Azərbaycanlı alim beynəlxalq Eynşteyn Mükafatına layiq görülüb

 

Odlar yurdu Azərbaycan  tükənməz min bir sərvəti ilə yanaşı görkəmli dahi şəxsiyyətləri, söz və sənət adamları, ən başlıcası isə elm xadimləri ilə hər zaman qürur və iftixar mənbəyi olub. Haqqında söhbət açacağımız insan, müasir Azərbaycan elmini dünya səviyyəsində tanıdan, Azərbaycan  Milli Elmlər Akademiyasının  müxbir üzvü, fizika-riyaziyyat elmləri  doktoru Vəli Allahverdi oğlu Hüseynovdur. Tükənməz  elmi potensiala, zəngin məlumat bazasına   təşkilatçılıq  imkanlarına  malik, yorulmaz  fəaliyyəti  sayəsində   fizika  elmində  mühüm nailiyyətlər əldə etmiş Vəli  Hüseynovun  həyat  yolu elmi fəaliyyəti çox zəngin doludur.

 Vəli Allahverdi oğlu Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan  MR Ordubad  rayonunun  Behrud  kəndində  anadan olmuş, 1988-ci ildə M. V. Lomonosov  adına  Moskva  Dövlət Universitetinin fizika fakültəsini  Fizikaixtisası üzrə, 1994-cü ildə Moskva Dövlət Universitetinin  fizika fakültəsininNəzəri fizikaixtisası üzrə əyani aspiranturasını bitirmişdir. 1994-cü  ildə  o, Moskva  Dövlət  UniversitetindəXarici  maqnit sahəsində neytrino-lepton  proseslərimövzusunda namizədlik  dissertasiyası   müdafiə  edərək  fizika-riyaziyyat elmləri  namizədi alimlik  dərəcəsi    1998-ci  ildə Ümumi  nəzəri  fizika kafedrası  üzrə  dosent  elmi  adı alıb. 2003-cü  ildə  Naxçıvan  Dövlət  Universitetinin  Ümumi    nəzəri fizikakafedrasının  müdiri seçilmiş həmin ildə Bakı Dövlət UniversitetindəXarici  maqnit  sahəsində lepton proseslərimövzusunda  doktorluq  dissertasiyası müdafiə  edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. Yüksək  elmi  təşkilatçılıq  bacarığına    təcrübəsinə  malik bu insan  2003-2010-cu  illərdə  Naxçıvan  Dövlət   Universitetinin  Elmi  işlər  üzrə  prorektoru, 2004-2010-cu illərdə  isə  həm Azərpbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan bölməsinin  Təbii  Ehtiyyatlar   İnstitutunun  Fiziki  Tədqiqatlar  Laboratoriyasının  rəhbəri  kimi fəaliyyət  göstərıb.   Elmi  işlər  üzrə  prorektor  işlədiyi   müddətdə   Naxçıvan  Dövlət  Universiteti  əməkdaşlarından  100  nəfəri  dissertasiya  müdafiə  edərək elmlər doktoru ya elmlər namizədi alimlik dərəcəsi almış, universitet əməkdaşlarının elmi əsərləri  nüfuzlu xarici elmi jurnallarda, o cümlədən “Science Citation Index” jurnallarında  dərc  olunmuş,  universitetdə   beynəlxalq    respublikamiqyaslı  çoxlu  sayda tədbirlər keçirilmiş, universitet  əməkdaşlarının  beynəlxalq elmi tədbirlərdə iştirakı təmin olunmuş, xaricdəki  universitet  elmi mərkəzlərlə elmi əlaqələrin qurulması sahəsində əhəmiyyətli  addımlar   atılmış,  universitetin  beynəlxalq   layihələrdə iştirakına nail olunmuş, tələbələrin respublika olimpiadalarında elmi konfranslarında   iştirakı  yüksək  səviyyədə təşkil olunub.  Elmi  işləri  üzrə   prorektor  kimi  Vəli Hüseynov  Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya   texnologiyalarından  istifadəyə  xüsusi  əhəmiyyət vermiş hazırda universitetdə elmi tədqiqat işlərində, tədris prosesində     idarəetmədə   İKT imkanlarından geniş  istifadə olunur.  Vəli Hüseynov yüksək  enerjili  elementar zərrəciklər fizikası, sahənin kvant nəzəriyyəsi, astrofizika sahəsində tədqiqatlar aparır elmi işləri xarici maqnit  sahəsində   neytrino-lepton  proseslərinin, bu proseslərdə ortaya çıxan polyarlaşma effektlərinin spin assimmetriyalarının tədqiqinə həsr olunub. Alim  60-dan çox elmi əsərin müəllifidir. Elmi   məqalələri   Azərbaycan , ABŞ, Böyük Britaniya   Şimali İrlandiya Birləşmiş  Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə,  Sinqapur digər ölkələrin elmi jurnal məcmuələrində, o cümlədən, “Physical  Review  D”, “Journal of physics G: Nuclear and Particle physics”, “Yadernaya fizikakimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Artıq dünyada tanınmağa başlayan fizik alim 2004-cü ildə  İtaliya Milli Nüvə Fizikası İnstitutunun Triest  şəhərindəki   Əbdüs  Salam adına Beynəlxalq   Nəzəri   Fizika  mərkəzində  keçirdiyi  16-cı     Beynəlxalq  Spin Fizikası  Simpoziumunda, 2005-ci  2007-ci illərdə Rusiyanın Dubna şəhərindəki  Birləşmiş   Nüvə  Tədqiqatları  İnstitutunda  keçirilmiş  11-ci 12-ci  Beynəlxalq Yüksək Enerjili  Spin  Fizikası  İşçi  Elmi Seminarlarında,   2006-cı ildə Yaponiyanın Kyoto Universitetində keçirilmiş 17-ci  Beynəlxalq Spin  Fizikası  Simpoziumunda, 2006-cı ildə Gürcüstanın Tbilisi Universitetində keçirilmişİntas - Cənubi Qafqaz 2006” Beynəlxalq Elmi Seminarında, 2007-ci ildə  İsveçin Malmo Universitetində keçirilmiş “ESERA-2007” Beynəlxalq Simpoziumunda, 2008-ci ildə Böyük  Britaniya Şimali İrlandiya  Birləşmişmiş Krallığının Staffordşire  şəhərində keçirilmiş “Magellan Sistemi: Ulduzlar, Qazlar QalaktikalarBeynəlxalq Simpoziumunda, 2009-cu ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində keçirilmiş Yüksək Enerjilərlə Lepton-Foton  Qarşılıqlı Təsirləri  üzrə XXIV Beynəlxalq Simpoziumda digər beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirak etmiş elmi məruzələrlə çıxış edib. Vəli Hüseynovun rəhbərlik etdiyi dissertantlardan bir nəfəri namizədlik dissertasiyası müdafiə edib. Hazırda 2 aspirantın 5 dissertantın elmi rəhbəridir onlardan üçü müdafiə ərəfəsindədir. Azərbaycanda fizika-astronomiya elminin inkişafında özünəməxsus xidmətləri olan alimNaxçıvan Dövlət Universiteti. Xəbərlərelmi jurnalının baş redaktorunun müavini, həmin jurnalın redaksiya heyyətinin üzvü, “Fizika”, “Azərbaycan Astronomiya Jurnalı”, “AMEA-nın Naxçıvan Bölməsi. Xəbərlər”, “Naxçıvan Müəllimlər İnstitutu. Xəbərlərelmi jurnallarının redaksiya heyyətinin üzvü kimi fəaliyyət göstərməkdədir. Gənc, istedadlı böyük elmi potensiala malik  Vəli Hüseynov  2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış alimin çoxşaxəli zəhmətkeş elmi-pedaqoji fəaliyyəti dövlətimiz beynəlxalq elmi qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 16 oktyabr tarixli, 2435 nömrəli  sərəncamı  iləAzərbaycan Respublikasının Əməkdar müəllimifəxri adı ilə təltif olunub. Elmi xidmətlərinə görə Akademik H.M.Abdullayev adına Mükafatın laureatıdır. Müxtəlif illərdə Tempus, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb. Vəli Hüseynov haqqında biblioqrafik məlumat ABŞ-da nəşr olunanDünyada Kim Kimdir - 2009” Beynəlxalq ensiklopedik nəşrə daxil edilmişdir.

 Bu yaxınlarda isə həmyerlimiz daha böyük bir uğurla həmkarlarını sevindirmişdir.  Azərbaycan  Milli Elmlər Akademiyasının  müxbir üzvü, fizika-riyaziyyat elmləri  doktoru,   uzun  müddət  Naxçıvan  Dövlət  Universitetinin elmi  işlər  üzrə prorektoru  vəzifəsində çalışan, Nüvə  fizikasının ayrıca bölməsi - elementar  zərrəciklər   fizikası  sahəsində  beynəlxalq  miqyasda tanınmış   alim  Vəli  Allahverdi  oğlu  Hüseynov İngiltərənin Kembric şəhərindəki Beynəlxalq  Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə  Beynəlxalq Eynşteyn  mükafatı  ilə  təltif  edilıb.Bu günlərdə isə Vəli  Hüseynov məsul bir vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti yanında  Ali  Attestasiya  Komissiyası  sədrinin  müavini  vəzifəsinə  təyin olunub.Biz öz növbəmizdə böyük alimi bu nailiyyətinə  görə  təbrik edir,   elmdə  daha uca  zirvələri  fəth  etməyi arzulayırıq!

 

 

Nərmin Cəfərova

 

Paritet.- 2010.- 4-5 mart.- S. 14.