“Pöhrə” müsabiqəsinin
qalibi olan gənc ifaçı
Fidan Hüseynova: ”Hazırda şou-biznesdə əsas plana biznes keçib, şou isə arxada qalıb, bu səbəbdən də mən özümü
şou aləmində görmürəm”
Bu gün ölkəmizdə gənclərin daha
çox özlərinə sənət kimi seçdiyi əsas sahələrdən biri də ifaçılıqdır. Bu cür istiqamətin gənclər arasında yaranmasının həm müsbət və həm də mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, səsi olanlarla yanaşı,
səsi olmayan gənclərin güclü bir axınla səhnəyə gəlməsi milli musiqimizə, milli-mənəvi dəyərlərimizə zərbə vurur. Müsbət tərəfi isə odur ki, bu gün gənclərin çox hissəsinin musiqiyə
meyl etməsi, ifaçı
kimi yerli və beynəlxalq
səhnələrdə Azərbaycanın zəngin musiqi irsinin yaşamasına, təbliğinə və nəsillərdən-nəsillərə keçərək yaddaşlara əbədi həkk olmasına gətirib çıxarır. Bax, belə istedadlı ifaçılardan biri də Bakı şəhərində, ziyalı ailəsində anadan
olan, hal- hazırda Bakı Musiqi
Akademiyasının solo oxuma (vokal) fakültəsində musiqi təhsili alan, gənc ifaçı
Fidan Hüseynovadır. O, orta təhsilini
Sabunçu rayonu 67 saylı orta məktəbdə alıb. Eyni zamanda Fidanının musiqiyə olan həvəsi onu 4N-li musiqi məktəbinə gətirib. Və o, bu məktəbdə fortepiano
üzrə dərs alıb. Təbii ki, əslən Qarabağdan olan Fidan xanımında qanında digər qarabağlılar kimi, musiqi duyumu olub. Elə onun musiqiyə
ilk həvəsi və marağı da məhz burdan qaynaqlanır. O, kiçik yaşlarından məktəbdə keçirilən hər bir tədbirdə və mahnı
müsabiqələrində hər zaman böyük həvəslə
çıxış edərək ifa etdiyi musiqilərlə hər kəsin qəlbini
oxşayıb.
Fidanın sözlərinə görə, təhsil aldığı
məktəbin direktoru
İradə xanım o
zaman istedadı
olan hər bir
şagirdə xüsusi qayğı
və diqqətlə yanaşırmış, o cümlədən ona:” Əvvəla, onu qeyd edim ki, anam və
İradə müəllimə musiqiçi olmasalar da həmişə mənə bu sahədə mənəvi dayaq olublar və buna görə də mən onlara təşəkkür edirəm. Elə məni “Pöhrə” müsabiqəsində iştirak etməyə də İradə müəllimə göndərdi. Bacım hələ uşaq ikən bəstələdiyi mahnıları həmişə mən ifa edirdim. “Pöhrə 2000” müsabiqəsində də bacım Röyanın Vahid Əlifoğlunun
sözlərinə bəstələdiyi “Çadır Şəhərciyində ev tikən qarı” mahnısını ifa etdim. Müsabiqənin qalibi oldum, bacım da, mən də “laureat” adına layiq görüldük .”Pöhrə” müsabiqəsindən sonra Heydər Əliyev adına Sarayın nəznindəki “Təbəssüm” uşaq qurupunda iştirak etdim. O zamanlar sarayda
tez-tez keçirilən bayram konsertlərində çıxış edirdim.Bütün bunlar qanımda, canımda daşıdığım musiqiyə olan sevgimi alovlandırdı. Və məndə günü-gündən bu sənətə daha böyük sevgi və maraq
yarandı. Bununla yanaşı,
bəstəkarlıq fakültəsində təhsil alan bacım Röyanın mənim musiqiçi olmağımda da çox böyük rolu var. Hər an onun musiqilərini duymaq, oxumaq sevgisi məni də Musiqi Akademiyasına gətirdi. Bunun
üçün də bu gün çox xoşbəxtəm.
“Pöhrə” müsabiqəsindən başqa “İstedadlar axtarıram” müsabiqəsində iştirak
etdim və müsabiqənin “Diplomantı”
oldum. Bundan
sonra keçirilən tədbirlərə dəvət aldım və
öz musiqi payımla çıxış etdim. İfalarım tamaşaçılar tərəfindən maraqla və sevgi ilə qarşılandı.
Məni əsas məhşurlaşdıran musiqi isə bacımın bəstələdiyi “Bənövşə” mahnısı oldu. Bu mahnını bacım kiçik yaşlarında yazmışdı, o mahnını həmişə məktəbin tədbirlərində oxuyurdum. Bundan başqa “İrəli” İctimai
Birliyinin keçirdiyi Yay Universitetində haqqında danışdığım mahnı Yay Universitetinin himni seçildi .Hal- hazırda mən Bakı Musiqi
Akademiyasında həm təhsil alıram və həm də bu sahədə daha çox şeylər öyrənməyə çalışıram. Akademiyada vokal
üzrə ilk vaxtlar Sveta
Mirzəyevda, indi isə Sevda Məmmədovadan
musiqi dərsi alıram”.
Gənc ifaçı
hazırda, ancaq bacısının bəstələdiyi mahnıları ifa etdiyini dedi və bildirdi ki, eyni zamanda Azərbaycanın korifey bəstəkarlarından olan Tofiq Quliyev, Fikrət Əmirov, Üzeyr Hacıbəylinin
bəstələdiyi əsər və mahnıları ifa edir:” Mən daha çox klassik musiqiləri ifa edirəm. Özümü şou aləmində görmürəm. Mənim fikrimcə, şou biznesdə hal- hazırda əsas plana biznes keçib, şou isə arxada
qalıb. Mən özümü belə şou -biznes aləmində görmək istəmirəm. Bilirsiniz ki, Musiqi Akademiyası
özü ciddi
musiqiçilər yetişdirən bir təhsil ocağıdır. Mən eyni zamana Azərbaycan musiqisini,
milli-mənəvi dəyərimiz olan muğamlarımızı da çox sevirəm. Daha çox azəri klassiklərini dinləyirəm.Onlardan Rəşid Behbudov, Şövkət Məmmədova ,Oktay
Ağayev, Akif İslamzadənin ifa etdiyi musiqilərə həm qulaq asıram və həm də onlardan çox şeyləri öyrənirəm. Demək olar ki, xarici musiqiləri çox az dinləyirəm” .
Ölkənin ictimai həyatında fəal iştirakı ilə seçilən F. Hüseynova hazırda təhsil aldığı Akademiyada Gənclər İdman Nazirliyinin təşəbbüsü ilə yaranan Tələbə Gənclər Təşkilatının sədridir:” Bu gün mən ifaçılıqla yanaşı, həm də ictimai
işlə də məşğulam. Onu da bildirim ki, ictimai işdə çalışmağım mənə çox şey verir. İlk əvvəl cəmiyyət arasında çox oluram, eyni zamanda həmyaşıdlarımla müəyyən tədbirlərdə, konfranslarda , seminarlarda və s. görüşürük və müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Təşkilata gəldikdən sonra böyük nailiyyətlər əldə etmişəm. Bunlara
misal olaraq , Bakı Şəhər Gənclər və
İdman Baş idarəsi tərəfindən keçirilən 2009 cu ilin yekunlarına həsr olunmuş
mərasimdə “Yaxşıların Yaxşısı” mükafatına layiq görülmüşəm. İndi bir çox ictimai birliklərlə əməkdaşlıq edirəm. 2009-cu il noyabr ayında “İrəli” İctimai Birliyinin dəstəyilə və Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Regionlarda Klassik musiqili konsert proqramı ilə çıxış edildi. Bunlardan əlavə ali təhsil ocaqlarında da klassik musiqinin təbliği ilə məşğuluq və mütəmadi olaraq xeyriyyə konsertləri də təşkil edirik. Bu istiqamətdə yeni layihələrimiz var”.
Biz də gənc və istedadlı ifaçı olan F.Hüseynovaya yaradıcılıq uğurları arzulayırıq və gələcəkdə sənətində daha
çox nailiyyətlər əldə etməsini arzulayırıq.
GÜNAY
Paritet.-
2010.- 16-17 mart.- S. 13.