Ölkənin
inkişafında sahibkarların rolu artır
İlham Əliyev: "Azərbaycanda sahibkarlıqla bağlı vəziyyət çox yaxşıdır"
Son illər
ölkə iqtisadiyyatının
inkişafı iqtisadiyyatın
bir çox sahələrinin,
o cümlədən
sahibkarlığın inkişafı
üçün geniş
imkanlar açıb. Dövlət təərfindən həyata keçirilən
uğurlu iqtisadi siyasətin nəticəsində bu sahədə
mühüm nailiyyətlər əldə edilib,
sahibkarlığın inkişafı sürətlənib,
regionlarda yeni müəssisələr yaradılıb, minlərlə
yeni iş yerləri açılıb, əhalinin məşğulluq
səviyyəsi yüksəlib. Sahibkarların investisiya layihələrinin
güzəştli qaydada kreditləşdirilməsi, eləcə
də onların maarifləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər də bu məqsədə
xidmət edir.
Qeyd
edək ki, 1991-ci ildə Azərbaycan öz dövlət
müstəqilliyini elan etdikdən sonra ölkənin müstəqillik
əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə
keçid, özəl sektorun yaradılması və
inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli
maliyyə dəstəyi verə biləcək milli maliyyə
qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən
biri kimi qarşıya çıxdığı bir zamanda
1992-ci il 12 oktyabrda "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin
təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən
kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti
hesabına güzəştli kreditlər verəcək ilk
maliyyə qurumunun əsası qoyulub və bu qurumun fəaliyyəti
ilə bağlı lazımi tədbirlər görülməsi
Nazirlər Kabinetinə tapşırılıb.
Prezident
İlham Əliyevin "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" 2007-ci il 30 aprel tarixli fərmanı
isə sahibkarlığın inkişafına yeni imkanlar
açıb. Sahibkarlıq fəaliyyətinin inkişafına
yönəlmiş mühüm tədbirlərdən biri kimi
prezidentin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin
"bir pəncərə" prinsipi üzrə təşkilinin
təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25
oktyabr tarixli sərəncamı ilə 2008-ci il yanvarın 1-dən
etibarən vahid dövlət qeydiyyatının tətbiq
olunmasını göstərmək olar. Eyni zamanda
sahibkarlığın davamlı inkişafının təmin
edilməsi məqsədilə "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı dövlət
proqramının (2008-2013-cü ilər)" layihəsinin
hazırlanması da xüsusi qeyd olunmalıdır. Layihədə
sahibkarlığın dövlət tənzimlənmə
mexanizmlərinin təkmilləşdirilməsi,
sahibkarlığın infrastruktur, informasiya, məsləhət
təminatı səviyyəsinin yüksəldilməsi və
kadr hazırlığının təkmilləşdirilməsi,
sahibkarlığın maliyyə təminatının gücləndirilməsi
və digər məsələlər öz əksini
tapıb.
Bundan
əlavə regionların sosial-iqtisadi inkişafı ilə
bağlı həyata keçirilən dövlət
proqramlarında sahibkarlıq subyektləri ilə bağlı
çox geniş və əhatəli tədbirlər öz əksini
tapıb. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin
icrası isə sahibkarlıq sektorunda intensivliyin daha da
yüksəlməsinə səbəb olub. Bunun nəticəsidir
ki, 2004-2009-cu illərdə sahibkarlığa
başlayanların sayı 3 dəfə yüksəlib. 2008-ci
ilin yanvar ayının 1-dən "bir pəncərə"
sisteminin tətbiq olunması isə sahibkarların
sayının daha da artmasına əlverişli zəmin
yaradıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən
çox sahibkarlıq subyekti qeydiyyata alınıb.
Azərbaycan
hökumətinin son illərdə sahibkarlara maliyyə dəstəyini
gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə
əlverişli imkanların yaradılması 2009 və 2010-cu
ilin ötən dövrü ərzində təqdim olunan investisiya
layihələrinin sayının əhəmiyyətli dərəcədə
artmasında da özünü göstərir.
Sahibkarlığın
inkişafına öz diqqət və qayğısını əsirgəməyən
prezident İlham Əliyev bu sahənin inkişafı
üçün zəruri olan addımların
atılmasının vacibliyini dəfələrlə öz
çıxışlarında qeyd edib. Dövlət
başçısı aprelin 29-da Salyan rayonuna səfəri
zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə ölkədə sahibkarlığa
dövlət tərəfindən dəstək göstərildiyini
xüsusi vurğulayıb: "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası nəticəsində
sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən
ölkəyə qoyulan investisiyaların həcmini
artırırlar. Bu da çox müsbət haldır. Çox
şadam ki, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti
yerli mənbələr hesabına təmin edilir. Əvvəlki
illərdə biz daha çox xarici investisiyalardan asılı
idik. Bu gün bu asılılıq minimum səviyyəyə
enibdir. Yəni Azərbaycanda artıq böyük maliyyə
imkanlarına malik olan sahibkarlar sinfi yaranıb. Ölkədə
yaranan şərait onları da iqtisadiyyata sərmayə
qoymağa daha da sövq edir. Bu, çox müsbət
haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan
iqtisadiyyatına, yerli istehsala qoyulur. Əvvəlki illərdə
daha çox idxaldan asılı idik. Bu gün isə biz ixrac
edirik. İndi xaricə nəinki meyvə-tərəvəzi,
digər məhsullar da göndəririk. Ona görə ki, Azərbaycanda
sahibkarlıqla bağlı vəziyyət çox
yaxşıdır. İldən-ilə həm sahibkarların
imkanları artacaq, həm də onların ölkə
iqtisadiyyatına qoyduqları vəsaitin həcmi artacaq. Nəzərə
alsaq ki, dövlət öz tərəfindən kreditlər,
subsidiyalar şəklində maliyyə dəstəyini göstərir,
bu sahədə inkişaf uğurlu olacaq".
Qeyd
edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
artıq neçə ildir ki, sahibkarlara güzəştli
şərtlərlə kreditlər verilir. Verilən kreditlər
isə yeni-yeni istehsal müəssisələrinin
yaradılmasına, yeni-yeni iş yerlərinin
açılmasına şərait yaradır. Bunun nəticəsində
də həm ölkə iqtisadiyyatı inkişaf edir, həm
də əhali işlə təmin olunur. Nəzərinizə
çatdıraq ki, təkcə keçən il adıçəkilən
Fondun vəsaitləri hesabına respublikamızın 55 şəhər
və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya
layihəsi maliyyələşdirilib və onlara 130 milyon manat
məbləğində güzəştli kreditlər verilib.
Cari ildə isə fondun vəsaitləri hesabına 2000-dən
çox sahibkara kredit verilməsi nəzərdə tutulur.
Bundan başqa, dövlətin digər maliyyə mənbələri,
eləcə də maliyyə-kredit təşkilatlarının,
bankların, Kənd Təsərrüfatı üzrə Kredit
Agentliyinin və digər qurumların güzəştli şərtlərlə
verilən kreditləri hesabına yüzlərlə
sahibkarın maliyyə təminatı
yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə
sahibkarların fəaliyyətinin daha da
stimullaşdırılması üçün davamlı tədbirlər
həyata keçiriləcək.
B.CAHANDAROV
Paritet.- 2010.- 4-5 may.- S. 3.