Paradoks: ermənilərin sülh təşkilatı qərəzçiliklə məşğuldur

 

Gülsel Səfərova: “Ermənilərin Azərbaycan haqqında xarici ölkələrdə yanlış fikirləri yaymaqlarına imkan verməyəcəyik”

 

 Hər zaman olduğu kimi bu gün də ermənilərin Azərbaycanın əleyhinə böhtançı təbliğat maşınları dayanmadan işləyir. Onların tarixi məqsədləri bəllidir: Azərbaycanın regionda və dünyada imicinə qara yaxmaq, özlərini isə “məzlum xalq” göstərmək. Qəribədir ki, bu təbliğatı Ermənistan höküməti, diaspor, terror təşkilatları ilə yanaş, beynəlxalq aləmdə hüquq təşklilatı kimi tanınan QHT- ləri də aparırlar. Düzü, Ermənistanı təmsil edən hansısa təşkilatının obyektiv sülh və hüquq işi aparması heç inandırıcı deyil. Ona görə də bu günlərdə ermənilərin Bəşəri İnkişaf Naminə Beynəlxalq Mərkəzi adlı QHT-si Azərbaycanla bağlı qərəzli və reallığı əks etdirməyən bəyanat yayıb. Erməni təşkilatının bu çıxarışı şəbəkədə olan bir çox dünya təkşilatlarının, o cümlədən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının elektron ünvanına göndərilib.

Qeyd edək ki, erməni təşkilatının Azərbaycan hökumətinə qarşı qərəzli ittihamlar irəli sürülmüş bu siyası çıxarışını AGAT iynun 10-da mətbuata açıqlayıb. AGAT-ın rəhbəri Gülsel Səfərova bildirib ki, bu çıxarışa heç cürə biganə qala bilməzdilər. Onun sözlərinə görə, bəyanatda Cənubi Qafqaz regionunda Ermənistanın və eləcə də qondarma “Dağlıq Qarabağ Respublikasının” Avropaya inteqrasiyası və digər sahələrdə geridə qalmasının səbəbkarı Azərbaycan göstərilir. “Erməni təşkilatları, eləcə də digər qurumlar daima ölkəmizin mənafeyinə uyğun olmayan, reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Bu bəyanatda isə beynəlxalq hüquq normalarına zidd olaraq ölkəmizin tərkib hissəsi olan Qarabağ müstəqil respublika kimi göstərilib. Halbuki beynəlxalq təşkilatlar, eləcə də dövlətlər Qarabağda fəaliyyət göstərən separatçı recimi müstəqil ölkə kimi tanımır. Təəssüf ki, bəşəriyyətin inkişafı naminə fəaliyyət göstərən bu təşkilat müharibə nəticəsində hüquqları pozulmuş, yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqınlarınların vəziyyətini nədənsə yaddan çıxarır.” Çıxarışda Azərbaycanın regionda ancaq ikitərəfli münasibətlərə təşəbbüs göstərdiyi və bunun da qondarma “Dağlıq Qarabaq Respublikası”nın Avropa inteqrasiyasına əngəl olduğu qeyd olunub.

G.Səfərovanın dediyinə görə, artıq rəhbərlik etdiyi təşkilat rəsmi olaraq Bəşəri İnkişaf Naminə Beynəlxalq Mərkəzinin rəsmi elektron ünvanına təşkilatın mövqeyini ifadə edən bəyanat göndərib. Bəyanatda Azərbaycanın regionun güclü dövləti olmasına baxmayaraq, Qarabağ münaqişəsinin həllində sülh-bəşəri dəyərlərə üstünlük verməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, eləcə də BMT və AŞPA kimi nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı çıxardığı qətnamələri Ermənistanın hələ də icra etmədiyi vurğulanır. Sənəddə BİNBM-nin yaydığı siyasi çıxarışda bütün beynəlxalq hüquq normalarının pozulduğu və Azərbaycan dövlətçiliyinə qərəzli ittihamların irəli sürüldüyü qeyd olunur. “Münaqişənin sülh yolu ilə həlli prosesində Azərbaycan hökumətinin beynəlxalq danışıqlarda, o cümlədən Madrid prinsiplərindən irəli gələn təkliflərin işlənməsində göstədiyi müsbət fəalliq göz qabağındadır. Lakin erməni hökuməti münaqişənin həlli prosesinə müsbət töhfə vermək əvəzinə, separatist quvvələrə dəstək verərək işğal olunmuş Dağlıq Qarabaq regioununda qondarma “Dağlıq Qarabağ Respublikası” yaradıb. Vurğulamaq istərdik ki, heç bir dövlət, hətta heç bir beynəlxalq təşkilat rəsmi qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası” Azərbaycan Respublikasının, beynəlxalq təşkilatların, institutların nəzarəti və təsiri xaricindədir”.

Həmçinin bildirlir ki, erməni təşkilatının bu siyasi çıxarışında Azərbaycan hökumətinin anti-demokratik olması kimi ittihamlar irəli sürülüb: “Belə fikirdən sonra qeyri-müəyyən suallar yaranır. Torpaqları işğal olunmuş Azərbaycan hökumətinin demokratik və ya antidemokratik olması erməni cəmiyyəti üçün nə dərəcədə vacib məsələdir?! İşğal nəticəsində 1 milyona yaxın qaçqının öz yurdlarından uzaq düşərək, onların regiona, Avropaya və dünyaya inteqrasiyasının qarşısını alan Ermənistan hökuməti nə dərəcədə demokratikdir?! Bütün bunlara baxmayaraq Azərbaycan höküməti beynəlxalq arenada çoxtərəfli şəkildə azərbaycan təşkilatlarının erməni təşkilatları ilə kommunikasiya, demokratiya quruculuğu işində birgə layihələrdə iştirakına zidd deyil. Vətəndaş cəmiyyətinin bu cür inkişafı Azərbaycan dövləti tərəfindən demokratiyaya verilən töhfənin göstəricisidir”.

Bütün bunları nəzərə alan AGAT sözügedən erməni mərkəzini sülh quruculuğu naminə müsbət işlər görmək əvəzinə, regionda mövcud vəziyyəti daha da gərginləşdirməməyə çağırıb: “Bu təşkilat sülh naminə fəaliyyət göstərən bir mərkəzdir, məhz buna görə onların belə qərəzli mövqedə çıxış etməsi yolverilməzdir. Bu baxımdan biz bu bəyanatı xarici ölkələrə və beynəlxalq təşkilatlara yaymaqla ermənilərin Azərbaycan haqqında xarici ölkələrdə yanlış fikirləri yaymaqlarına imkan verməyəcəyik”.

AGAT-ın idarə heyətinin rəhbəri Nərgiz Eyvazova  isə qeyd edib ki,  onların əsas məqsədi qeyri-obyektiv “həqiqətlərə” əsaslanan siyasi çıxarışla bağlı yerli QHT-ləri səfərbər etmək, xalqımıza qarşı bildirilən iftiralara təşkilatların mövqelərini çatdırmağa şərait yaratmaq, eyni zamanda KİV-i bu barədə məlumatlandırmaqdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinə baxmayaraq, QHT-lər də vətəndaş cəmiyyətinin inkişafında rolu olan qüvvələr kimi bu işə dəstək olmalı, münqaişənin reallıqları barədə beynəlxalq ictimaiyyətə daha çox bilgi çatdırmaq üçün fəallıqlarını artırmalıdır. “Biz bu cür çıxarışlara birgə reksiya versək, şəbəkə halında birləşsək daha uğurlu olar. Digər QHT-lər də bu bəyanata qoşulmaq üçün AGAT-a müraciət edə bilərlər”, deyə o əlavə etdi.

Xatırladaq ki, AGAT 2007-ci ildə təsis edilib. Təşkilat Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır. AGAT-ın həyata keçirdiyi bir çox layihə tədbirlərdə insan hüquqları regionda sülh, həmçinin sülhdə profesiolizm kimi mövzular əsas müzakirə obyekti kimi seçilib. Cənubi Qafqazda Sülh İnsan HüquqlarıMən insanamadlı beynəlxalq film festivalı tədbiri keçirməklə AGAT tərəfindən Qarabağ probleminin digər etnik mənşəli problemlərin gətirdiyi fəsadlar araşdırılıb. Burada Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmağa müəyyən qədər nail olunub. Mart soyqırımı ilə bağlı bu layihədə eyni zamanda tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə bəyan etməkdən ibarət olub. Qurumun bu kimi digər yerli beynəlxalq tədbirlərindədondurulmuş münaqişələr”in həlli yolunda vətəndaş cəmiyyəti subyektlərinin verə biləcəkləri töhfələr, gənclərə vətənpərlik ruhunun aşılanması yönümündə mövzulara toxunulub.

 

 

 Fuad HÜSEYNZADƏ

 

 Paritet.- 2010.- 12-16 iyun.- S. 10.