Cəbhə bölgəsi olan Tərtərdə sürətlə abadlıq-quruculuq işləri gedir
“Tərtər
rayonu bizim hamımız üçün, Azərbaycan
üçün çox əziz, doğma rayondur, müharibə
illərində tərtərlilər çox cəsarətlə
vuruşmuşlar, öz doğma torpaqlarını müdafiə
etmişlər. Buna görə onlar hər cür minnətdarlıq
və təşəkkürə layiqdirlər. İndi isə
Tərtərin artıq yeni bir dövrü
başlamışdır. Rayonda sürətli
abadlıq-quruculuq işləri gedir”.
İlham ƏLIYEV
Ümummilli
liderimiz Heydər Əliyevin iqtisadiyyat da daxil olmaqla ölkə
həyatının bütün sahələrində həyata
keçirdiyi geniş islahatlar bu gün ki, mütərəqqi
inkişaf meyillərinin əsas şərtlərindən biri
olmuşdu. Ulu öndərin möhkəm təməl üzərində
həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu
gün Möhtərəm prezidentimiz cənab İlham Əliyev
tərəfindən qətiyyətlə və
ardıcıllıqla davam etdirilir.
Həyata
keçirilən
bu mükəmməl strategiya ölkəmizi regionun lider dövlətinə çevirmiş və dünya miqyasında nüfuzunu daha da gücləndirmişdir. Həyata keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrinin sürətli
inkişafına təkan vermiş, ən müasir
texnologiyaların tətbiqinə, rəqabət qabiliyyətli
məhsul istehsal edən
müəssisələrin
yaradılmasına, infrastrukturun yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına
imkan yaratmışdır. İqtisadi sahədə keçid
dövrünün başa
çatması inkişaf üçün
daha böyük imkanlar açmışdır. Sosial rifah, iqtisadi
tərəqqi amilləri ilə şərtlənən bu inkişaf xətti Azərbaycanın dünya
miqyasında nüfuzunu
daha da gücləndirmişdir.
Hazırda Azərbaycan beynəlxalq miqyasda
sabit iqtisadiyyatı və
sosial həyatı dinamik inkişaf edən, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji
təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan
bir dövlət kimi xarakterizə olunur.
“Biz
xalqın xidmətçiləriyik” deyən
ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə,
ölkədə insan azadlığının,
davamlı inkişafın və sosial yönümlü iqtisadiyyatın
formalaşmasına hesablanmış məqsədyönlü
fəaliyyətdir.
Son illərdə
dünyanı bürümüş
qlobal maliyyə və
iqtisadi böhran şəraitində Azərbaycan
iqtisadiyyatının dinamik və uğurlu
inkişafının qorunub saxlanması bunu bir daha təsdiqləyir.
Dövlət proqramı çərçivəsində
bölgələrdə həyata keçirilən infrastruktur layihələri
ölkəmizdə qeyri-neft
sektorunun və
bütövlükdə sahibkarlığın
inkişafına müsbət təsir göstərir. Rayonlar abadlaşır, yeni
yollar, körpülər
salınır, məktəblər, xəstəxanalar, uşaq bağaları, müxtəlif yönümlü sosial obyektlər tikilir. Bütün bunlar əhalinin
rahatlığını təmin etməklə yanaşı,
həm də yeni iş
yerləri deməkdir.
Prezident İlham Əliyevin cəbhə
bölgələrinin inkişafına göstərdiyi xüsusi qayğı, erməni
işğalçılarına bir qarış belə torpaq güzəşt edilməyəcəyi barədə qətiyyətli
və prinsipial mövqeyi
respublikanın hər yerində olduğu kimi, Tərtər
rayonunda da böyük ruh yüksəkliyi doğurmuş,
doğma torpaqlarımızın
tezliklə işğaldan
azad ediləcəyi
inamını daha da
artırıb.
Prezident İlham
Əliyevin diqqət və
qayğısı ilə ölkədə gedən sürətli
iqtisadi inkişaf Tərtər rayonunun da sosial-iqtisadi həyatına
əhəmiyyətli təsir göstərmişdir. Tərtər
rayonunda nəzərəçarpacaq
dəyişikliklərdən ən
başlıcası küçələrdə boş-bekar dayanan adamların görünməməsidir. Son illər burada fərəh
doğuran işlər
görülür. Şəhərin
ovqatı, ab-havası da dəyişib.
Şəhərin müxtəlif yerlərində həvəslə
çalışan insanları gördükcə hiss edirsən ki, onların hamısını birləşdirən
eyni arzudur: Tərtəri
gözəl, yaraşıqlı, müasir
bir şəhərə
çevirmək!
Bir sıra sosial obyektlər tikilib istifadəyə verilmiş, rayonun infrastrukturu əsaslı
şəkildə yeniləşdirilmiş, xidmət sahələrinin
fəaliyyəti günün tələbləri səviyyəsinə
qaldırılmış, xüsusilə əhalinin elektrik enerjisi və təbii qazla təminatındakı problemlər
aradan qaldırılmış, bir sıra həlli vacib
işlər görülüb. Dövlət
Proqramına uyğun olaraq
əhalinin sosial və məişət
problemlərinin həlli məqsədilə müharibədən
zərər çəkmiş xeyli yaşayış evi bərpa
edilmiş, əlillər
və şəhid ailələri üçün yaşayış
binası tikilib istifadəyə verilib.
Rayon mərkəzinin girişində
olan “Ana abidəsi”nin yerləşdiyi
4 min kvadratmetr ərazi tamamilə
abadlaşdırılıb.Ulu öndər Heydər Əliyevin
adını daşıyan bənzərsiz park
2 hektara yaxın sahəni əhatə edir. Əsas giriş qapısının tikintisində milli ornamentlərdən istifadə olunmuşdur Parkın ərazisində
təbii mənbəyini Tərtər çayından
götürən iki böyük
arx axır. Müxtəlif ölçülü
iki fontan tikilmişdir. Parkda yaşıllıq sahələri
salınmış, gəzinti yerləri yaraşıqlı daşlarla üzlənmişdir. Ərazidə
əhalinin asudə vaxtının səmərəli
keçirilməsi üçün müasir memarlıq üslubunda iaşə obyektləri tikilib istifadəyə verilmişdir.
Bənzərsiz şəlalə parka xüsusi yaraşıq verir.
Parkda Heydər
Əliyev muzeyi tikilmişdir.
Tərtərlilərin ulu öndərə
məhəbbətini ifadə edən bu muzey iki
mərtəbədən ibarətdir. Muzeyin
tikintisində həm milli, həm də müasir memarlıq üslubu bir-birini tamamlayır .
Tərtərin rayon
mərkəzi ilə
yanaşı, kəndləri də müasirləşir.
Xüsusilə yolların abadlaşdırılması diqqət
mərkəzindədir.
Tərtərin digər kənd
rayonlarından fərqi ondadır ki, təbii imkanları çoxdur. Rayon iqtisadiyyatının əsasını təşkil
edən aqrar sahənin
maddi-texniki bazası əsaslı şəkildə
möhkəmləndirilib. Dövlət
başçısının “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” sərəncamına əsasən, məqsədyönlü
siyasət həyata keçirilmiş, bütün sahələrdə
artıma nail olunub.
Regionların sosial-iqtisadi
inkişafına dair
Dövlət Proqramının davamı olaraq
2009-2013-cü illər üçün
hazırlanmış proqramda rayonda da bir
sıra mühüm işlər
görülməsi nəzərdə tutulur. Bu proqramda sosial
obyektlərin tikintisinə
və əsaslı təmirinə diqqət
artırılmışdır. Ümumiyyətlə kəndarası
yolların müəyyən hissəsi
asfaltlaşdırılacaq, Tərtər çayı üzərində
yeni körpü tikiləcək,
tarix-diyarşünaslıq muzeyi, şahmat məktəbi, əlillər və
şəhid ailələri üçün
bina inşa olunacaq, subartezian quyuları qazılacaq, İncəçay
üzərində su anbarı
tikiləcək, broyler fabriki
inşa ediləcək.
Murad
Paritet.- 2010.- 1-3 may.- S. 10.