Ermənilər Şuşanı yox edib, yerində erməni Şuşisi yaradırlar

 

İşğal olunmuş ərazilərimizin tarixinin saxtalaşdırılması üçün ABŞ, Fransa Rusiyada pul yığılır

 

 Bu yaxınlarda Rusiyada yaşayan tanışlarımdan biri dedi ki, bu ölkədəki varlı ermənilər dincəlmək üçün hər yay Şuşaya gedirlər. Ermənilərdə olmasını hələ qəbul etmək olmur, ermənilərin orada dinləməsinə isə dözmək belə ağırdır. Həqiqətən insanın qəlbini çox ağrdır ki, 100 illərdir tüklərin qurub- yaratdığı şəhər bu gün düşmənlərimizin dincəlmək yerinə çevrilib.  Artıq 18-ci  ildir ki, ölkəmizin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Bu illərdə Şuşanın necə işğal olunması, bunda kimlərin günahkar olmasında elə təkrarən yazırıq. Ona görə bu haqda yenə yazmaqdansa bu günkü Şuşadan yazmaq daha önəmlidir.  Çünki bundan tarixdən başqa heç dəyişmir: rəqəm üstə rəqəm gəlir. Bu rəqəmlərin vaxta kimi artacağı, bunun harada dayanacağı heç kimə məlum deyil.  Amma məlum olan odur ki, rəqəmlər bizim ziyanımıza dəyişdiyi halda, ermənilər Şuşanı öz xeyirlərinə dəyişirlər...

Mədəniyyət Turizm Nazirliyinin məlumatına görə, Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılıb, viran edilib. Şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Xurşid banu Natəvanın saray kompleksini,  Zöhrabbəyovların malikanələri ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Mola Pənah Vaqifin türbəsini,  o cümlədən digər sarayları, məscidləri, ziyarətgah ibadətgahları, daş heykəlləri,  qədim qəbirləri, kurqanları,  tarixi abidə olan yaşayış binalarını dağıdıb, daşınması mümkün olan maddi mədəniyyət abidələrini isə Ermənistana aparıblar.

Üzeyir Hacıbəyli,  Bülbül   Natəvanın heykəlləri bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş ağır texnika vasitəsilə zədələnib. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş hazırda İncəsənət Muzeyində nümayiş etdirilir. Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyil.

İşğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix mədəniyyət abidələrimizin dağıdılması qəsdən korlanması  Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşların da əsirlikdə olmuş şəxlərlə söhbətindən ermənilərin Şuşada apardıqları dağıntılar bir daha sübut olunur. 1995-1996-cı illərdə erməni əsirliyində olmuş Sahib Bağırovla aparılmış söhbətdə qeyd edilir ki, ermənilər onlara Ağdamda Şuşada olan qəbiristanlıqdan qara mərmər daşlarını da sökdürüb, həmin daşları İrana göndərərək əvəzində kartof alıblar. S.Bağırov əsirlərə Şuşada  müdafiə naziriSamvel Babayan üçün ev tikdirildiyini deyib.

1993-1995-ci illərdə Şuşa, Xankəndi Xocavənd rayonlarında əsir saxlanmış Rəsul Ramazanov Dövlət Komissiyasına ünvanladığı izahatında qeyd edib: “Şuşada saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam. Bundan başqa qədim şəhər məscidinin söküldüyünü görmüşəm. Həmin materiallar İrəvana aid nömrə maşınlarla birbaş Ermənistana daşınırdı”.

 Sabiq əsir Kərim Kazimovsa  göstərib ki, əsir olduğu müddətdə onu digər əsirlərlə birlikdə   Vaqifin məqbərəsindəki qiymətli mərmər daş örtüklərinin, İbrahim Xanın qəbir daşlarının, Şuşa hamamının yanındakı məscidin döşəməsindəki mərmərlərin   qəbiristanlıqdakı baş daşların sökülməsində işlədiblər. Bülbülün ev muzeyində ermənilərin məskunlaşdığını bildirən K.Kazımov Bülbülün büstünün yıxdırılaraq üz hissəsinin qoparıldığını vurğulayıb.

Müsəlman qəbiristanlıqlarından daşların sökülməsi ilə bağlı 1994-1996-cı illərdə erməni əsirliyində olmuş Vüqar Məmmədov  Dövlət Komissiyasına ünvanladığı izahatında təsdiq edib.

   Son dövrlər Şuşadakı vəziyyətlə bağlı çəkilmiş Dağlıq Qarabağın Azərbaycan icmasının əldə etdiyi videolentlər fotoşəkillər təsdiqləyir. Əldə olunmuş faktlardan görünür ki, 17 məhəlləsinin hər birində bir qədim məscid olan Şuşa şəhəri demək olar ki, tamam yandırılıb. Separatçılar işğaldan sonra öz istifadələri üçün bəzi inzibati binaları saxlasalar da,  ATƏT-in Faktaraşdırıcı missiyanın səfəri ərəfəsində həmin binalar da darmadağın edilib. Şuşadakı bütün məscidlər uçurulub. Onu da qeyd edək ki, ermənilər Şuşada dağıdıcılıq əməliyyatları həyata keçirərkən vaxtilə çar Rusiyası dövründə burada tikilmiş iki pravoslav rus kilsəsini erməniləşdiriblər.    Bu abidələr  Qarabağa gələnlərə ermənilərintarixi kilsəsikimi təqdim edilir.

Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarında tikinti işlərini davam etdirirlər. Torpaqlarımızı işğal edəndən sonra hər zaman bu istiqamətdə fəaliyyət göstəriblər. 1994-cü ildə Şuşada həbsxana, Şuşa-Xankəndi Şuşa-Laçın yolları tam təmir edilib, 4 yeni yaşayış binası istifadəyə verilib. Ermənilər bunun üçün telemarafonlar keçirirlər. Hər telemarafondan 15-20 milyon dollar toplayırlar. 2009-cu ildə toplanan pullar isə Şuşanın erməniləşdirilməsinə xərclənir. Bunun üçün iki il ərzində ABŞ, Fransa Rusiyada telemarafon keçirib 18 milyon dollar toplayıblar. İndi həmin pulu Şuşanın yenidən qurulmasına xərcləyirlər, şəhəri erməniləşdirirlər, azərbaycanlılara məxsus tarixi abidələri dağıdır, yerində yenilərin yaradır, tarixi yer adlarını dəyişirlər. Ermənilər təmirdən sonra Dağlıq Qarabağdakı strukturların bir neçəsini Şuşaya köçürmək şəhəri azərbaycanlıların üzünə bağlamaq istəyirlər.

Yeri gəlmişkən ötən ilHayastan  Ümumerməni Fondu Şuşada iki mərkəzi küçənin əsaslı təmirinə başlayıb. MəlumatıPanarmenianagentliyi yayıb. Xəbərdə bildirilir ki, 2009-cu ildə Rusiyadakı erməni icmasının telemarafonda yığdığı pulla həyata keçirilən təmir işləri çərçivəsində küçələrdə kanalizasiya su xətlərinin dəyişdirilməsi, müasir işıqlandırma sisteminin quraşdırılması, yola asfalt döşənməsi nəzərdə tutulur.

“Armenia today” saytının məlumatına görə, artıq ermənilər qədim Şuşa şəhərinin mərkəzində geniş tikinti bumuna başlayıblar. Belə ki, separatçılar Azərbaycanın mədəniyyət musiqi beşiyi olan qədim paytaxtımızdaShushi Grand Hotel” tikirlər. Amma separatçı ermənilər yeni tikilən bu mehmanxananın qondarmaDağlıq Qarabağ Respublikasınınpaytaxtının bir rəmzi olacağını düşünürlər.

 Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Şuşada yeni təhsil kompleksi inşa olunur. Maraqlısı budur ki, obyekt fransızlar tərəfindən tikilir. Bu barədə razılaşma separatçı respublikasınınbaş naziriAra ArutyunyanlaHayastanümumerməni fondu erməni əsilli fransız xeyriyyəçilər Arutyun Ermin Aydabiryan arasında keçirilən görüşdə əldə olunub.

Öz dağıtdıqlarınıabadlaşdırmalarıermənilərin mənfur xislətinin elə özləri tərəfindən bir daha etiraf təsdiq olunmasıdır. Bu da tarixən həyata keçirlən erməni siyasətinin bir hissəsidir. Məqsəd Azərbaycanın dağlar gözəli Şuşasını yox edib, yerində eməni Şuşisi yaratmaqdır. Hər ikisi bəşəri qanunlara sığmayan hərəkətdir: birincisi vandalizm, qəsbkarlıq, ikincisi isə saxtakarlıq yalançılıqdır.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 8-10 may.-S.10.