Hollandiya telekanalları
Xocalı soyqırımı haqda film göstərib
Elsevər Məmmədov: “Bu da oradakı diasporumuzun güclü fəaliyyətinin nümunəsi idi”
Son zamanlar müxtəlif xarici ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatlarımız
intensiv olaraq Azərbaycanla bağlı bir-birinin ardınca
silsilə tədbirlər keçirirlər. O cümlədən
Benilüks Azərbaycanlıları Konqresidə(BAK) bu işdə
özünəməxsus bir formada fəallıq göstərir. BAK-nin sədri Elsevər Məmmədov
qəzetimizə verdiyi müsahibədə rəhbəri olduğu təşkilat
barədə ətraflı məlumat verib.
-Benilüks Azərbaycanlıları
Konqresi 2006-cı ilin noyabr ayında təşkil olunub.
Hazırda 15 təşkilatdan ibarət olan Konqres bu müddət
ərzində çox mühüm işlərə imza
atıb. Məqsədimiz təşkilatımızın əsas
mövqeyi olan azərbaycançılıq, dövlətçilik
və türkçülük ideyasını Avropada
yaşayan soydaşlarımız arasında təbliğ etməkdir.
Azərbaycanın tarixini, mədəniyyətini, mövcud
reallıqları Avropada yaşayanlara olduğu kimi
çatdırmaqdır. Əsas məqsədlərimizdən
biri də gənclərimizin Avropaya inteqrasiya olunması ilə
bağlıdır. Hazırda Hollandiyada “Ana dili məktəbi”miz
fəaliyyət göstərir. Onlardan biri Amsterdam, digəri
Rotterdam şəhərində yerləşir. Həmin məktəblər
yeni açıldığı zaman tələbələrin
sayı bir o qədər çox olmasa da, hazırda müraciət
edən insanların sayı artmaqdadır. Artıq valideynlər
özləri müraciət edərək uşaqlarını
həmin məktəbə gətirmək istəyirlər. Həmin
məktəbdə onlar artıq doğma dili öyrənərək
Azərbaycanın bayrağı, harada yerləşməsi ilə
bağlı məlumatla yanaşı ölkəmizin himnini,
şeirlərini öyrənirlər. Bundan başqa konqres tərəfindən
orada gənclərimiz üçün idman məktəbi
yaradılıb. Burada gənclər kinqboksla yanaşı
minifutbol oyunları da öyrənirlər. Həmçinin
bizim ingilis və holland dili kurslarımız var. Avropaya inteqrə
olunmaq üçün önəmli amillərdən biri də
məhz həmin xalqların dilini yaxşı bilməkdir. Bu,
yaşlı nəsil üçün də çox önəmlidir
və hazırda həm orta, həm də yaşlı nəsil
üçün holland dilində kurslar keçirilir. Bundan
başqa BAK Hollandiyada yeni açılan Azərbaycan səfirliyi
ilə çox sıx əməkdaşlıq edir. Hətta
biz orada məktəblər açarkən Azərbaycandan bizə
çox böyük dəstək gəldi. Belə ki, məktəb
tələbələr üçün kitablar, çantalar,
kompyuter vasitələri ilə təmin edildi.
- Maraqlıdır təşkil
etdiyiniz tədbirlər holland cəmiyyəti tərəfindən
necə qarşılanır?
- Ümumiyyətlə,
bu gün bir faktdır ki, Hollandiyada Azərbaycan diasporu
gündən-günə güclənir. Məsələn,
bunu Avropa mətbuatında izləmək mümkündür.
Yaxud “ Avroviziya -2009” yarışmasında Azərbaycanı təmsil
edən iştirakçılara Hollandiya 10 xal verdi və bu,
diasporumuzun fəallığının bariz nümunəsi
idi. Onu da qeyd edək ki, bizim diaspor orada uzun bir tarixdə deyil,
əsasən son 10-15 ildə formalaşıb. Azərbaycanlıların
ən böyük qələbələrindən biri də
Hollandiyanın ən tanınmış telekanalında həmin
ölkənin məşhur tarixçi alimi Aleksandr Dexotun
çıxışı oldu. Telekanalda Konqresin son
qurultayından hazırlanmış veriliş efirə getdikdən
sonra həmin tarixçi alim canlı yayımla
çıxış edərək ermənilərin azərbaycanlılara
qarşı törətdiyi Xocalı soyqırımı ilə
bağlı videolenti təqdim etdi və orada şəhid
olanların sayını bildirdi, eləcə də erməniləri
işğalçı və separatist adlandırdı və
Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi
ilə bağlı məlumatları çatdırdı. Bu da
oradakı diaporumuzun güclü fəaliyyətinin nümunəsi
idi.
Bundan başqa konqresimiz
Azərbaycanın tarixi günləri, bayramlar, faciələrlə
bağlı tədbirlər keçirir. Belə ki, 20 Yanvar,
Xocalı faciəsi, 31 mart azərbaycanlıların
soyqırımı ilə bağlı tədbirlər yüksək
səviyyədə təşkil olunaraq avropalıların diqqətinə
çatdırılır. Məsələn, cari ildə 31
mart tarixində Konqres tərəfindən təşkil edilən
Rotterdamın mərkəzində səssiz yürüş
keçirildi. Hətta hollandların özləri də bizim
diasporun mədəni, səviyyəli şəkildə
keçirdiyi bu aksiyanı təqdir etdilər və hətta
özləri də aksiyada iştirak etdilər. Bu aksiya
zamanı insanlara həmin hadisələr zamanı həlak
olanlar haqqında 10 mindən artıq məlumat
paylanıldı. Həmin aksiyanın önəmli tərəflərindən
biri də odur ki, bəziləri 31 mart tarixində Azərbaycanda
hansı hadisə baş verdiyini bilmirlər. Həmin tədbirdə
litvalıların, hollandların, polşalıların,
türklərin, İraq türkmənlərinin bizim
diasporumuzla birgə iştirakı böyük effekt verdi. Bu
ildə 31 mart tarixində tədbir
keçirməyi planlaşdırırıq.
- Bildiyimizə görə,
ötən il qurultayınız keçirilib. BAK-ın
bu qurultayı hansı yeniliklərlə yadda qaldı?
- Ötən il 7 martda Amsterdam şəhərində
BAK-ın qurultayı keçirildi. Demokratik şəkildə
keçirilən həmin seçkilərdə mən sədr,
konqresin məndən öncəki sədri Sahil Qasımov isə
fəxri sədr seçildi. Həmin qurultayda Azərbaycanın
Hollandiyadakı səfirindən başqa Gürcüstan,
Ukrayna, Qazaxıstan, Sloveniyanın səfirləri də
iştirak edirdi. Yüksək səviyyədə təşkil
olunan həmin tədbirdə Azərbaycandan olan bir neçə
millət vəkilləri də təmsil olunurdu. İdarə
heyətinə 12 nəfər nümayəndə seçildi.
Ümumiyyətlə, konqresdə sədr 2 il müddətinə
seçilir. Konqresdə 15 təşkilat birləşib ki,
buraya federasiya şəklində İraq türkmənləri
də daxildir. Düşünürük ki, azərbaycanlıların
problemləri bütün türk xalqlarının, onların
da problemləri bizim problemimiz olsun. Ümumiyyətlə, hər
bir təşkilat üçün təşkilatlanma ilə
bağlı tədbirlərin, qurultayların keçirilməsi
vacibdir ki, bu da fəaliyyətin daha da güclənməsi
üçün lazımdır.
-Sizin təşkilat başqa diaspor təşkilatları
ilə əməkdaşlıq edərək, birgə layihələr
reallaşdırırmı?
- Əlbəttə, digər
diaspor təşkilatları ilə birgə əlaqələrimiz
var. Adətən türk diasporu ilə davamlı olaraq iş
qururuq. Eyni zamanda rus, yəhudi diasporu ilə sıx əməkdaşlığımız
var. Bir çox tədbirlərdə yəhudi diasporu diaspor
nümayəndələri bizimlə birgə
çıxış edirlər. Hətta yəhudi diasporu ilə
birgə bu il bir tədbir
hazırlayacağıq. Bu tədbirdə Ermənistandan
başqa keçmiş SSRİ-yə daxil olan ölkələr
iştirak edəcək. Orada erməni diasporu da var və bəlkədə
bizə qarşı hansısa addımlar atmaq istəyirlər.
Amma Hollandiya hüquqi bir dövlətdir və orada heç kəs
kimsənin qarşısını ala bilməz. Hazırda
Hollandiya parlamentində təmsil olunan türk millət vəkilləri,
yüksək vəzifələrdə çalışan
türklər daim bizim yanımızdadırlar. Digər xalqların
diaspor təşkilatları ilə yanaşı başqa xarici
ölkələrdəki Azərbaycan diaspor təşkilatları
ilə də əlaqələri davam etdiririk. Avropa Azərbaycanlıları
Konqresində bir araya gəlib məsləhətləşmələr
aparırıq və yeni layihələri
müzakirə edirik.
- Belniküsdə nə
qədər azərbaycanlı yaşayır ve həmvətənlərimiz orda əsasən hansı
sahədə çalışırlar?
- Bizim diasporun orada
formalaşma tarixi uzun bir müddət deyil. Eyni zamanda orada gənclərimizin
8-10 il müddətinə təhsil almaları, təcrübə
toplamaları müəyyən zaman tələb edir. Artıq
bizim orada gənc hüquqşünaslarımız yetişir və
eləcə də müxtəlif partiyalarda təmsil olunurlar.
İnanırıq ki, qısa müddətdə olmasa da,
yaxın bir 5-10 il ərzində soydaşlarımız orada
müxtəlif dövlət qurumlarında təmsil olunacaqlar.
Çünki oradakı gənclərimizin təhsilə, siyasətə
qoşulmağa marağı çoxdur. Ümumiyyətlə,
Benilüksdə 30 minə yaxın azərbaycanlı var. Yeni
formalaşmağa başlayan diasporumuz daha da güclənməyə
çalışır və bu istiqamətdə müəyyən
işlər görür. Bəzi səhvlər də ola bilər.
Amma bu bir faktdır ki, diasporumuz gündən-günə
güclənir və inteqrasiya yüksək səviyyədə
həyata keçirilir.
- Qarşıda hansı
yeni layihələri reallaşdırmağı
planlaşdırırsınız?
- Qarşıda
reallaşdırılacaq bir sıra yeni layihələrimiz var.
Ancaq həmin layihələri açıqlamaq istəmirik.
Çünki bu, Azərbaycan diasporunu sevməyən qüvvələrin
də əlinə keçə bilər və bu, milli məsələlərlə
bağlı layihələrdir.
Bizlər yəni, xaricdə
yaşayan soydaşlarımızın hər biri ümumiyyətlə, Azərbaycanda əldə edilən
bütün sahələrdəki uğurlara sevinir. Onu da qeyd
edim ki, Bakı öz görkəmini yaxşı istiqamətdə
dəyişib və gözəlləşib. Bu da məni bir
azərbaycanlı kimi çox sevindirir.
G.ƏSƏDOVA
Paritet.-
2010.- 30-31 mart.- S. 5.