Ermənilərin mənəvi
varislik layihəsi,
Yoxsa
erməni katalikosunun növbəti hiyləsi?
Bu
günlərdə Bakıya
rəsmi səfərə
gəlmiş erməni
katalikosunun
Azərbaycanın İşğal Olunmuş
Ərazilərinin Tarix
və Mədəniyyət
Abidələrini
Müdafiə Təşkilatı
ictimai birliyinin sədri Faiq İsmayılov diqqəti ona yönəldir ki, hazırda Ermənistanda salamat qalmış Azərbaycanın mədəni
dəyərlərinin bir
çox nadir nümunələri
ermənilər tərəfindən
fars (İran) abidələri
kimi təbliğ edilir. Cənubi Qafqazda azərbaycanın tarixini tamamilə inka edən ermənilər Şuşa
şəhərində də
fars (İran) abidəsi kimi təbliğ etdikləri Kərbəlayi Səfixanın
memarı olduğu Aşağı Gövhərağa,
Yuxarı Gövhərağa
və Saatlı məscidləri, Şuşa
şəhərindəki 17 digər məhəllə
məscidlərindən fərqli
olaraq yarımuçuq
vəziyyətdə öz
formalarını hələlik
qoruyub saxlayırlar.
F.İsmayılov
“Paritet”ə verdiyi açıqlamada qeyd edir ki,
Onun sözlərinə görə,
1-ci
mərhələdə yeni
turist mehmanxanalarının
tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının,
qədim hamamın bərpası eyni zamanda bu abidələrin
bərpasından sonra
bu abidələrin içərisində və
ətrafında bütün
zəruri rahatlıqlarla
təmin edilməli, maraqlı əyləncələrin
təşkili
turistlərin Şuşaya
cəlb edilməsində
müstəsna rol oynamalıdır. Adsız Qala
divarları üzərinə
isə «Jraberd divarı» adlı lövhələr yapışdırılmalıdır.
2-ci
mərhələdə, O.Tarkanyan
adına Mədəniyyət
Mərkəzinin yaradılması,
karvansara, bazar və bir neçə
yaşayış evini
təmir eimək,
XİX əsrdə inşa
edilmiş Şuşa
bilik cəmiyyətinin
binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın
və «Artsaxkertin» patriarxının konfranslarının
və digər tədbirlərin keçirilməsini
təmin edilməsi nəzərdə tutulur.
3-cü mərhələdə yeni stadionun və yeni erməni
ibtidai məktəbinin
tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya
turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına
erməni dili dərsi tədris ediləcək. XİX əsrin
əvvəllərində inşa
edilmiş
4-cü mərhələdə İsa bulağında (ermənilər Hanot adlandırırlar) və Cıdırdüzündə istirahət
evləri və əyləncə yerləri
inşa edilməsi nəzərdə tutulur.
5-ci
mərhələdə Gəncəsər
məbədi və Şuşadakı erməni
kilsələrinin nəzdində ermənilərin
kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün
dini məktəblərin
də təşkil edilməsi vacib hesab edilir.
Bütün bunlardan başqa
fondun hesabına Şuşada digər tarixi binaların və küçələrin
bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək.
Yuxarıda göstərilənlərlə
yanaşı fond Şuşanın
tarixi və mədəni varisliyini genişləndirilməsi üçün
nəzərdə tutulan
layihələrə üstünlük
verəcəkdir. Öz
fəaliyyətini daha
da intensivləşdirmək
və genişləndirmək
üçün Fond aşağıdakı
layihələrin də
maliyələşdirilməsini də öz planlarına daxil edib: !)Qalanın
və onu əhatə edən bütün ərazilərin
xəritələrinin və
fotoşəkillərinin çəkilməsi.2)Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin
çəkilməsi və
ölçülərinin
götürülməsi.3)Memarlıq abidələrinin layihələşdirilməsi.Şuşa
şəhərinin bərpası
üçün beş
mərhələdə nəzərdə
tutulan layihələrin
hamısını beynəlxalq
səviyyədə tenderlərə
çıxarılması.4)Şuşanın
Arxiv fondunu
yaradılması.5)Aşkar edilmiş qəbirlərin
və digər arxeoloji tədqiqatların
nəticələrinin nəşr
etdirilməsi.Litoqraf varisliyinin
tədqiqi.Qalada və
onun ətrafında mağara tədqiqatının
aparılması.
Mənbəmiz qeyd
edir ki, bu konsepsiyanın reallaşmasına
2004-cü ildən başlanıb.
Əlavə edək ki, Qarabağ
və indiki Ermənistan ərazisində
azəri izini silmək üçün
ermənilər yalnız
fars abidələri oyunundan deyil, həm də “türkmən abidələri”
oyunundan istifadə edilir. Növbəti araşdırmalrımızda bu mövzuya toxunmağa çalışacağıq.
Sübhan TALIBLI
Səbuhi ŞƏLDIYEV
Paritet.- 2010.- 4-5 may.- S. 10.