Sığorta sahəsində hüquqi islahatlar gözlənilir
Avtomobil qəzaları zamanı zərər çəkənlərin
mənafeyini qorumaq məqsədilə nəqliyyat
vasitəsi sahiblərinin
mülki məsuliyyətinin
icbari sığortası
məbləğinin bir
neçə dəfə
artırılması nəzərdə
tutulur
Başa vurduğumuz 2009-cu ildə
dünyanı bürümüş
böhran bir çox dövlətlərin,
o cümlədən inkişaf
etmiş ölkələrin
iqtisadiyyatına, maliyyə-kredit
sektoruna, investisiya qoyuluşuna ciddi zərbə vurub. Hesabat ilində dünya iqtisadiyyatının
1,1%, ticarət dövriyyəsinin
11,0%-dən çox azalması
barədə Beynəlxalq
Valyuta Fondu məlumat verib. Bir sıra dövlətlər
maliyyə vəziyyətini
tənzimləmək və
böhranın nəticəsini
aradan qaldırmaq məqsədi ilə beynəlxalq maliyyə-kredit
təşkilatlarına müraciət
ediblər. Azərbaycan
Respublikasının iqtisadiyyatı
həyata keçirilən
tədbirlər nəticəsində
böhranın törədə
biləcəyi fəsadları
qabaqlayaraq böhrana məruz qalmadı. 2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr arasındadır.
Bununla da Azərbaycan nəyə qadir olduğunu bir daha bütün
dünyaya sübut etdi. Bu barədə Dövlət Sığorta
Şirkətinin sədri
Məmməd Məmmədov
yap.org.az saytına müsahibəsində məlumat
verib.
Onun dediyinə görə,respublika
iqtisadiyyatının dinamik
inkişafı, əhalinin
maddi-rifah halının
yaxşılaşması, sənayenin
inkişafı bütün
sahələrdə olduğu
kimi sığorta bazarının inkişafına
zəmin yaradır. Qüvvədə olan “Sığorta fəaliyyəti
haqqında” qanun respublikada sığorta bazarının formalaşmasına,
təkmilləşdirilməsinə, inkişafına, sığortalılara
dolğun sığorta
təminatı yaratmağa
münbit şərait
yaradıb:”Sığortaçılar Respublikada mövcud olan iqtisadi şəraitdən
istifadə edərək
əhaliyə müxtəlif
növ sığorta xidmətləri göstərməklə
2009-cu ildə Respublika
üzrə 163.31 milyon
manat sığorta haqqı toplanılmasına
nail olmuşlar”.
Dövlət Sığorta Şirkətinin
sığorta bazarında
yeri
Qeyd edilib ki, Dövlət
Sığorta Şirkəti
sığorta bazarında
fəaliyyət göstərən
28 sığortaçı arasında ən təcrübəli şirkətlərdən
biri olmaqla, respublika ərazisində fəaliyyət göstərən
80 filialında yüksək
ixtisaslı mütəxəssislər
hüquqi və fiziki şəxslərə
30-a yaxın sığorta
növü üzrə
xidmət göstərirlər.
Belə ki, yanğından icbari sığorta, nəqliyyat
vasitəsi sahiblərinin
mülki məsuliyyətinin
icbari sığortası,
ekoloji icbari sığorta, sərnişinlərin
icbari sığortası,
vətəndaşlara məxsus
tikintilərin, ev əmlakının mal-qaranın,
nəqliyyat vasitələrinin,
kənd təsərrüfatı
bitkilərinin məhsulunun,
bədbəxt hadisələrdən,
tibbi sığorta və sair sığorta
növləri üzrə
müqavilə bağlanması
təmin edilib.
Şirkətin kollektivi 2009-cu ildə 26,5
milyon manat sığorta haqqı toplanmasını təmin
edib ki, bu da 2008-ci ildən
4,7 milyon manat çoxdur. Şirkətin
2009-cu ildəki fəaliyyəti
sığortalılar və
Kütləvi İnformasiya
Vasitələri tərəfindən
yüksək qiymətləndirilərək
şirkətlər arasında
“İlin Şirkəti”
mükafatına layiq görülüb. Bu da şirkətin kollektivini cari ildə də daha yüksək
nailiyyətlər qazanmağa
istiqamətləndirməklə yüksək əzmlə çalışmağa, sığortalılara
daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq
edir.
Şirkətimiz sığorta fəaliyyətinin
və idarəetmənin
beynəlxalq tələblərə
uyğun təkmilləşdirilməsinə,
sığortalılara xidmət
keyfiyyətinin yüksəldilməsinə
görə Beynəlxalq
İSO 9001 2008 keyfiyyət sertifikatını
alıb:”2009-cu il qeyd olunanlarla bərabər həm də şirkətə müddətsiz
lisenziya verilməsi ilə yadda qalıb. Şirkət sığortalılara dolğun
sığorta xidməti
göstərməsi üçün
qüvvədə olan
sığorta qaydaları
və təlimatlarını
yenidən beynəlxalq
standartlara uyğun hazırlayıb Maliyyə
Nazirliyi Dövlət Sığorta Nəzarəti
Xidməti ilə razılaşdırılıb. Bu qaydalar hüquqi və fiziki şəxslərin əmlak
mənafeləri və
orada çalışan
işçi və qulluqçulara daha dolğun sığorta təminatı yaratmağa
zəmin yaradacaq”.
Onun sözlərinə görə, sığorta sahəsinin inkişafına
hökumətin xüsusi
diqqət və nəzarəti vardır.
Bu məqsədlə Prezident,
Milli Məclisi, Maliyyə Nazirliyi və Sığorta Nəzarəti xidməti tərəfindən müxtəlif
normativ hüquqi aktlar qəbul edilib. Hərbi qulluqçuların, dövlət
qulluqçularının, məhkəmə
və hüquq-mühafizə
orqanlarında çalışan
işçilərin, millət
vəkillərinin, Xarici
ölkələrdə fəaliyyət
göstərən diplomatik
nümayəndəliklərdə qulluq edən şəxslərin sosial şəraitinin yaxşılaşdırılması
məqsədilə onların
həyat və sağlamlığının icbari
sığortası haqqında
müvafiq qanunlar qəbul edilıb. Geniş şəbəkəyə
malik olmasına görə qeyd olunan sığortaların
aparılması qanunla
bilavasitə Dövlət
Sığorta Şirkətinə
həvalə olunub.
Xatırladılıb ki, kənd təsərrüfatının inkişafı üçün müxtəlif
güzəştlər və
imtiyazlar verilir. Kənd təsərrüfatında
sığortaya dövlət
qayğısı kimi
“Kənd təsərrüfatında
sığortanın stimullaşdırılması
haqqında” qanunun qəbul edilməsi buna əyani sübutdur: “ Qanunun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə buğda, arpa, qarğıdalı, günəbaxan
dəni, kartof, şəkər çuğunduru,
tərəvəz, sitrus
bitgiləri və meyvə bağlarının
məhsulunun sığortası
üzrə hesablanmış
sığorta haqqının
50% büdcə vəsaiti
hesabına ödənilməsi
nəzərdə tutulub.
Kənd təsərrüfatı
bitkilərinin sığortası
sahəsində İsmayıllı,
Lənkəran, Daşkəsən
və sairə rayon filiallarının mütəxəssisləri
fermer təsərrüfatları
ilə müəyyən
iş aparıb və həmin rayonun fermer təsərrüfatlarına qərarda
nəzərdə tutulmuş
sığorta hadisələri
nəticəsində dəyən
zərər müqavilə
əsasında ödənilib
ki, bu da
fermerlərin maliyyə
vəziyyətinin yaxşılaşdırılması
üçün əsas
istiqamətlərdən biridir.
Təəssüflə qeyd
etməliyik ki, respublika ərazisində fəaliyət göstərən
kəndli fermer təsərrüfatları bu
məsələyə lazımi
əhəmiyyət verməyərək,
kənd təsərrüfatı
bitkilərinin məhsulunun
sığorta olunmasını
təmin etmirlər”.
Sığortalılara
dəyən zərərlərin
ödənilməsində təminat
səviyyəsi
O qeyd
edib ki, 1996-cı ildə qüvvəyə minmiş “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası
haqqında” qanun və 1999-cu ildə həmin qanuna müvafiq dəyişikliklərlə
nəzərdə
tutulan (əmlaka dəyən zərər görə 1000 manat, səhhətə dəyən
zərər görə
5000 manat) 6000 manat məsuliyyət məbləği
avtomobil parkında qeydiyyatdan keçmiş nəqliyyat vasitələri
üçün çox
azdır:” Yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxslərin
mənafeyini qorumaq məqsədilə bu növ sığorta üzrə məsuliyyət
məbləğinin bir
neçə dəfə
artırılması barədə
aidiyyatı təşkilatlara
təklif verilib. Hazırda bizim təşəbbüsümüzlə qaldırılan məsələ
Maliyyə Nazirliyinin müvafiq şöbəsi
tərəfindən baxılıb
aidiyyatı təşkilatlara
təqdim edilıb.
Bu dəyişikliklər
nəzərə alındıqda
sığortalılara dəyən
zərərlərin tam ödənilməsinə
təminat yaratmaqla bərabər bu növ sığorta üzrə daxil olmalarda xeyli artacaq.
Bununla yanaşı “Yanğından
icbari sığorta”,
“Sərnişinlərin icbari
sığortası “ və
“Ekoloji sığorta haqqında” qanunlarda da dəyişikliklərin
aparılması nəzərdə
tutulur”.
Maarifçilik problemi
Bildirilib ki, regionlarda olan vətəndaşlar sığortanın bu qaydalarından lazımi səviyyədə istifadə
etmirlər. Son dövrlər
respublika ərazisində
baş verən təbii fəlakətlər
nəticəsində vətəndaşların
tikililərinə, ev əmlakına böyük
məbləğdə zərər
dəyir. Onların əmlakları sığorta
olunmadığından onlara
dəyən zərərlər
sığortaçılar tərəfindən yox, büdcədən ayrılan
vəsait hesabına yardım şəklində
ödənilir.
Məsələn, 2009-cu ildə Gədəbəy rayonu ərazisinə düşmüş güclü
dolu nəticəsində
zərər çəkmiş
vətəndaşlara onların
bağladığı sığorta
müqaviləsi müqabilində
müvafiq sığorta
ödənişi verilib
ki, bu da
onların zədələnmiş
tikintilərinin bərpasına
köməklik edib.
Ona görədə respublika ərazisində mülkiyyət
formasından asılı
olmayaraq fəaliyyət
göstərən idarə,
müəssisə və
təşkilatların rəhbərlərinə,
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan iş adamlarına təklif olunur ki, Dövlət
Sığorta Şirkətində
mövcud olan sığorta xidmətlərindən
istifadə edərək
yanğın, zəlzələ,
təbii fəlakətlər
və gözlənilməz
hadisələr nəticəsində
dəyən zərərlərin
ödənilməsinə təminat
yaratmaq məqsədi ilə onlara məxsus əmlakları, işçi, qulluqçuların
həyat və sağlamlığını, məsuliyyətlərini,
nəqliyyat vasitələrini
sığorta etdirmək
üçün Dövlət
Sığorta Şirkətinin
yerli filiallarına müraciət etsinlər.
Paritet.-
2010.- 11-12 mart.- S. 11.