövzu ilə bağlı rəyi Amerika konqresində sitat gətirilib. Lakin məsələnin siyasiləşdirilmiş iç üzü ətrafında yaranmış hay küy nəticəsində həbs olunan hadisələrin yetmiş il və daha əvvəl baş verdiyi unudulub. Mahiyyətcə erməni məsələsi tarixi məsələdir. Bu fakta əhəmiyyət verilməsə də nəzərə alınmalıdır ki, türklərlə ermənilər arasında problemlər 1915-ci ildə, yaxud ötən əsrin 90-cı illərində deyil, yüzlərlə il əvvəl yaranıb. Odur ki, erməni məsələsinə də digər tarixi problemlərə tətbiq olunan təhlil prinsipləri tətbiq olunmalıdır. Türklər və ermənilər arasında mövcud olan qarşılıqlı münasibətləri düzgün başa düşmək üçün həmin münasibətlərə onların coğrafi, mədəni, tarixi və siyasi kontekslərində baxılması zəruridir.

 

Region

 

 Erməni -Türk münaqişəsinin inkişaf etdiyi region Yaxın Şərqin şimal hissəsini - Şərqi Anadolunu və Qafqazı əhatə edir. Qədim imperiyalar dövründə burada silah daşınan yollar kəsişirdi. Buradaca dağların qoynunda insanlar qəfil hücumlardan gizlənirdi. Ərazinin dağlıq olması müxtəlif xalqların və dinlərin nümayəndələrinin yaşayıb qorunmasını təmin edirdi. Düzənlik yer şəraitində yaşamış olsaydılar yəqin ki, onlar assimilyasiya olunardılar. Ondoqquzuncu əsrdə xalqlar arasında hakim mövqe tutmaq uğrunda mübarizə alovlanana kimi yaşayış belə davam etmişdi.

Türklər və ermənilər coğrafi baxımdan çox yayıldıqları üçün onlar arasındakı qarşılıqlı münasibətlərin tarixi iki böyük imperiyanın Erus və Osmanlı imperiyalarının geniş ərazilərində cərəyan edirdi. Həmçinin Avropanın və Şimali Amerikanın da cəlb olunmasına baxmayaraq mədəni və coğrafi baxımdan bu, əsasən, Yaxın Şərq münaqişəsi idi.  Qeyd olunduğu kimi, Türklər, Ermənilər və bəzi digər xalqlar Yaxın Şərqin Şimalında - Qafqaz Dağlarının cənubunda və Şərqi Anadoluda birgə yaşayırdılar. Bu regionun şimalında Qafqaz dağları ancaq Qara və Xəzər dənizlərinin sahilləri boyu asan keçilməsi mümkün olan möhtəşəm sədd yaradır. Burada ərazinin əhəmiyyətli hissəsini Qafqazın ucqarlarında məhsuldar vadilərdə əvəz olunan dağlıq təşkil edir.

Şərqi Anadolunun landşaftı da dəniz səviyyəsindən bir-biryarım mil hündürlükdə yerləşən yayla və çay vadiləri ilə birlikdə dağlıq xarakter daşıyır. Dağ zirvələrinin hündürlüyü isə iki mildən artıq olur. Şərqi Anadolunun şəhərləri arasında Qarsı, Ərzurumu və Vanı qeyd etmək olar. Qafqazın cənubunda Şərqi Anadolunun  dərinliklərinə uzanan bu dağlıq region ermənilərin vətəni hesab olunurdu. Ermənilər, həmçinin regionun ucqarlarında -cənubda və qərbdə məskunlaşmışdılar. Son cənub şərqdə  dağlar Şimali İraqın dərinliklərinə doğru uzanır. Cənub şərqdə dağ silsilələri Aralıq dənizinin sahillərinə qədər uzanır.

 

Təcrid olunma

 

Kiçik etnik və dini qruplar ən çox Şərqi Anadoluda və Qafqazın dağlarının cənubunda mövcud olan şəraitdə oxşar coğrafi şəraitdə qorunub yaşaya bilirdilər. Dağlar onları qonşulardan təcrid edirdi. Belə təcrid olunma nəticəsində onların dili, dini, adət ənənələri sonuncuların təsirlərinə məruz qalmır və öz müxtəlifliyini qoruyub saxlayırdı. Çoxluqlarla olan daimi əlaqələr, onların iqtisadi və mədəni təsiri nəticəsində düzənlik ərazilərdə yaşayan azlıqların tədricən assimilyasiya olunmasına baxmayaraq dağlarda öz fədrliliyini qoruyub saxlamaq onlar üçün asan idi.

Etnik özəlliyin qorunub saxlanmasına şərait yaratmaqla yanaşı, təcrid olunma, eyni zamanda dağ sakinlərinin idarə olunmasını son dərəcə çətinləşdirdi.Bir-birlərindən təcrid olunmaqla onlar, həmçinin istilaşılardan və vergi yığanlardan qorunurdular. Odur ki, XX əsrə kimi Şərqi Anadolunun əhəmiyyətli bir hissəsində real hakimiyyət yerli hakimiyyət orqanlarına məxsus idi. Arabir dağlıların qəfil hücumlarından təngə gəldikdə, yaxud onlar mərkəzi hakimiyyətə qarşı çıxdıqda onların üstünə böyük qoşun birləşmələri göndərilirdi. Lakin onları ancaq bir müddət sakitləşdirmək mümkün olur. Adətən qəbilə başçılarının və yerli rəhbərlərin hakimiyyəti yenidən özünü göstərirdi.

 

Xalqlar və irqlər

 

Erməni -Türk münaqişəsinin əsası separatizm  Anadolu və Qafqaz regionu sakinlərinin qrup şəklində eyniləşdirilməsi üzərində qurulur. Əgər həmin qruplar özlərini dövlətlə, yaxud Birləşmiş Ştatlarda və Kanadada mövcud olan multi etnik millətçilik prinsipləri ilə eyniləşdirmiş olsaydılar, yəqin ki, nə münaqişə nə də faciə baş verərdi. Elə bu səbəbə görə də region xalqlarının eyniləşdirilməsi məsələsinə baxmaq, onlar tərəfindən həmin eyniləşdirmənin hansı üsulla həyata keçirildiyini müəyyən etmək çox vacibdir.     Hər şeydən əvvəl, yaxın Şərq sakinlərinin kim olduğunu müəyyən etmək lazımdır. Bu gün insanların özlərini aid etdikləri bu və ya digər birliklərin müəyyən edilməsi üçün bir sıra terminlərdən istifadə olunur- “xalqlar”, “millətlər”, “etnik qruplar” və. s. XIX əsrin avropalıları ayrı-ayrı insan qruplarının müəyyən edilməsi üçün daha bir termin yaratmışlar-”irq”. Hazırda bu söz başqa mənada istifadə olunur. Ancaq o dövrdə bu söz indiki “millət” termini ilə müəyyən edilən anlayışa yaxın mənada istifadə olunurdu. O zamanlar hesab olunurdu ki, bu və ya digər insan birliklərini qan eyniliyi, yaxud hər bir fərddə mövcud olan qeyri-müəyyən irqi ruh birləşdirir. Alman irqinin,ingilis irqinin, yaxud hətta Amerika irqinin mövcud olduğu güman olunurdu. Bu anlayışın Yaxın Şərqdə tətbiqinə görə avropalılar türkləri, ərəbləri, erməniləri, yaxud yunanları ayrı-ayrı irqlər hesab edirdilər. “Millət” anlayışı daha məhdud idi, lakin o da eyni prinsiplərə əsaslanırdı. Bütün bunlar elə məna daşıyırdı ki, hər bir irq hökmən millət olmalı, hər bir millət isə müstəqil və öz dövlətinə malik olmalıdır.

Avropalıların güclü təsirini öz üzərində hiss edənədək “irq” və “millət” anlayışları Yaxın Şərq sakinlərinə məlum deyildi. Hətta o zaman millətin irq kimi müəyyən edilməsi ideyası əsasən ziyalılar və siyasi liderlər tərəfindən səsləndirilirdi, adi insanlar isə əvvəllər olduğu kimi özlərini dini əlamətlərə görə eyniləşdirirdilər.”Sən kimsən?” sualına ərəb də türk də “mən müsəlmanam” deyə cavab verərdi. Buna baxmayaraq millətçilik Osmanlı imperiyasının xristian icmalarına yol açmağa başlamışdı. Osmanlı xristianları artıq dini qruplara bölünmüşdülər və çox vaxt öz dillərində danışırdılar. Odur ki, onlar üçün özləri haqqında millət kimi düşünməyə keçid nisbətən asan idi. Osmanlı imperiyası üçün millətçilik ideyası parçalanma ideyası  olmalı idi. Osmanlı siyasətçilərinin və mütəffəkirlərinin səylərinə baxmayaraq, Osmanlı millətçiliyi ideyası köhnə separatizmi dəf edə bilmədi. İnkişaf etmiş millətçilik köhnə dini mənsubiyyət üzərində qurulurdu. Məsələn, ermənilər “erməni” anlayışını genişləndirərək protestantizmə etiqad edən, həmçinin erməni katolik kilsəsinə aid olan erməniləri də ona daxil edirdilər. Avropada mövcud olan millətçilik tiplərindən fərqli olaraq dil və mədəniyyət erməni millətçiliyi üçün həlledici amil ola bilməzdi. Belə ki, ermənilərin çoxu dil və mədəniyyət baxımından türklərdən fərqlənmirdi.

Ermənilərin ilkin tarixi barədə kifayət qədər dəqiq məlumat yoxdur. Onlar Hind-Avropa dil qrupuna məxsusdurlar. Onların Şərqi Anadoluya miqrasiya tarixi barədə də dəqiq məlumat mövcud deyildir. Hər halda bu belə miqrasiyalar barədə yazılı məlumatların yaranmasından əvvəl baş verib.Məlumdur ki, Kiçik Asiyanın şərqini əhatə edən müstəqil erməni çarlığı Tiqranın dövründə (b.e.ə95-96- cı illə) yaradılmışdı. Tiqrandan sonra,ermənilər əsrlər boyu digər dövlətlərin o cümlədən Roma, Fars, Sassani və Bizans imperiyalarının vassalları olublar. Erməni zədəganları arasında baş verən çəkişmələr və döyüşlər onların birləşmək şansını zəiflədirdi.  Lakin Erməni şarlığı Şərqi Anadolunun hər halda kiçik hissəsində də olsa, XI əsrədək mövcud olub. Adətən onlar bizanslıların, iranların və ərəblərin hökmranlığı altında olurdular.1071-ci ildə ermənilərə hökmranlıq edən Bizans feodalları məğlub olduqdan sonra ermənilər səlcuq türklərinin hakimiyyəti altına düşdülər. XI əsrdən XVI əsrədək Kilikiyada mövcud olan digər erməni çarlığı da sonradan türk hökmdarlarının hakimiyyəti altına keçmişlər.

Erməni çarlıqlarının etnik tərkibi məlum deyil. Adətən onların hökmdarları ermənilər olublar, lakin digər xalqlar da həmin çarlıqlarda yaşayıblar. Tez-tez baş verən müharibələrin türklərin, sonralar  isə monqolların qəfil hücumları ermənilərin və digər xalqların geniş ərazilərə səpələnməsinə səbəb oldu. Odur ki, hələ qədim zamanlardan ermənilərin tarixi Ərməniyyənin hüdudlarından kənarda yaşaması təəccüblü deyil. Osmanlıların gəlişindən sonra yüzilliklərlə qabaq ermənilər Ərməniyyədən köçməyə başlayıblar. Erməni miqrasiyasının ilkin tarixi kifayət qədər işıqlandırılmayıb. Lakin məlumdur ki, çoxlu sayda erməni , Şərqi Anadolunu hələ bizanslıların dövründə tərk etməyə başlayıb.Şərqi Anadolu kimi Şərq bölgələrin sakinləri iş yerlərini dəyişməli olurdular.Ermənilər həmçinin müharibələrdən qaçmağa çalışdıqları üçün Ərməniyyəni tərk etməli olurdular. Belə ki, osmanlılar Şərqi anadolunu alana kimi (1514-1517) burada daimi olaraq müharibələr baş verirdi. Konstantinopol kimi şəhərlərdə erməni icmaları hələ Bizans dövründən mövcud idi.

Ermənilər xristanlığı 301-ci ildə qəbul ediblər. Onların erməni qriqorian, yaxud erməni apostol adlanan kilsələri pravoslav və katolik sayılırdı. Odur ki, erməni kilsəsi erməniləri digər xristianlarla birləşdirici faktor rolunu oynamaq əvəzinə,erməni separatizmi faktoruna çevrildi. Birmənalı şəkildə erməni kilsəsi olaraq həmin kilsə ermənilərin mədəni eyniləşdirmə faktoru oldu.

Səlcuq Türkləri dövründə və sonra Osmanlılar zamanı ermənilər xristian qrupu kimi yaşayırdı. Onların ayrıca mövcudluğu İslam qaydaları ilə təmin olunurdu. Başqa sözlə desək, ermənilərin öz dinlərinə bağlılığı, onların Şərqi Anadoludakı coğrafi vəziyyəti və Osmanlıların dini dözümlülüyü ermənilərin xalq kimi varlığını  təmin edirdi. Daha əlverişli iqtisadi imkan axtarışında olan ermənilərin doğma yerlərdən köçməsi bizanslıların vaxtında başlamış, osmanlıların dövründə isə davam edib. Erməni koloniyaları Qərbi Anadoluda, Balkan şəhərlərində və İstambulda mövcud idi. Maraqlıdır ki, Osmanlı imperiyasının  mövcudluğunun sonuna yaxın ən böyük erməni məskənləri tarixi Ərməniyyədə deyil, Şimal Qərbi Anadoluda aşkar olunurdu. Ermənilərin artıq bütün Osmanlı imperiyasına yayılmasına və Tarixi Ərməniyyədə azlığa çevrilmsinə  baxmayaraq onların tarixi vətənləri ilə eyniləşdirilməsi davam edirdi.

 

Xüsusi məqamlar

 

1.Artıq qeyd olunduğu kimi dini azlıqlara olan osmanlı dözümlülüyünün iki mənbəyi vardı. Birinci dini mənbə idi. Məhəmməd Peyğəmbərin dövründən islam qanunları xristianların və yəhudilərin öz dinlərinə etiqad etmələrinə icazə verilməsini tələb edirdi. Çox nadir istisnalarla müsəlman hökümdarları bu qaydaya həmişə riayət edirdilər. Dini dözümlülük həmçinin əlverişli idi. Osmanlılar yəhudiləri, pravoslav yunanları,erməniləri, katolikləri, müsəlmanları və s əhatə edən böyük bir imperiyaya hökmranlıq edirdilər. Bütün bu qrupların həyatında din ən əhəmiyyətli eyniləşdirmə faktoru idi. Əgər osmanlılar onları öz etiqadını dəyişməyə məcbur etməyə çalışsaydılar, onda üsyan baş verməsinə şərait yaratmış olardırlar. Osmanlı imperiyasının uzunmüddətli tarixi ərzində bir dəfə də olsa bütün əhalinin müsəlmanlaşdırılması hökümət tərəfində planlaşdırılmayıb.

2. Osmanlı imperiyasında dinin əhəmiyyətini kifayət qədər aydın təsvir etmək çətindir. XX milli əlamətlərə görə eyniləşdirmə o dərəcədə geniş yayılmışdı ki, insanların özlərini ilk növbədə öz milləti, yaxud hətta öz etnik qrupu çərçivəsində eyniləşdirmədiyi yeri təsəvvür etmək belə bizim üçün çətindir. ABŞ vətəndaşları dəyişməz olaraq özlərini amerikalı kimi, kanadalılar kanadalı kimi eyniləşdirir. Hətta əgər onlar hər bir etnik qrupla qohumluq əlaqəsinin mövcudluğunu hiss edirlərsə belə, bu halda özlərini irland amerikalısı, fransız kanadalısı,  yunan amerikalısı və s kimi eyniləşdirirlər. Yaxın Şərqin tarixini dərk etmək üçün biz bu regionun sakinlərinin özləri haqqında başqa cür düşündüklərini anlamağı bacarmalıyıq.

3. Erməni türk faciəsini başa düşmək üçün ermənilərin azlıq statusu çox böyük əhəmiyyət kəsb edir. Ərməniyyə adlanan ərazinin əslində müsəlman  torpaqları olması faktı ermənilərin inqilabi millətçiliyinin  xarakterini formalaşdırıb və Şərqi Anadoluda baş verən bütün faciəli hadisələrə təsir edib.

4. Bu gün millətlər sistemi yaxşı işləyə bilməzdi. Bu sistem XIX əsrdə osmanlı xalqları qərb millətçiliyi ilə yaxın təmasa girdikdə, dağılmağa başlayıb. Buna baxmayaraq başa düşmək lazımdır ki, millətlər sistemi 500 il ərzində Osmanlı imperiyasına yaxşı xidmət göstərib. Təbiidir ki, nə vaxtsa yaxşı işləmiş sistemlər vaxt ötdükcə belə uğurla fəaliyyət göstərə bilmir.

 

 

Günay  BÜNYADZADƏ

 

 Paritet.-10-11 iyun.- S. 5.