Ordu quruculuğunda yeni mərhələ
“Ordu quruculuğu məsələləri
həmişə diqqət mərkəzindədir. Bu, bizim
üçün əsas məsələdir. Çünki
uzun illərdir, Azərbaycan torpaqları işğal
altındadır. İşğal bu gün də davam edir. Biz
elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə
gücləndirək”.Bu sözləri Azərbaycan prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
aprelin 23-də Müdafiə Nazirliyində keçirdiyi
müşavirədə deyib.
Dövlət
başçısı bu istiqamətdə çox
böyük işlərin, praktiki tədbirlərin
görüldüyünü vurğulayıb.
Azərbaycanda
modern ordu quruculuğunun əsası 1993-cü il noyabrın
1-də Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xalqa
tarixi müraciəti ordu quruculuğunda tamamilə yeni bir mərhələnin
başlanğıcını qoydu və bu işin elmi-təcrübi
əsaslar üzərində aparılmasına, vahid
komandanlıq prinsipinin həyata keçirilməsinə təkan
verdi. Bu tarixi müraciətdə
ulu öndər hamını bir
mərkəzdə - Müdafiə Nazirliyində birləşməyə
çağırırdı. Ümummilli liderimizin 1993-cü
il noyabr ayının 4-də Əfqanıstan
müharibəsi iştirakçılarının
könüllü cəbhəyə yollanmaq istəyən bir
qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən
birinin təlim mərkəzində şəxsi heyətlə
keçirdiyi görüşlər
orduda və ümumiyyətlə, ölkə gənclərində mənəvi
əhval-ruhiyyənin, hərbi vətənpərvərlik tərbiyəsinin
güclənməsinə böyük təsir göstərdi.
Milli Məclisin 18 noyabr 1993-cü il
tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri
müzakirə olundu. Ortaya çıxan kadr problemini aradan
qaldırmaq məqsədilə
MDB qoşun hissələrində xidmət edən azərbaycanlı
zabitlərin Vətənə qayıtmasına xususi diqqət
və qayğı göstərildi. Qısa müddət ərzində
ordu quruculuğunun qanunvericilik
bazası yaradıldı, konkret olaraq
Milli Məclis tərəfindən “Silahlı Qüvvələr
haqqında”, “Hərbi xidmət haqqında”, Müdafiə
haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və
s. qanunlar qəbul edildi. Ordu quruculuğu sahəsində
aparılan işlərin sistemləşdirilməsi, ordunun
vahid komandanlıq prinsipi əsasında
fəaliyyət göstərməsi qısa zaman kəsiyində
öz səmərəsini verdi: 1993-cü il dekabr
ayının 10-da Beyləqan istiqamətində hücuma
keçən düşmən ilk dəfə olaraq Silahlı
Qüvvələrimizin güclü müqavimətinə rast gələrək məğlubiyyətə
uğradı və 40 kilometrə
qədər geri çəkildi.
Analoji hal digər cəbhə bölgələrində də
təkrarlandı.
Beynəlxalq əlaqələr
Beynəlxalq əməkdaşlıq Azərbaycan
Silahlı Qüvvələrinin əsas inkişaf istiqamətlərindəndir.
Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələrinin
əsasında, heç şübhəsiz, dünyanın ən
güclü hərbi strukturu
sayılan NATO ilə əməkdaşlıq münasibətləri
dayanır. Azərbaycan Respublikası
ilə NATO arasında hərbi-strateji münasibətlər
1994-cü ilin mayında
Şimali Atlantika Şurası nəzdində “Sülh Naminə Tərəfdaşlıq”
proqramını qəbul etməklə
başlamışdır.1993-cü ilin 3-4 mayında
Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında
NATO “Sülh Naminə Tərəfdaşlıq” proqramının çərçivə
sənədini imzaladı. 1996-cı il 22 aprel tarixində elə həmin ünvana növbəti
səfəri zamanı Prezident Heydər Əliyev Baş katib
Xavyer Solana ilə
görüşərək, “Sülh Naminə Tərəfdaşlıq”
(SNT) proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq
üzrə respublikamızın tələbat və
potensialını müəyyən edən prezentasiya sənədini
təqdim etmişdir.
1997-ci
ilin 4-6 noyabrında Bakıda “Kooperativ Demand” adı altında
keçirilən komanda-qərargah təlimlərinin
hazırlıq seminarı SNT proqramı çərçivəsində
Azərbaycanda ilk beynəlxalq tədbir oldu. Azərbaycan
Silahlı Qüvvələrinin tərkibində Sülhməramlı
Qüvvələrin yaradılması da SNT proqramı ilə əlaqədardır.
Sülhməramlılarımız ilk dəfə 1999-cu ildə Kosovoda sülhü dəstəkləmə
əməliyyatında fəal iştirak etməyə
başlamışlar.
20
dekabr 2001-ci il tarixində BMT Təhlükəsizlik
Şurası Əfqanıstanda
terrora qarşı
mübarizə aparılması ilə bağlı məlum
qətnaməni qəbul etdikdən sonra Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə 20 noyabr
2002-ci ildə sülhməramlılarımız Təhlükəsizliyin
Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin
tərkibində əməliyyatlarda iştirak etmək
üçün Əfqanıstana yollandılar. 2003-cü ilin
mayında Prezident Heydər Əliyevin sülhməramlılarımızın
Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində
İraqa göndərilməsi üçün Milli Məclisə
məlum müraciətindən sonra hərbçilərimiz 15
avqust 2003-cü ildə deyilən ünvana yola
düşdülər. Onların xidmətinə verilən
yüksək qiymət, bir sıra orden və medallar, o cümlədən
mütəmadi olaraq Müdafiə Nazirliyinin ünvanına
göndərilən təşəkkür məktubları
sülhməramlılarımızın peşəkarlığından
xəbər verir.
Ümumiyyətlə,
Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə
hərbi əməkdaşlıq sahəsində əlaqələr
qurmuş, 20-dən çox ölkə ilə, o cümlədən
9 NATO dövləti ilə
100-dən çox ikitərəfli
müqavilə, saziş, memorandum və protokol
imzalamışdır. Analoji sənədlərin imzalanması
üçün bir sıra dövlətlərlə
müzakirələr aparılır. Silahlı Qüvvələrimizin
2000-dən çox nümayəndəsi hər il xaricdə və Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərdə iştirak edir. Bu gün NATO-nun qərargah
elementlərində xidmət edən zabitlərimiz etimadı
doğruldurlar. Azərbaycan Respublikası Prezidentinin müvafiq
fərmanı ilə bir çox ölkələrdə hərbi
attaşeliklərimiz, Avstriya və NATO-dakı missiyamızda
isə hərbi nümayəndəliklərimiz təsis
edilmişdir.
Hərbi təhsil
Məlum
olduğu kimi, 1997-ci ilədək Azərbaycan Silahlı
Qüvvələrinin hərbi təhsil ocaqları
keçmiş SSRİ-də mövcud olmuş sistemə
uyğun fəaliyyət göstərirdi. Orduda quruculuq işlərini
müasir tələblər səviyyəsinə
qaldırmağı daim diqqət mərkəzində saxlayan
ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə 1997-ci ildən kursantlarımız Şimali Atlantika Alyansına daxil
olan ölkələrdə qəbul edilmiş metodika əsasında
hərbi bilik və təcrübə qazanırlar. Bu da
Silahlı Qüvvələrimiz üçün daha
bacarıqlı, peşəkar və ümumi
hazırlığı yüksək olan zabit kadrların
hazırlanmasına şərait yaratmışdır. Hərbi
təhsil sistemində islahatların davamı olaraq
Çavuş Hazırlığı Məktəbi, Sülh
Naminə Tərəfdaşlıq Təlim Mərkəzi,
Simulyasiya Mərkəzi, Kompüterləşdirilmiş və
lazer sistemli poliqonlar
yaradılmışdır. Hərbi
təhsil ocaqlarında müasir standartlara uyğun yeni
proqramların tətbiq olunması ali hərbi məktəblərimizə
beynəlxalq marağın artması ilə müşayiət
olunmuşdur. Təsadüfi deyil ki, bu təhsil müəssisələrində
bir sıra xarici ölkələrdən gəlmiş gənclər
də hərb elminin sahəsinə həvəslə yiyələnirlər.
“Ali hərbi məktəblərdə təhsil sisteminin
yaxşılaşdırılması, peşəkarlığın
artırılması, sağlam mənəvi mühitin
yaradılması zabitlərimizin, Silahlı Qüvvələrimizin
rəhbərlərinin müqəddəs vəzifəsidir”, -
deyən ulu öndərimiz hələ 1971-ci ildə
C.Naxçıvanski adına Hərbi Liseyi yaratmaqla milli zabit
kadrların hazırlanması işinin əsasını
qoymuşdu.
Bu
işin uğurlu davamı kimi, 1999-cu ildə ölkə
başçısının müvafiq fərmanı ilə yaradılan Hərbi Akademiya hərbi
təhsil sahəsində yeni bir
səhifə açdı. Akademiya Silahlı Qüvvələr
üçün ali təhsilli komandir və qərargah zabitlərinin,
hərbi-elmi işçilərin hazırlanması, onların
ixtisasının artırılması, hərbi iş sahəsində
elmi tədqiqatların aparılması və dövlət
orqanlarında çalışan yüksək vəzifəli
şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi məsələlərin
öyrədilməsi kimi
mühüm və vacib bir vəzifəni uğurla yerinə
yetirir.
Hərbi səhiyyə
İlk
növbədə, onu vurğulamalıyıq ki, Silahlı
Qüvvələrin peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək məqsədilə
2000-ci ildə ölkə başçısının fərmanı
ilə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsi
yaradılmışdır. Bu fakültənin nəzdində
“İlkin ixtisaslaşma”, “Təkmilləşdirmə”
kursları da fəaliyyət göstərir ki, bu da kadr hazırlığı
işinin daha yüksək səviyyədə
aparılmasına şərait yaratmışdır.
22
iyun 2006-cı il tarixdə Mərkəzi Klinik Hospitalın cərrahiyyə korpusunun
açılışı ordumuzun həyatında ən əlamətdar
bir hadisə kimi yadda qalmışdır. MDB məkanında analoqu olmayan 300
çarpayılıq, 6 mərtəbəli cərrahiyyə
korpusunun ümumi sahəsi 14800 kvadratmetrdir. İyirmi altı
bölmədən və çoxsaylı yardımçı
otaqlardan ibarət olan bu korpusun 11 cərrahiyyə
otağında 14 izləyici kamera quraşdırılıb.
Müalicə müəssisəsi 7 böyük, 4 kiçik
tutumlu universal təcili tibbi yardım maşını ilə
təchiz edilib.
Ümumiyyətlə,
Mərkəzi Hərbi Klinik Hospital son illər ərzində əsaslı
təmir olunmuş, ən müasir tibbi avadanlıqlarla təchiz
edilmişdir ki, bu da daiqnostik məlumatların dəqiqliyini,
müalicənin düzgün aparılmasını, o cümlədən
xəstələrin normal şəraitdə müalicə olunmasını şərtləndirən
əsas faktorlardandır. Hərbi
tibb xidmətinin peşəkar mütəxəssisləri
hər il dünyanın müxtəlif aparıcı
klinikalarında təcrübə mübadiləsi aparır,
tibb elminin əldə etdiyi son yeniliklərlə yaxından
Döyüş hazırlığı
Bu
gün Silahlı Qüvvələrin
quruculuğu planlı surətdə davam etdirilir.
Qoşunların
döyüşə və səfərbərliyə
hazırlığı, kadrların və idarəetmə
orqanlarının
hazırlanması və yetişdirilməsi, maddi-texniki təminat
hazırlıq planı və
digər direktiv sənədlər əsasında gerçəkləşdirilir.
Silahlı Qüvvələrin bütün növlərində,
hərbi hissə və birləşmələrdə komanda-qərargah
təlimləri və real
döyüş şəraitinə
yaxınlaşdırılmış səhra təlimləri
planlı şəkildə həyata keçirilir,
qoşunların döyüşə və səfərbərliyə
hazırlığı daim yüksək səviyyədə
saxlanılır.
Ümumiyyətlə,
Azərbaycan Silahlı Qüvvələrinin döyüş
hazırlığı planı üzrə bütün təlimləri
NATO-nun döyüş hazırlığı sənədlərinə
uyğun keçirilir. Belə ki, hərbi hissələrdə
şəxsi heyətin döyüş
hazırlığı, idman və
fiziki hazırlıq işi və
s. NATO standartlarına
uyğunlaşdırılıb. Bu mənada mühüm
komandir-qərargah vəzifələrinə ali hərbi təhsilli,
mənəvi, fiziki və psixoloji cəhətdən
hazırlıqlı, döyüş təcrübəsinə
malik peşəkar zabitlərin təyin olunması daim diqqət
mərkəzində saxlanılır.
Hərbçilərin sosial müdafiəsi
“Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri haqqında” Azərbaycan Prezidentinin 23 yanvar
2006-cı il tarixli sərəncamı ilə hərbçilərimizin
vəzifə maaşları, dövlət icbari şəxsi
sığorta məbləği artırılmış, bu sənəd
onların güzəştli ipoteka kreditləri ilə təmin
olunmasına əsas vermişdir. Elə həmin il ölkə
Prezidentinin bilavasitə təşəbbüsü ilə bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
də edilmişdir. Bu dəyişikliklərə əsasən,
hərbi xidmətlə bağlı olan qanunlara bir sıra
ciddi əlavələr edilmişdir.
Belə
ki, hərbi qulluqçulara hər il növbəti məzuniyyətə
çıxarkən əlavə olaraq bir aylıq vəzifə
maaşı məbləğində pul təminatı verilir. Müvəqqəti
mənzil kirayəsi üçün hərbi qulluqçulara
hər ay konkret məbləğdə pul vəsaiti, onların
hər bir ailə üzvü üçün isə həmin
məbləğin 50 faizindən az olmayaraq kompensasiya ödənilir.
Hərbi qulluqçulara yaşayış sahələrinin, o
cümlədən xidməti mənzillərin tikintisi dövlət
büdcəsindən ayrılan vəsait hesabına həyata
keçirilir.
Ordu quruculuğu işinin dövlət
rəhbəri səviyyəsində prioritet elan olunması və
bu sahədə ardıcıl islahatların aparılması təkcə
Silahlı Qüvvələrimizin döyüş
hazırlığının yüksəlməsi ilə deyil,
həm də hərbi qulluqçuların sosial rifahının
yaxşılaşdırılması ilə müşahidə olunmuşdur. Son bir neçə
ildə hərbçilərimizə geniş
yaşayış sahəsinə malik yüzlərlə mənzillərin
orderləri paylanmış,
onların aylıq vəzifə
maaşları dəfələrlə
artırılmışdır.
Hərbi
qulluqçuların və onların ailə üzvlərinin mədəni
istirahətinin daha yüksək səviyyədə təşkili
üçün Goradildə
zabitlərin istirahət evi
istifadəyə verilmişdir. Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev vaxtilə
Naxçıvanda, Gəncədə və Tərtərdə
yerləşən hərbi hissələrə əsgəri qəhrəmanlıq,
mərdlik və şərəf rəmzi sayılan
Döyüş Bayrağını təqdim edərkən
orduya, onun şəxsi heyətinə qayğının bundan
sonra da dövlət rəhbərliyinin daim diqqət mərkəzində
qalacağını bildiribdir.
Şübhə
yoxdur ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti
dövlətin və xalqın etimadını doğruldacaq, həmişə
olduğu kimi bundan sonra da yüksək döyüş
hazırlığına yiyələnəcək və
torpaqlarımızın bütövlüyü naminə əlindən
gələni əsirgəməyəcəkdir.
İbrahim
RÜSTƏMOV
Paritet.- 2010.- 4-5 may.- S. 1;4.