İKT-nin tətbiqi təhsilin inkişafına zəmin yaradır

 

Son 2 ildə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilib

 

Son illər digər sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə edilir. Təhsilin ayrı-ayrı sektorları üzrə inkişaf proqramları,  təhsildə İKT-nin tətbiqi və s. buna misaldır. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yap.org.az saytına müsahibəsində son illərdə təhsilə olan qayğıdan söz açıb. Nazir müavini  təhsilə ayrılan büdcənin  2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1.1 milyard manata çatmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil etdiyinə diqqət çəkərək bildirib ki, dövlət başçısı tərəfindən son illərdə təhsil sahəsində 150-dən çox sərəncam imzalanıb.

Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri üzrə çoxsaylı inkişaf proqramlarının həyata keçirildiyini deyən İ. İsgəndərov qeyd edib ki, son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunan  uşaqların sayı 6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılıb.Məktəbəqədər təhsil sahəsində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramında (2007-2010-cu illər) nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması, beşyaşlıların məktəbə hazırlığının genişləndirilməsi, maddi-texniki və tədris bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi həyata keçiriləcək əsas tədbirlər kimi müəyyənləşdirilib.Onun sözlərinə görə son illərdə Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilib. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 450-dən çox məktəb əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilib. Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. 600 məktəbin, o cümlədən Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunub.

Son illər məzmun və qiymətləndirmə sahəsində tətbiq edilən  yeniliklərdən  danışan  nazir müvini əlavə edib ki,    Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlib. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcudyaddaş məktəbindəntəfəkkür və düşüncə məktəbinə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir: “2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanıb, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin ediliblər. 2003-2009-cu illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilib. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II sinflər üçün dərslik komplektləriagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanmış, dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib müsbət rəy alındıqdan sonra çap edilib. Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda, o cümlədən I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müasir dövrdə təhsil prosesini İKT-siz təsəvvür etmək mümkün deyildir. Bu sahədə təhsilimzdə bir sıra mühüm addımlar atılıb ki, bu da təhsilin gələcək inkişafına zəmin yaradır. İ.İsgəndərov bildirib ki,  dövlət proqramları çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilib, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunub. “2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinənternet) və İnternet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə “elektron məktəblayihəsi həyata keçirilməyə başlanmışdır. I-X siniflər üçün “İnformatikadərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanıb.Bir şagirdə bir kompüter konsepsiyasının reallaşdırılması məqsədilə İntel şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmişdir.Xalq kompüterilayihəsi çərçivəsində isə 7000 müəllim kompüterlə təmin olunub. Təhsilin informasiyalaşdırılması sahəsində Azərbaycan Təhsil Şəbəkəsinə (İnternet) və İnternet şəbəkəsinə əlavə 500 təhsil müəssisəsinin qoşulması və onların yüksək sürətli internetə çıxışının təmin edilməsi, 25 min nəfər pedaqoji, 4 min nəfər inzibati-idarəetmə və 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi, “bir müəllim-bir kompüter”, “bir şagird - bir kompüterlayihəsinin əhatə dairəsinin genişləndirilməsi, “Elektron məktəblayihəsinə əlavə məktəblərin cəlb edilməsi əsas perspektivlər kimi müəyyənləşdirilib.”

 

 

G.BÜNYADZADƏ

 

Paritet.- 2010.- 4-5 may.- S. 5.