Qaçqın
və məcburi köçkünlərin problemləri həll
olunur
Ötən
il məcburi köçkünlər arasında yoxsulluq həddi
74 faizdən 25 faizə enib
“İşğal olunmuş
bütün rayonlardan didərgin düşmüş, indi
qaçqın vəziyyətində, köçkün vəziyyətində
yaşayan vətəndaşların problemləri bizim
üçün və şəxsən məmin
üçün bir nömrəli problemdir”. Ulu öndər
Heydər Əliyev bu sözlərlərlə Ermənistanın
Azərbaycana hərbi təcavüzu nəticəsində
öz doğma yurdlarından didərgin düşən
çox sayda məcburi köçkünün dərdlərinə
şərik olduğunu bildirmişdi.
Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində 20 min nəfər
azərbaycanlının həlak olması, 4866 nəfər
itkin düşməsi, 100 min nəfərin yaralanması, 50
min nəfərin müxtəlif dərəcəli xəsarət
alaraq əlil olması hərbi təcavüzün
xalqımız üçün nə qədər ağır
olduğundan xəbər verir.
Hərbi təcavüz respublikamızın 17 min kv.km. məhsuldar torpağının
işğalına, 900 yaşayış məntəqəsinin,
130939 evin, 2389 sənaye və kənd təsərrüfatı
obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının,
1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil
yollarının, 348 körpünün, 7568 km. su və 76940
km. elektrik xəttinin dağıdılmasına səbəb
olub. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə
Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət
obyektlərini xüsusi qəddarlıqla məhv ediblər.
Ermənistan
silahlı qüvvələrinin 1988-1992-ci illərdə
ölkəmizə hərbi təcavüzü nəticəsində
Azərbaycan torpaqlarının 20 faizi-Dağlıq
Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi
işğal olundu, Dağlıq Qarabağdan, ətraf
rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq
Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən
700 min nəfərədək soydaşımız öz daimi
yaşayış yerlərindən məhrum olaraq məcburən
köçkün düşdü . Məcburi
köçkünlər respublikanın 62 şəhər və
rayonunda, 1600 -dən çox sıx məskunlaşma obyektində
müvəqqəti məskunlaşdılar. Dağlıq
Qarabağ və ona bitişik ərazilərdən, eləcə
də Naxçıvan Muxtar Respublikasının işğal
olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal
olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal
olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi
və Qazax rayonunun işğal olunmuş 12 kəndindən
6-sı hələ də işğal altındadır. Azərbaycanda
həmçinin 3 min nəfərdən çox “qaçqın” statusu almaq niyyətində
olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların
böyük əksəriyyətini çeçen mənşəli
Rusiya vətəndaşları, Əfqanıstan, İran,
İraq və Fələstindən olan şəxslər təşkil
edir. Beləliklə, hazırda Azərbaycanda bir milyonadək
qaçqın, məcburi köçkün və
“qaçqın” statusu almaq niyyətində olan şəxs
var. Bu gün isə onların həyat səviyyəsinin
yaxşılaşdırılması, qaçqın və məcburi
köçkünlərimizin məşğulluqla təmin
edilməsi ölkədə həllinə nail olmaq
üçün qarşıya qoyulan əsas problemlərdəndir.
Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri Üzrə
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Sənan Hüseynov qəzetimizə verdiyi müsahibəsində
bu sahədə olan problemlər və nailiyyətlərdən
danışdı. Onun sözlərinə görə, ölkə
başçısı tərəfindən 2004-cü ildə qaçqın və məcburi
köçkünlərin yaşayış yerləri ilə
təminatı və məşğulluqlarının
artırılması istiqamətində dövlət
proqramı haqqında sərəncamı təsdiqlədikdən
sonra qaçqın və məcburi köçkünlərin
müəyyən hissəsinin problemləri öz həllini
tapıb. 2007-ci ildə ölkə
başçısının həmin dövlət
proqramına əlavə tədbirlər haqqında sərəncamı
köçkünlərin bir sıra problemlərinə
yardımçı olub: “Dövlət proqramına əlavələrdə
ikinci bənd məşğulluqla bağlıdır ki, bu tələbə
uyğun olaraq çox sayda işlər görülüb. Bu
gün qaçqınlar və
köçkünlər üçün yeni
salınmış qəsəbələrdə məntəqə,
xəstəxana, məktəb və poçt məntəqələri
fəaliyyət göstərir. Məlum olduğu kimi Ermənistan
qaçqınları üçün tikilən qəsəbələr
onların daimi istifadəsinə verilir, Dağlıq
Qarabağdan olan məcburi köçkünlər
üçün tikilən evlər isə onların müvəqqəti
istifadəsinə verilir.Yəni o komitənin balansında
qalır və komitənin nəzdində də həmin qəsəbələrə
xidmət göstərən xüsusi departament var. Qəsəbələrdə
fəaliyyət göstərən xidmət təşkilatlarında
məcburi köçkünlər çalışır.”
2009-cu ildə Əmək
və Əhalinin Sosial Nazirliyi və onun struktur bölmələri
ilə qarşılıqlı fəaliyyət nəticəsində
1747 nəfərin işlə təmin olunduğunu deyən S.
Hüseynovun sözlərinə görə, 563 nəfər məcburi
köçkünə işsiz statusu verilib, 680 nəfərə
işsizlik müavinəti təyin edilib. 467 nəfər
qaçqın və məcburi köçkünün isə əmək bazarının
müvafiq tələbləri əsasında peşə
hazırlıq kurslarına cəlb ediliblər. 253 nəfər isə haqqı
ödənilən ictimai işlərə cəlb edilib. Bundan əlavə
büdcədən maliyyələşən müəssisələrdə
çalışan və işlə təmin olunmamış
14 min nəfərdən çox köçkünə orta
aylıq əmək haqqının ödənməsi davam etdirilib.
Onlar üçün yeni salınmış qəsəbələrdə
onlara həyətyanı torpaq sahəsi olan 12 sot torpaqdan əlavə
olaraq əkin-biçin üçün də əlavə
torpaq sahələri verilib. Həmin qəsəbələrdə
müxtəlif sexlər fəaliyyət göstərir ki, bu da
onların məşğulluq səviyyəsinə təsir
edir. Dünya Bankının da bir çox layihələri həyata
keçirilib ki, bu layihələr nəticəsində məcburi
köçkünlərə mikrokreditlər verilib, onların
sayəsində çoxları
kiçik sahibkarlıqlarını inkişaf etdirə biliblər. Beləliklə,
2009-cu ildə məcburi
köçkünlər arasında yoxsulluq həddi 74 faizdən
25 faizə enib.
Komitə nümayəndəsinin
sözlərinə görə, qaçqın və məcburi
köçkünlərin yaşayış yerləri ilə
təmin edilməsi istiqamətində də ciddi işlər
gedir, lakin bəzi problemlər hələ də qalır:
“Ümumiyyətlə qaçqın dedikdə problem başa
düşülür. Ağır vəziyyətdə olan
köçkünlər var ki, onların da həyat şəraitinin
yaxşılaşdırılması üçün
çox işlər nəzərdə tutulub. Hazırda 932 ailənin
məskunlaşdığı Ağdam rayonu ərazisində
yol kənarlarında kərpicdən,
qamışdan tikilmiş evlər var. Onların
köçürülməsi
bu il nəzərdə tutulub. Bundan başqa Yevlax şəhərində
10 mərtəbəli binanın tikilməsi və məcburi
köçkünlərin ora köçürülməsi nəzərdə
tutulur. Eləcə də məlum olduğu kimi 11 fin qəsəbəsi
vardır ki, onun yalnız biri ləğv edilib, gələcəkdə
bütün fin qəsəbələri ləğv ediləcək.
Bunlarla yanaşı qeyd olunmalıdır ki, bu yaxınlarda Qəbələ
rayonu ərazisində 152 məcburi köçkün ailəsi
üçün binanın tikintisi başa çatıb və
yaxın vaxtlarda ora köçürülmə başlanacaq”.
Beynəlxalq və
yerli humanitar təşkilatlar tərəfindən
qaçqınlara 2009-cu ildə ümumi 25 milyon dollar həcmində
layihələri həyata keçib. Bu demək olar ki, elə
2008-ci ildə də eyni həcmdə olub. Nazirlər Kabinetində
2009-cu ilin yekunlarına həsr olunmuş tədbirdə
ölkə başçısı bildirib ki, tələbə
yataqxanalarından məcburi köçkünlərin
köçürülməsi prosesi öz həllini
tapmalıdır. S.Hüseynov bildirdi ki, bu il müxtəlif
yerlərdə məskunlaşan məcburi köçkünlərin
köçürülməsinə başlanacaq: “21276 nəfər
məcburi köçkün pərakəndə halda hər
yerdə-bağ evlərində, qohum və şəxsi vəsait
hesabına tikilən ərazilərdə məskunlaşıblar.
Onlar həmçinin təhsil müəssisələrində,
uşaq bağçalarında sanatoriyalarda, pansionatlarda, tikintisi yarımçıq
qalmış binalarda, yataqxanalarda məskunlaşıblar. O ki
qaldı buna zəbt olmuş mənzil deyirlər, həmin mənzillərdə
məskunlaşan məcburi köçkünlərin
314-ünün orderi var. Biz çalışırıq ki,
hissə- hissə həmin məcburi köçkünlər
evlə təmin olunaraq köçürülsünlər. İlkin
olaraq Yasamalda 70 ailəlik bir ev var, onun
köçürülməsi nəzərdə tutulub. Amma bu
prosesin yaxın vaxtlarda başlanacağını demək
olmaz. Yataqxanalara gəldikdə isə komitənin tabeliyində
olan 70 yataqxana var ki, çox gümanki ilk olaraq bunlardan
başlanacaq. Ola bilsin ki, ilkin olaraq Bakı Dövlət
Universitetinin tələbə şəhərciyindən
başlansın. Həmin
köçkünlər isə iş yerlərini itirməmək
üçün yəqin ki, Bakı və Bakı ətrafı
ərazilərə köçürüləcəklər”.
S. Hüseynov bildirdi
ki, Xocalı qaçqınları üçün 150 ailəlik
bir qəsəbə salınıb. Eləcə də Goranboy
rayonunda 500 ailəlik böyük, geniş strukturlu bir qəsəbə
onların ixtiyarına verilib. Qaçqın və məcburi
köçkünlərin əsasən hansı
hüquqlarının pozulduqlarına
gəlikdə isə S. Hüseynov bildirdi ki,
onların əsasən
yaşayış yerlərindən
çıxarıldıqları üçün müəyyən
şikayətləri komitəyə daxil olur. Bununla bağlı
müəyyən məhkəmə qərarları da olur.
G.BÜNYADZADƏ
Paritet.-
2010.- 2-3 mart.- S. 8.