Gənclər
ölkəmizin nurlu sabahı və gələcəyidir
“Tariximizi unutmayaq” adlı layihəmiz
regionlarımızıda əhatə edir”
Son illər
Azərbaycan gənclərinin
ölkənin ictimai-siyasi
həyatında
fəal olduğunu
və rəhbəri
olduqları gənclər
təşkilatları tərəfindən
intensiv olaraq biri-birindən
maraqlı layihələr
həyata keçirdiklərini
görürük. Bu cür
fəal gəncliyin
çalışdığı Tələbə
Gənclər
Təşkilatları da
biri-birindən maraqlı
layihələr
həyata keçirirlər. Belə ki, bu
günlərdə
“Tariximizi unutmayaq” adlı
layihəyə start
verən və
bundan başqa
bir neçə maraqlı
layihələr
həyata keçirən
Azərbaycan Beynəlxalq
Universitetinin Tələbə
Gənclər
Təşkilatının
sədri Rahil
Şükürovla həmsöhbət
olduq və bizi
maraqlandıran sualları
bir fəal
gənc kimi
ona ünvanladıq.
-Artıq
neçə ildir ki, ictimai
fəaliyyətlə məşğulsunuz?
-Mütəmadi
olaraq, son iki ildə
ictimai fəaliyyətlə
məşğulam. Eyni
zamanda iştirak etdiyim və aparıcısı
olduğum çoxsaylı tədbirlərdə Tələbə
Gənclər
Təşkilatı adından
çıxış edirəm.
-TGT olaraq
hansı layihələri
həyata keçirmisiniz?
- Biz Bakı Şəhər
Gənclər
və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər
və İdman İdarəsi
və “Təkan”,
“İrəli” birlikləri
ilə bir çox
layihələr
həyata keçirmişik. Hətta
regionlarla da bağlı
layihələrə
start vermişik. Artıq regionlarla bağlı
olan layihələrin
bir hissəsini
həyata keçirmişik
və bir hissəsini
də keçirəcəyik.
-Gənclərlə
mütəmadi
əməkdaşlıq
edirsiniz maraqlı olardı
bilmək ki, bu
gün gənclər
daha çox nə
ilə maraqlanır
və problemləri
nədir?
-Gənc
olduğumdan və
gənclərlə
daim işlədiyimdən
deyə bilərəm
ki, bu gün
gəncləri
daha çox sağlam
həyat tərzi
və mükəmməl təhsil
düşündürür.
O
ki qaldı gənclərin
probleminə, etiraf etmək
lazımdır
ki, bugünkü gəncliklə
bağlı nailiyyətlərimizlə
yanaşı, problemlərimizdə
vardır. Hazırda bəzi gənclərimiz
öz vaxtlarını
insan həyatı
üçün zərərli
olan vərdişlərə sövq
edirlər. Məncə bu, hal
bu gün
gənclərin
başlıca
problemidir. Regionlarda isə
gənclərin
əsas
problemi asudə vaxtlarının təşkil
olunmamasıdır. Bu
istiqamətdə regionlardakı gənclərin probleminin həllinə
keçirdiyimiz tədbirlərlə
kömək
etməyə çalışırıq.
-Xarici ölkələrdə
yaşayan azərbaycanlı
gənclərlə
əlaqələriniz
varmı?
- Məlumat
üçün bildirim ki, təhsil
aldığım ali
təhsil müəssisəsinin Birləşmiş
Ərəb Əmirliklərində
və Moskvada filialları mövcuddur.
Bunun üçün də
xarici tələbələrlə əlaqə saxlamaq bizim üçün
çox asandır
və bu qarşılıqlı surətdə
davam edir.
- Bildiyimə görə,
təşkilatınız
tərəfindən “Tariximizi unutmayaq “ adlı
layihəyə start verilib.
Bu layihə
çərçivəsində
nələr
etmisiniz?
- Bəli, artıq
biz “ Tariximiz unutmayaq”
adlı layihəyə start vermişik. Bu
layihəni ilkin
olaraq Qəbələ
rayonunda F.Həmidov
adına Bunud
kənd orta
məktəbində
başlamışıq. Lakin
bu layihənin davamı olaraq
Qəbələ
rayonunun bütün
kənd orta
məktəbində həyata
keçirməyi
nəzərdə
tutmuşuq.
-TGT gənclərdə
vətənpərvərlik
ruhunun artırılması
üçün hansı
işləri
görür?
-
Mən hərbi
xidmətdə olduğum üçün, bu sahəyə marağım daha
çoxdur. Bu günün tələbəsi, sabahın əlində
silah Vətən
keşiyində dayanan əsgəridir.
Gənclərin vətənpərvərlik ruhunun
yüksəldilməsi ilə bağlı Universitetimizdə
bir neçə klublar fəaliyyət
göstərir. Ancaq yaxın gələcəkdə
bu istiqamətdə də layihələr həyata keçirməyi
planlaşdırırıq.
-BŞGİBİ ilə
birgə daim bir sıra layihələrdə iştirak etmisiniz?
-
Digər dövlət qurumları ilə yanaşı, biz Tələbə
Gənclər Təşkilatı olarq BŞGİBİ ilə
birgə sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi,
2009-cu il ölkə
prezidenti tərəfindən “Uşaq ili” elan olunmuşdu.
BŞGİBİ bu fərmanı əsas tutaraq Bakı şəhərinin
11 rayonunda silsilə
tədbirlər həyata
keçirib. Bu tədbirlərin həyata keçirilməsində mən və həmkarım
Aytən xanım yaxından iştirak etmişik. Bundan başqa bir sıra layihələrimizində
gerçəkləşməsində Baş idarə bizə
dəstək olur.
-
Gənclər arasında hansı intellektual oyunlar və yazı
müsabiqələri keçirmisiniz?
-
Ümummilli lider Heydər Əliyev irsinin gənclər arasında təbliği məqsədi ilə Universitetin fakültələri
arasında “ Mən fəxr edirəm ki, Mən Azərbaycanlıyam” adlı inşa müsabiqəsi keçirilib.
Bununla yanaşı, qan yaddaşımız olan Xocalı faciəsinə həsr olunmuş “Xocalı
harayı”adlı yazı müsabiqəsi keçirilib.
Müsabiqələrin nəticələri Binəqədi rayon
Gənclər və
İdman İdarəsi tərəfindən
mükafatlandırılıb.
-Gənclər
arasında narkomanlıq və digər neqativ halların aradan qaldırılması ilə
bağlı hansı işlər görmüsünüz?
-Gənclər
arasında sağlam həyat tərzinin təbliğ edilməsi,
hüquq pozuntuları, narkomanlıq və digər neqativ
halların aradan qaldırılması məqsədi ilə “Gənclər
narkotikə yox deyir” mövzusunda
maarifləndirici konfrans
keçirilib və bu davamlı şəkildə
aparılır.
-Yaradıcı
və istedadlı gənclərin aşkar olunması ilə
bağlı hansı işləri
həyata keçirmi-siniz?
-Bu
sahədə uğurlarımız böyükdür. Bizim
bugünkü gənclərimiz istər rayon, istər
respublikada keçirilən festivalların və
yarışların qalibləridirlər.
Bu sahə ilə
bağlı bizdə xüsusi dərnəklər və
klublar fəaliyyət göstərir.
-Bir
azərbaycanlı
kimi Azərbaycan gənclərini necə görmək istərdiniz?
-Azərbaycan
gənclərini, savadlı, öz tarixinə və
keçmişinə, adət-ənənələrinə sadiq
olan, sağlam və həmişə öz sözünü deyə
bilən bir gənc kimi görmək istəyirəm.
Məlumat üçün bildirək ki, Rahil
Şükürov Qəbələ rayonunun Bunud kəndində
anadan olub. İlk təhsilini Qəbələ
rayon F.Həmidov adına Bunud kənd orta məktəbində
alıb. Hərbi xidməti
bitirdikdən sonra müxtəlif peşə strukturlarında
çalışıb. Hazırda Azərbaycan Beynəlxalq Universitetinin tələbəsidir.
Respublikamızın ictimai həyatında çox fəallıq
göstərir və bu səbəbdən də
mükafatlandırılıb. Belə ki, o, 2009-cu
Gənclər və İdman Nazirliyi(GİN) tərəfindən təşkil
olunmuş “Liderlik Nüfuz və Təşkilat Quruculuğuna
giriş” mövzusunda təlimlərdə bütün testlərdən 80 faiz və daha
yüksək bal
topladığına görə sertifikatla tərtib olunub. Eyni
zamanda həmin il GİN və Təxris Olunmuş Hərbiçilər
Gənclərin Maarifləndirmə ictimai birliyi ilə birgə təşkil etdiyi gənclərin hərbi Vətənpərvərlik düşərgəsində
iştirak etdiyinə görə xüsusi sertifikatla təltif
olunub. Ötən il “Dövlət
Gənclər siyasətinin həyata keçirilməsində
yaxından iştirak etdiyinə və təhsildə fərqləndiyinə
görə”, Bakı Şəhər
Gənclər və İdman Baş
İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.
Eyni zamanda sözügedən
idarə tərəfindən keçirilən ilin yekunları ilə bağlı
tədbirdə “ Yaxşıların yaxşısı”, “ 2
fevral gənclər günü” münasibəti ilə
Bakı şəhərində
yerləşən ali təhsil müəssisələrinin
Tələbə Gənclər Təşkilatları
arasında keçirilən Bolinq turnirində II yer
tutduğuna görə diploma
layiq görülüb.
Bu
il isə R.
Şükürov “2 fevral Azərbaycan Gənclər günü” münasibətilə ilə təhsildə əldə
etdiyi nailiyyətlərə görə Binəqədi rayon
İcra Hakimiyyətinin
başçısı tərəfindən fəxri fərmanla təltif
olunub. Eyni zamanda o, Gənclər və İdman Nazirliyi və “İrəli”
ictimai birliyi tərəfindən Oğuz və Bakı şəhərində
təşkil olunmuş “Gənc liderlər
üçün qış
Universiteti” layihəsində iştirak etdiyinə görə,
diplomla təltif olunub. Hazırda “İrəli” və
“Təkan” ictimai birliklərinin üzvüdür.
G.ASIFQIZI
Paritet.- 2010.- 6-7 may.- S.9.