Azərbaycanda qurulan müasir
sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq
görülüb
Dövlət Sosial
Müdafiə Fondu İctimaiyyətlə əlaqələr
sektorunun məlumatına görə, Azərbaycan
Respublikasında qurulan müasir sığorta-pensiya sistemi
növbəti beynəlxalq uğura imza atıb.
Belə ki, Dövlət
Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat
Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində
“İnformasiya kommunikasiya texnologiyalarının tətbiq
olunması vasitəsilə effektiv idarəetmə”
nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla
təltif edilib. Mükafat
Varşava şəhərində keçirilən Avropa
Forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunub.
Fəxri Fərmanı təqdim edən BSTA-nın prezidenti
xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host
Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli
idarəetmə sahəsindəki fəaliyyətini qeyd ediblər:
“Biz ümid edirik ki, bu nəaliyyət Avropanın sosial təminat
təşkilatlarının rəhbərlərini daha da
ruhlandıracaq”.
Xüsusi vurğulamaq
yerinə düşər ki, sosial təminat sahəsində
mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın ali
mükafata layiq görülməsi ölkəmizdə pensiya
islahatlarının uğurla gercəkləşdiriməsinin əyani
göstəricisidir.
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulan və
möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə davam etdirilən islahatlar nəticəsində aztəminatlı
əhalinin sosial müdafiəsi sahəsində qurulan yeni
sistem pensiyaçılar və sığortaolunanlar
haqqında avtomatlaşdırılmış müfəssəl
məlumatların toplanmasına və idarə olunmasına
istiqamətlənib. Hazırda Fondun mərkəzi məlumat
bazasında ölkə əhalisinin üçdə biri, yəni
1 308 432 nəfər
pensiyaçı və 1 milyon 640 min nəfər
sığortaolunan barədə müvafiq məlumatlar
toplanıb. Fondun yerli şöbələrində müasir
kompüter sistemləri qurulub, “1 işçiyə-1
kompüter” prinsipi gerçəkləşib.
Pensiya və müavinətlərin
əhaliyə çatdırılması sahəsində bank
infrastrukturundan və elektron hökumət prinsiplərindən
səmərəli istifadə olunub. Azərbaycanda
pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata
keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab
olunur.
Hazırda pensiyaların təyinatının
avtomatlaşdırılması sahəsində işlər
yekunlaşmaqdadır. Bu prosesin
başa çatdırılması ilə tam şəffaf
sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq.
Babək
Paritet.-
2010.- 13-15 mart.- S. 8.