Film Fondu 100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir

 

 Dövlət Film Fondunun (DFF) yeni istifadəyə verilən binası müasir standartlara uyğun formalaşdırılıb. Yeni binada 300 min saxlama vahidinə bərabər 18 saxlama boksu yaradılıb.

Bu barədə AZADİNFORM-a müsahibəsində Fondun direktoru Cəmil Quliyev məlumat verib.Onun sözlərinə görə, yeni yaradılan struktur Azərbaycanın təxminən 80-100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir. Hazırda fondda 64 mindən çox saxlama vahidinə bərabər filmlər saxlanılır. Bura müxtəlif növ filmlər, film materialları, neqativ, pozitiv s. tipli kinolentlər daxildir.

O, həmçinin qeyd edib ki, yaxın bir-neçə ay müddətinə Fransadan DFF-a müasir tələblərə cavab verən xüsusi kino arxivləri üçün istehsal olunan bərpa avadanlıqları da gətiriləcək. C.Quliyev bu avadanlıqlarla əksər sıradan çıxmış müxtəlif növ filmlərin bərpasını həyata keçirməyin mümkün olacağını bildirib. “Son iki ildə isə DFF təxminən 27-ə yaxın müxtəlif filmləri bərpa edərək Fonda daxil edib. Daxil olan bu filmlər Rusiya Film Fondunun köməkliyi ilə bərpa olunub. Çünki Azərbaycanın ilk film ehtiyatları vaxtı ilə keçmiş SSRİ-nin üzvü olduğu üçün Rusiya Fondlarında saxlanılıb”,-deyə Fondun direktoru əlavə edib.

 

 

Paritet.- 2010.- 13-15 mart.- S. 11.