“Erməni soyqırımı” haqqında gerçəklər

 

Qondarmaerməni soyqırımıbu gün ermənilərin dünyada tanıtmaq istədikləri, bununla da öz yalanları üzərində qurduqları  Ermənistan dövlətini irəli aparmaq istəyi onların qarşılarına qoyduqları məqsəddir desək yanılmarıq.  Erməni soyqırımı iddiası birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddia olsa da buna baxmayaraq  Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bir neçə ölkəsində soyqırımın varlığı qəbul edilib. Bu isə  ümumilikdə türk dünyasına qarşı  ədalətsizliyin bir göstəricisidir.  Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu proseslərin bəzi məqamlarını bizimlə bölüşdü.

Politoluqun sözlərinə görə ABŞ-ın Ermənistanla bağlı planlarının  kökündə dərin siyasət durur: “ABŞ - Ermənistan münasibətlərinin tənzimlənməsi planı Obamanın qlobal təhlükəsizlik planının tərkib hissəsi kimi təqdim edilsə də, bunun içərisində ABŞ-ın geosiyasi maraqları durur. Bu plan Ermənistanı dirçəltmək, yeni kommunikasiya sistemlərinin işə salınması, Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaqla Cənubi Qafqaza hər cəhətdən hakim olmaq, bununla qonşu İranı tam nəzarətə götürmək və nəticədə Avrasiyaya hökmran olmaq kimi strateji məsələyə xidmət edir. Bu layihə əvvəlcə Türkiyə və Azərbaycanın mənafeyi baxımından yalnış yöndə başladıldı, daha çox  ABŞ və Ermənistanın maraqlarına uyğun idi. Ancaq sonradan Azərbaycanın Türkiyənin ciddi fəaliyyəti dirənişi nəticəsində Dağlıq Qarabağ problemi bu prosesin daxilində danışıq predmetinə çevrildi ki, məhz bu cür vəziyyət ABŞ, Rusiya Ermənistanı qane etmirdi. Türkiyə və Azərbaycana olan təzyiqlər məhz bundan sonra başladı. ABŞ Konqresi İsveç parlamentində “erməni soyqırımı”nın bir səs üstünlüyü ilə qəbul edilməsi prosesi başladı. “Niyə cəmi bir səs-deyə sual oluna bilər. Bu,Türkiyəyə xarici siyasət davranışlarında bir korrektəyə ehtiyac olduğu ilə bağlı bir mesaj idi”.

Politoloqun sözlərinə görə,  ABŞ və Rusiya Türkiyəyə siyasi təzyiq mexanizmlərini artıq itirir: “Əslində “erməni faktorunun ABŞ tərəfindən yenidən dirildilərək gündəliyə gətirilməsi də bir təzyiq mexanizmi olaraq Türkiyənin təsir dairəsinin genişlənməsinin qarşısını almağa hesablanıb. Ancaq bütün bunlara rəğmən Türkiyənin Qarabağ problemi ilə bağlı məsuliyyəti  legitimləşib və bu, bir presedent yaradır. Məhz buna görə regionda geosiyasi vəziyyət dəyişir, ABŞ və Rusiya Türkiyəyə siyasi təzyiq mexanizmlərini artıq itirməkdədir. Bu da regionda qüvvələr nisbətinin türk etnosunun xeyrinə tədricən dəyişməsinin göstəricisidir ki, bunun da qarantı Türkiyə ilə Azərbaycanın bir yerdə olmasıdır.”

 

1918-ci ildə ABŞ-daerməni soyqırımı” hüquqi müstəvidə araşdırılıb

 

N.Miri erməni soyqırımı haqqında araşdırmalara əsaslanan bəzi məlumatları diqqətə çatdıraraq qeyd etdi ki,  Ronald Reyqan 1981-ci ildə prezidentliyi dövründə hüquqi məsələlər üzrə müşaviri işləmiş Bryus Feynəerməni soyqırımıhaqqında məsələni hüquqi müstəvidə araşdırmağı tapşırır. Feynin rəhbərlik etdiyi komissiya prezident üçünerməni məsələsidosyesini araşdırmaq üçün müxtəlif ölkələrə ABŞ-a məxsus arxiv sənədlərinə baş vurub xüsusi arayış hazırlanır. Arayışda qeyd olunur: Osmanlı dövləti milli azlıqların hüquqlarının tanınması onların vergi ödəmələri ilə bağlı çoxlu sayda güzəştlər həyata keçirib. 16-19- cu yüzilliklərdə heç bir dövlətdə milli azlıqlar haqqında bunca humanist qanun olmayıb. Rusiya və Fransanın dəstəyi ilə ermənilər təhrik olunaraq iki milyon nəfər müsəlman əhalisinə soyqırım ediblər. Bu savaşda 500 min erməni ölüb.” Araşdırmada o da bildirilir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətinə qarşı erməni əhalisi xəyanət edərək yerli silahlı qüvvələr yaratmaqla müsəlman əhalisini, o cümlədən, türk, çərkəz, kürd, laz, həmşen (müsəlman ermənilər), siryani (kəldani-aysor), abxaz və qaraçıları soyqırıma məruz qoyublar. Ermənilərin bu xəyanətlərinə adekvat addım atmağa məruz qalan Osmanlı dövləti silahsız ermənilərə deyil, “erməni silahlı qüvvələri” nə qarşı dərhal hərəkətə keçib. Məhz bu məcburiyyət “Təhcir (sürgün, deportasiya)” qanununu ortaya çıxardı. 1915-ci il aprelin 24-də imzalanan bu qanuna görə ermənilər Osmanlı dövlətinin müxtəlif regionlarında kiçik icmalar şəklində yerləşdirilməliydilər. Qanuna görə ermənilərə məxsus bütün ictimai təşkilatlar və siyasi qurumların fəaliyyəti yasaq edilirdi. İndi ermənilər bildirirlər ki, bu  qanun elə soyqırım deməkdir.

Bu tarixdən uzun illər ötsə , bu gün ermənilər, xüsusilə ABŞ-dakı erməni icmasısoyqırımiddiasını ortaya qoymaqlaetnik təmizləmə qurbanlarıkimi kompensasiya tələb edirlər. Halbuki ABŞ-a məxsus bankların hesablarında sığorta şirkətlərində Birinci Dünya Müharibəsi zamanı ermənilərin o qədər payları olmayıb. Son zamanlar ABŞ-ın bır sıra strateji mərkəzlərinin fikrincə 1915-ci il hadisələrilə bağlı Ermənistan, Rusiya, Livan, Misir, Suriya, Fransa, İngiltərə, Gürcüstan, İsveç digər dövlətlərdə xeyli arxiv sənədləri, “erməni soyqırımının olmamasını sübut edən sənədlər var, ancaq siyasi maraqlar xristian həmrəyliyi naminə həqiqətin üzə çıxmasını istəmirlər.

 

Avropa alimlərinin araşdırmaları

 

Birinci Dünya Müharibəsi sonra U.E. D. Allenin müəllifi olduğu “Mavi kitab” adlı əsər İngiltərə, ABŞ, Kanada, Almaniya, Fransa, Yeni Zenlandiya, Avstraliya, Rusiya və digər dövlətlərdə geniş tirajlarla nəşr edildi. Bu kitabın əsas məqsədi Anadoluda türklərin  “Xristian erməniləri soyqırıma məruz qoymasını” təbliğ etmək idi. Məhz bu əsərdən sonra bu böyük yalana inananların sayı xeyli artdı. 1970-ci ilin aprelində Londonda nəşr edilən “ Journal of Contemporary History” məcmuəsinində ingilis tarixçi alimi Trever Uilson bu saxtakarları ifşa edərək belə qeyd edir:  “İlk dəfə uydurma erməni soyqırımının uydurduğu “Mavi kitab” əsəri 7 milyon tirajla nəşr edilərək antitürk siyasətini gücləndirib. Hətta məşhur Orta Şərq siyasətinin texnoloqlarından biri olan Toynbi də 1922-ci ildə “Western Question and Turkey” adlı kitabının 50-ci səhifəsində bu yalanları etiraf etməyə məcbur olub. 

 

 

Günay  Bünyadzadə

 

Paritet.- 2010.- 17-18 iyun.- S. 12.