Üzeyir Hacıbəylinin məlum olmayan əsərləri üzə çıxıb

 

 Dünən milli operamızın banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəyovun indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçirildi.

 

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, “Azərsun Holdinqin maliyyə dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki,  ElmNəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)” və “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri (1915-1917)” adlanır.  İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub: “Nəşrlərdən biri  1904-1912-ci illəri əhatə edən 1-ci hissəsini oxuculara təqdim edir. Buraya onunYeni iqbal”, “Sovqat”, “Açıq söz”, “Doğru söz”, qəzetlərində dərc edilmiş əsərləri daxildir. Qeyd edək ki, bu yazıların bir qismi heç onun yazılarının biblioqrafiyasında həyat və yaradıcılıq səlnaməsində və ensiklopediyasında belə göstərilməyib. Kitaba həmçinin 1918-ci il  noyabrın əvvəllərində “Azərbaycanqəzetində dərc olunmuş “Pisğma və Persiisərlövhəli çox mühüm bir əsəri də daxil edilib.”

Professor Şirməmməd Hüseynov isə bildirdi ki, kitabda ayrıca bölüm kimi Üzeyir bəyin əvvəlki nəşrlərindəki əsərlərində aparılan  ixtisar və həttaredaktə” edilib hissələrinin orijinallarla yoxlanılan  mətni də verilir: “ 1906-1915-ci illərdə dərc edilən və belə əməliyyata məruz qalıb yazıların miqdarı 30-dan artıqdır. Məncə bütün bu görülən işlər milli iftixarımız əvəzsiz tarixi şəxsiyyət  Üzeyir  bəyin əsərlərinin tam akademik küliyyatını hazırlamaq və nəşr etmək üçün vacib idi. Qarşıda bu işin müqəddəs icrası durur. Üzeyir bəyin irsinin pərəstişkarı kimi mən də bu məsuliyyətli və şərəfli işə bundan sonra da kömək etməyə hazıram.”

Tədbirdə qeyd olundu ki, milli iftixarımız Ü. Hacıbəyli xalqımıza çoxşaxəli əbədiyaşar zəngin bir irs qoyub gedib. Bu irsə, bu əvəzsiz xəzinəyə sahib olmaq, onu dərindən hərtərəfli araşdırmaq, nəşr və təbliğ etmək müqəddəs borcdur.  Bu sahədə isə  son 60 ildə xeyli iş görülüb, Üzeyirşünaslıq tədqiqat məktəbi yaradılıb. Görülmüş işlər, nəşr olunan qiymətli tədqiqat əsərlərini sadalamağa ehtiyac olmadığını deyən Ş. Hüseynov əlavə etdi ki, ötən yüzilliyin 60 cı illərində Ü. Hacıbəyov əsərlərinin 10 cildinin nəşri barədə hökümət qərarı vardı: “Bu cildlərdən yalnız 4-ü işıq üzü gördü. Üzeyir bəyin 1905-1915 ci illərdə mətbuat orqanlarında dərc olunmuş əsərlərinin bir qismi 3-və 4-cü cildlərə daxil edildi.  Amma, məsələn üçüncü cilddə verilmiş 161 yazıdan 22-si ixtisar və bəzən də redaktə edilib. Eynilə 4-cü cilddə də belə əlgəzmələr aparılıb.Bu cildlərə Üzeyir  bəyin çox dəyərli 1000 dən artıq yazısı daxil edilməyib.”

Kitabın təqdimat mərasimində çıxış edən millət vəkili Cəmil Həsənli, Sabir Rüstəmxanlı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digər qonaqlar ərsəyə gələn zəngin toplunu yüksək qiymətləndirərək bu kimi dəqiq mənbələrin vacibliyindən söz açdılar.

 

 

G.BÜNYADZADƏ

 

Paritet.- 2010.- 17-18 iyun.- S. 13.