Erməni
vandalizmini ifşa edən faktlar
Qarabağ abidələrinin ermənilərə aid olmadığını onların özləri də etiraf edirlər
Hər
bir ölkənin
tarixi keçmişi
onun tarixi mədəniyyət
abidələrinin
varlığı ilə öyrənilir.
Bu baxımdan
da böyük
tarixə malik olan
ölkəmizdə zəngin
mədəni
tarixi abidələr
mövcuddur. Bu abidələrin öyrənilməsi və qorunaraq gələcək
nəsillərə çatdırılması olduqca vacib bir məsələdir.
Erməni
işğalçılarının Azərbaycana təcavüzü
nəticəsində mədəniyyət mərkəzimiz olan
Qarabağ işğal olunduqdan sonra bu ərazidə olan tarixi
memarlıq abidələrimiz işğal altında qalıb,
tarixi mədəniyyət muzeylərimiz isə öz fəaliyyətini
dayandırıb. Digər tərəfdən də erməni
işğalçılarının Azərbaycana təcavüzü
nəticəsində Qarabağ vətəndaşları ilə
yanaşı onun tarixi mədəniyyət və memarlıq
abidələri də terrora məruz qalıb. Belə ki,
torpaqlarımızın işğalından sonra bu ərazilərdə
olan bir çox tarixi memarlıq abidələrimiz
dağıdılıb, bəzilərini də öz
adlarına çıxmaq məqsədilə onların üzərində
dəyişikliklər apararaq dünyaya erməni abidələri
kimi təqdim etməyə başlayıblar. İşğal
altında olan rayonlarımızın tarixi mədəni abidələrinin,
muzey eksponatlarının şəkillərini Qarabağla
bağlı saytlarda yerləşdirir, nəşr etdikləri
kitablarda və CD-lərdə həmin abidələrin onlara məxsus
olması ilə bağlı geniş təbliğat işi
aparırlar. Məhz bu problemlərin qarşısını
almaq və dünya ictimaiyyətinə həmin abidələrin
Azərbaycan xalqına məxsus olmasını sübut etmək
məqsədilə Sağlam İnkişaf və Maarifləndirmə
İctimai Birliyi keçən il Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Qarabağ abidələri: dünən, bu
gün" adlı layihə həyata keçirib və bu
istiqamətdə fəaliyətini bu gün də davam etdirir.
Birliyin sədri Anar Xəlilov qəzetimizə müsahibəsində
bildirib ki, layihənin əsas məqsədi Qarabağın
tarixi memarlıq və mədəniyyət abidələri
haqqında dünya ictimaiyyətinə dolğun və
geniş məlumat verməkdən ibarətdir: "Ermənilər
tək bizə qarşı deyil, həm də abidələrimizə
qarşı geniş terror siyasəti həyata keçirirlər.
Onlar saytlarında Azərbaycan abidələrini öz abidələri
kimi təqdim edirlər. Bunu nəzərə alaraq qərara gəldik
ki, ermənilərin saxtakarlığını ifşa etmək
üçün layihə həyata keçirək.
İşğal olunmuş rayonların mədəniyyət və
turizm idarələrinə müraciət etdik və onlardan
çoxlu sayda materiallar əldə etdik. Bütün bu
materialları ümumiləşdirərək bir yerə
yığmaq qərarına gəldik və ilk olaraq Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə
üç dildə (Azərbaycan, ingilis və rus)
www.karabakhmonuments.az saytını hazırlayıb istifadəyə
verdik. İndiyə kimi saytın təqdimatanı keçirməsək
də, yüz minlərlə insan sayta daxil olaraq orada yerləşdirilmiş
materiallarla tanış olurlar. Saytda işğal olunmuş
rayonlardakı abidələrlə bağlı yazılı məlumatlar,
iki minə yaxın şəkil, eləcə də bir
neçə video lent yerləşdirilib".
A.Xəlilov
layihə çərçivəsində
hazırladıqları "Qarabağ abidələri"
kitabı haqqında da məlumat verdi: "Saytın
yaradılmasından sonra Azərbaycana məxsus Qarabağ abidələrini
dünyada daha geniş təbliğ etmək üçün
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasına müraciət etdik və şuranın dəstəyi
ilə "Qarabağ abidələri" kitabını
hazırladıq. Kitabda Qarabağın işğal olunmuş ərazilərində
mövcud olmuş tarixi və mədəniyyət abidələrimizin
işğaldan əvvəlki və sonrakı şəkilləri
və onlar haqqında qısa məlumat verilir". Kitabın
500 tirajla nəşr olunduğunu deyən birlik sədri,
tirajın artırılması üçün Mədəniyyət
və Turizm Nazirliyinə müraciət etmək istədiklərini
də bildirdi.
O
Qarabağda yerləşən abidələrin ermənilərə
aid olmadığının ermənilər tərəfindən
də etiraf edildiyini bildirərək, tutarlı faktların ermənilərin
yalanlarını ifşa etdiyini söylədi: "Qarabağ
abidələrinin ermənilərə aid
olmadığını onların özləri də etiraf
edirlər. Bununla bağlı 1911-ci ildə Sankt-Peterburqda rus
alimləri tərəfindən nəşr olunan kitabda göstərilir
ki, 1828-ci ildə ermənilər Qarabağa
köçürüləndə kilsələrə getmirdilər.
Burada yaşayan yerli türk əhali isə kilsələrə
gedərək pay gətirir, şam yandırırdılar. Ermənilərə
sual verəndə ki, siz nə üçün kilsəyə
getmirsiniz, cavab verdilər ki, bu kilsələr bizim deyil. Digər
rus alimi Şavrov isə yazır ki, Qafqazda yaşayan 1,3 milyon
erməninin 1 milyonunu biz (ruslar-B.C.) bura
köçürmüşük. Bundan başqa 1930-cu ildə
Voronejdə nəşr olunan kitabda Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsini istəyən
ermənilərin bu iddialarını araşdıran
komissiyanın qərarı verilib. Həmin qərarda göstərilir
ki, Dağlıq Qarabağın mədəniyyət abidələri
və mədəniyyəti ancaq və ancaq azərbaycanlılara
aiddir. Burada heç bir erməni mədəniyyətindən
söhbət gedə bilməz".
Əvvəlki
illərlə müqayisədə Qarabağ abidələri ilə
bağlı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında böyük irəliləyişlərə
nail olunduğunu deyən A.Xəlilov dövlətin, xüsusən
də Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
üçün çox böyük işlər
gördüyünü xüsusi vurğuladı:
"Tutarlı faktlar gətirməklə ermənilərin
iç üzünü yavaş-yavaş açırıq.
Saytımıza gələn məktublardan da görünür
ki, ermənilər ortaya çıxartdığımız
tutarlı faktlara qarşı cavab tapa bilmirlər, artıq təhqirə
keçirlər. Çünki abidələrin istər
memarlıq üslubu, istərsə də əvvəlki vəziyyəti
onların azərbaycanlılara məxsus olduğunu sübut
edir".
Birlik
sədri dünya ictimaiyyətinin Azərbaycana məxsus abidələrin
dağıdılmasına biganə qalmasından da gileyləndi:
"Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ermənilər
tərəfindən abidələrimizin vəhşicəsinə
dağıdılmasına biganə yanaşması təəssüf
doğurur. Əfqanıstanda talibanların budda məbədini
dağıtmasından sonra dünya dövlətləri onlara
qarşı müharibəyə başlasalar da, Qarabağda
minlərlə dünya əhəmiyyətli tarixi abidənin vəhşicəsinə
dağıdılmasına göz yumurlar. Buna baxmayaraq biz
öz mübarizəmizi aparmalı, bu sahədə təbliğatımızı
daha da gücləndirməliyik".
Qarabağ
abidələri ilə bağlı layihə keçirən təşkilatlardan
biri də Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı İctimai Birliyidir. Birlik keçən il
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyə vəsaiti
hecabına "Qarabağ abidələri tariximizin əbədi
yaddaşıdır" adlı layihə həyata
keçirib. Birliyin sədri Faiq İsmayılov
"Paritet"ə bildirib ki, layihənin məqsədi, Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarında, Azərbaycanın bədii sənət
nümunələrinin o cümlədən, memarlıq abidələrinin,
süjet xarakterli oymaların və diğər dekorativ tətbiqi
sənət nümunələrinin erməniləşdirilməsinin
və eləcədə Azərbaycanın tarixi arxiv sənədlərinin
ermənilər tərəfindən necə həssaslıqla
saxtalaşdırıldığını ifşa etmək
olub.
Layihə
çərçivəsində Qarabağ probleminin təbliği
prosesinin ictimaiyyət tərəfindən maraqla
qarşılandığını deyən birlik sədrinin
sözlərinə görə, 2009-cu il mayın 3-dən
2009-cu il sentyabrın 3-nə qədər davam edən layihə
müddətində alimlər və ekspertlərlə 15
görüş, bir mətbuat konfransı, bir dəyirmi masa
keçrilib. "Məcburən erməniləşdirilmə"
adlı kitabın nəşr edilməsi isə xüsusi qeyd
olunmalıdır. Kitabda, Azərbaycan ərazilərində
müxtəlif dövrlərdə ermənilər tərəfindən
qırğınların və soyqrımların törədilməsi,
təkcə azərbaycanlı alimlərdən deyil, eləcədə
erməni, rus və digər ölkələrdən olan
tarixçilərindən gətirilən sitatlarla təsdiq
edilir.
Kitabda
yer alan faktlardan danışan F.İsmayılov ermənilərin
öz məqsədlərinə çatmaları
üçün hətta erməni qızlarını
fahişəliyə cəlb etdiklərini də söylədi:
"Ermənilər çox qədim zamanlardan
çalışırdılar ki, dünyada parəkəndə
halında yaşayan erməniləri bir yerə cəmləyərək
onlardan bir erməni dövləti yaratsınlar. Bunun
üçün onlar erməni əhalini marifləndirmək
üçün kilsələrin sayını artırmaq qərarına
gəldilər ki, bu da layihədə diqqətdən
yayınmamışdır. Çünki ermənilərin bu məqsədlə
istifadə etdikləri üsullar öz eybəcərliyi və
iyrəncliyi ilə tarixdə qaldı ki, bu da hətta bir qrup
mütərəqqi fikirli erməni ziyalıları tərəfindən
də tənqid hədəfinə çevrildi.
Ermənilər
öz həmcinslərinin müxtəlif ərazilərdə
oturaq həyata cəlb edilməsi məqsədi ilə erməni
kilsələrinin tikintisi üçün erməni
qadınlarının fahişəlikdən əldə etdikləri
gəlirlərdən istifadə edirdilər. Bir çox tarixi
mənbələrdə göstərilir ki, erməni dini məbədlərində
gənc qızların fahişəliyə verilməsi və
bu fahişələrdən gələcəkdə erməni
siyasətinin həyata keçirilməsində, eləcə də
digər xalqların və millətlərin fiziki cəhətdən
erməniləşdirilməsi işlərində istifadə
edilməsi həyata keçirilməyə başladı".
"Məcburən
erməniləşdirilmə" adlı kitabın məzmununun
mütəxəsislər tərəfindən yüksək
qiymətləndirildiyini deyən birlik sədri sözügedən
kitabın çex dilində də nəşr
olunacağını diqqətə çatdırdı:
"Bu kitab sözün həqiqi mənasında cəmiyyət
tərəfindən böyük maraqla qarşılandı.
Kitabda təsvir edilən problemlərin
aktuallığını qeyd edən çexiyalı professor,
Çexiyadakı Azərbaycan Diasporasının rəhbəri
Azər Kərimov bu kitabın artıq Çex dilinə tərcümə
edilməsinə başlandığını bizə elan etdi.
Zəlzələ Proqnoz İnstitunun əməkdaşı
fizika elmləri namizədi Bəylər Aslanov bu kitabın
sayıtının işlədiyi İnstitutun əməkdaşları
tərəfindən yaradılacağını bildirdi və
bizimlə əməkdaşlıq edəcəklərinə
söz verdi".
F.İsmayılov
apardıqları tədqiqatın nəticələri barədə
də məlumat verdi. Bu tədqiqatlara görə,
işğal altında olan Azərbaycan torpaqlarındakı
tarix və mədəniyyət abidələrimizin vəziyyəti
aşağıdakı kimidir (01 Dekabr 2009-cu il tarixə olan məlumat):
1.
600 müsəlman dini abidəimiz (məscid, türbə, qəbirüstü
abidələr, at-qoç fiqurları, inanc yerləri və
digər ibadətgahlar) ermənilər tərəfindən
dağıdılıb;
2.
1700 tarix və mədəniyyət abidəsinin (bura aiddir
xristianlığa qədər olan dövr və eləcədə
xristianlıq dövrü alban abidələri) üzərindəki
tarixlər, divar yazıları götürülərək
erməni mətnləri ilə əvəzlənib;
3.
Erməni işğalı altında qalan 27 muzey və şəkil
qalereyasından qarət olunan yüz min eksponatın taleyinə
aydınlıq gətirilmədi.
4.
500 sayda Qafqaz Albaniyası dövrü sovmə, bazilika və
digər memarlıq abidələrinə erməni kilsəsi
statusu verildi.
5.
200 qəbirstanlıq tamamilə 600 qəbirstanlıq isə
qismən dağıdılıb.
6.
300 monomental abidə və bağ-parklar tamamilə məhv
edilib.
7.
İşğal dövrü xaraba kəndlərimizdə 15 erməni
kilisəsi tikilib.
8.
İşğal ərazilərinə Ermənistanda yonulub
hazırlanmış 2000 ədəd erməni xaç
daşları basdırılıb.
9.
İşğal dövrü Azərbaycan ərazilərində
27 arxeoloji qazıntı işləri aparılıb.
10.
128 bədii daş nümunəsi işğal ərazilərindən
götürülərək İrəvana aparılıb.
Babək Cahandarov
Paritet.- 2010.- 8-10 may.- S. 11.