Muzeylər xalqımıza qarşı terror soyqırımların xatirəsini yaşadan məkan kimi

 

Milli Azərbaycan Tarixi Muzeyində azərbaycanlıların kütləvi qırğını üçün istifadə olunan top nümayiş olunur

 

1990-cı illərin əvvəllərində  Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, ölkəmizin ərazisinin 20 faizi hərbi təcavüz yolu ilə işğal edilib. Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıblar. Eyni zamanda  erməni təcavüzkarlarının qarət etdikləri, ölkəmizin qədim, orta müasir tarixi  ilə bağlı eksponatların toplandığı qorunub saxlandığı  muzeylərdə Azərbaycan xalqının tarixi mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olub.

Bizdə ölkəmizdə fəaliyyət göstərən bir neçə muzeylərdə, işğal olunmuş bölgələrimizə aid olan stendlər haqqında məlumat əldə etdik, eyni zamanda  erməni təcavüzünə məruz qalmış rayonlarımızın  muzeylərinin Bakıdakı nümayəndələri ilə əlaqə saxlayıb bir sıra məsələləri öyrəndik. İlk olaraq əlaqə saxladığımız 90 illik uzun bir tarixi yol keçən Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatların, tarixi sənədlərin s. qorunub  saxlandığı  AMEA Milli Azərbaycan Tarixi Muzeyinin  (MATM) elmi katibi Fərhad Cabbarov  qeyd etdi ki,  bu tarixi hadisələrlə bağlı çalışdığı muzeydə xüsusi bir bölmə var: ”Muzeyimizdə hər iki dövrün, yəni həm 1905-06-cı illərin,  həm 1918-ci ilin mart soyqırımı bölmələri var. Bu tarixi hadisələri  özündə əks etdirən eksponatlar, tarixi sənədlər biz   ayrıca bölmələrdə nümayiş olunur.  Yeni yaradılmış ekspozisiyada bu mövzuya xüsusi diqqət  veririk. Bu soyqırım bölmələrində müxtəlif sənədlər, şəkillər, eyni zamanda real eksponatlarda var. Məsələn, erməni Xatisovun  zavodunda istehsal olunan top bu bölmədə nümayiş olunur. Məhz bu topla azərbaycanlılar yaşayan məhəllələri güllə - boran ediblər.  Sonra orda Şamuyanın məktubları var, tüfənglər, başqa çoxlu sayda  müxtəlif adda başqa silahlar şəkillər(Şəmkir hadisələri ilə bağlı, dağıdılmış Bakı, Zəngəzur, İrəvan s.)”.

F.Cabbarovun sözlərinə görə, hər zaman xarici qonaqlara AMTM -nin bələdçiləri bu bölmələr haqqında  xüsusi olaraq geniş ətraflı məlumat verirlər:”Muzeyin yeni  2010-2015-ci illəri əhatə edən fəaliyyət proqramı tərtib olunub. Bu proqramda  xaricdə azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə  siyasətini əks etdirən  materiallardan ibarət  həm sərgilərin  keçirilməsi həm elmi nəşrlərin işıq üzü görməsi nəzərdə tutulub.

Bundan  başqa keçiriləcəkAzərbaycanın qədim mədəniyyət ocağı- Qarabağadlı sərgimizdə qədim dövrdən, arxeologiyadan başlayan Azıx, Tağlar mağarası gəlib çıxacaq Qarabağın etnoqrafiyasına geyimlər, əşyalar sözsüz ki, bu sərgi başa çatacaq Qarabağ müharibəsiylə. Sözügedən sərgidə Xocalı soyqırımı, Qarabağın mədəniyyəti, muğam, musiqi alətləri nümayiş olunacaq. Ümumiyyətlə, bu sərginin keçirilən tədbirlər içərisində xüsusi əhəmiyyəti var. Çünki,  Qarabağ  sərgisi bir növ təbliğat xarakterlidir. Biz Qarabağ sərgisini elə keçirəcəyik ki, nəinki həmvətənlilərimiz üçün, eyni zamanda xaricilər üçün maraqlı olsun. Bu sərgi digər sərgilər arasında ən uzunmüddətli olacaq ki, muzeyə gələn turistlərin tanış olmaq imkanı olsun”.

İstiqlalMuzeyinin elmi ekspozisiya  şöbəsinin müdiri  Şərafət MəmmədovaParitet”in əməkdaşı ilə  söhbətində  xatırlatdı ki, ki, İstiqlal Muzeyi Muzey Mərkəzinin   3-cü mərtəbəsində yerləşir 6 zaldan ibarətdir. Ş.Məmmədova qeyd etdi ki, I zalda Azərbaycanda ən qədim zamanlardan başlayaraq XIX əsrin sonlarına qədər olan milli-azadlıq hərəkatının tarixi ilə tanış olmaq olar:” Yerin azlığına görə burada ən qədim dövrə, xürrəmilər hərəkatına, Səfəvilər dövlətinə, Gülüstan Türkmənçay müqavilələrinin bağlanmasına, Azərbaycanın Rusiyaya birləşdirilməsinə aid bütün materiallar cəmləşib”.

Şöbə müdiri bildir di ki,  II zalda isə  ölkə tarixindəki qısa, lakin öz mahiyyətinə görə çox zəngin olan bir dövrü XIX əsrin sonu- XX əsrin əvvəlləri əks etdirilib: ”Bu mədəniyyət elmin, neft sənayesinin inkişafı bunun da nəticəsi kimi Z. Tağıyev, Ş. Əsədullayev A. Nağıyev başqa xeyriyyəçilər tərəfindən maliyyələşdirilən yeni binaların, məktəblərin, teatrların xəstəxanaların tikilməsi dövrü idi. Bu zalda həm XX əsrin birinci yarısında Azərbaycanı titrətmiş gur hadisələrlə tanış olmaq olar. Rusiyanın tərkibinə daxil olmuş Azərbaycanın şimal hissəsində XX əsrin əvvəllərində Rusiyanı bürüyən dəyişikliklər baş verirdi - bu ilk inqilabi dərnəklərin yaranması, fəhlələr içərisində inqilabi təbliğat Azərbaycanda sovet hökumətinin qurulması idi. Lakin bundan başqa 1905-1918-ci illərdə Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma da məruz qaldı. Dəhşətli qırğın təcavüz faktları həmin illərin fotoxronikasında öz əksini tapıb. Həmin illərin parlaq faktı 1918-ci il mayın 28-də təsis olunmuş ADR-in fəaliyyəti idi. Cəmi 23 ay mövcud olmuş ADR bir çox demokratik dəyişikliklər həyata keçirib   Şərqdə ilk demokratik dövlət olub. Azərbaycan tarixinin bu mühüm dövrü haqqında dolğun məlumat almaq olar:”

Onu da qeyd edim ki, bu gün işğal  altında olan  Cəbrayıl Füzuli rayonlarının tarix diyarşünaslıq muzeylərinə aid olan eksponatlar Dövlət İstiqlal Muzeyinin Fondunda saxlanılır. Bu bölgələrə məxsus olan eksponatlardan danışan  Şərafət xanım ilk olaraq qeyd etdi ki,  torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub 1 milyondan artıq soydaşımız yurd-yuvasından qovulub qaçqın vəziyyətində yaşayırlar:”  İşğal olunmuş ərazilərdə digər mədəniyyət abidələri ilə yanaşı, qalan 22 muzey öz binalarından, kolleksiyalarından, sərgi avadanlıqlarından məhrum olmuşdular. Yalnız Cəbrayıl Füzuli rayonun da olan iki muzey öz eksponatlarını xilas edə biliblər. 1993-cü ildən  başlayaraq sözügedən rayonlara aid olan eksponatlar bizim İstiqlal Muzeyində nümayiş olunur.  

Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyindən 17 min eksponat  bizim muzeydə saxlanılır, Füzuli Tarix Diyarşünaslıq  Muzeyinə məxsus olan 6 mindən çox eksponat muzeyin fondunda saxlanılır. Bizim muzeydə keçirilən sərgilərdə sözügedən muzeylərə məxsus olan eksponatlar nümayiş olunur. Ancaq bəzi hallarda da bu muzeylərin əməkdaşları eksponatlarını müvəqqəti olaraq fondumuzdan götürür, başqa yerlərdə keçirilən sərgilərdə nümayiş olunur sonra fondumuza verirlər. Bu gün istiqlal Muzeyinin ekspozisiya zalında Cəbrayıl Füzuli rayonları üçün stend ayrılıb orda azda olsa bu rayonlara məxsus olan eksponatlar nümayiş olunur. İşğal olunmuş ərazilərə məxsus olan eksponatlar İstiqlal Muzeyində müvəqqəti saxlanılır, torpaqlarımız azad olanda sonra eksponatlar da  öz vətənlərinə qayıdacaq”.

 Muzey Sərvətləri Xatirə Əşyalarının  Elmi Bərpa Mərkəzinin direktoru  Zərifə Məlikova ilk olaraq qeyd etdi ki, bərpaçılar  bərpaya ehtiyacı olan bütün əşyalarla elmi-praktiki təmasda xüsusilə diqqətli olublar: ”Bizim mərkəzdə dövlətimizin xalqımızın  öz istedadlı oğul  qızlarının şərəfinə yaratdığı, onların xatirəsini yaşadan muzeylərdə  saxlanan neçə-neçə  fotoşəkil, sənət əsəri bərpa olunub, öz əvvəlki görkəmini alıb. Üzeyir Hacıbəyliyə  məxsus olan geyimlər, əlyazmalar, məişət digər müxtəlif əşyalar, bəstəkarın anası Şirinbəyim xanımın  bir vaxtlar geydiyi geyimlər- arxalıq, kürdü, tuman s. bu qəbildəndir. Yeri gəlmişkən qeyd edim ki, bərpaçılar həmişə mütəxəssislər hər dəfə  bərpaçılıq işindən  söz açanda öncə haqlı olaraq Şirinbəyim xanımın arxalığının bərpası üzərindəki  işin adını çəkirlər.  Bərpaçı (bərpaçı- rəssam Bəsti Əliyeva) arxalığın süzülmüş tirmə hissəsinə, didilmiş xəzinə diqqət yetirməklə sanki milli  musiqimizin bayraqdarı olan  Üzeyir  bəyi yetişdirən, ona  qayğı göstərən bir mehriban ananı göz önünə gətirib”.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 12-16 iyun.- S. 11.