Ermənilərin işğal etdiyi torpaqlarımızdakı fəaliyyətlərinə dair MTN-in əldə etdiyi məlumatlar təsdiqini tapır

 

1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib, nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb

 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi öz fəaliyyətni insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirir. Milli Təhlükəsizlik Nazirliyi dünyanın onlarla dövlətinin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formada əməkdaşlıq edərək, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə də məlumat mübadiləsi aparır. Nazirlik əsasnaməyə görə, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin respublikamızın  suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə də tədbirlər görür. Eyni zamanda bu qurum beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə də mübarizə aparır.

Azərbaycan dövlətinin beynəlxalq antiterror koailisiyasında iştirakında MTN-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət göstərən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz MTN əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunub.

MTN-nin rəsmi internet (mns.gov.az) saytı da nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir. Bir dövlət orqanı olaraq Nazriliyin saytında ermənilərin xaqlmıza qarşı törətdikləri soyqırımlar,  terror aktları, onların torpaqlarımaza göz dikməsi   ifşa olunur.

 SaytınErməni təcavüzübölməsində   Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir. Burada münaqişənin tarixi hüquqi aspektləri, münaqişənin nəticələri, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti, əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar statistika yer alıb.

Ermən  separatçılarının işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyəti ilə bağlı bu bölmədə bildirilir ki, Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruridövlət institutları  təsis edib, bir neçə ölkədə öznümayəndəlik”lərini açıb. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yenipasportlar”ın verilməsinə başlanıb.

Qeyd olunur ki, 1989-1994-cü illərdə erməni separatçıları terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib. Nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb. Azərbaycan , eləcə xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilib ki, həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan  dövlət orqanları separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları,  ölkəmizdəki dini  etnik  azlıqların nümayəndələri, hərbi əsir girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi reallaşdırılmasına cəhdlər göstərilib.

Saytda işğal olunmuş ərazilərimizin heç bir dövlətin,  beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrildiyi vurğulanır. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaradıb. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapıb. Narkotik işbazları qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması muzdlulara haqq ödənilməsi üçün istifadə edirlər.

Bundan başqa saytda ermənilərin insan ticarəti, işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması, təbii, maddi mənəvi sərvətlərin talan edilməsi qanunsuz istismarı ilə bağlı baş verənlərə toxunulub.

SaytınErməni terrorizmibölməsində isə erməni terror təşkilatları, erməni terror aktları bu terror aktlarının xronologiyası göstərilib. Burada qeyd olunur ki, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, “Böyük Ermənistandövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmışArmenakan”, sonradanHnçakDaşnaksütyunpartiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul edib.

 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin üzərinə az düşməmişdir. Tariximizin dünəni, bu gününün mühafizə olunduğu arxivlər açıldıqca çox şeylərə aydınlıq gətirildi, bir əsr yarımdan bəri dünyanı bürümüş erməni terrorunu əks etdirən həqiqətlər dilə gətirildi. Bu baxımdan MTN-nin rəsmi saytınınKitabxanabölməsi isə sənədlər toplusu kimi çox əhəmiyyətlidir. Burada erməni faşizmini ifşa edənı yerli xarici müəlliflərin müxtəlif dillərdə çap olunmuş 25-dən çox kitabı haqqında məlumatlar verilib. Bu kitabların əksəriyyəti MTN tərəfindən nəşr olunub.

 Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistan separatçı-terrorçu rejim tərəfindən işğal altında saxlanılan, beynəlxalq nəzarətdən kənar ərazilərində qanunsuz fəaliyyətlərə dair MTN-in əldə etdiyi məlumatlar təsdiqini tapır.

 

 

FUAD HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 4-5 may.- S. 6.