Valideyn-məktəb
əməkdaşlığı regionlarda daha
yaxşıdır
“Elə məsələlər var ki, məktəb ailəsiz, ailə məktəbsiz həll edə bilməz”
Bu
gün Avropa
ölkələrinə
geniş inteqrasiya gedən
bir dövrdə yeni nəslin
tərbiyəsində
milli dəyərləri
saxlamaqla müasirliyə
qovuşdurmaq istiqamətində
tərbiyə etmək, onları
gələcək
üçün layiqli
vətəndaş
yetişdirmək
heç də asan
deyil. Təbii
ki, azyaşlıların, yeniyetmələrin
tərbiyəsində
ailə və təhsil
ocağı bir- biri
ilə sıx
vəhdətdə
olmaqla böyük
bir yükü
üzərinə götürür. Bu
gün valideynin,
məktəbin
uşaqların
tərbiyəsində,
təhsilində rolu
barədə Azərbaycan
Milli Müəllim
Valideyn Assosiasiyasının
icraçı direktoru Təranə
Şərifova ilə həmsöhbət
olduq. İlk olaraq
Təşkilat haqqında
məlumat aldıq.
- Təşkilatımız
2003-ci ildə Təhsil
Nazirliyi və YUNİSEF
in dəstəyi
ilə yaranıb. Biz
öncə Azərbaycanın
bir neçə regionunda valideyn-məktəb
əlaqəsi
ilə bağlı
sorğular apardıq, ictimai
reydlər keçirdik.
Belə bir fakt
aşkarlandı ki, bu
əlaqə
çox zəif
formadadır. Bunun nəticəsində
bu təşkilatın
yaranma zərurəti
meydana çıxdı. Həmin
ildə təşkilat
Ədliyyə
Nazirliyi tərəfindən
rəsmi olaraq
qeydiyyata alındı.
Bu gün
isə təşkilat bir neçə
dövlət
qurumlarının
şuralarının
üzvüdür. Eləcə
də təşkilat
Ədliyyə
Nazirliyinin Şurasının
üzvüdür.
Çünki bu gün
biz uşaq
tərbiyə müəssisəsində,
3 nömrəli
təcridxanada uşaqlarla,
qadın həbsxanalarında
analarla işləyərək
onların təhsili,
problemləri ilə
tanış oluruq. Amma
bu gün
bizim əsas istiqamətimiz
təhsil və uşaq
hüquqlarıdır. Bizim
assosiasiya özündə
həm müəllim,
həm valideyn,
həm də uşaqları
birləşdirir. Əsas işimizi
ailələrin
məktəblərə
cəlb olunması
istiqamətində qurururq.
Bir neçə beynəlxalq
təşkilatlarla işləyirik.
Onlardan ən sıx
əlaqədə
olduğumuz təşkilat
YUNİSEF -dir.
Hazırda YUNİSEF-
in 2005-ci
ildən respublikada başlayan “Məktəb
uşağın
dostudur” layihəsi
inkişaf mərhələsindədir.
Bu layihə artıq
dövlət
proqramı səviyyəsinə
yüksəldilir.
Keyfiyyətli təhsil,
məktəbdə
sağlam mühitin
qurulması, məktəbə
ailələrin
cəlbi, uşaq
hüquqlarının
qorunması kimi komponentləri
özündə cəmləyən
bu layihənin
2015-ci ilə qədər
Azərbaycanda olan
4500 məktəbdən
heç olmasa yarısını
əhatə etməsi
gözlənilir.
-Bu gün
təhsilimizin səviyyəsi, keyfiyyəti
haqqında müxtəlif
birmənalı olmayan
fikirlər mövcuddur.
Siz necə hesab
edirsiz?
-Əfsus
ki, bu gün
cəmiyyətdə
təhsilə münasibət
çox neqativdir. Nə
qədər
desələrdə
ki, təhsil
aşağı səviyyədədir,
təhsildə neqativ
hallar var, biz
unutmamalıyıq
ki, bizim yüksək
nailiyyətlər
qazanmış şagirdlərimiz
var. Onlar bu nailiyyətləri
bizim müəllimlərin,
bizim məktəblərin
hesabına qazanıblar.
Təhsil Nazirliyi durmadan bu
sahədə yeni
islahatlar aparır. Dünənki
məktəblə
bugünkü məktəbin
arasında sözsüz
ki, fərq var. Bu fərqi
görməyən
adamlar isə təhsilin nüfuzunu
aşağı salmağa
çalışırlar. Dünən
primitiv məktəblə
bugünkü müasir
məktəbin
arasındakı fərq
hələ tədricən
üzə çıxır. Təhsildən
danışdıqda
yaddan çıxarmamalıyıq
ki, təhsildə
təkcə məktəb
yox, ailə də
iştirak edir.
Keyfiyyətli təhsil
üçün ailənin
də rolu az
deyil.
- Valideynlərin məktəblə
əməkdaşlığı
hansı səviyyədədir?
-Bizim 4500 məktəbimiz
var ki, artıq
yarısına
yaxın məktəbdə
assosiasiya yaranıb. Deyə
bilərəm
ki, fəaliyyət
göstərən
assosiasiyalarımızda
bu iş daha
yüksək
həyata keçirilir.
Məsələn, Masallıda
bir kənd
məktəbində
bizim yaxşı bir
müəllim valideyn assosiasiyası var.
Həmin məktəbin
də müəyyən
istilik, işıq
problemləri var.
Lakin oradakı valideynlər
məktəbin
həyətyanı
sahəsində kiçik
təsərrüfatla
məşğul olmaqla
özləri məktəbin
idarə olunmasında,
onun problemlərinin
həll olunmsında fəal
iştirak edirlər. Təbii
ki, bu da
onların övladlarının
sağlam təhsil
almasına xidmət
edir.Onlar həmçinin
yaxşı oxuyan şagirdləri
hansısa kiçik
hədiyyələrlə,
gəzinti ilə
mükafatlandırmaqla
uşaqlarda stimul,
həvəs
yaradırlar. Kənd
yerlərində böyüyə
hörmət,təlim
tərbiyə də
başqa səviyyədədir.
Həmin məktəblərin
yaxınlığında
siqaret çəkən
uşağa
rast gəlmək
olmaz. Həmçinin
kiçik bir
zona olduğu
üçün müəllimlərlə
valideynlər tez
tez qarşılaşırlar. Paytaxtda isə
valideynlərin əksəriyyəti
işlədiyi
üçün məktəbə
çox gəlməyə
vaxt tapmırlar.
Həmçinin
böyük
şəhərdə çətin
tərbiyə olunan,
uğursuz ailələrin
uşaqları da
çoxdur ki, bu
da müəyyən
problemlər yaradır. Lakin
şəhər məktəblərində
valideynlər məktəblərin
elektron poçtlarından,
sms xidmətlərindən
istifadə edə bilirlər.
-Bu istiqamətdə
assosiasiya hansı fəaliyyəti
göstərir?
- Biz
maarifləndirmə işlərinə
çox üstünlük
veririk. Biz
valideynlərlə, müəllimlərlə
psixoloji xidmətləri
qururuq. İstər
valideynlərə, istər
müəllimlərə
aşılamağa
çalışırıq
ki, hər
bir uşağa
fərdi yanaşmaq
lazımdır. Çalışırıq
ki, valideynlərlə
müəllimlərin
əməkdaşlığını
təmin edək,
çünki uşağın
hər hansı
bir probleminin həllində
bu iki tərəfin
mühüm
rolu vardır. Elə
məsələlər
var ki, məktəb
ailəsiz, ailə məktəbsiz
həll edə
bilməz. Baxın
hələ də
valideynlər barışa
bilmir ki, bu
vaxta qədər
buraxılış imtahanlarında 4 fənndən
imtahan vermiş övladları
indi 8 fəndən
imtahan verəcək. Valideynlər
artıq il
keçdikcə bunu
müsbət
hal kimi qəbul
edirlər. Onlarla
mütəmadi
olaraq iş aparırıq. Eləcə
də birinci siniflərdə
hardakı kurrikulum tətbiq
olunur, əvvəllər
valideyn bilmirdiki məktəbdən
sonra övladına
evdə dərslərində
necə kömək
etsinlər. Biz
maarifləndirmə çərçivəsində
bunu da həyata
keçiririk.
-Bu gün
məktəblilərin
intiharı artır. Sizcə
bunun əsas səbəbləri
nədədir?
-Gəlin,
intiharı təhsillə
bağlamayaq. Uşaq
birinci sinifdə oxuyur.
Valideyn övladının
yanında dəfələrlə
təkrar edir
ki, o müəllim
yaxşı deyil, sənin
səviyyənə
layiq deyil, sənə
daha savadlı müəllim
lazımdır. Belədə
həmin azyaşlı
bildirir ki, mən
artıq məktəbə
getməyəcəyəm, o
müəllimi sinifdən
çıxartmasalar, özümü
öldürəcəyəm. Daha
sonra intiharların
sayı ona görə
çoxalır ki, valideynlər
övladlarının
problemlərindən
xəbərdar
olmurlar.. Ailədə
gərgin psixoloji durum olduqda
bu da uşaqların
intiharı ilə nəticələnir.
Əgər intiharlarda
10 faiz məktəbin
rolu varsa, 90 faiz ailələrin
rolu var. Heç
bir uşaq
özünü məktəb
də asmır.
İmişlidə uşaq
qoyun otaranda özünü
asıb. Digər
biri 3 yaşlı
bacısının
yanıda özünü
evdə öldürüb. Buuna
erkən nikahlar da təkan
verir. Deməzdim
ki, bu problem
yalnız cənub
zonasındadır.
Şəhərin mərkəzində
olan məktəblərdə yetkinlik yaşına
çatmış qızlarımız
təhsildən
azad edilir. Erkən
yaşda nikaha
məcbur edilən
qızlarımız
bəzən
çıxış yolunu intiharda görür. Digər
tərəfdən
valideynlər özləri
uşaqlarının
qapalı olmasına
şərait yaradırlar.
Belə ki, onların
məktəbdən
uzaqlaşdırılarkən
tək repititor yanında təhsil
alması uşaqlarda
özünə qapalılıq, dostlarından,
cəmiyyətdən
məhrum olmaya
gətirib çıxarır
ki, bu
da onların
psixologiyasında iz
buraxır.
-Bəzən
hesab edirlər
ki, şagirdlər
arasında maddi baxımdan ayrı -seçkilik,
sinifdə pul yığdıqda
onu verə bilməyən
şagird xəcalət
çəkdiyi üçün
buna əl atır...
- Şagirdlərin
müxtəlif
bahalı libaslarda dərsə
gəlməyinə
görə yaranan
ayrı seçkiliyi
deyirsinizsə,bu artıq
həll olunub,
bütün
məktəblər
vahid məktəbli
formasına keçib. O
ki qaldı məktəblərdə
pul yığmalara
, bu məcburi
olmayan hallardır. Biz
8 mart ərəfəsində
məktəblərin
həyətlərində
valideynlərlə sorğu
aparmışdıq. Müxtəlif
miqdarda (10,20,50 manat) pul
yığdıqlarını
deyən valideynlər
oldu. Lakin onlar
onu da bildirdilər
ki, bu pul
tam könüllü
olaraq yığılır. Digər
səbəblərdən
sinifdə yığılan
pullar isə bilmək
lazımdır
ki, onların
uşaqları
üçündür. Biz
bu gün
keyfiyyətli təhsildən danışırıqsa
bilməliyik ki, Azərbaycan
məktəbi
bu gün Avropa məktəbinə
doğru gedir
və uşaqlar
da orda olan
şəraiti istəyirlər. Bunun
üçün də
nələrsə
etməyə dəyər. Valideyn fikirləşməlidir
ki, verdiyim bu
kiçik məbləğ
heç bir bir
müəllimin, direktorun maddi vəziyyətini
yaxşılaşdırmır. Bu
yalnız onun
uşağının
təhsil şəraitinin yaxşılaşdırılmasına
xidmət edir.
-Məktəblərdə
psixoloq ştatı, onların
fəaliyyəti
barədə nə
deyə bilərsiz?
- Təəssüf
ki, məktəblərdə
psixoloqların fəaliyyəti, sayı
ürəkaçan
deyildir. Onların
bəziləri
heç xüsusi
psixoloq təhsili
almış mütəxəssislər
deyil. Hanısa
kursları bitirib fəaliyyət
göstərənlərdir.
Hansı məktəblərdə
psixoloji xidmətlər
lazimi səviyyədə
aparılır
orda təhsil
də, tərbiyədə
yüksəkdir.
Amma bu xidmət
zəif olan
məktəblərdə
mühit çox
gəırgin olur.
- “SMS gündəlik”
layihəsi həyata
keçirirsiz. Hazırda
bunun töhfəsi
necədir?
-Bu
yaxşı bir layihədir.
Amma mənim
fikrimcə əyani ünsiyyətin
yerini heç nə
verə bilməz. Bizdə sinif
iclasları var. Lakin
mən xaricdə belə
praktikanı görməmişəm. Orada
bir gün
müəllim həsr
edir valideynlərlə
fərdi görüşlərə.
Bu, daha yaxşı
nəticə verir. “Sms gündəlik”
layihəsinin də
müsbət
cəhəti
odur ki, işdə
olan valideyn hər
an uşağından
məlumat almış
olur. Bu layihə
hələ özünün
ilkin mərhələsində
olsa da hesab
edirəm ki, gələcəkdə
çox məktəbləri
əhatə
edəcək.
-Assosiasiyanın
qarşıda yeni
planları, layihələri
varmı?
-Biz YUNİSEF
-lə artıq
2010-cu il üçün “Müəllim
Valideyn Assosiasiyalarının
inkişafı” layihəsinə
maydan strat vermişik, xarici
ekspertlər gəlir.
Regionlara səfərlər
edirik. Məqsədimiz
bu işin
inkişafına
xidmət edən
yeni mexanizmləri
taparaq inkişaf
etdirməkdir. Bundan
əlavə
biz maarifləndirmə
işlərini
də davam etdirəcəyik.
Uşaqların
sağlamlıqları
üçün müəyyən
maarifləndirmə kampaniyalarına
başlayacağıq.Qışda
qripə qarşı maarifləndirmə
apardıq.Eyni
zamanda bizim
təşkilat Azərbaycanın
Uşaq Hüquqları
üzrə Qeyri Hökümət
Təşkilatının
Alyansının
üzvüdür. Beş
ildən bir
Azərbaycanın BMT-yə uşaq
hüquqları üzə
hesabatın yazılmasında
biz də iştirak
edirik və təhsil
sahəsində aparıcı
təşkilatıq.
G.BÜNYADZADƏ
Paritet.-2010.- 6-7 may.- S. 8.