Ordumuz iftixar yerimizdir
Bu gün hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki
ötən illər ərzində Silahlı Qüvvələrimizin inkişafında
əsaslı uğurlar
qazanılıb. Artıq heç
bir şübhə yoxdur ki, Azərbaycanın
müasir tələblərə
cavab verə biləcək ordusu torpaqlarımızı düşməndən
etibarlı müdafiə
etməyə qadirdir.
Cəmi 23 il yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan ordumuz yarandığı
ilk dövrdən etibarən
əzablı bir yol keçib gəlib. Tariximizdən məlum olduğu kimi, Cümhuriyyətin elan olunmasından bir
müddət sonra,
1918-ci ilin 26 iyununda əlahiddə Azərbaycan
Korpusu yaradılmaqla müasir ordumuzun təməli qoyulub. Cümhuriyyətin qısa
mövcudluğu zamanında
məşhur generallar
Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski kimi peşəkar hərbçilərin
rəhbərliyi altında yüksək
nizam-intizama və döyüş qabiliyyətinə
malik olan ordu hissələri formalaşmışdı. Təəssüf ki, bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə Cümhuriyyətin mövcudluğuna
son qoyuldu.
Nəhayət, 70 illik sovet rejimi süquta
uğradı və xalqımız yenidən tarixi müstəqilliyinə
qovuşdu. 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyi haqqında
Konstitusiya aktının
qəbul edilməsi ilə ölkəmizin həyatında tamamilə
yeni bir mərhələnin başlanğıcı
qoyuldu. Amma müstəqiliyimizin ilk illərində hakimiyyətin
qeyri-peşəkarlar tərəfindən
idarə edilməsi və torpaqlarımızın
erməni hərbi birləşmələrinin təcavüzünə
məruz qalması xalqımızı çətin
sınaqlarla üz-üzə
qoydu. Və həmin dövrdə müstəqil dövlətçiliyimizin itirilməsi
təhlükəsi ilə
üzləşdik. Xüsusən
də ordu quruculuğunda ciddi səhvlərə yol verilməsi torpaq itkisiylə nəticələndi
və müharibədə
dalbadal uğursuzluqlarımıza
gətirib çıxardı.
Belə bir çətin
zamanda xalqımız haqlı olaraq peşəkar dövlət
xadiminə üz tutdu və 1993-cü ilin iyun ayında
ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdı. Müdrik rəhbər ölkənin
müstəqilliyini və
sərhədlərini qorumaq
məqsədilə öncə
nizami ordunun yaradılmasını ön
plana çəkdi.
Ulu öndər əvvəlcə
televiziya və radio vasitəsilə xalqa müraciət edərək
ölkəmizin çox
çətin bir vəziyyətə düşdüyünü,
müstəqil dövlətçiliyimizin
taleyi üçün
təhlükə yarandığını
hamının diqqətinə
çatdırdı və
əhalini səfərbər
olmağa çağırdı.
Məhz belə bir tarixi
müraciətdən sonra
gənclərimizin vətənpərvərlik
hissləri gücləndi,
cəbhə xəttində
ordumuzun uğurlu əks-hücumları başlandı.
Ağdam, Füzuli, Tərtər bölgəsində
gedən hərbi əməliyyatlar zamanı
döyüşçülərimiz real üstünlük əldə
etdilər və onlarla kəndimiz işğalçılardan təmizləndi.
Artıq xalqımız
ölkədə nizami
və vahid komandanlıq tərəfindən
idarə edilən bir ordunun yaradıldığını
hiss etdi. Azərbaycan ordusunun cəbhə
xəttində real üstünlüyü
Ermənistan rəhbərliyini
atəşkəsi imzalamağa
məcbur etdi. Doğrudur, bəzi siyasət dəllalları
1994-cü il mayın
12-də imzalanmış atəşkəs
haqqında razılığı
birmənalı qarşılamasa
da, sonrakı proseslər göstərdi
ki, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi və dövlətçilik
atributlarının möhkəmləndirilməsi
baxımından belə
bir addımın atılması az əhəmiyyət kəsb
etmədi.
Azərbaycan Silahlı Qüvvələrinin döyüş
və mənəvi-psixoloji
hazırlığının artırılması istiqamətində
həyata keçirilən
önəmli islahatlar
qısa bir zamanda ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə
təkan verdi. Ordu quruculuğunda vahid komandanlıq prinsiplərinin
möhkəmləndirilməsi, nizam-intizama və qanunçuluğa əməl
edilməsi, hərbi təhsil sahəsində məqsədyönlü islahatların
həyata keçirilməsi
yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında mümkün
oldu. Yeri gəlmişkən bir faktı vurğulamaq lazımdır
ki, dahi rəhbərin ölkəmizə
birinci rəhbərliyi
dövründə, yəni
postsovet məkanında
da çox böyük uzaqgörənliklə
Azərbaycanda hərbi
təhsilin, gənc nəslin hərbi vərdişlərə yiyələnməsinin
bünövrəsi qoyulmuşdu.
Buna misal kimi, 1971-ci ildə Bakıda ibtidai hərbi məktəbin yaradılmasını göstərmək
olar. Belə bir qətiyyətli
işin həyata keçirilməsi müdrik
rəhbərin uzaqgörənliyini
sübut etdi. Bu gün ölkədə ordu quruculuğunun inkişaf etdirilməsində
bu təhsil ocağının mühüm
əhəmiyyəti var
Müdrik komandanın hərbi
təhsilin təkmilləşdirilməsi
istiqamətində həyata
keçirdiyi tədbirlər
az bir
vaxtdan sonra Azərbaycanda müasir tələblərə cavab
verə biləcək
peşəkar hərbi
kadr heyətinin formalaşmasına gətirib
çıxardı. Və
ordu quruculuğu təcrübəsi sübuta
yetirir ki, cəmiyyətin bütün
sahələrində olduğu
kimi, hərbi sahədə də uğurların
qazanılmasında yüksək
peşəkarlığa malik
olan kadr heyəti mühüm rol oynayır. Müasir dünya ordularının qabaqcıl təcrübəsinin
ölkəmizdə tətbiq
edilməsi bir tərəfdən beynəlxalq
hərbi əlaqələrimizin
yaranmasına təkan
versə də, digər bir tərəfdən ordumuzun
NATO standartlarına inteqrasiya
etməsinə zəmin
yaratdı. Bir sözlə, ordu quruculuğu, təcrübəli
zabit kontingentinin hazırlanması ulu
öndərin siyasi fəaliyyətinin əsas
istiqamətlərindən biri
olub.
Azərbaycan Silahlı Qüvvələrinin
beynəlxalq əlaqələrinin
qurulmasına önəm
verən müdrik komandan dünyanın
münaqişə bölgələrində
sülhyaratma əməliyyatlarında
da ordumuzun hərbi qulluqçularının
təmsil olunmasına
dəstək verirdi. Azərbaycan sülhməramlılarının Kosovo, Əfqanıstan, İraq bölgələrində beynəlxalq
təhlükəsizlik koalisiyası
tərkibində nümunəvi
xidmətləri buna əyani sübutdur.
1997-ci ildən ölkəmizin
hərbi təhsil sistemində NATO standartlarına
uyğun proqramın tətbiq edilməsi ilə daha mükəmməl zabit kadrlarının hazırlanmasına
başlanıb. “Sülh Naminə Tərəfdaşlıq Proqramı”
çərçivəsində ordumuzun bir çox
dövlətlərlə hərbi
əməkdaşlığı yaranıb və bu əlaqələr indi də genişlənir.
Ümummilli lider Heydər
Əliyevin ordu quruculuğunda önəm
verdiyi məsələlərdən
biri də hərbi vətənpərvərlik
istiqamətində məqsədyönlü
işlərin görülməsi
idi. O daim tövsiyə edirdi ki, gənc
nəsli vətənpərvərlik
ruhunda tərbiyə etmək, gənclərə
milli-əxlaqi dəyərlərimizi
aşılamaq cəmiyyətin
əsas vəzifələrindən
biri olmalıdır. “Qoy hər bir azərbaycanlı gənc yaxşı bilsin ki, Vətəni
qorumaq, dar gündə torpaqlarımızın
keşiyində dayanmaq
onun ən müqəddəs vəzifəsidir”.
İlk müstəqillik dövründə ölkənin
bütün sahələrində
hökm sürən hərc-mərclik, özbaşınalıq
gənclərin həyatından
da yan ötmədi,
bu sahədə mövcud olan təşkilatları pərakəndəlik
bürüdü. Amma dahi rəhbərin
hakimiyyətə qayıdışından
sonra gənclərin fəaliyyətində əsaslı
dönüş yarandı,
bu sahənin inkişaf etdirilməsi üçün ümumrespublika
forumu keçirildi.
Bu tədbirdə iştirak etmiş ulu öndərin dərin məzmunlu və proqram xarakterli məruzəsi indi də çoxlarının
yaddaşındadır.
Ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar hazırkı mərhələdə
onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Regionun təcrübəli siyasi lideri olan
dövlət başçımız
hakimiyyətə gəldiyi
gündən ordu quruculuğuna diqqət və qayğısını
artırıb, hazırda
ordunun döyüş
qüdrətinin artırılması,
maddi-texniki bazasının
möhkəmləndirilməsi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mühüm
tədbirlər həyata
keçirilir. Ölkəmizin dövlət büdcəsindən
hərbi sahəyə
ayrılan maliyyə vəsaiti də ildən ilə artmaqdadır. Elə buna
görə fəxrlə
demək lazımdır
ki, Azərbaycan ordusu hərbi qüdrətinə görə
bölgədə liderdir
və bu estafeti sonadək qoruyub saxlayacaqdır.
Arif PƏNAHOV
Paritet.- 2010.-24-25 iyun.-S. 12.