“Novruz” bayramının tarixinə
yeni baxış
Bu
bayram Nuh peyğəmbərin adı ilə bağlı olaraq
“Nuhun ruzisi” kimi başa düşülməlidir
Bildiyimiz kimi “Novruz” bayramı
xalqımızın ən qədim və xoş əhval-ruhiyyə
ilə qeyd etdiyi bayramlarından biridir. Məhz, xalqımıza
xas olan folklorumuzu, adət-ənənələrimizi “Novruz” əsrlər
boyu öz qoynunda bəsləyərək nəsillərdən-nəsillərə
ötürür.
2009-cu ildə Novruz
bayramının çoxmillətli, bəşəri bir bayram olduğu qəbul edilərək YNESKO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edildi. Novruz 10 ölkədə dövlət
bayramı kimi qeyd olunur. Həmçinin Çin, Hindistanda da
böyük insan kütləsi bu bayramı qeyd edir”.
Təəssüflər olsun ki, bu
gün, hələ də cəmiyyətdə “Novruz”
bayramının nə zamandan qeyd olunması, hansı mənanı
kəsb etməsi və “novruz” adının hərfi mənası
haqqında beynəlxalq aləmdə
yekdil fikir mövcud deyildir. Əksər
araşdırmaçılar bu bayramın yaranma tarixinin zərdüştlük
dövrünə aid olduğunu deyirlər. Xüsusən
mediada bu fikir daha çox geniş səslənməyə
başlayıb. Əgər zərdüştlük
dövründə artıq “Novruz” bayramının qeyd
olunması dolğun ifadə olunursa, deməli bu bayramın
yaranması daha əvvələ gedib çıxır. Son illərdə
dünya xalqlarının əfsanə və rəvayətlərini,
novruz haqqında deyimlərini araşdırdıqdan sonra mənin
gəldiyim məntiqi nəticə budur ki, “Novruz” bayramı Nuh peyğəmbərin
adı ilə bağlıdır və dünya
daşqınından sonra, onun
quruya (Gəmiqaya ərazisinə)
çıxdığı tarixdən hesablanmalıdır.
“Novruz” bayramı ən azı 5 000 il bundan əvvəl, qədim
Türk diyarı olan Azərbaycanda qeyd olunmağa
başlamış və tarixin keşməkeşli
yollarından keçərək bu günə kimi gəlib
çıxaraq, öz layiqli qiymətini almışdır.
Tarixi və dini mənbələrə
görə, Nuh peyğəmbər öz ailəsi ilə
birlikdə, uzun müddət, ucsuz-bucaqsız dəryada
üzdükdən sonra tam ümüdsizliyə qapılıdlar.
Elə bu zaman onlar havaya uçurtduqları göyərçinin
geriyə döndüyünü və dimdiyində tər
yarpaqlar gətirdiyini görüb çox sevinirlərlər.
Beləliklə onlar yaxınlıqda quru ərazinin olduğunu
müəyyənləşdirirlər.
Buradan belə qənaətə gəlmək
mümkündür ki, Nuh peyğəmbərin quruya
çıxdığı vaxt, məhz yazın ilk gəlişi
gününə təsadüf etmişdir. Ona görə də
bu gün qurtuluş günü
kimi geyd olunmağa başlamış və bolluq, ruzili gün
olduğundan Nuhun ruzisi, yəni “Nuhruz” və ya “Novruz” deyə
adlandırılmışdır. Təsadüfi deyil ki, bəzi
türkdilli və digər xalqların dillərində Nuh peyğəmbər Nov, Nox, Nux,
Noy, Noh və s. kimi, novruz kəlməsi
isə “nuurz”, “nouruz”, “nuhruz”, “noxruz” , “noyruz”, navruz, novruz kimi
ifadə olunur.
Bütün bunlara əsasən mən
bu fikrimdə israrlıyam ki, “Novruz” bayramı Nuh peyğəmbərin
adı ilə bağlı olmalı və “Nuhun ruzisi” kimi
başa düşülməlidir. Yəni bu gün Nuh peyğəmbərin
üzünə baxıb tanrının insanlara bəxş
etdiy ruzili, xeyir-bərəkətli və ən sonda
qurtuluş günü kimi qəbul olunmalıdır.
Bu mənim subyektiv fikrimdir və
geniş bir araşdırmalarımın nəticəsidir. Çox istərdim ki, bu məsələ
geniş auditoriya müzakirəsinə
çıxarılsın, alim və mütəxəssislərin
də fikirləri öyrənilsin.
Kamran
Məmmədov
Paritet.-
2010.- 18-19 mart.- S. 9.