Gözü yolda qalan var...
Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir
Müharibə varsa, silah işlədilirsə
ölənlərdən çox əsir və itkin düşənlər
olur. Harada olması bilinməyən
belə insaların əzizlərinin gözləri daimi yollarda
olur. Bu gün Azərbaycanda da belədir: gözü
yolda qalanlar var. Burada ağrıdıcı məqam odur ki, əgər
itkin düşən birdirsə, onun yolunu gözləyənlərsə
onlarla, yüzlərlə yaxınlarıdı. Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının son
statsitikasına görə hazırda 4133 nəfər Azərbaycan
vətəndaşı Qarabağ uğrunda gedən
döyüşlərdə itkin düşüb. Beləcə
təxmini olaraq bu gün bütün Azərbaycan
xalqının intkinlər sarıdan gözü
yoldadır... Hazırda
Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü
nəticəsində əsir və girov
götürülmüş şəxslərin Vətənə
qaytarılması, itkin düşənlərin
axtarılması ilə əlaqədar işlərin həyata
keçirilməsinə rəhbərliyi Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası edir.
Təşkilatdan verilən məlumata görə itkin
düşmüş şəxslərin axtarışı
istiqamətində aparılanaraşdırmalar nəticəsində
ötən il Dövlət Komissiyasında
itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən
olunub (2005-ci ildən ötən müddət ərzində
930 nəfər), adları siyahıdan
çıxarılıb. Onlardan 29 nəfərin sağ, 35 nəfərin
döyüşlərin gedişində həlak olduğu və
yaxınları tərəfindən tanınaraq dəfn
edildiyi, 13 nəfərin adının siyahıda təkrar
keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən
kənarda itkin düşdüyü müəyyənləşdirilib.
Həmçinin, araşdırmalar zamanı 7 nəfərin
döyüşlərin gedişində itkin düşməsi
faktı aşkar edilib, adları müvafiq siyahıya
salınıb. 1 dekabr 2009-cu il tarixə
olan məlumata görə, 1396 nəfər əsir və
girovluqdan azad olunmuş şəxs kimi Dövlət
Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində
Dövlət Komissiyasında itkin düşmüş şəxs
kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunan ərazilərdə sağ-salamat qalması və əsir-girov
götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən
itkin düşmüş şəxslərlə bağlı
aparılan axtarış-araşdırma tədbirlərinin nəticəsi
olaraq 119 şəxs barədə ümumiləşdirilmiş
arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların
dəqiqləşdirilməsi və itkin düşmüş
şəxslərin axtarışı ilə əlaqədar
müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara
576 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 983 nəfərin “şəxsi
iş”i yaradılıb.
Dövlət Komissiyasında və Beynəlxalq
Qızıl Xaç Komitəsində itkin
düşmüş şəxs kimi qeydiyyata
alınmış 322 şəxslə bağlı verilmiş
sorğulara əsasən daxil olan cavablar, əldə olunan digər məlumatlar (o cümlədən
anket məlumatlar), təhlil edilib və sistemləşdirilərək
müvafiq bazalara əlavə edilib, həmçinin onlara aid
“şəxsi iş”lərdə toplanıb.
Hesabat dövründə
Dövlət Komissiyasının materiallar toplusu (Azərbaycan,
rus ingilis dillərində), “Erməni terroru”, “Prestuplenie armənskix
terroristiçeskix i banditskix formiravaniy protiv
çeloveçestva”, “Skazki armyanskix “mudretsov”, “Bizi əsirlikdən
qurtarın”, “Qarabağ: dünən, bu gün fotoşəklillərdə”,
“Arazın hər iki tayında müsəlmanların
soyqırımı” adlı kitablar, “Erməni terroru”, “Armenian
terrorizm”, “Armenian terror”, “Xocalı faciəsi” adlı azərbaycan
və ingilis dillərində film, “Qarabağ” kitabının
CD variantı, Avstriyalı alim, tədqiqatçı Erix
Fayqlın “Terror haqqında həqiqət”, “Kəskin
dönüş, erməni mifomaniyası və həqiqət”
adlı kitablarının CD variantı, o cümlədən, xəritə,
Xocalı faciəsini və digər cinayət faktlarını
əks etdirən fotolar yazılıb kompakt disklər Dövlət
Komissiyasının üzvləri, dövlət və
qeyri-hökumət qurumlarnın əməkdaşları,
ictimaiyyətin nümayəndələrinin iştirakı ilə
Respublikamızda və xarici ölkələrdə
yayılıb.
Erməni vəhşiliyinin
qurbanları
Dövlət
Komissiyasında toplanmış faktlar ermənilərin əsirlikdə
olan vətəndaşlarmıza qarşı münasibətdə
beynəlxalq hüquq normalarını kobud surətdə
pozduğunu sübut edir. Bu materiallar
sübut edir ki, Ermənistan tərəfi əsir və girov
götürülmüş Azərbaycan vətəndaşlarına
qarşı məqsədli soyqırımı siyasəti
yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı,
o cümlədən uşaq, qadın və qocalar erməni əsir
və girovluğunda dözülməz işgəncələrin
qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir
və girovlara müxtəlif dəhşətli işgəncələr
verilib-onlar vəhşicəsinə döyülüb, qəsdən
şikəst vəziyyətinə salınıb, sinələrinə
qızdırılmış xaç nişanları ilə
damğa basılıb, dırnaqları və dişləri
çıxarılıb, yaralarına duz basılıb, ölənə
qədər rezin və dəmir dəyənəklərlə
döyülüb, damarlarına benzin yeridilib. Ermənistanın
Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin
kütləvi şəkildə öldürülməsi, Ermənistan
Respubilkasında və Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə
saxlanılan Azərbaycan vətəndaşlarının dəhşətli
işgəncələr və mənəvi əzablara məruz
qalması, amansız rəftar və ləyaqəti mütəmadi
alçaltmaqla özünüöldürmə dərəcəsinə
çatdırılması, soyuqqanlılıqla qətlə
yetirilməsi, yaxud verilən işgəncələr nəticəsində
vəfat etməsi söylədiklərimizə əyani
sübutdur.
Aşağıda bu faktların bir qismi
göstərilir:
Erməni silahlı birləşmələri
Xocavənd rayonunun işğalı zamanı (17.02.1992)
Qaradağlı kəndindən girov götürdükləri
117 nəfər kənd sakinindən 80-ə yaxınını
yerindəcə güllələyiblər. Bu barədə kənd
sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan
oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu Qaradağlı kənd
sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin
1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin
diri-diri yandırmalarının şahidi olub.
1993-cü ilin aprel ayının 1-də Ermənistan
silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər
rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın
Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər
döyüş bölgəsindəki baş radiostansiyaya
(“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara
çatdırmaq üçün təcili əmr verilib. Əmrdə əsir və girov
götürülmüş Azərbaycan vətəndaşlarını,
o cümlədən qocaları, qadınları və
uşaqları təcili məhv edib basdırmaq tələb
olunurdu. Erməni hərbi birləşmələri
komandirlərinin efirdəki bu radiodanışığının
mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik
Nazirliyinin radio əks-kəşfiyyat xidməti tərəfindən
1993-cü ilin aprel ayının 6-7-də lentə
alını.
Kəlbəcər rayonunun
işğalı zamanı Başlıbel kəndinin 15 dinc
sakini ermənilər tərəfindən yerindəcə qətlə
yetiriliB. Bunların
arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev,
Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova
və Çiçək Həsənova da olub.
İmarət Məmişovanın ifadəsinə
görə, o Kəlbəcər rayonunun işğalı
zamanı iki az-yaşlı uşağı ilə girov
götürülüb. İmarət Məmişovanın gözləri
qarşısında ermənilər səkkiz mülki şəxsi,
o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi
güllələyib və meyidləri yandırıblar. Bundan sonra ermənilər onun özünü, 10
yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və
qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə
məruz qoyublar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar
ailəsinin şəhadətinə görə, 17 avqust
1993-cü il tarixdə ermənilər
Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların
gözləri qarşısında güllələyiblər.
Erməni girovluğunda olmuş Həsən
Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli
yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən
öldürüldüyünü bildirir.
Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov
bildirir ki, ermənilər girov götürdükləri,
Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il
təvəllüdlü Səriyyə Tağı qızı
Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə
Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim
oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri
yandıraraq qətlə yetiriblər.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu
Alışanov erməni əsirliyində 5 azərbaycanlının
Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki
işlərdə qul kimi istifadə edilərək
öldürüldüyünün şahidi olub.
Əsirlikdən azad edilmiş
İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər
girov götürdükləri üç azərbaycanlının
başını erməni qəbri üstündə kəsiblər.
Laçın rayonunun sakini Səmayə Kərimova 2
yaşlı qızı Nurlanəyə və özünə
verilən işgəncələrə dözməyərək
erməni əsirliyində intihar edib.
Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən
verilmiş müntəzəm işgəncələr nəticəsində
ölüb. (24.12.1994) Bu barədə
keçmiş əsirlər Həbib Əliyev, Əvəz
Muxtarov, Əbulfət Qasımov və digərləri
şahidlik edir.
Erməni əsirliyində olan Xocalı
şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov
Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə
görə, erməni hərbçisi tərəfindən
güllələnib. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov,
Məmməd Cümşüd oğlu Məmmədov və digərləri
şahidlik edir.
Əsirlikdən azad edilən
Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Məhərrəmovun
ifadəsinə görə, 14 fevral 1994-cü il
tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya,
Slavik və Qor adlı nəzarətçilər əslən
Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu
müntəzəm işgəncələr verərək
öldürüblər.
1962-cı il təvəllüdlü
Şəmkir rayon sakini Fikrət Həsən oğlu
Hüseynov müntəzəm döyülmələr və
işgəncələr nəticəsində 28 iyun 1993-cü
il tarixdə erməni əsirliyində vəfat edib. Əsirlikdən
azad edilən Bəxtiyar
İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan
oğlu Allahverdiyev bu faktın şahidləridir.
Əsirlikdən azad edilib Zöhrab Nadir oğlu Heydərov
21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında,
1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin
erməni nəzarətçiləri tərəfindən
boğularaq qətlə yetirildiyini bildirib.
Girovluqdan azad edilib Maşallah Bəndəliyev bildirib ki,
1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən
qarajın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni
bir nəfər adını bilmədiyi lal girova əvvəl
müxtəlif dərəcəli işgəncələr
verib, sonra isə onun başını kəsiblər
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.-22-23
iyun.- S. 5.